Gennadi Bondarenko
Gennadi Borisoviç Bondarenko (4 fevral 1929, Qaqra, Abxaziya MSSR, Gürcüstan SSR, SSRİ — 10 aprel 1989, Leninqrad, RSFSR, SSRİ) — sovet futbolçusu, hücumçu, SSRİ İdman Ustası. Azərbaycan SSR (1976) və Latviya SSR-in (1980) əməkdar məşqçisidir.
1943-cü ildə Qaqrada uşaq komandasında, 1944-cü ildən isə "Dinamo" (Suxumi) gənclər komandasında oynamağa başlamışdır. 1946-cı ildən peşəkar komandalarda çıxış etməyə başlamışdır. "Dinamo" (Suxumi), "Dinamo" (Leninqrad), "Dinamo" (Moskva) və "Zenit" (Leninqrad) komandalarında oynayıb.
SSRİ Yüksək Liqasında 223 matçda iştirak etmiş, 49 qol vurmuşdur.
Oyunçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayır. "Zenit", "Neftçi", "Dauqava", "Komsomoleç" (1973-74), "Volna"nın baş məşqçisi vəzifəsində çalışmışdır. Onun tələbələri arasında Olimpiya çempionu İqor Ponomaryov da var.