BOYNUYOĞUN

sif.is.
1. Boynu normal haldan yoğun olan.
2. məc. dan. Zəhmətsiz yaşayan, müftəxor, tüfeyli, istismarçı.
Məşədi Əbdülbağı razı olmamışdı ki, dörd yüz on manat verilsin boynuyoğun molla Qivama… C.Məmmədquluzadə.
Bu yeddi günün içində plov qurşağa çıxdı; şəhərin hamı mollaları, boynuyoğunları, arvadları, uşaqları hər gün ehsanda cəm olurdular. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BOYNUYOĞUN müftəxor — tüfeyli

Antonimlər (əks mənalı sözlər)

  • BOYNUYOĞUN BOYNUYOĞUN – ZƏHMƏTKEŞ Məşədi Əbdülbağı razı olmamışdı ki, dörd yüz on manat verilsin boynuyoğun molla Qivama (C
BOYNUXƏZLİ
BOYÖLÇƏN

Digər lüğətlərdə