Benqazi

coğ. Benghazi

Benqal körfəzi
benzin
OBASTAN VİKİ
Benqazi
Benqazi (ərəb. بنغازي‎) – Liviyanın ikinci böyük şəhəri. Aralıq dənizi sahilində yerləşən şəhərin əhalisi 650.000-dir. Uzun müddət Osmanlı idarəsində qalan Benqazi Tripoli savaşından sonra 1912-ci ildə Uşi anlaşması ilə İtaliyaya verildi. Şəhərin qədim adları Euesperides və Berenicedir. Benqazi adı isə 1450-ci ildə ölən və dini bütün bir xeyirsevər olan Qazi (ya da Sidi qazi) adlı bir nəfərdən yaranıb. Ölümündən sonra şəhərin adı Beni qazi olaraq dəyişdirilmişdir (Beni qazi, qazinin oğulu vəya soyu anlamına gəlməkdədir).
13 saat: Benqazinin məxfi əsgərləri
13 saat: Benqazinin məxfi əsgərləri (ing. 13 Hours: The Secret Soldiers of Benghazi) — Mitçell Zukoffun kitabı əsasında rejissor Maykl Bey tərəfindən çəkilmiş ABŞ dram filmidir. Filmin çəkilişləri 27 aprel 2015-ci ildə Maltada başlamışdır. Filmin premyerası isə 12 yanvar 2016-cı ildə baş tutmuşdur. 2014-cü ilin axırlarında çəkilmiş və gizli saxlanılmış Kloverfild, 10 filminin (ing. a blood relative of Cloverfield) treyleri də ilk dəfə olaraq bu filmin nümayişindən əvvəl göstərilmişdir. == Süjet xətti == 2012-ci il sentyabr ayının 11-də, 11 sentyabrdakı terror hücumlarının 11-ci ildönümündə bir qrup İslam terrorçusu Benqazi şəhərində yerləşən Amerika konsulluğuna hücum təşkil edir. Bir neçə saatdan sonra, həmin ilin sentyabr ayının 12-nə keçən gecə silahlılar Mərkəzi Kəşfiyyat İdarəsinin yerli şöbəsinə hücum edirlər. Bu hücumlar nəticəsində ABŞ-nin Liviyadakı səfiri Kristofer Stivens və iki GRS əməkdaşı da daxil olmaqla, ümumilikdə 4 amerikalı həlak olmuşdur. == Rəylər == Film kino tənqidçilərindən qarışıq rəylər almışdır.
ABŞ-nin Benqazidəki nümayəndəliyinə hücum
ABŞ-nin Benqazidəki nümayəndəliyinə hücum və ya 2012-ci il Benqazi hücumu — 11 sentyabr 2012-ci ildə Liviyanın Benqazi şəhərində yerləşən ABŞ konsulluğuna islamçı yaraqlıların təşkil etdiyi hücumdur. Hücum zamanı ABŞ-nin Liviyadakı səfiri olan Kristofer Stivens və daha üç Amerika rəsmisi həlak olmuşdur. Əvvəlcə bu hadisənin İslam əleyhinə olan "Müsəlmanların məsumluğu" filminə reaksiya verən qəzəbli kütlə tərəfindən həyata keçirildiyi iddia edilmişdir. Daha sonra isə hücumun islamçı yaraqlılar tərəfindən planlaşdırılan terror aktı olduğu məlum olmuşdur. == İstinadlar == == Həmçinin bax == ABŞ diplomatik missiyalarına edilmiş hücumlar (2012) Kristofer Stivens == Xarici keçidlər == Плохое кино.
ABŞ-ın Benqazidəki nümayəndəliyinə hücum