BİHAL

zərfsif. [ fars. bi… və ər. hal]
1. Halsız, taqətsiz, yorulmuş, əldən düşmüş; üzgün, zəif. Bihal yıxılmaq.
– Sübh vaxtında bir qoca çaqqal; Aclıq etmişdi çox onu bihal. S.Ə.Şirvani.
Kərbəlayı Qulaməli, hacının bu sözlərini eşidəndə, uca sövtlə hönkürüb, bihal dizi üstə çökdü. Ə.Haqverdiyev.
Əjdər bihal uzanmalı oldu… S.Rəhman.

2. Özündən getmiş, ürəyi keçmiş, bayğın.
□ Bihal olmaq – özündən getmək, bayılmaq.
[Kəblə Fatma:] Nazlını bir fənd ilə dilə tutdum, amma, vallah, o qədər ağlayıb ki, az qalıb ki, bihal olsun. C.Məmmədquluzadə.
[Əbdül:] Sara xanımın halı fənalaşır, bihal olub, tez həkim lazımdır. C.Cabbarlı.

Синонимы

  • BİHAL bihal bax balsız
BİGÜNAH
BİHALƏT

Значение слова в других словарях