BEYT

BEYT1

ə. ev, bina. Beyti-xudavənd Allahın evi; Kəbə; beyti-mə’muri «abad bina, tikili ev» (Kə’bə nəzərdə tutulur).

BEYT2

ə. 1) şerin mənaca əlaqəli iki misradan ibarət hissəsi; 2) iki misradan ibarət şeir.

BEYNƏNNAS
BEYTÜLƏHZAN
OBASTAN VİKİ
Beyt
Beyt — şeirdə 2 misra. Beytin tərifinə aid fikirlərdə müəyyən ziddiyyətlərlərə rast gəlinir. Məsələn, Mir Cəlal və Pənah Xəlilovun fikrincə: "Şerin hər sətrinə misra, cüt sətrinə isə beyt deyilir". Cəfər Xəndan isə beytin tərifini daha da dəqiqləşdirir: "Şerin müəyyən məna ifadə edən qoşa misrasına beyt deyilir". Əziz Mirəhmədov isə tərtib etdiyi "Ədəbiyyatşünaslıq terminləri lüğəti"ndə anlayışın daha geniş şərhini verir: "…eyni vəzndə yazılan əsərlərin məzmunca bir-birinə bağlı qoşa misrası. Beytdə bitkin bir fikir ifadə olunmalıdır". Beyt şeirdə həm qafiyəli, həm də qafiyəsiz ola bilər. Bu da şerin müxtəlif şəkillərindən asılıdır. Məsələn, məsnəvi formasında yazılan bütün əsərlərdəki beyt bir qayda olaraq, cüt-cüt qafiyələnir. Qəzəl və qəsidələrdə ilk beytlər həmqafiyə olur.
Beyt Aghiyon
Beyt Aghiyon (ivr. ‏בית ראש הממשלה‏‎) — İsrail Baş nazirinin rəsmi iqamətgahıdır. Şəhərin mərkəzi ilə Talbiya məhəlləsi arasında yerləşən Rehavianın böyüdülmüş Qüds məhəlləsindəki Balfour küçəsinin küçə küncündə, Smolenskin küçəsində yerləşir. == Tarixi == Bina İsgəndəriyyə şəhərinin varlı sakini olan yəhudi-yunan taciri Eduard Aghiyon üçün inşa edilmişdir. Yəhudi-Alman memarı Riçard Kufmann tərəfindən tərtib edilmiş və 1936-1938-ci illər arasında inşa edilmişdir. 1941-ci ildə Yuqoslaviyanın Kralı II Pyotr burada yaşayırdı. 1948-ci ildəki Ərəb-İsrail müharibəsi zamanı İrgun döyüşçüləri üçün xəstəxana kimi xidmət edirdi.
Beyt HaNassi
Beyt HaNassi (ivr. ‏בֵּית הַנָּשִׂיא‏‎) bəzən Mişkan HaNassi (ivr. ‏מִשְׁכָּן הַנָּשִׂיא‏‎) — İsrail Prezidentinin rəsmi iqamətgahıdır. Qüdsün Talbiya məhəlləsində yerləşir.
Əhli-Beyt
Əhli-Beyt (ərəb. أهل البيت‎; "ev əhli" mənası verir) — İslam ənənəsinə görə Məhəmməd peyğəmbərin ailəsi. Əhli Beyt sözü müsəlmanların müqəddəs kitabı olan Quranda 2 yerdə işlədilmişdir. Cahiliyyə dövrü ərəb cəmiyyətində qəbilənin hakim ailəsini bildirən "Əhli-Beyt" ifadəsi islam meydana gəldikdən sonra Məhəmməd peyğəmbərin ailəsinə şamil olundu. Quranda "əhl" sözü sahib, tərəfdar, eyni məkanı paylaşanlar, bir dinə, yaxud peyğəmbərə inananlar, zövcə, "beyt" sözü isə ev, Allahın evi (məscid) və ailə mənalarında işlənmişdir. "Əhli-Beyt" ifadəsinə İbrahimin (11:73), Musanın (28: 12) və Məhəmmədin (33:33) ailəsindən bəhs edən üç ayədə rast gəlinir. Əhli-Beyt-ә kimlərin daxil edilməsi barədə fikirlər fərqli olsa da, bunlar, əsasən, Məhəmməd peyğəmbər, Əli ibn Əbu Talib, Fatimə, Həsən əl-Müctəba, Hüseyn ibn Əli və digər doqquz imamdan ibarətdir. İlahi lütfün və gizli biliklərin daşıyıcıları kimi Əhli-Beyt-ә xüsusi ehtiram bəslənilir. Sünnilərin ən mötəbər hesab etdikləri altı kitabdan biri olan "Səhihi-Müslim"də Peyğəmbərin zövcəsi Aişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi.
Əhli Beyt
Əhli-Beyt (ərəb. أهل البيت‎; "ev əhli" mənası verir) — İslam ənənəsinə görə Məhəmməd peyğəmbərin ailəsi. Əhli Beyt sözü müsəlmanların müqəddəs kitabı olan Quranda 2 yerdə işlədilmişdir. Cahiliyyə dövrü ərəb cəmiyyətində qəbilənin hakim ailəsini bildirən "Əhli-Beyt" ifadəsi islam meydana gəldikdən sonra Məhəmməd peyğəmbərin ailəsinə şamil olundu. Quranda "əhl" sözü sahib, tərəfdar, eyni məkanı paylaşanlar, bir dinə, yaxud peyğəmbərə inananlar, zövcə, "beyt" sözü isə ev, Allahın evi (məscid) və ailə mənalarında işlənmişdir. "Əhli-Beyt" ifadəsinə İbrahimin (11:73), Musanın (28: 12) və Məhəmmədin (33:33) ailəsindən bəhs edən üç ayədə rast gəlinir. Əhli-Beyt-ә kimlərin daxil edilməsi barədə fikirlər fərqli olsa da, bunlar, əsasən, Məhəmməd peyğəmbər, Əli ibn Əbu Talib, Fatimə, Həsən əl-Müctəba, Hüseyn ibn Əli və digər doqquz imamdan ibarətdir. İlahi lütfün və gizli biliklərin daşıyıcıları kimi Əhli-Beyt-ә xüsusi ehtiram bəslənilir. Sünnilərin ən mötəbər hesab etdikləri altı kitabdan biri olan "Səhihi-Müslim"də Peyğəmbərin zövcəsi Aişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi.
Beyt-din
Beyt-din (ivr. ‏בית דין‏‎, Bet Din, hərf. "mühakimə evi", [bet ˈdin], aşkenazi: beys-din) — iudaizmdə ravvin məhkəməsi. Qədim dövrlərdə hüquq sisteminin əsasını təşkil edirdi. İndiki dövrdə həm İsraildə, həm də yəhudi diaspor icmalarında bir sıra dini məsələlərdə qanuni güclərdə istifadə edilir. Burada onun hökmləri xüsusi olaraq iudaist dini həyatı ilə bağlı məsələlərdə müxtəlif dərəcədə səlahiyyətlərə malikdir. == İndiki dövrdə == Ortodoks iudaizmdə adət-ənənələr bildirir ki, beyt-din dinlənilən işə aid hər hansı "halaxa" işlərində digər üzvlərə təlimat verə bilmək üçün ən azı biri "halaxa" haqqında geniş məlumatlı olan üç müşahidəçi yəhudi kişidən ibarətdir. Beyt-din işindəki ravvinlər yəhudi hüququnun bütün aspektləri üzrə mütəxəssis olmalı deyil, yalnız sözügedən sahə üzrə mütəxəssis olmalıdırlar. Qadınlara beyt-dində xidmət etməyə icazə verən bir sıra ravvinlər də var. Proqressiv icmalarda, eləcə də iudaizmin digər qeyri-ortodoks axınlarında qadınlar beyt-dində xidmət edirlər.
Beyt Quvrin Milli Parkı
Beyt Quvrin-Mareşa Milli Parkı (ivr. ‏בית גוברין - מרשה‏‎) — İsrailin mərkəzində, Kiryat Qat şəhərindən 13 km uzaqlıqda yerləşən milli park. Milli parkda ilk məbəd dövründə Yehuda Krallığı üçün əhəmiyyətli şəhərlərdən biri olan Mareşa və Roma İmperiyası dövründə Eleteropol kimi tanınan Beyt Quvrin şəhərinin qalıqları yerləşir. Milli parkda aparılan qazıntı işlərində yəhudi məzarlığı, Bizans-Roma amfiteatrı, Bizans kilsəsi, ictimai hamamlar, mozaikalar, məzar mağaralar aşkarlanmışdır. == Tarixi == Mareşa şəhəri haqqında ilk məlumatlar Yehuda qəbiləsinə qədər uzanır. Yəhudi Bibliyasına görə şəhər Rovoam tərəfindən Misirə qarşı müdafiə edilmişdir. Yehuda Krallığının dağıdılmasından sonra şəhər İdumeya Krallığının parçası olmuşdur. Gec fars dövründə şəhərdə saydanlar məskunlaşmışdırlar və şəhər e.ə. 259-cu ildə Zenon papirusunda qeyd olunmuşdur. Makkabi üsyanı zamanı şəhər makkabilərə qarşı müdafiə olunduğundan zərər görmüşdür.
Beytar Yerusəlim FK
Beytar (Yerusəlim) FK - İsrailin futbol klubu == Tarixi == == Avropa kuboklarında iştirak == 8 dəfə Avropa kuboklarında iştirak edib.
Beytas (Soyuqbulaq)
Beytas (fars. بيطاس‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 286 nəfər yaşayır (38 ailə).
Beytləhm
Beytləhm (ərəb. بيت لحم [Beyt Lahm]‎), həmçinin Betlehəm (ivr. ‏בית לחם‎ [Bet Lehem]‏‎) və ya Vifleem, qədim türkcə Bidilqim — Fələstində şəhər (1995 ildən). Əhali 29,930 (2006 ildə). Xristianlığa görə bura İsa məsihin doğulduğu yerdir.Yerusəlim dən 8 km aralıda yerləşir.
Beytləhmdə uşaq qətliamı
Beytləhmdə uşaq qətliamı — rəngli boya ilə Piter Paul Rubens tərəfindən 1638-ci ildə incil rəvayəti əsasında dini mövzuda çəkilmiş renessans dövrünə aid rəsm əsəri.
Beytul-Müqəddəs
Məscidül-Əqsa (yaxud Beytul-Müqəddəs) (ərəb. المسجد الأقصى‎), İslam dinində olanlar üçün müqəddəs yerlərdən biridir. Azərbaycanca "Ən uzaqdakı məscid" mənasını verir. Qüds şəhərində yerləşir. II xəlifə Ömərin dövründə kiçik bir məscid kimi olmasına baxmayaraq, Əməvilər sülaləsinin hakimiyyətdə olduğu dövrdə böyüdülüb, genişləndirilmiş və 705-ci ildə tamamlanmışdır. Daha sonralar müxtəlif səbəblərdən bir neçə dəfə dağıdılan məscid əvvəldən inşa edilmişdir. Bugünkü məscid 1033-cü ildə zəlzələ nəticəsində dağıldıqdan sonra Fatimilər tərəfindən tikilən variantdır. Sonralar bir çox hökmdarlar tərəfindən müxtəlif elementlərlrə bəzədilmişdir. Quranda deyilən İsra hadisəsi burada cərəyan etmiştir. Başqa bir adı Həram-uş-şərif (Əll-Həram əl-Qudsi əş-Şərif).
Beytül-əhzan
Beytül-əhzan — Şeyx Abbas Quminin Xanım Fatimənin həyatından bəhs edən kitabı. == Tərcüməsi == Kitab ilk dəfə azərbaycan dilinə Ceyhun Cəfərov tərəfindən tərcümə edilmiş və kiril əlifbası ilə nəşr edilmişdir. == İstinadlar == == Həmçinin bax == Şeyx Abbas Qumi Fatimə Şiə kitablarının siyahısı == Xarici keçidlər == Kitabı yüklə (az.) Online oxu Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (az.) "Beytül-əhzan (Şeyx Abbas Qummi)" ( (az.)). islam.az. 2012-10-06. 2015-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-06.
Beytül-əhzan (kitab)
Beytül-əhzan — Şeyx Abbas Quminin Xanım Fatimənin həyatından bəhs edən kitabı. == Tərcüməsi == Kitab ilk dəfə azərbaycan dilinə Ceyhun Cəfərov tərəfindən tərcümə edilmiş və kiril əlifbası ilə nəşr edilmişdir. == İstinadlar == == Həmçinin bax == Şeyx Abbas Qumi Fatimə Şiə kitablarının siyahısı == Xarici keçidlər == Kitabı yüklə (az.) Online oxu Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (az.) "Beytül-əhzan (Şeyx Abbas Qummi)" ( (az.)). islam.az. 2012-10-06. 2015-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-06.
Beytülədəb mədrəsəsi
Beytülədəb mədrəsəsi — XIX yüzildə Şuşa şəhərinin Merdinli məhəlləsiində fəaliyyət göstərən mədrəsə. Mədrəsənin yaradıcısı Mirzə Məhəmməd bəy Münşizadə idi. Bu mədrəsənin xərcini Merdinli məscidi ödəyirdi. Bu məktəbdə adlı-sanlı müdərrislər dərs deyirdilər. Müdərrisə xəlifə kömək edirdi. Beytülədəb mədrəsəsində Sədinin "Gülüstan" və "Bustan" əsərləri, "Füzuli divanı", "Tarixi-Nadir", "Camei-Abbas" və başqa kitablar dərslik və dərs vəsaitləri kimi istifadə olunmuşdur. Mədrəsədə ümumtəhsil fənləri və ali fənlər tədris edilirdi.
Beytüs-səfa
Beytüs-səfa – ədəbi məclis. XIX əsrin 60 illərində Şamaxıda şair Məhəmməd Səfanın evində yaradılmışdı; məclisin adı da bununla əlaqədardır (ərəbcədən tərcümədə: Səfanın evi deməkdir). Seyid Əzim Şirvani, Molla Ağa Bixud, Ağababa Zühuri, Qafar Rağib, Ələkbər Qafil, Molla Mahmud Zuyi və b. şairlər məclisin fəal üzvləri idi. Məclisə Seyid Əzim Şirvani və Mollağa Bixud başçılıq edirdilər. “Beytüs-Səfa” Şuşadakı “Məclisi-üns”, “Məclisi-fəramuşan”, Bakıdakı “Məcməüş-şüəra” ilə sıx əlaqə saxlayırdı. Məclisdə ədəbiyyat, incəsənət, fəlsəfə məsələlərinə dair söhbətlər aparılır, klassiklərin əsərləri mütaliə olunur, onların məşhur şerlərinə nəzirələr yazılırdı, yeni yaranan qəzəllər xanəndələr tərəfindən oxunaraq, yayılırdı.
Beytəkər
Beytəkər - Gürcüstanın Bolnisi rayonunda kənd. == Tarixi == Bərtəkər (Bəytəkər) kəndi Dəniz səviyyəsindən 810 m hündürlükdə yerləşir. Toponimi: Sakların, Bulqarların tirəsi Təkə tayfasının, qıpçaqlardakı Tək tayfasının adını əks etdirə bilər.Ərazisində qədim Alban kilsəsinin qaliqlari yerləşmiədir == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan rəsmi məlumata görə, Tiflis quberniyasının Borçalı qəzasına daxil olan Bəytəkər (rus. Бектакари) kəndində əsasən etnik tatarlardan (azərbaycanlılardan) ibarət hər iki cinsdən toplam 156 nəfər əhali yaşayırdı.
Ceyson Beytman
Ceyson Kent Beytmən (ing. Jason Kent Bateman, 14 yanvar, 1969) — ABŞ aktyoru. == Həyatı == Ceyson Beytmən 14 yanvar 1969-cu ildə Nyu-York ştatının Ray şəhərində doğulub.
Ceyson Beytmən
Ceyson Kent Beytmən (ing. Jason Kent Bateman, 14 yanvar, 1969) — ABŞ aktyoru. == Həyatı == Ceyson Beytmən 14 yanvar 1969-cu ildə Nyu-York ştatının Ray şəhərində doğulub.
Con Beyts Klark
Con Beyts Klark (ing. John Bates Clark; 26 yanvar 1847[…], Providens[d] – 21 mart 1938[…], Nyu-York, Nyu-York ştatı) — amerikalı iqtisadçı, Amerika marjinalizm məktəbinin qurucusu , marjinal məhsuldarlıq nəzəriyyəsinin müəllifi, 1894-1895-ci illərdə Amerika İqtisadi Birliyinin prezidenti. == Bioqrafiyası == Amerikalı iqtisadçı Amherst Universitetində və Sürix və Heydelberq Universitetlərində təhsil almışdır; 1895-1923-cü illərdə Kolumbiya Universitetində dərs demişdir. 1894-1895-ci illərdə Amerika İqtisadi Birliyinin Prezidenti vəzifəsində çalışmıdır. === Ailəsi === Məşhur iqtisadçı Con Moris Klarkın atasıdır. == Elmi töhfələri == Con Beyts Klark çoxsaylı əsərlərin müəllifidir. Dəqiq elmləri yaxınlaşdırmaq üçün siyasi iqtisadiyyatın öyrənilməsinə yeni bir yanaşma təklif etdi. Nəzəri mexanika ilə bənzətmə yolu ilə Con Beyts Klark iqtisadi nəzəriyyəni iki hissəyə - statika və dinamikaya böldü. Statikanın analizinə ilkin əhəmiyyət vermişdi, yəni hərəkətsizlikdə, "tarazlıqda" cəmiyyətin iqtisadi vəziyyəti. Klark dəyişdirdiyi marjinal fayda nəzəriyyəsinə sadiq qaldı.
Dris Beytart
Dris Beytart (ing. Dries Buytaert; 19 noyabr 1978) — "Drupal"ın yaradıcısı. == Həyatı == Dris Beytart 19 noyabr 1978-ci ildə Belçikanın Antverpen şəhərinin Vilreyk hissəsində anadan olmuşdur. Beytart 2000-ci ildə Antverpen Universitetində informatika sahəsində magistr dərəcəsinə yiyələnib. Elə həmin ildə ən böyük layihəsini – "Drupal"ı təqdim edib. Bundan sonra 2003-cü ilə qədər özəl sektorda işləyib. Dris Beytart 2007-ci ildə Drupal-a əsaslanan layihələrin və xidmətlərin ticarət dəstəyinə yönəldilmiş "Acquia" firmasını yaradıb. Beytart 2008-ci ildə Belçikanın Gent Universitetində doktorluq dissertasiyasını müdafiə edib və informatika və cihazqayırma ("Computer Science and Engineering") sahəsində doktorluq dərəcəsinə layiq görülüb. Həmin ildə istehsalçı veb-saytlarda spam üçün filtr kimi işləyən "Mollom" adlı yeni layihəsini təqdim edir. "Mollom"un tətbiq edilmiş spam-filtr kombinasiyası və CAPTCHA serveri spamı məhv edir.
Keti Beyts
Ketlin Doyl "Keti" Beyts (28 iyun 1948[…], Memfis, ABŞ) — Qızıl Qlobus mükafatlı Amerikalı teatr və kino aktrisası. == Filmoqrafiya == Titanik (1997) İlahi ordasan?
Nik Beytman
Nik Beytman — məşhur Kanadalı model və aktyor. Nik Beytman 18 noyabr 1986-cı ildə Kanadanın Burlinqton şəhərində anadan olub. 4 yaşından karate ilə məşğul olmuşdur. Bir çox nailiyyətləri vardır. Kanadanın Vankuver şəhərindəki Capilano universitetini bitirdikdən sonra 20 yaşında şəxsi karate məktəbini açmışdır. Modellik karyerası ilə əlaqədar olaraq bir müddət İtaliyanın Milan şəhərində yaşamışdır. Boyu = 193 sm Gözləri = qəhvəyi Saç rəngi = qəhvəyi Rəsmi Saytı Arxivləşdirilib 2020-01-12 at the Wayback Machine Rəsmi İnstagram Səhifəsi Rəsmi Twitter Səhifəsi Nick Bateman — Internet Movie Database saytında.
Kürdüstan Beytül-Müqəddəs Korpusu
Kürdüstan Beytül-Müqəddəs Korpusu Bəsic və İİKK-ın tabeliyində olan hərbi birləşmədir. Onların qərargahı Sənəndəcdə yerləşir və onlar ən böyükdür və Kürdüstan ostanındəki bütün İİKK Korpusu və Bəsic bölmələrinə nəzarət etməkdən məsuldurlar. == Tarix == Bu bölmənin yaranma tarixi 1984-cü ilə gedib çıxır və İran-İraq müharibəsi zamanı 662-ci Qüds Briqadası ilə birlikdə formalaşıb. Bu bölmə Nəsr 1, Kərbəla 1, Kərbəla 4 və Kərbəla 5, Vəl-Fəcr 8, Vəl-Fəcr 9 və Vəl-Fəcr 10 əməliyyatlarında döyüş hissəsi kimi iştirak edib. İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə Bəsic quru qüvvələrinin birləşməsindən sonra əyalət korpusunun formalaşdırılması yaradıldı. Bu bölmənin bir hissəsi olan ən böyük alt birliklər 22-ci Qüds Ordusu, Sənəndəc Ordusu, Saqqez Ordusu, Marivan Ordusu və Baneh Ordusudur ki, onların hamısı etnik kürdlərdir. Hazırda bu bölmənin komandiri briqada generalı Sadegh Hosseinidir. == Fəaliyyətlər == 2019-cu ilin fevral ayında korpusun yoxsulluqdan əziyyət çəkən Kürdüstan əyalətinin xalqına kömək etmək üçün təxminən 6000 layihəsi var idi. Onlar KDP-İ ilə çoxlu toqquşmalarda iştirak ediblər. 1996-cı ildə KDP-İ İrandakı bütün hərbi fəaliyyətini dayandırmağa razı oldu.
Patrik Beytman
Patrik Beytman (ing. Patrick Bateman) — Bret İston Ellis tərəfindən yaradılmış uydurma personaj. O, Ellisin 1991-ci ildə yazdığı "Amerikalı Psixopat" romanının əsas obrazıdır, 2000-ci ildə işıq üzü görmüş film adaptasiyasında onu Kristian Beyl canlandırıb. Patrik imkanlı Uoll-Strit investisiya bankiri və materialist yappidir, həmçinin seriyalı qatil kimi gizli həyat sürür. Romanın əvvəlində Patrik Beytman, Uoll-Stritdəki uydurma investisiya şirkəti "Pierce & Pierce"də birləşmə və satınalmalar üzrə çalışan 26 yaşlı mütəxəssisdir. O, Upper West Side-dəki American Gardens Building-in 11-ci mərtəbəsindəki mənzildə yaşayır və burada aktyor Tom Kruzla qonşudur. Beytman həmkarlarını, evsizləri, fahişələri və digər müxtəlif şəxsləri hədəf alan seriyalı qatil kimi gizli həyat sürür. Romanda onun törətdiyi dəhşətli cinayətlərdən, o cümlədən zorlama, işgəncə, nekrofiliya və kannibalizm əməllərindən danışılır. Beytman 19 sentyabr 1962-ci ildə varlı ailədə dünyaya gəlib. Onun valideynlərinin Long Island-da və Nyuportda bağ evi var.

Значение слова в других словарях