Bonistika
Bonistika (fr. bonistique) — pul nişanları və bonları öyrənən köməkçi tarix elmi.
== Tarixi ==
Cəmiyyətin iqtisadi və siyasi vəziyyətini əks etdirən tarixi sənədlər, istifadədən çıxan pul nişanları və bonları öyrənən köməkçi tarixi fənn olan bonistika XX əsrin əvvəllərində yaranmışdır və numizmatika ilə sıx bağlıdır.
Belə hesab edilir ki, kağız pul nişanlarının kolleksiyasına ilk dəfə Çində kağız pulların meydana gəlməsindən sonra başlanılıb. Lakin dünyada kağız pulların sistematik kolleksiyası 1940-cı illərdən başlayıb. 1970-cü illər kolleksiya sahəsində dönüş nöqtəsi sayılır. Məhz bu illərdə bonistika kolleksiyanın müstəqil qolu seçilmişdi. Eyni zamanda ABŞ, Almaniya, Fransa kimi bəzi inkişaf etmiş ölkələrdə kağız pulların milli kataloqunun nəşrinə başlanılmışdır.
1961-ci ildə kağız pul nişanları kolleksiyaçılarının beynəlxalq assosiasiyası - Bank Note International Society (IBNS) yaradılmışdır. Hal-hazırda assosiasiya bütün dünyada bir neçə min üzvə malikdir.