1. Boynu normal haldan yoğun olan.
2. məc. dan. Zəhmətsiz yaşayan, müftəxor, tüfeyli, istismarçı.
Məşədi Əbdülbağı razı olmamışdı ki, dörd yüz on manat verilsin boynuyoğun molla Qivama…
Bu yeddi günün içində plov qurşağa çıxdı; şəhərin hamı mollaları, boynuyoğunları, arvadları, uşaqları hər gün ehsanda cəm olurdular.