BOZARTMAQ

f.
1. Boz etmək, boz rəng vermək. Rəngsaz divarı bozartdı.
2. Soldurmaq. Paltarını günün altında bozartmaq.
3. Yetişdirmək. İsti arpaları bozardır.
4. Ala-çiy bişirmək, yüngülvari qovurmaq. Əti bozartmaq.
5. məc. Utandırmaq.
◊ Sifətini (üzünü) bozartmaq – üzünün ifadəsini sərtləşdirmək, ciddiləşdirmək, qaşqabağını sallamaq.
Nəbi üzünü bozardıb dedi: – Sən bizdən nə istəyirsən? Qaçaq Nəbi”.
…Yasavul adamlarla görüşdükdə, qabaqcadan sifətini bozardır, “böyük iş adamı” kimi sifət alır, adamları qabaqlayırdı. S.Rəhimov.

BOZARTMA
BOZBAŞ

Значение слова в других словарях