Emil Bernar
Emil Bernar (fr. Émile Bernard, 28 aprel 1868[…], Lill – 16 aprel 1941[…], Paris) — incəsənətdə simvolizm teorisyenlerindən biri olan fransız neoimpressionist rəssam.
1886-cı ildə Fernand Kormonun Paris sənət atelyəsində rəsm çəkərək, Tuluz-Lotrek və van Qoq ilə tanış oldu. Eyni ildə o, "inadkarlıq" üstündə atelyedən qovuldu. 1886–1888-ci illərdə Pont-Aven bədii qrupuna qoşulan Pont-Aven şəhərində yaşayır və Qogen ilə dostlaşır. Burada, 1887-ci ildə Lui Anketen ilə birgə müxtəlif rəngləri ayırır bir rəsm kontur istifadə ibarət olan bir kluazonizm incəsənət cərəyanını inkişaf etmişdir.
1890-cı ildə Emil Bernar dini böhran yaşayandan sonra rəssam, orta əsr sənətinin obyektlərinə və subyektlərinə daha da önəm verirdi. 1891-ci ildə Qogen ilə dostluğunu bitirdikdən sonra , simvolizm cərəyanın təmsilçiləri olan Odilon Redon və Ferdinand Hodler qrupuna qatıldı.
Eyni zamanda, Bernarın işləri Pablo Pikassonun "mavi dövrdə" işinə təsir göstərirdi. Bernarın Van Qoq, Qogen və Sezan ilə uzun müddət davam edən dostluqları sənətçilərin tədqiqatçıları üçün düşüncə tərzinə və böyük sənət ustalarının hisslərinə işıq tutaraq, onların arxasında çox qiymətli bir iz qoydu.