BREKÇİYA

сущ. геол. брекчия (сцементированная горная порода)
BRAZİLİYALI
BREKÇİYAVARİ
OBASTAN VİKİ
Brekçiya
Brekçiya [ital. breccia – çınqıl, qırıntı] == Haqqında == Brekçiya bucaqlı qırıntılardan və sementdən ibarət iri qırıntı süxurlarıdır. Qırıntıların ölçüsünə görə brekçiya aşağıdakı növlərə ayrılır: qayma daş (>1000 mm), iri, orta, kiçik qırıntılı (1000–100 mm) və iri, orta, kiçik çınqıllı (100–10 mm). Qırıntılar tərkibcə eyni və ya müxtəlif növ süxurlardan ibarət ola bilər. Mənşəyinə görə çökmə, karst, kimyəvi, vulkanik, tektonik brekçiya ayrılır. Brekçiya endogen və ekzogen proseslər nəticəsində əmələ gəlir. == Həmçinin bax == Tektonik brekçiyalar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Lava brekçiyaları
Lava brekçiyaları (ital. breccia-qırma) (rus. брекчии лавовые, ing. lava breccias) — vulkan püskürməsi zamanı qırıntılarının lava ilə sementləşməsi nəticəsində əmələ gələn brekçiya.
Laxar brekçiyaları
Laxar brekçiyaları (rus. брекчии лахаровые, ing. lahar breccia, breccia volcanic mudflow) — püskürmə ilə eyni vaxtda baş verən palçıq axımı çöküntüləri; narın materiallarla sementləşmiş vulkan qırıntıları və qaymalarından təşkil olunur.
Vulkan brekçiyası
Vulkan brekçiyası (rus. вулканическая брекчия, ing. volcanic breccia, eruptive breccia) — vulkan püskürməsi zamanı atılan iri ölçülü vulkan qırıntılarının sementləşməsindən əmələ gələn dağ süxurları.

Digər lüğətlərdə