BİÇ-ROK

/ing. beach-plyaj, dəniz sahili və roskqayalıq/ əhənglə sementləşmiş dəniz sahili çöküntüləri. Rütubətli tropik sahillərdə yumşaq çöküntülər içərisində qabıq, nazik qat və linza şəkilində müşahidə edilir. бич-рок beach-rock
BƏRZƏX
BİFURKASİYA
OBASTAN VİKİ
Biç
Biç (ing. bitch; /bɪtʃ/) — insanlara, xüsusən də qadınlara qarşı istifadə olunan aşağıladıcı ifadə. Bir qadın və ya qız uşağı nəzərdə tutulduqda dalaşqan, pisniyyətli, nəzarətçi, aqressiv və ya dominant mənasına gəlir. Bir kişiyə yaxud oğlana tətbiq edildikdə isə mənasını dəyişir, tabe olan, zəif, qorxaq kimi alçaldıcı mənaları ifadə edir. Bu ifadə homoseksual münasibətdə yüksək dərəcədə iddialı və ya qadının alçaldıcı xarakteristikasına sahib olan kişiyə istinad edə bilər.
Rok
Rok (ing. Rock) sözü – yellətmək, yırğalamaq; tərpətmək, silkələmək; atıb-tutmaq mənalarını verir – onlar bu cərəyana xas ritmik hərəkətləri bildirir. Rokda elektron musiqi alətlərindən istifadə, öz yaratdıqları musiqini ifa etməklə kifayətlənmə ikinci dərəcəlidi və bəzən yanlış fikirlərə gətirib, çıxarır. Buna görə də bəzi musiqi növlərinin roka məxsusluğu sual altındadı. Rok, həmçinin subkultur. Dəb növləri, hippilər, panklar, qotlar kimi subkulturlar rokun müəyyən janrları ilə sıx bağlıdır. Rokun yüngül rok-n-rolldan (rock and roll) tutmuş ta aqressiv qrayndkora qədər bir çox axınları var. Mahnılar yüngül və sərbəst, dərin və filosofi mövzulardan danışa bilir. Bəzən rok pop musiqi ilə qarşı-qarşıya qoyulur. Əslində "Rok" və "pop" anlayışları arasında açıq-aydın sərhəd yoxdur və bir çox musiqi növləri bu ikisinin arasındadır.
Cumeyra-Biç
Cumeyra-Biç (ing. Jumeirah Beach) — ağ qumdan ibarət olan çimərlik. Dubay şəhərinin Cumeyra rayonu ərazisində yerləşir. Cumeyra palması ilə kəsişərək Cumeyra-Biç-Rezidensə qədər uzanır.
Lonq Biç
Lonq Biç (ing. Long Beach) — Sakit Okean'ın sahilində Los-Ancelesin 30 km cənubunda yerləşən, əhalisinə görə ABŞ-nin 38-ci, Kaliforniya ştatının 7-ci böyük şəhəri. Təxminən 500 min əhalisi olan şəhər dünyanın ən böyük limanlarından birinə və inkişaf etmiş neft sənayesinə sahibdir. Şəhərdə Təyyarə və Avtomobil hissələri istehsal edilir. Lonq-Biç Los-Ancelesin məkəzindən təxminən 30 km uzaqlıqda yerləşir. Ümumi səhəsi 170,7 km², quru sahəsi 130,5 km², su sahəsi isə 40 km²-dir. 1964-cü ildə Təyyarə qəzasında ölmüş kosmonavt Teodor Friman və 1967-ci ildə Apollon 1'də baş verən yanğında ölən 3 kosmonavt Qas Qrissom, Edvard Vayt və Rocer Çaffinin adı verilmiş 4 süni ada mövcuddur.
Piq-Biç
Piq-Biç (ing. Pig Beach) — Baham adalarında ada. Eksuma adalarının bir hissəsidir. Əhalisi yoxdur. Ada Piq-Aylend, Meycor-Ki, Bir-Meycor və rəsmi olaraq Biq-Meycir-Ki olaraq tanınır. Piq-Biç bir çəkməni xatırladan nizamsız formaya malikdir. Şimaldan cənuba ada 1.8 kilometr (1.1 mil) uzanır, maksimum eni 1.6 kilometr (0.99 mil) çatır, təxmini sahəsi 0,9 km2-dir. Adada kiçik göllər əmələ gətirən üç içməli su mənbəyi var. Ada Cennifer Nolanın "Donuz adasının sirri" adlı uşaq kitabına, həmçinin Sandra Boyntonun mahnısı adaya həsr olunmuşdur.
Virciniya Biç
Virciniya Biç, Verciniya-Biç, Virqiniya-Biç (ing. Virginia Beach [və(r)ˈdʒɪniə ˈbiːtʃ]) — ABŞ-nin Virciniya ştatında yerləşən bir şəhərdir. Virginia Beach City heç bir dairədən asılı olmayan müstəqil bir şəhərdir. South Hampton Roads (Cənubi Hampton Yolları) bölgəsində, Chesapeake körfəzinin Atlantik Okeanı ilə qovuşduğu yerdə yerləşir. Onun şəhər daxilində əhalisi (2010-cu il Əhali siyahıyaalmasına görə) 437994 nəfərdir. Əhalisi ilə ABŞ-nin 39-cu ən böyük şəhəridir. 1.288.1 km² ərazidə inşa edilmişdir. Lakin bu şəhərlə əlaqəli şəhərləşmiş şəhərətrafı zonaları ilə metropoliya Virciniya Siti əhalisi (2010 siyahıyaalma məlumatlarına görə) 1,672.319 nəfərdir. Əksəriyyəti şəhərətrafı olsa da, Virjiniyada ən sıx şəhərdir və millətin ən sıx yaşadığı 44-cü şəhəridir. Hampton Roads metropol ərazisinə daxildir.
Boynton-Biç
Boynton-Biç (ing. Boynton Beach) — ABŞ-nin Florida ştatının Palm-Biç dairəsində yerləşən şəhər.
Delrey-Biç
Delrey-Biç (ing. Delray Beach) — ABŞ-nin Florida ştatının Palm-Biç dairəsində yerləşən şəhər.
Dirfild-Biç
Dirfild-Biç (ing. Deerfield Beach) — ABŞ-nin Florida ştatının Brauard dairəsində yerləşən şəhər.
Laquna-Biç
Laquna-Biç (ing. Laguna Beach) — ABŞ-nin Kaliforniya ştatının Orinc qraflığında yerləşən şəhər.
Pompano-Biç
Pompano-Biç (ing. Pompano Beach) — ABŞ-nin Florida ştatının Brauard dairəsində yerləşən şəhər.
Eksperimental rok
Eksperimental rok və ya avantqart rok — tipik rok elementlərində sınaqdan keçmiş bir musiqi növüdür. Eksperimental rokun ümumi kompozisiya və performans texnikasının hədlərini aşan bir xüsusiyyəti də var. Eksperimental rok musiqiçiləri eyni zamanda öz musiqilərini alternativ alət tonları, qeyri-adi ahəngdarlıq, kompozisiya texnikaları, digər musiqi üslublarının elementləri, vokal üslubları, instrumental effektlər əl ilə hazırlanmış xüsusi eksperimental alətlərlə xüsusiləşdirirlər. AllMusicə görə, "eksperimental rok "ayə-xor-ayə" standartı ilə yazılmış musiqinin əksidir" The Velvet Underground və Frank Zappanın liderliyini etdiyi bu musiqi janrı proqressiv rokun, elektronik musiqinin yaranmasına töhfə verdi. Sonic Youth, Half Japanese, Radiohead kimi alternativ rok qruplarına təsir göstərmişdir. Eksperimental rokun tipik xüsusiyyətlərinə aşağıdakılar daxildir: Qeyri-ənənəvi üsullar:Yenilikçi və bəzən uyğun olmayan alət ifa etmə texnikası. Qərb musiqisinə aid olmayan alətlər, ton, ritmlərdən istifadə. Hazırlanmış alətlər: Alternativ olaraq düzəldilmiş və ya dəyişdirilmiş alətlər. Uyğunsuzluq, ahahəngsizlik, və səs-küydən istifadə. Eksperimental rok eyni zamanda 20-ci əsrin klassik musiqisindən də təsirlənmişdir.
Folk-rok
Folk-rok, xalq musiqisi və rok musiqisini birləşdirən bir musiqi növüdür. Ümumiyyətlə folk-rok termini 1960-cı illərin ortasında Birləşmiş Krallıq və ABŞ-də ortaya çıxmışdır. Liderliyini Los Angelesli musiqi qrupu The Byrds etmişdir. Qrup, ənənəvi xalq musiqisi ilə Dylanvari mahnıları rok alətləri ilə çalmış, bu nöqtədə isə The Beatles və digər İngilis qruplarının böyük ölçüdə təsiri olmuşdur."Folk rok" termini isə ilk dəfə ABŞ mətbuatı tərəfindən The Byrds'ün musiqisini təyin etmək üçün 1965 iyununda ortaya atılmışdır. The Byrds'ün "Mr. Tambourine Man" coveri və bu coverin ticarət müvəffəqiyyəti isə folk rokun 1960-cı illərin ortasında böyük bir müvəffəqiyyətə çatmasını təmin etmişdir. Dylanın özünün də bu növə böyük bir ilham qaynağı olmuşdu; xüsusilə elektro gitarla ifa olunan Bringing It All Back Home , Highway 61 Revisited və Blonde on Blonde albomları növün inkişafında böyük rolu oldu. Dylanın 25 iyul 1965 tarixində Newport Folk Festival'ında elektronik bir musiqi qrupuyla konsert verişi, eyni zamanda folk rok üçün əhəmiyyətli bir addım idi.
Folk rok
Folk-rok, xalq musiqisi və rok musiqisini birləşdirən bir musiqi növüdür. Ümumiyyətlə folk-rok termini 1960-cı illərin ortasında Birləşmiş Krallıq və ABŞ-də ortaya çıxmışdır. Liderliyini Los Angelesli musiqi qrupu The Byrds etmişdir. Qrup, ənənəvi xalq musiqisi ilə Dylanvari mahnıları rok alətləri ilə çalmış, bu nöqtədə isə The Beatles və digər İngilis qruplarının böyük ölçüdə təsiri olmuşdur."Folk rok" termini isə ilk dəfə ABŞ mətbuatı tərəfindən The Byrds'ün musiqisini təyin etmək üçün 1965 iyununda ortaya atılmışdır. The Byrds'ün "Mr. Tambourine Man" coveri və bu coverin ticarət müvəffəqiyyəti isə folk rokun 1960-cı illərin ortasında böyük bir müvəffəqiyyətə çatmasını təmin etmişdir. Dylanın özünün də bu növə böyük bir ilham qaynağı olmuşdu; xüsusilə elektro gitarla ifa olunan Bringing It All Back Home , Highway 61 Revisited və Blonde on Blonde albomları növün inkişafında böyük rolu oldu. Dylanın 25 iyul 1965 tarixində Newport Folk Festival'ında elektronik bir musiqi qrupuyla konsert verişi, eyni zamanda folk rok üçün əhəmiyyətli bir addım idi.
Hard-rok
Hard-rok (ing. Hard Rock) — ağır rok və ya sərt rok. Rok musiqisinin bir janrıdır. Hard rok musiqisində əsasən bas gitaradan və zərb alətlərindən istifadə olunur. Hard rok 1960-cı illərin əvvəllərində yenidən dirçəldi və 60'cı illərin sonlarına doğru adət etdiyi formanı aldı. 1970-ci ilin başlanğıcı və sonralar isə Led Zeppelin, Deep Purple, Black Sabbath kimi qrupların fəaliyyəti ilə hard rok musiqisi öz çiçəklənmə dövrünü yaşadı. Rok musiqisində "ağırlaşma" 1960-cı illərin ortalarında Böyük Britaniya və Amerika qrupları tərəfindən başlandı, hansılar ki; The Kinks, Cream, The Rolling Stones, The Beatles, The Yardbirds, The Who və mahir rok-gitarist Cimi Hendriks. Hard rok musiqisin bilinən mahnıları "You Really Got Me" (The Kinks) və "White Room" (Cream), "Helter Skelter" (The Beatles) hesab etmək olar. "You Really Got Me" musiqisində isə hard rok'un tipik xüsusiyyətlərini görmək mümkündür. O vaxt yeni ağır rok-qruplar (Guns N’ Roses, Mötley Crüe, Def Leppard) ilə bərabər öz yeni işlərilə 1970-ci illərin klassik hard-rok nümayəndələri (Black Sabbath-ın keçmiş vokalisti Ozzy Osborn, Deep Purple-ın keçmiş vokalisti Devid Koverdeylin Whitesnake qrupu) və 1970-ci illərin ortalarına yaxın debüt etmiş qruplar (Aerosmith, AC/DC, Judas Priest) böyük uğur qazanırdı.
Hard rok
Hard-rok (ing. Hard Rock) — ağır rok və ya sərt rok. Rok musiqisinin bir janrıdır. Hard rok musiqisində əsasən bas gitaradan və zərb alətlərindən istifadə olunur. Hard rok 1960-cı illərin əvvəllərində yenidən dirçəldi və 60'cı illərin sonlarına doğru adət etdiyi formanı aldı. 1970-ci ilin başlanğıcı və sonralar isə Led Zeppelin, Deep Purple, Black Sabbath kimi qrupların fəaliyyəti ilə hard rok musiqisi öz çiçəklənmə dövrünü yaşadı. Rok musiqisində "ağırlaşma" 1960-cı illərin ortalarında Böyük Britaniya və Amerika qrupları tərəfindən başlandı, hansılar ki; The Kinks, Cream, The Rolling Stones, The Beatles, The Yardbirds, The Who və mahir rok-gitarist Cimi Hendriks. Hard rok musiqisin bilinən mahnıları "You Really Got Me" (The Kinks) və "White Room" (Cream), "Helter Skelter" (The Beatles) hesab etmək olar. "You Really Got Me" musiqisində isə hard rok'un tipik xüsusiyyətlərini görmək mümkündür. O vaxt yeni ağır rok-qruplar (Guns N’ Roses, Mötley Crüe, Def Leppard) ilə bərabər öz yeni işlərilə 1970-ci illərin klassik hard-rok nümayəndələri (Black Sabbath-ın keçmiş vokalisti Ozzy Osborn, Deep Purple-ın keçmiş vokalisti Devid Koverdeylin Whitesnake qrupu) və 1970-ci illərin ortalarına yaxın debüt etmiş qruplar (Aerosmith, AC/DC, Judas Priest) böyük uğur qazanırdı.
Noys rok
Noys rok—pank sonrası 1980-cı illərdə məşhurlaşan rok musiqisinin janırıdır. Noys rokda ənənəvi rok musiqi alətlərindən istifadə olunsa da, bu musiqi janırında ahəngsizlik, dissonans və gurultu əsasdır. Eyni zamanda noys rok musiqiçiləri əsasən ənənəvi musiqi yazma texnikalarından istifadə edirlər. Noys rokun ən nüfuzlu musiqiçilər arasında Cimi Hendriks, Iggy Pop, Neil Young kimi musiqiçilər ilə yanaşı The Velvet Underground, The Stooges, Ramones, Sex Pistols, The Clash və Throbbing Gristle kimi qruplar da vardır. 1990-cı illərdə də noys rok öz təsirini göstərməyə davam etmişdir. Nirvana və Hole kimi qruplar da noys rokdan ilham almışdır. Nirvana qrupunun In Utero albomunu prodüserliyini də məşhur noys rok prodüseri və "Big Black"ın keçmiş solisti Steve Albini etmişdir. Bu gün isə noys rok bütün dünyaya yayılmışdır.
Pank rok
Pank rok (yada pank; ing. punk rock) — 1970-ci illərin ortalarında ABŞ, Böyük Britaniya və Avstraliyada yaranmış rok musiqisinin janrı. Janrın kökləri 1960 cı illərin qaraj rokina və indi protopank adlandırırlan musiqiyə gəlir çıxır. Janr yaranandan onu təmsil edən musiqiçilər, 1970-ci illərdə məşhur olan, meynstrim roka qarşı çıxırdılar və özlərini onun əksi kimi göstərməyə çalışırdılar. Adət olaraq pank qruplar qısa,səsli gitarlarla və kobud vokalla enerji dolu, siyasi və sosial mövzulara aid mətnlərlə mahnılar yazırlar. Pankın əsas xüsusiyyəti DIY üsulu idi. Qruplar özləri, ya da müstəqil leynlların köməkliyi ilə öz mahnılarını yazıb yayırdılar. «Pank» ilk olaraq 1970-ci illərin əvvəllərində musiqi termini kimi işlənib. Bəzi qaraj qruplarının və onların pərəstişkarlarını təsvir etmək üçün bu termini amerikalı kritiklər düşünüb. 1976-cı ilin axırlarına — Nyu Yorkdan olan New York Dolls, Television, Ramones və Londondan olan Sex Pistols, The Clash və The Damned — yeni janrın bayraqdarları oldu.
Pop rok
Pop-rok — özündə pop musiqinin və rok musiqi janrının xusüsiyyətlərini birləşdirən bir musiqi janrı. Pop rok musiqi janrı sadə strukturaya malikdir. Melodiyalar bəsit və yaddaqalandır, sözlər də həmçinin yaddaqalandır və bir çox hallarda tez-tez təkrar olunurlar. Bu janr XX əsrin 70-ci illərində yaranmışdır. "Pop-rok" termin olaraq ilk dəfə The Beatles rok qrupunun mahnılarını təsfir etmək üçün işlədilib, daha sonra bu janr bir qədərdə inkişaf edib və yayılmışdır. Günümüzdə pop rok ən çox yayılmış və tanınmış musiqi janrlarından biridir.
Post-rok
Post-rok — adi rok musiqisində olduğu kimi instrumentlərdən istifadə olunsa da, daha fərqli olaraq səsin rəngi və hisslərini mümkün qədər çox musiqiyə aşılaması ilə fərqlənir. Don Caballero və Tortoise 90-cı illərdə olan ilk post-rok qrupları sırasında yer alır. Termin olaraq Simon Reynolds tərəfindən Bark Psychosis'in Hex adlı albomunun Mojo jurnalında mart 1994-də yayımlanan tənqidedici yazısından yarandığına inanılır. Reynolds bu düşüncəsini daha sonra the wire jurnalının may nəşrində aydınlaşdırdı və bu termini "rok instrumentlərini rokdan fərqli məqsədlər üçün istifadə etmək, gitaranı riff və güc akkordlarından əlavə səsin rəngini və hissini müəyyən edən bir tərzdə istifadə etmək" olaraq qiymətləndirdi. Post-rock qrupları 60-cı illərdə ABŞ`da yaranmış The Velvet Underground`dan çox böyük təsir almışlar. 90-ların ilk illərində qurulan Slint və ya daha əvvəl qurulan Talk Talk qrupunun Post Rock'a təsiri olduğu bilinir. Godspeed You!
Proqressiv rok
Proqressiv rok — 60-cı illərin ikinci yarısında meydana gələn bir musiqi janrıdır. Standart mahnı qəliblərindən kənara çıxmaqla və rock musiqinin də öz yenilikçi xarakterini əlavə etməklə bu janr sonrakı dövrlərdə öz sözünü deyə bilmişdir. Əsas nümayəndələri King Crimson, Yes, Genesis, Pink Floyd, Jethro Tull, Rush, Camel və Porcupine Tree kimi qruplardır. Bu janrın əsas xüsusiyyətləri axsaq və dəyişkən ritmli olması, standart formaya malik olmaması, mahnıların çox hallarda uzun olması, qrup üzvlərinin instrumental baxımdan virtuoz dərəcəsində musiqiçilər olması və bu səbəbdən də daha çox instrumental mahnılar olması. Əsas rock elementləri ilə (gitara, zərb alətləri, bas gitara) yanaşı başqa alətlərdən geniş istifadə olunur: piano, organ, skripka, fleyta, saksafon və s. Rok musiqisindəki dəyişiklik bu janra da təsir göstərmiş və 80-ci illərdə metal janrının yaranması ilə progressiv metal kimi bir janrın meydana gəlməsinə səbəb olmuşdur. Bura isə Queensryche, Stratovarious, Dream Theater, Pain of Salvation, The Sympony X kimi qrupları aid etmək olar.
Qlem-rok
Qlem-rok (ing. Glam rock | /ɡlæm ɹɔk/; ing. «glamorous» sözündən) — 1970-ci illərin əvəllərində Böyük Britaniyada yaranan rok musiqi janrıdır. 70-ci illərin birinci yarımında dominant janrlardan biri olub. Qlem-rok ifaçıları üçun parlaq teatral imidj, ekzotik geyim, həddən artıq qrim istifadəsi, androgin görünuş xarakterlidi. Bu janrın ifaçıları musiqi və pop mədəniyyətinin müxtəlif şeylərindən, əsasən bablqam pop, 1950-ci illərin rok-n-rollu, kabare, elmi fantastika, psixodelik rok və art-rokdan ilhamlanırdılar. Musiqi planda qlem-rok bir stilistikalı deyil, rok-n-roll, art rok, estrada, hard roku bir birinə birləşdirən bir janrdı. Qlitter rok (ing. Glitter rock) Qeri Qlitter tərəfindən yaradılmış qlem-rokun daha ekstremal versiyasıdır.
Qotik rok
Qotik rok (ing. Gothic rock) — rok musiqi üslubu. 1970-ci illərin sonlarında ortaya çıxmış bir rok növüdür. Qısaca qot rok olaraq da adlandırırlar. Qotik rokda çoxu rok növündə olduğu kimi elektro gitara, bass gitara, zərb alətləri, solo gitara istifadə edirlər; amma digər rok növlərindən özünü ayıran xüsusiyyəti isə əlavə olaraq zərb maşını və sintezator alətlərinin istifadə edilməsidir. Bu növün qruplarının %90-ı qadın vokalist istifadə edər.
Rok Doq
Rok Doq (ing. Rock Dog) - 2016-ci ildə istehsal olunmuş Çin filmi. Rok Doq — Internet Movie Database saytında.
Rok aşırımı
Rok aşırımı (oset. Ручъы ӕфцӕг, gürc. როკის უღელტეხილი) — Baş Qafqaz silsiləsinin mərkəzi hissəsində, Gürcüstan və Rusiya arasında dağ aşırımı. Aşırım həm də Şimali Osetiya ilə Cənubi Osetiyanı birləşdirir. Rok aşırımı Rezaxo və Soxs zirvələri arasında yerləşir. Rok aşırımı şimalda Zakka çayı və Sanat dərəsini Rokdon çayı ilə və cənubda Zemo Roca kəndi ilə birləşdirir. Rok aşırımının ən hündür nöqtəsi dəniz səviyyəsindən 2996 metr yüksəklikdə yerləşir. Arxiv məlumatlarına əsasən Rok aşırımından yolun çəkilməsi ideyyası 1839-cu ilə aiddir. 1931-ci ildə akademik F.Y.Levinson-Lessinq aşırım ərazisində geoloji araşdırmalar aparmışdır. Akademik 70 yaşında öz həyat yoldaşı ilə birlikdə aşırımdan keçmişdir.