Qarşılıqlı birqiymətli uyğunluq
Qarşılıqlı birqiymətli uyğunluq — bir çoxluğun başqa bir çoxluğa qarşılıqlı birqiymətli uyğunluğu birinci çoxluğun ikinci çoxluğa elə inikasıdır ki, birinci çoxluğun müxtəlif elementləri ikinci çoxluğun müxtəlif elementlərinə çevrilsin.
Başqa sözlə, bir çoxluğun başqa bir çoxluğa qarşılıqlı birqiymətli uyğunluq bu çoxluqların elementləri arasında elə uyğunluqdur ki, birinci çoxluğun hər bir elementinə ikinci çoxluğun yalnız bir elementi uyğun olsun və bu uyğunluqda ikinci çoxluğun hər bir elementi birinci çoxluğun yalnız bir elementinə uyğun olsun.
Qarşılıqlı birqiymətli uyğunluq bəzən qarşılıqlı birqiymətli inikas, yaxud biyeksiya adlandırırlar. İki çoxluğun elementləri arasında qarşılıqlı birqiymətli uyğunluq yaratmaq mümkündürsə, onlar eyni gücə malikdir.
== Ədəbiyyat ==
1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
2. "Azərbaycan Sovet Ensklopediyası" I–X cild, Bakı 1976–1987.