BİTMİŞ

f.sif. Qurtarmış, tamam olmuş, tamamlanmış, başa çatmış. Bitmiş işdən gül iysi gələr. ( Ata. sözü ).
İlyasov, Kazım kişinin mətləbini bitmiş hesab etdi. Mir Cəlal.

BİTMƏZLİK
BİTTƏMAM
OBASTAN VİKİ
İndiki bitmiş zaman
İndiki bitmiş zaman (Present Perfect) - keçmişdə qeyri-müəyyən bir vaxtda baş verən və nəticəsi indiki zamanla əlaqəli olan zaman forması. İndiki bitmiş zaman "to have" feli və keçmiş feli sifət vasitəsilə düzəldilir: Biz yeni informasiya verərkən bu zaman formasından istifadə edirik: Ow! I've cut my finger. Bu zaman formasında hərəkət keçmişdə, nəticə isə indiki zamandadır: I have lost my keys. I can't open the door now. "gone to" ilə "been to" arasındakı fərq: He has gone to Rome. (O, hal-hazırda Romadadır.)He has been to Rome. ( O, hal-hazırda geri dönüb.) İndiki bitmiş zaman "just" , "already" və "yet" sözləri ilə istifadə edilə bilər. "Just" dilimizə "indicə" kimi tərcümə olunur və təsdiq cümlələrdə köməkçi fellə əsas felin arasında istifadə edilir: She has just had lunch. "Already" dilimizə "artıq" kimi tərcümə olunur və təsdiq cümlələrdə köməkçi fellə əsas felin arasında istifadə edilir: He has already left.

Значение слова в других словарях