BOYL

(Goranboy, Qazax, Naxçıvan, Tovuz)
1. sonra
2. deməli, deyəsən. – Əvvəlcə əti dorğa, boyl şişə taxıf közün üsdə qoy (Tovuz)
BOYIMMAX
BOYLA
OBASTAN VİKİ
Robert Boyl
Robert Boyl (25 yanvar 1627[…] – 31 dekabr 1691, London) – ingilis alimi və fizik. == Həyatı == 1627-ci ildə anadan olmuşdur. 1661-ci ildə özünün "Skeptik kimyaçı" adlı kitabında elementləri "ilk bəsit cisimlər" kimi müəyyənləşdirmişdir. Robert Boyl görkəmli ingilis kimyaçısı, fiziki və filosofudur. O, İrlandiyanın Lismar şəhərində dövlət katibi Riçard Boylun ailəsində anadan olub. Bu ailənin 14 uşağından Robert Boyl yeddinci oğlu olub. Uşaqlıq illərindən Boyl xarici dilləri öyrənməyə başlayıb. 8 yaşında olanda fransız və latın dillərində sərbəst danışırmış. Boyl olduqca sadə, intizamlı, alicənab və çox nəzakətli adam, güclü dindar olmuş və evlənməyib. O, 1654-cü ildən Oksfordda yaşayıb, universitetin bir çox görkəmli professorları ilə dostluq edib, öz laboratoriyasını yaradıb.
Boyl-Mariott qanunu
Boyl-Mariott qanunu — termodinamikanın əsas qanunlarından olub, bir-birilərindən xəbərsiz ilk dəfə 1662-ci ildə Robert Boyl, 1676-cı ildə Edm Mariott tərəfindən kəşf edilmişdir. Boyl-Mariott qanununda deyilir: Riyazi olaraq aşağıdakı düstur ilə ifadə olunur. p V = c o n s t , {\displaystyle pV=\mathrm {const} ,} p {\displaystyle p} — qazın təzyiqi; V {\displaystyle V} — qazın həcm Eksperimentdə qanunu yoxlamaq üçün manometrdən istifadə edirlər. 2 m hündürlüklü şkalaya iki hərəkətli bir biri ilə rezin boru ilə əlaqələndirilmiş şüşə boru bərkidilir. Sol boru şüşə kranla bağlanır, sağ açıq qalır. Kran açıq olduqda hər iki borudakı civə eyni səviyyəli olur. Sol boru kranı bağlandıqda isə boruda bir qədər hava qalmış olur; manometrin sağ dizini havaya qaldırdıqda sol dizdə hava sıxılmış olur. Civə sütunlarının müxtəlif səviyyələri müvafiq atmasfer təzyiqlə qapalı havalı doruya təzyiq edir. Boyl-Mariott və Gey-Lüssaka qanunlarından p1V1 / Т1 = p2V2 / Т2 – ideal qaz halının düsturu alınır. İdeal qaz — qaz qanununun tətbiqi mümkün olan doymuş qaz halına deyilir.
Ata Boyla xaqan
Ata Boyla xaqan — Türgiş xaqanlığının bilinən son hökmdarı. 759-cu ildə Çin sarayına səfir göndərmişdi.
Boylu acılıq
Təbii halda Balkanlarda, Kiçik Asiyada, İranda təsadüf edilir. Azərbaycanda Böyük Qafqazda, Kiçik Qafqazın şimalında, Qobustanda və s. bölgələrdə qayalıq yerlərdə və gilli uçurumlarda təbii şəraitdə rast gəlinir. Hündürlüyü 2 m olan, qollu-budaqlı, boz gövdəli koldur. Şaxələri düz, hamar, dar şırımlı, yaşıl və kifayət qədər nazikdir, diametri 1-1,5 mm-ə çatır. Yarpaqları tam inkişaf etməmişdir, qarşı-qarşıya düzülmüş və zər qərdəciklidir. Tozcuq sünbülcükləri saplaqsız, çox vaxt çaxələr boyu topa-topa düzülmüşdür, kürəşəkillidir, rəngi qırmızı və ya çəhrayı-sarıdır, 4-5 mm uzunluqdadır, şaxələri boyu düzülmüşdür. Xarici çiçəkaltlıqları aşağıdan dəyirmi-oval, yuxarıdan dəyirmi və uzun olub, bitişikdir. Meyvəverən sünbülcükləri qısa ayaqcıqlar üzərindədir, uzunsov-ovaldır, birçiçəklidir, 2-3 cüt çiçəkaltlığı vardır. Borucuğun kənarları uzunsov, diləbənzər olub, uzunluğu 3 mm-ə çatır.
Oğuz Boyları
Oğuzlar — "Oğuz Xaqan Dastanı"na görə 24 boydan, Mahmud Kaşğarinin Divanü Lüğati-it-Türk əsərinə görə isə 22 boydan ibarət Orta Asiya kökənli ən böyük və ən nüfuzlu türk boyudur. Oğuzlar Xəzər dənizinin şərqindən Ceyhun (Amudərya) çayına qədər olan ərazidə yerləşmişdirlər. Köçəri həyat tərzi yaşayan oğuzlar təxminən 7-ci əsrdən etibarən yer dəyişməyə başladılar və coğrafi baxımdan, Bizans imperiyasının qeydlərinə görə, əvvəlcə Balkanlara yayıldılar. Oğuzlar Türkiyə, Azərbaycan, Türkmənistan, İran, İraq, Suriya, Misir ve Balkanlarda (Bolgarıstan, Rumıniya, Yunanıstan, Kosova, Serbiya) yaşayan türklərin atası sayılır. == Tarix == Dastanlara görə oğuzlar Oğuz xanın altı oğlu və onların hər birinin 4 oğlundan meydana gəlmişdirlər. Meydana gələn bu 24 boyun hər birinin ayrı adı və ünvanı vardır. Bu boyların Bozoxlar və Üçoxlar olmaqla ikiyə bölünməsi isə daha sonra baş vermişdir. Bu iki ana qol arasında baş verən münaqişələr və anlaşmazlıqlar boyların bir qisminin qərbə köç etməsinə səbəb olmuşdur, qalanları isə Göytürk xaqanlığının hakimiyyəti altında qalmışdır. 630-cu ildə ilk Göytürk dövlətinin zəifləyib Çin tabeliyinə keçməsi ilə yenidən birləşməyə çalışsalar da, ikinci Şərqi Göytürk Xaqanlığının yaranması ilə yenidən hakimiyyət altına girdilər. 745-ci ildə Şərqi Göytürk Xaqanlığı da süqut etdikdən sonra qərbə və Çinə köçmüş bir çox Oğuz boyları Ötükənə geri dönərək Qutluq Bilgə Xaqanın qurduğu Uyğur Xaqanlığının bayrağı altında birləşdilər.
Qaranlıqdan boylanan (film, 2012)
"Qaranlıqdan çıxmaq" (ivr. ‏עלטה‏‎, ərəb. ظلام‎, ing. Out in the Dark) — israilli rejissor Mixael Mayerin 2012-ci ildə, dram janrında çəkilmiş filmi. Filmin təqdimatı ilk dəfə Toronto Film festivalında, 2012-ci ilin sentyabr ayında baş tutmuşdu. İsrail kinoteatrlarında film seyircilərə 28 fevral 2013-cü ildə təqdim olunmuşdu. Bu, İsraildə anadan olmuş və hal-hazırda Los Ancelesdə yaşayan rejissor Mixael Mayerin ilk tammetrajlı debüt filmi hesab olunur. Baş rolda Nikolas Yakob (Nimr Məşravi obrazında) və Mixael Aloni (Roy Şefer obrazında) oynamışdırlar. 96 dəqiqə davam edən dram filmi, İsrail-Fələstin münaqişəsinin müxtəlif tərəflərindən olan iki homoseksual kişi arasında baş vermiş romantik əlqələrdən bəhz edir. == Filmin xülasəsi == Nimr xaricdə təqaüd almaq arzusunda olan iddialı Fələstinli psixologiya tələbəsidir.
Qazax boyları
Juz— (Qazaxca: жуз jüz جٷز, həmçinin "ordu" və "yüz (sayı) deməkdir). Dəşt-i Qıpçaq bölgəsindəki üç əsas qazax icmasının nəzarət etdiyi ərazilər adlanır. Bu ərazilərin əksəriyyəti indiki Qazaxıstanın sərhədlərini əhatə edir. Böyük Juz (Qazaxca: Ұлы жүз / Ulı jüz / ۇلى جٷز) və ya Uysun ordası. Cənubi və Cənub-Şərqi Qazaxıstan, şimal-qərb Çin (Sincan) və Özbəkistan hissələrini əhatə edir. Orta Juz (Qazaxca: Орта жүз / Orta jüz / ورتا جٷز) və ya Argın ordası. Mərkəzi və Şərqi Qazaxıstanı əhatə edən 6 qəbilədən ibarətdir. Kiçik Juz (Qazaxca: Кіші жүз / Kişi jüz / كٸشٸ جٷز)) və ya Alşin ordusu Qərbi Qazaxıstanı əhatə edən üç tayfadan ibarətdir. == Tarixi == Qazax Juzlarının xatırlandığı ilk mənbə XVII əsrə aiddir. Velyaminov Ezernova (1919) görə, juzun yaranmasının səbəbi Daşkənd, Türküstan və Sayram kimi vacib şəhərlərin ələ keçirilməsi idi.
Boylu şüvərən
Boylu şüvərən (lat. Sisymbrium altissimum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 20-60 sm olan, sərt yoğun gövdədən və aralanan budaqlı birillik ot bitkisidir. Aşağı yarpaqları qayıqvari şəkildə həlqəvari bölünəndir, yuxarı yarpaqları sapvari şəklindədir. Çiçəkləri yumşaq salxımdan ibarətdir. Ləçəkləri zəif sarımtıl rəngdə olub, solan zaman tamamilə ağ rəngə çevrilir. Toxumları enli ellipsvari, tünd qəhvəyi rəngdədir. Aprel-may aylarında çiçək açır, may-iyun aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın Abşeron, Kür-Araz düzənliklərində, Naxçıvanın dağlıq zonalarında, Lənkəran düzənliklərində yayılmışdır. Bundan başqa bitkiyə düzənlikdən tutmuş orta dağ qurşaqlarına qədər zonalarda da rast gəlmək olar.
марионе́точный нару́жность недееспосо́бный отва́живать по-молодо́му рудоко́пный светло-ро́зовый суть фитю́лька аванло́жа кардиогра́мма подлежа́щее продёргивать просте́цки теи́ст арса около escapade half-headed immeasurable microtherm pulse-curve недогрузка общезаводский подозрительность