BER

Basic Encoding Rules Əsas kodlaşdırma qaydaları
Bell-LaPadula model
Between-the-lines entry
OBASTAN VİKİ
Ber
Ber (Alye)
Ber (fr. Bert) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Jalinyi-syur-Bebr kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03024. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 272 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 162 nəfər (15-64 yaş arasında) arasında 101 nəfər iqtisadi cəhətdən fəal, 61 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 62,3%, 1999-cu ildə 64,2%). Fəal olan 101 nəfərdən 78 nəfər (46 kişi və 32 qadın) işləyir, 23 nəfər işsizdir (14 kişi və 9 qadın). Fəal olmayan 9 nəfər arasında şagird və ya tələbə, 31 nəfər təqaüdçü, 21 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Ber qanunu
Ber qanunu — meridian istiqamətində axan böyük çayların Şimal yarımkürəsində sağ, Cənub yarımkürəsində isə sol sahilinin yuyulması səbəblərini izah edən müddəa. 1857-ci ildə eston alimi Karl Ernst fon Ber (1792–1876) həmin hadisənin Yerin öz oxu ətrafında fırlanmasından yaranan Koriolis təcilinin təsiri nəticəsində baş verdiyini göstərmişdir. Koriolis təcili ekvatorda sıfıra bərabərdir; ən böyük qiymətə qütblərdə çatır. Buna görə də Ber qanunu orta və yüksək enliklərdə daha aydın müşahidə olunur. Çay sahilləri axınların məcradan kənara çıxmasına mane olduğundan Ber qanununa müvafiq yuyulmaya məruz qalır. Nəticədə sağ sahillər adətən dik, sol sahillər isə yastı olur. Cənub yarımkürəsində sahillərin yuyulması prosesi bunun əksinədir. Dnepr, Don, Volqa, Ob, Yenisey, İrtış, Dunay və s. Cənub yarımkürəsində isə Parana, Paraqvay və s. çaylarda Ber qanunu daha yaxşı müşahidə edilir.
Ber təpəcikləri
Ber təpəcikləri — Aşağı Volqa sahillərində,Volqanın deltasında və Xəzər sahili ovalıqda qum və ya gil yığınından ibarət uzunsov,hamar formalı təpəciklər. Adətən qərbdən şərqə doğru,bir birinə paralel uzanan bu təpəciklərin hündürlüyü 20-25 metr,uzunluğu isə 0.5-2 kilometr olur.
Ber çömçəxulu
Ber çömçəxulu (lat. Benthophilus baeri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. == Yayılması == Əsasən Orta və Cənubi Xəzərdə qeydə alınmış endemik növdür. Azərbaycan sahillərində Xaçmazdan Giləziyə qədər çoxsaylı, qalan hissədə isə azsaylıdır. == Morfoloji əlamətləri == D I-II, I 7-8, A I 7-dir. Birinci bel üzgəcində 1 şüa olur. Bədəni gödək, ön hissəsi xüsusən baş nahiyəsində enli və yoğundur. Ağzın küncləri arxasında dəri qırış əvəzinə dəri bığcıq vardır. Bədənin üst tərəfi, böyürləri və başı daha iri piramidaşəkilli və ulduzlu sümük tikancıqlarla örtülmüşdür. Belində və bədənin böyürlərində üç iri xal vardır.
Rene Lui Ber
Rene Lui Ber (21 yanvar 1874[…], VI arondisman (Paris) – 5 iyul 1932[…], Şamberi) — Fransa riyaziyyatçısı. Kəsilən funksiyaları öyrənmiş, kəsilmə nöqtələrinin təsnifatını vermişdir.
Ber-lez-Alp
Ber-lez-Alp (fr. Berre-les-Alpes) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Kont kantonu . Kommunanın sahəsi — 9,58 km², əhalisi — 1257 nəfərdir (2006) artım tendensiyası ilə: 1278 nəfər (2012), əhalinin sıxlığı 133,4 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 1280 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 1278 nəfər.
Buger-Lambert-Ber qanunu
Buger-Lambert-Ber qanunu — uducu mühitdən keçərkən monoxromatik işıq dəstəsinin intensivliyinin zəifləməsini müəyyən edir (çox vaxt Buger qanunu adlanır). == Haqqında == I0 intensivlikli işıq dəstəsi l qalınlıqlı uducu maddə təbəqəsindən (layından) keçərkən ''I=I0 exp(–kλl)' intensivliyinə qədər azalır; burada kλ– müxtəlif dalğa uzunluğu üçün müxtəlif olan udulma əmsalıdır. 1729-cu ildə Pyer Bugerin eksperimentlə müəyyən etdiyi bu qanunu 1760-cı ildə İ. H. Lambert sadə fərziyyələrlə nəzəri cəhətdən əsaslandırmışdır: z qalınlıqlı maddə təbəqəsindən keçərkən işığın intensivliyinin nisbi dəyişməsi dI/I= – kλ z tənliyi ilə müəyyən olunur. Bu tənliyin həlli Buger-Lambert-Ber qanunu adlanır. == Fiziki mahiyyəti == Qanunun fiziki mahiyyəti udulmanın (fotonitkisinin) maddədən keçən işığın intensivliyindən asılı olmamasıdır, lakin işığın çox böyük intensivliklərində qanun pozula bilər və bu halda 'kλ intensivlikdən asılı olur. 1852-ci ildə alman alimi A. Ber bu qanunu uducu olmayan həlledicilərdəki işıquducu maddə məhlulları üçün ümumiləşdirmişdir. == Məhlullarda tətbiqi == Məhlullar üçün udulma əmsalı kλ=χλC şəklində yazıla bilər; burada C – həllolunmuş maddənin konsentrasiyası, χλ – uducu maddə molekulunun λ dalğa uzunluqlu işıqla qarşılıqlı təsirini xarakterizə edən yeganə konsentrasiyalı məhlulun udulma əmsalıdır və konsentrasiyadan asılı deyildir. Ber düsturu vasitəsilə udulmanı ölçməklə kimyəvi analizi mürəkkəb olan maddələrin konsentrasiyasını tez təyin etmək olur, lakin uducu maddənin konsentrasiyası kifayət qədər böyük olduqda bu düsturdan kənara çıxmalar müşahidə edilir.
Crypturellus berlepschi
Crypturellus berlepschi (lat. Crypturellus berlepschi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Den Berd
Den Berd (ing. Dan Byrd; 20 noyabr 1985, Marietta[d], Corciya) — amerika aktyoru. Den Berd 20 noyabr 1985-ci ildə ABŞ-nin Corciya ştatında anadan olub. Aktyorluq yaşamına 14 yaşından başlayıb. 1999-cu ildə "1 may" adlı filmə çəkilib.Tərəf-müqabili Sandra Bullok kimi məşhur aktrisa olub. 2016-cı ildə Loren Li Simitlə ailə qurub.
Dennis Berqkamp
Dennis Nikolas Mariya Berqkamp (nid. Dennis Nicolaas Maria Bergkamp; 10 may 1969, Amsterdam) — niderlandlı keçmiş futbolçu, futbol məşqçisi. Berqkamp ilk dönəmlərdə yarımmüdafiəçi kimi çıxış etmiş, ancaq sonralar hücumcu kimi oynamağa başlamışdır. Keçmiş niderlandlı futbolçu Yan Mulder bildirib ki, Berqkamp tarixdə "ən texnikalı niderlandlıdır". Onun keçmiş tərəfdaşı Tyerri Anri isə bildirib ki, Berqkamp "xəyalların hücumçusudur". Berqkamp peşəkar karyerasına 1986-cı ildə yetirməsi olduğu "Ayaks"da başlayıb. 1993-cü ildə İtaliyanın "İnter Milan" klubuna keçib. Burada o, çoxda uğurlu olmayan 2 mövsüm keçirib. 1995-ci ildə İngiltərənin "Arsenal" komandasına transfer olunub. "Topçuların" heyətində üç dəfə İngiltərə çempionatının, dörd dəfə isə Federasiya Kubokunun qalibi olub.
Drü Berrimor
Drü Blayt Berrimor (ing. Drew Blyth Barrymore; 26 fevral 1975, Kalver-Siti, Kaliforniya, ABŞ) – Amerikan (Hollivud) aktrisası, model, rejissor, prodüser və yazıçısıdır. O aktyor Con Barrimorun nəvəsidir. İlk vaxtlarda reklamlara çəkildi. Drü Berrimor aktyor ailəsində anadan olub.Ailədə ənənəvi bir kino aktyorluğu vardı.200 ildir ailədən bir çox kino oyunçusu çıxmışdı.Karierinə 11 aylıqkən bir it yeməyi reklamına seçilərək başladı. İlk filmi 1980-ci ildə "Dəyişilən dövlətlər" (Altered States) idi. 1981-ci ildə E.T.da oynadı və bütün dünya səviyyəsində məşhur oldu.1984'te çəkilən Irreconcilable Differences filmindəki roluyla Qızıl Kürəyə də namizəd olan Berrymore gənc yaşda qazandığı şöhrəti qaldıra bilmədi. 9 yaşında siqaret və spirt istifadəsinə başladı. 10 yaşında marijuanaya başladı. 12ində isə artıq kokain asılısı idi.
Echinodorus berteroi
Echinodorus berteroi (lat. Echinodorus berteroi) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin baqəvərkimilər fəsiləsinin exinodorus cinsinə aid bitki növü. Alisma berteroanum Balb. ex Schult. & Schult.f. Alisma berteroi Spreng. Alisma sprengelii Rich. ex Kunth Echinodorus cordifolius var. berteroanus (Balb. ex Schult.
Emil Adolf fon Berinq
Emil Adolf fon Berinq (15 mart 1854[…], Lavitse[d], Qərbi Prussiya[d] – 31 mart 1917[…], Marburq) – Alman kimyaçısı, 1901-ci il Tibb və fiziologiya üzrə Nobel Mükafatı laureatı 1854-cü ildə Almaniyanın Hansdorf şəhərində dünyaya gəlib. Valideynləri oğullarını ya ilahiyyatçı, ya da müəllim olmasını arzulayırdılar. Berinq də onların istəyini yerinə yetirərək Köniqsberq Universitetinin ilahiyyat fakültəsinə daxil olmuşdu. Lakin müəllimlərdən biri ona Berlindəki Hərbi Tibb kollecində təhsil almağı məsləhət gördükdən sonra oraya getmişdir. Bu məktəb hərbi cərrahlar hazırlamaq üçün yaradılmışdı. Müdavimlər təhsil haqqından azad idilər. Lakin məzun olduqdan sonra on il orduda xidmət göstərirdilər. Berinq 1880-ci ildə həkim diplomu almış və süvari alayında cərrah köməkçisi vəzifəsinə göndərilmişdi. O, hərbi xidmətdə olduğu dövrdə Bonn Farmakologiya institutunda da təhsilini davam etdirmiş, 1888-ci ildə isə Berlindəki Gigiyena institutuna işə düzəlmişdir. Hərbçi-həkim ordudan tərxis olunduqdan sonra da bu institutda işləmişdir.
Emil Berliner
Emil Berliner (alm. Emil Berliner‎; 20 may 1851[…], Hannover – 3 avqust 1929[…], Vaşinqton) — Alman və amerikan ixtiraçısı, 29 sentyabr 1887-ci ildə qramofonun ilk patentini almışdır. 1899-cu ildə Emil Berliner Peterburqda səsyazma studiyası açır. 1901-ci ildə "Emil Berliners Qrammofon" şirkəti əsasında "Qrammofon" adlı ingilis səhmdar cəmiyyəti yaranır. Gələn il "Qrammofon"un bölmələri Moskvada, Kiyevdə, Varşavada, Riqa və Tiflisdə açılır. Həmin il Riqada qramvallar buraxan fabrik tikilir. [1] Звукозапись — самое начало… Arxivləşdirilib 2007-10-09 at the Wayback Machine — Архив журнала "Звукорежиссёр". 09.03.
Emil Bernar
Emil Bernar (fr. Émile Bernard, 28 aprel 1868[…], Lill – 16 aprel 1941[…], Paris) — incəsənətdə simvolizm teorisyenlerindən biri olan fransız neoimpressionist rəssam. 1886-cı ildə Fernand Kormonun Paris sənət atelyəsində rəsm çəkərək, Tuluz-Lotrek və van Qoq ilə tanış oldu. Eyni ildə o, "inadkarlıq" üstündə atelyedən qovuldu. 1886–1888-ci illərdə Pont-Aven bədii qrupuna qoşulan Pont-Aven şəhərində yaşayır və Qogen ilə dostlaşır. Burada, 1887-ci ildə Lui Anketen ilə birgə müxtəlif rəngləri ayırır bir rəsm kontur istifadə ibarət olan bir kluazonizm incəsənət cərəyanını inkişaf etmişdir. 1890-cı ildə Emil Bernar dini böhran yaşayandan sonra rəssam, orta əsr sənətinin obyektlərinə və subyektlərinə daha da önəm verirdi. 1891-ci ildə Qogen ilə dostluğunu bitirdikdən sonra , simvolizm cərəyanın təmsilçiləri olan Odilon Redon və Ferdinand Hodler qrupuna qatıldı. Eyni zamanda, Bernarın işləri Pablo Pikassonun "mavi dövrdə" işinə təsir göstərirdi. Bernarın Van Qoq, Qogen və Sezan ilə uzun müddət davam edən dostluqları sənətçilərin tədqiqatçıları üçün düşüncə tərzinə və böyük sənət ustalarının hisslərinə işıq tutaraq, onların arxasında çox qiymətli bir iz qoydu.
Emil fon Berinq
Emil Adolf fon Berinq (15 mart 1854[…], Lavitse[d], Qərbi Prussiya[d] – 31 mart 1917[…], Marburq) – Alman kimyaçısı, 1901-ci il Tibb və fiziologiya üzrə Nobel Mükafatı laureatı 1854-cü ildə Almaniyanın Hansdorf şəhərində dünyaya gəlib. Valideynləri oğullarını ya ilahiyyatçı, ya da müəllim olmasını arzulayırdılar. Berinq də onların istəyini yerinə yetirərək Köniqsberq Universitetinin ilahiyyat fakültəsinə daxil olmuşdu. Lakin müəllimlərdən biri ona Berlindəki Hərbi Tibb kollecində təhsil almağı məsləhət gördükdən sonra oraya getmişdir. Bu məktəb hərbi cərrahlar hazırlamaq üçün yaradılmışdı. Müdavimlər təhsil haqqından azad idilər. Lakin məzun olduqdan sonra on il orduda xidmət göstərirdilər. Berinq 1880-ci ildə həkim diplomu almış və süvari alayında cərrah köməkçisi vəzifəsinə göndərilmişdi. O, hərbi xidmətdə olduğu dövrdə Bonn Farmakologiya institutunda da təhsilini davam etdirmiş, 1888-ci ildə isə Berlindəki Gigiyena institutuna işə düzəlmişdir. Hərbçi-həkim ordudan tərxis olunduqdan sonra da bu institutda işləmişdir.
Erik Qustav Bernadot
Şahzadə Erik 20 aprel 1889-cu ildə Stokholmda anadan olmuşdu. Epilepsiyadan əziyyət çəkən Erik öz qəsrində insanlardan uzaqda yaşayırdı. Hər iki həftədən bir paytaxta getməyinə icazə verilsə də ailəsi belə onu ziyarət etmirdi. 1917-ci ildə o bu cür tərkidünya həyatı istəmədiyini və şəhərə yaxın yaşamaq istədiyini demişdi və buna görə də onu şəhərə daha yaxın saraya aparmışdılar. Sonrakı il ölən Erik üçün qardaşları təəssüf hissi keçirsə onun bu mənasız həyatı yaşamaqdansa ölməsinin daha yaxşı olduğunu demişdilər.
Eyjen Berq
Eyjen Avqustoviç Berq (1892, Riqa – 20 sentyabr 1918, Türkmənistan) — latış bolşevik, 26 Bakı komissarından biri. 1892-ci ildə Riqada balıqçı ailəsində doğulmuşdur. Birinci Dünya Müharibəsi dövründə "Sevastopol" gəmisində maşinist idi. 1917-ci ildən bolşevik idi. 1917-ci ildə yaranan Bakı kommunasında matros idi. 1918-ci ilin iyulunda Hərbi İnqilabi Komitənin üzvü olmuşdu. Eyjen Berq 1918-ci ildə ingilislər tərəfindən güllələnib. 1917-ci ilin iyulunda Rusiya Respublikası hökuməti tərəfindən həbs olunmuşdur. Qış sarayı basğını zamanı 2-ci Baltik matrosları diviziyasına başçılıq etmişdir. Belqorod, Xarkov və Çuquyevdə inqilabi fəaliyyətdə olmuşdur.
Falco berigora
Qonur qızılquş (lat. Falco berigora) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Foli-Berjer
Foli-Berjer (fr. Folies Bergère) — 1890-1920-ci illər aralığında Paris şəhərinin ən məşhur gecə klublarından biri. Foli-Berjer indiki dövrdə müzikl kimi fəaliyyət göstərir. Gecə klubunun yerləşdiyi bina opera binası kimi inşa edilmiş və 1869-cu ilin 2 may tarixində istifadəyə verilmişdir. İlk öncə klubun adı Foli-Trevis (fr. Folies Trévise) olmuş, 13 oktyabr 1872-ci ildə isə fr. Folies Bergère şəklində dəyişdirilmişdir. Eduard Mane tərəfindən 1882-ci ildə çəkilmiş Foli-Berjerdə bar tablosunda Foli-Berjer barı təsvir olunmuşdur.
Foli-Berjerdə bar (tablo)
Foli-Berjerdə bar (fr. Un bar aux Folies Bergère) — Eduard Mane tərəfindən 1882-cu ildə çəkilmiş rəsm əsəri. Əsər həmin ildə Paris Salonunda nümayiş olunmuşdur. Əsərdə Paris şəhərində yerləşən Foli-Berjer gecə klubundan bir səhnə canlandırılmışdır. Folies-Bergèredə bar Eduard Mane son ən önəmli əsərlərindən biridir, Mane bu tablonu ölümündən bir il əvvəl çəkmiş və tablo üzərində işlər davam etdiyi müddətdə belə Eduard Manenin səhhəti ağırlaşmağa başlamışdır.
Folies-Bergèredə bar
Foli-Berjerdə bar (fr. Un bar aux Folies Bergère) — Eduard Mane tərəfindən 1882-cu ildə çəkilmiş rəsm əsəri. Əsər həmin ildə Paris Salonunda nümayiş olunmuşdur. Əsərdə Paris şəhərində yerləşən Foli-Berjer gecə klubundan bir səhnə canlandırılmışdır. Folies-Bergèredə bar Eduard Mane son ən önəmli əsərlərindən biridir, Mane bu tablonu ölümündən bir il əvvəl çəkmiş və tablo üzərində işlər davam etdiyi müddətdə belə Eduard Manenin səhhəti ağırlaşmağa başlamışdır.
Folies-Bergèredə bar (tablo)
Foli-Berjerdə bar (fr. Un bar aux Folies Bergère) — Eduard Mane tərəfindən 1882-cu ildə çəkilmiş rəsm əsəri. Əsər həmin ildə Paris Salonunda nümayiş olunmuşdur. Əsərdə Paris şəhərində yerləşən Foli-Berjer gecə klubundan bir səhnə canlandırılmışdır. Folies-Bergèredə bar Eduard Mane son ən önəmli əsərlərindən biridir, Mane bu tablonu ölümündən bir il əvvəl çəkmiş və tablo üzərində işlər davam etdiyi müddətdə belə Eduard Manenin səhhəti ağırlaşmağa başlamışdır.
Fransua Bernar Şarmua
Fransua Bernar Şarmua (fr. François Bernard Charmoy; 14 may 1793[…], Sulz-Haut-Rin – 9 dekabr 1868) — fransız şərqşünası. Nizaminin "İsgəndərnamə"sini fransızcaya tərcümə etmişdir. Fransua Bernar Şarmua 14 may 1793-cü ildə anadan olmuşdur. Parisdə hüquq və ərəb dilini öyrənmişdi. İlk müəllimi Antuan İsaak Silvestr de Sasi olmuşdu. Sonra fars dilini öyrənib, Peterburq universitetində çalışmışdır. Fransua Bernar Şarmua 1829-cu ildə Nizami Gəncəvinin "İsgəndərnamə"sindən fraqmentləri tərcümə etmişdir. Fransua Bernar Şarmua 9 dekabr 1868-ci ildə vəfat etmişdir.
Gintaras Beresnyavisius
Gintaras Beresnyavisius (lit. Gintaras Beresnevičius; 7 iyul 1961, Kaunas – 6 avqust 2006, Vilnüs) — Litva dinşünas, yazıçı və publisist. Gintaras 7 iyul 1961-ci il Kaunasda anadan olmuşdur. 1979-cu ildə 26 №-li (hal-hazırda Simonas Daukantas adına məktəb) Kaunas məktəbini bitirmişdir. 1984-cü ildə Vilnüs Universitetinin tarix fakultəsi bitirmişdir. İnstitutu bitirdikdən sonra 2 il sovet ordusuna xidmət etmiş, zirehli tank qoşunlarında iştirak etmişdir. 1986-cı ildən müxtəlif universitetlərdə işləmiş və 1993-cü ildə (elmi rəhbər Norbertas Velyus) həkim dərəcəsini almışdır. Gintaras bir sıra elmi kitabların müəllifi və redaktoru olmuşdur. 100-dən çox elmi məqalənin müəllifidir. Baltika mifologiyasını və din tarixini ən yaxşı bilənlərindən biri hesab edilirdi.
Gorilla beringei
Şərq qorillası (lat. Gorilla beringei) — xullar fəsiləsinin qorilla cinsinə aid heyvan növü. Növ alman zabiti Fridrix Robert fon Berinqenin (1865—1940) şərəfinə adlandırılmışdır. O, ilk dəfə qorillaları Briunqa dağlarında aşkarlamışdır. Şərq qorillası iki yarımnövə bölünür: Gorilla beringei beringei Matschie, 1903 — Şərq dağ qorillası. Populyasiyanın sayı 700 başdır. Ruanda, Uqanda və Konqo Demokratik Respublikasının vulkanik zirvələrinin ətəklərində yayılmışdır. Gorilla beringei graueri Matschie, 1914 — Şərq düzənlik qorillası. Az təhlükədə olan yarımnövdür. Populyasiyanın sayı 5 min baş olaraq qiymətləndirilir.
Gorilla beringei beringei
Şərq dağ qorillası və ya Dağ qorillası (lat. Gorilla beringei beringei) — primatlar dəstəsinə, qorillalar (Gorilla) cinsinə, Şərq qorillası növünə aid olan yarımnöv. Növ adı alman zabiti Fridrix Robert fon Berinqenin (1865–1940) şərəfinə adlandırılmışdır. O, ilk dəfə qorillaları Briunqa dağlarında aşkarlamışdır. Yarımnöv nəsli kəsilmək ərəfəsindədir. 2012-ci il məlumatına görə onların sayı 880 başı keçmir. Dağ qorillaları Mərkəsi Afrikanın Böyük Rift Dərəsi rayonunda yayılmışdır. Onlar 6 sönmüş vulkanın ətəklərində, 40 km uzunluğa və 3–19 km enə, 2200–4300 metr hündürlüyə malik ərazidə yayılmışlar. Cəmi iki iri olmayan populyasiya mövcuddur. Ruanda, Uqanda və Konqo Demokratik Respublikasının vulkanik zirvələrinin ətəklərində yayılmışdır.
Hacıəhməd Bersanov
Hacıəhməd Əhmədoviç Bersanov (12 aprel 1926 – 22 mart 2018) — SSRİ, çeçen uşaq yazıçısı, Çeçen-İnquşetiya Yazıçılar İttifaqının üzvü və Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının əməkdar mədəniyyət işçisi. Hacıəhməd Bersanov Şaami-Yurtdakı yeddi illik məktəbi bitirmışdir. Sernovodskoye kənd təsərrüfatı texnikumunun zoo-baytarlıq şöbəsinə daxil olmuş, lakin birinci ildən sonra Qroznı siyasi təhsil məktəbinə keçmişdir. 1939-cu ildə SSRİ-Finlandiya müharibəsi başlayandan sonra məktəb bağlandı və yaşlı tələbələr cəbhəyə göndərildi. Bersanov doğma kəndinə qayıtdı və kənd şurasının katibi oldu. O, 1942-ci ildə hərbi qeydiyyat şöbəsinin rəisi işləmişdir. Hacıəhməd Bersanov 1944-cü ildə çeçenlərin sürgünü zamanı Orta Asiyaya göndərilmişdir. Deportasiya illərində Kokeştau bölgəsində yerli kolxozda zootexnik olaraq çalışmışdır. Vətənə qayıtdıqdan sonra Çeçen-İnquşetiya Mədəniyyət Nazirliyində mədəni-maarif işləri üzrə metodist vəzifəsində çalışıb. Tezliklə metodik mərkəzin rəhbəri oldu və təxminən qırx il bu vəzifədə işləmişdir.
Hamilton (Bermud adaları)
Hamilton (ing. Hamilton) — Bermud adalarının inzibati mərkəzi. Eyni adl dairənin olmasına baxmayaraq, şəhər Pembruk dairəsinə daxildir. Şəhər 1778-1794-cü illərdə oranın qubernatoru olmuş Henri Hamiltonon şərəfinə adlandırılıb. Həmin dövrdə şəhər atrıq mövcud idi. Əhalisi 969 nəfərdir, ancaq 1500 nəfər olduğu da iddia edilir. Yeganə rəsmi şəhər olsa da, tarixi Sent-Corc şəhərindən kiçikdir. Şəhərdə Accenture (keçmiş «Andersen Konsaltinq») şirkətinin mənzil-qərargahı yerləşir. Həmçinin Bacardi, ACE Ltd. və Tyco International şirkətləri də burada qeydiyyatdan keçib.
Haqen-Berçum kilsəsi
Hagen-Berchum (alm. Berchum‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində, Hagen şəhərinə bağlı inzibati region. XIII əsrdən etibarən tarixi mənbələrdə adına rast gəlinir. Protestant Kilsəsinə məxsus olan, ümumilikdə 3 binaya səpələnmiş və 140 yerlik Berchum Gənclik Təhsil Mərkəzi, ərazinin əhəmiyyətli təşkilatları sırasında yer alır.
Haydar Berk
Haydar Berk (30 noyabr 1954, Çan[d], Çanaqqala ili) — Türkiyə diplomatı. Haydar Berk 30 noyabr 1954-cü ildə Çanaqqalanın Çan kəndində şəhərində anadan olmuşdur. 1976-cı ildə Ankara Universitetinin Siyasi elmlər fakültəsindən məzun olmuşdur. 1977-ci ildə Türkiyə Xarici İşlər Nazirliyində fəaliyyətə başlamış və müxtəlif vəzifələrdə işləmişdir. O, 2001–2005-ci illərdə Türkiyənin Bolqarıstandakı səfiri vəzifəsində işləmişdir. Evlidir. 2 övladı var.
Hektor Berlioz
Hektor Berlioz (fr. Louis-Hector Berlioz, Lui-Ektor Berlioz) (11 dekabr, 1803 – 8 mart, 1869) — fransız romantik bəstəkarı. "Fantastik simfoniya" və "Grand messe des morts" (Rekviyem) ona məşhurluq gətirən bəstələrindəndir. Müəllifi olduğu "Treatise on Instrumentation"la Berlioz müasir orkestrin formalaşmasına əhəmiyyətli təsir etmişdir. Bəzi əsərlərini bəstəkar nəhəng orkestr heyəti üçün nəzərdə tutmuş, bundan başqa dirijor olaraq 1000-dən çox musiqiçi heyəti olan konsertləri aparmışdır. 50-yə yaxın mahnının müəllifidir. Fransanın cənub-şərqində yerləşən Kot-Sent-Andre (İzer) şəhərciyində həkim ailəsində anadan olmuşdur. 1821-ci ildə tibb təhsilini almaqda olan Berlioz valideynlərinin etirazına baxmayaraq tibbi dayandırıb özünü musiqiyə həsr etmişdir. 1825-ci ildə Paris şəhərində onun ilk iri tutumlu əsəri olan "Təntənəli messa" ilk dəfə publika qarşısında tamamilə müvəffəqiyyətsiz ifa edilmişdir. 1826-1830-cu illərdə Berlioz Paris konservatoriyasında Jan Fransua Lesuer və A.Reyxidən dərslər almışdır.