BOYAKAR

is. Boya ilə şəkil çəkən rəssam.
Nuxa Xan sarayının divar təsvirləri müxtəlif zamanlarda yaşayıb-yaratmış müxtəlif boyakar rəssamların əsərləridir. Salamzadə.

BOYAXANA
BOYAKARLIQ
OBASTAN VİKİ
Boyakar (bürc)
Boyakar (lat. Pictor) — göyün cənub yarımkürəsində bürc. Azərbaycanda Boyakar bürcü heç vaxt bütövlükdə görünmür, yalnız şimal hissəsi yaz-yay vaxtları görünür.
Boyakarlıq
Rəngkarlıq - Təsviri sənətin bir qoludur. Rəngkarlıq qədim dövrlərə dayanan sənətdir. == Azərbaycan rəngkarlıq sənəti == Azərbaycan rəngkarlığı təsviri incəsənətin qədim və zəngin tarixə malik olan əsas növlərindən biridir. İlk rəngkarlıq nümunələri hələ ibtidai icma quruluşu dövründə meydana gəlmişdi. Rəngkarlıq sənəti bədii-estetik cəhətinə görə monumental rəngkarlıq, teatr-dekorativ rəngkarlıq, dəzgah rəngkarlığı, miniatür rəngkarlıq növlərinə bölünür. Dəzgah boyakarlığına aid əsərlər molbert üzərinə bənd edilmiş kətan, taxta lövhə, karton və divar üzərində yağlı boya ilə çəkilir, məzmununa və funksiyasına görə müstəqil səciyyə daşıyır. Azərbaycan coğrafi mövqe etibarı ilə şərqə daha çox yaxın olduğuna görə miniatur sənəti burda daha çox inkişaf etmişdir. Zaman keçdikçə, dövlətlər arasında əlaqələr genişləndikcə rəngkarlıq bura da gəlmişdir. Azərbaycan rəngkarlarından dövr etibarı ilə Əzim Əzimzadə, Bəhruz Kəngərli, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Vəcihə Səmədova, Davud Kazımov, Tahir Salahov, Fərman Qulamov və bir çox rəssamın adını çəkmək olar. Adlarını sadaladığımız rəssamlar rəngkarlığın əsasən klassik dəzgah, monumental janrlarında əsərlər yaratmışlar.
Meksika monumental boyakarlığı
Meksika monumental boyakarlığı və ya Meksika muralizmi (isp. Muralismo) — Meksikada boyakarlıq cərəyanı. Bu, Meksika vətənpərvərliyinə əsaslanır. Meksika monumental boyakarlığında üsyançı qəhrəmanlara, milli tələblər uğrunda mübarizələrə vurğulanır. Hərəkat eyni zamanda ölkənin hindi keçmişinə də işarə edir. 1920-ci illərdən 1970-ci illərə qədər ictimai binalarda milli, sosial və siyasi mesajları özündə təcəssüm edən çoxlu freskalar yaradılmışdır. Bu cərəyan ABŞ da daxil olmaqla Amerikanın digər ölkələrində incəsənətə təsir etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Anreus, Robin Adèle Greeley, and Leonard Folgarait, eds. Mexican Muralism: A Critical History. Berkeley and Los Angeles: University of California Press 2012.
Monumental boyakarlıq
Monumental boyakarlıq və ya muralizm — memarlıqla bağlı olan, lakin müstəqil ideya məzmunu və bədii ifadə vasitələrinə malik iri boyakarlıq əsərləri. Monumental boyakarlığa süjetli pannolar, mozaika və ya freskalardan ibarət divar rəsmləri daxildir. Monumental boyakarlıq Qədim Misir, Çin, Hindistan, Yunanıstan və Roma incəsənətində mühüm yer tutmuşdur. Bizans və Qədim Rus incəsənətində təsviri sənətin ən geniş yayılmış növü monumental boyakarlıq olmuşdur. Monumental boyakarlığın çiçəklənmə dövrü XIV–XVI əsrlərə təsadüf edir. İtaliyada Renessans dövrünün görkəmli rəssamlarının (Cotto, Rafael, Leonardo da Vinçi, Mikelancelo, Veronoze və b.) yaradıcılığında özünün yüksək inkişaf səviyyəsinə çatmışdı. Monumental boyakarlıq orta əsrlərdə Şərq ölkələrində də geniş yayılmışdı (Hindistanda Acanta, Orta Asiyada Pəncikənd və s.). Kapitalizm dövründə, xüsusilə XIX–XX əsrin əvvəllərində monumental boyakarlıq tənəzzülə uğramışdır. Müasir dövrdə monumental boyakarlıq Avropanın və Latın Amerikasının bir çox ölkəsində (xüsusilə Meksikada Dieqo Rivera, Xose Klemente Orosko, Xose David Alfaro Sikeyros və başqalarının yaradıcılığında) geniş yayılmışdır. İslam dininin məhdudlaşdırıcı təsirinə baxmayaraq, Azərbaycanda da monumental boyakarlıq əsərləri yaradılmışdı (Şəki xanları sarayının divar rəsmləri və s.).

Значение слова в других словарях