Gennadi Bondarenko

Gennadi Borisoviç Bondarenko (4 fevral 1929, Qaqra, Abxaziya MSSR, Gürcüstan SSR, SSRİ — 10 aprel 1989, Leninqrad, RSFSR, SSRİ) — sovet futbolçusu, hücumçu, SSRİ İdman Ustası. Azərbaycan SSR (1976) və Latviya SSR-in (1980) əməkdar məşqçisidir.

Gennadi Bondarenko
Gennadi Borisoviç Bondarenko
Ümumi məlumatlar
Doğum tarixi 4 fevral 1929(1929-02-04)
Doğum yeri
Vəfat tarixi 10 aprel 1989(1989-04-10) (60 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Mövqeyi hücumçu
Karyerası
Klub karyerası[* 1]
1946—1947 SSRİ Dinamo (Suxumi) ? (?)
1948—1953 SSRİ Dinamo (Leninqrad) 109 (25)
1954 SSRİ Dinamo (Moskva) 21 (8)
1955—1960 SSRİ Zenit (Leninqrad) 93 (16)
Məşqçisi olduğu klublar
1960 SSRİ Zenit (Leninqrad)
1963 SSRİ Dinamo (Leninqrad)
1965 SSRİ Stroitel (UFA)
1966 SSRİ Dinamo (Tallin)
1967—1968 SSRİ Dinamo (Leninqrad)
1969—1972 SSRİ Dinamo (Leninqrad) rəis
1973—1974 SSRİ Komsomoleç (Leninqrad)
1975 SSRİ Volna-Briz
1976—1978 SSRİ Neftçi (Bakı)
1979—1980 SSRİ Dauqava (Riqa)
1981—1982 SSRİ Zvezda (Perm)
1984—1987 SSRİ Dinamo (Leninqrad)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

1943-cü ildə Qaqrada uşaq komandasında, 1944-cü ildən isə "Dinamo" (Suxumi) gənclər komandasında oynamağa başlamışdır. 1946-cı ildən peşəkar komandalarda çıxış etməyə başlamışdır. "Dinamo" (Suxumi), "Dinamo" (Leninqrad), "Dinamo" (Moskva)"Zenit" (Leninqrad) komandalarında oynayıb.

SSRİ Yüksək Liqasında 223 matçda iştirak etmiş, 49 qol vurmuşdur.

Oyunçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayır. "Zenit", "Neftçi", "Dauqava", "Komsomoleç" (1973-74), "Volna"nın baş məşqçisi vəzifəsində çalışmışdır. Onun tələbələri arasında Olimpiya çempionu İqor Ponomaryov da var.

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • SSRİ çempionu: 1954
  • SSRİ xalqları Spartakiadasının yarımfinalçısı: 1956

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]