bri

bri (kul.)
brınza
brialin 2021
OBASTAN VİKİ
Bri Larson
Brianna Sidoni Desanye (ing. Brianne Sidonie Desaulniers; 1 oktyabr 1989[…], Sakramento) — ABŞ aktrisası. Karyerasının əvvəllərində komediya janrındakı filmlərdə köməkçi rollarda oynasa da sonralar müstəqil və blokbaster filmlərdədə uğurla çıxış edərək "BAFTA", "Qızıl Qlobus" və "Oskar" kimi mükafatlara layiq görülmüşdür. Kaliforniyanın Sakramento şəhərində anadan olan Larson evdə təhsil alıb. Altı yaşında o, Amerika Konservatoriyasının Teatrında təhsil proqramına qəbul edilən ən gənc tələbə olub. Tezliklə Los-Ancelesə köçüb və 1998-ci ildə "The Tonight Show with Jay Leno" adlı komediya sketçində aktyorluq karyerasına başlayıb. 2001-ci ildə "Raising Dad" adlı adi bir sitkomunda rol alıb və həmin il qısa musiqi təhsili alıb. 2005-ci ildə "Finally Out of P.E." albomunu buraxıb. Daha sonra Larson "Hoot", "Scott Pilgrim vs the World" və "21 Jump Street" filmərində, həmçinin "United States of Tara" televiziya seriyasında çəkilib. Onun uğuru 2013-cü ildə müstəqil film "Short Term 12" ilə daha da artıb.
Bri kilsəsi
Bri kilsəsi — Xocavənd rayonunun Çörəkli kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Abidə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Dövrümüzə xarabaqlıq və yarıdağılmış vəziyyətdə çatmış tikililərin inşaat tarixi kitabələr əsasında XII-XIII əsrlərə aid edilir. Lakin, ərazidə aşkarlanmış daha qədim dövrlərə aid tikililərin qalıqları, həmçinin yerli əhali arasındakı inanclar monastır kompleksinin erkən orta əsrlərə aid xristian, hətta bütpərəst dini kompleksinin yerində inşa edildiyini deməyə əsas verir. Qədim monastır kompleksindən dövrümüzə çatmış kilsə tikililərinin qalıqları nadir yaşıl kollara malik bozumtul təpəlik ərazidə yerləşir. Bri kompleksi dörd kilsə, narteks, xaçdaşlarla bəzədilmiş üç niş sovməə xarabalığı, mülki tikililərin xarabalıqları və inkişaf etmiş orta əsrlər dövrünə aid geniş nekropoldan ibarətdir. == Tarixi == Dövrümüzə xarabaqlıq və yarıdağılmış vəziyyətdə çatmış tikililərin inşaat tarixi kitabələr əsasında XII-XIII əsrlərə aid edilir. Lakin, ərazidə aşkarlanmış daha qədim dövrlərə aid tikililərin qalıqları, həmçinin yerli əhali arasındakı inanclar monastır kompleksinin erkən orta əsrlərə aid xristian, hətta bütpərəst dini kompleksinin yerində inşa edildiyini deməyə əsas verir. Kompleks ərazisi boyunca qədim tikililərin qalıqları – dördguşəli stellalar, V-VII əsrlərə aid ornamentli plitələr, karnizlər, kapitellər, erkən orta əsrlər memarlığının forma və xüsusiyyətlərini daşıyan sütun altlıqları səpələnmişdir. Abidəni tədqiq etmiş K. Mkrtçyan Dağlıq Qarabağın memarlıq abidələrinə həsr olunmuş əsərində qeyd edir ki, “...şübhə ola bilməz ki, dini tikilinin qalıqları olan bu memarlıq elementləri, Aluankda sayı ilin günlərinə bərabər olan və inşası Aluank çarı Mömin Vaçaqanın adı ilə bağlı olan kilsələrdən birinə aiddir.” Burada tədqiqatçı Moisey Kalankatlının “Alban ölkəsinin tarixi” adlı əsərində verdiyi məlumata əsaslanır.
Bri Deniels
Bri Deniels (ing. Bree Daniels), doğum adı — Brienn Boland (ing. Breanne Boland); 18 noyabr 1991, Montana) — ABŞ pornoaktrisası.
Bri-syur-Marn
Bri-sür-Marn (fr. Brie-sur-Marne) — Marna çayının şərq sahilində, Parisdən 8 km şərqdə və Şampinyi-sür-Marndan 3 km şimalda yerləşən Sena departamentinin kommunası. == Tarixi == Fransızların Alman mövqeyinə qarşı qanlı hücumlarının edildiyi əsas məqamlardan biri olan Şampinyi-syur-Marn ilə birlikdə 1870-ci il 30 noyabr və 2 dekabr tarixlərində təmsil etdi. 2 dekabr səhər, 30 noyabr tarixindən etibarən fransızların əlində qalan bu kənd yenidən Alman ordusu tərəfindən işğal edildi..
Bri-sür-Marn

Teodor de Bri
Teodor de Bri (1528[…] və ya 1528, Lyej – 27 mart 1598[…], Frankfurt-Mayn, Müqəddəs Roma imperiyası) – Amerika qitəsinə erkən Avropa ekspedisiyalarının təsvirləri ilə məşhur olan bir oymaçı, zərgər, redaktor. İspan inkvizisiyası de Brini məcbur etdi , protestant, doğma, ispanların nəzarətində olan Cənubi Hollandiyadan qaçmaq üçün. O, doğulduğu gündən Liege Şahzadə-Biskoposluğunun Lyej şəhərində, sonra isə Strasburq, Antverpen, London və Frankfurtda məskunlaşaraq Avropanı gəzdi. De Bri öz kitabları üçün çoxlu həkk olunmuş illüstrasiyalar yaratmışdır. Onun kitablarının əksəriyyəti kəşfiyyatçıların ilk müşahidələrinə əsaslanırdı, hətta De Bry özü məlumatların qeydçisi kimi çıxış edərək Amerika qitəsinə heç vaxt səfər etməsə belə müasir gözlərə illüstrasiyaların çoxu rəsmi, lakin təfərrüatlı görünür.
Bri Tannerin ikinci qısa ömrü
Bri Tannerın ikinci qısa ömrü (ing. The Short Second Life of Bree Tanner) — Alatoran romanlar seriyasın kitabı.
Bri Tannerın ikinci qısa ömrü
Bri Tannerın ikinci qısa ömrü (ing. The Short Second Life of Bree Tanner) — Alatoran romanlar seriyasın kitabı.
Bri Tannerın ikinci qısa ömrü (roman)
Bri Tannerın ikinci qısa ömrü (ing. The Short Second Life of Bree Tanner) — Alatoran romanlar seriyasın kitabı.
Effi Brist (roman)
Effi Brist — alman yazıçı Teodor Fönten tərəfindən 1895-ci ildə yazılmış roman. Romanın baş qəhrəmanı həyata addımlarını yenicə atan, savadlı və ziyalı qadın Effi Bristdir. Effi Brist burada realist obrazdır. Romanın əsas mövzusu Bismark dövründə Prussiyada ziyalıların həyatları, yaşayışları və ənənələridir. Romanın sonunda Effi Brist evli olmasına baxmayaraq başqası ilə eşq macərası yaşayır. == Hekayə == Romanın baş qəhrəmanı Effi Brist hələ 17 yaşında ikən özündən 20 yaş böyük olan Baron Qiirt von İnstetten tərəfindən atasından istənilir. Aralarındakı yaş fərqi vurğulanaraq tərəflərin bir-birini sevdiyi bildirilir. Atası və Effinin özü də bu təklifi qəbul edir və Effinin həyatı dəyişir. Baron von İnstetten onu İtaliyaya bal ayına aparır və sonra Kissinqə köçürlər. Yeni evində Effi sosial həyatına bağlana bilmir, çətinliklər yaşayır.
Encyclopaedia Britannica
Britannika ensiklopediyası (ing. Encyclopaedia Britannica) — ingilis dilində universal ensiklopediya. Şotland maarifçiləri Adam Blek və Çarlz Blek tərəfindən Edinburq şəhərində yaradılmışdır. == Tarixi == İlk nəşri ensiklopedik lüğət əsasında 1768–1771-ci illərdə 3 cilddə həyata keçirilmişdir. Britannika ensiklopediyasının ilk 8 nəşri Edinburq şəhərində buraxılmışdır. 1870-ci ildə nəşriyyat "The Times" qəzetinin himayəsi altına verilir və London şəhərinə köçürülür. Ensiklopediyanın 11-ci nəşrini Kembric universiteti 1500 ekspertin iştirakı ilə həyata keçirir. 1901-ci ildə Britannika ensiklopediyası ABŞ-nın Çikaqo şəhərindən olan Huper adlı mülkiyyətçi tərəfindən alınır. 20-ci illərdə ensiklopediya "Sheers, Roobeck & Co" firması tərəfindən satın alınır və 1941-ci ildə Çikaqo universitetinə bağışlanır. 1974-cü ildə Britannika ensiklopediyasının sonuncu – 15-ci nəşri ("New Encyclopaedia Britannica" adı altında və ya Britannica 3) buraxılır.
Encyclopedia Britannica

Encyclopædia Britannica

Femme Fatale (Britni Spirs albomu)
Femme Fatale — Britni Spirsin yeddinci solo studio albomudur.
Fibi Bricers
Fibi Bricers (ing. Phoebe Bridgers, 17 avqust 1994, Pasadena, Kaliforniya) — amerikalı müğənni-mahnı yazarı. O, akustik gitara ilə səsləndirdiyi melanxolik mahnılarına görə tanınır. Dörd dəfə "Qremmi" mükafatına namizəd olub. Pasadenada doğulan Bricers gənc yaşlarından etibarən mahnı ifa edir. 2014–2015-ci illərdə Sloppy Jane qrupunda fəaliyyət göstərmişdir. Onun debüt studiya albomu "Stranger in the Alps" 2017-ci ildə buraxılıb. Fibi 2020-ci ildə ikinci albomu olan "Punisher"i yayımlayıb. Solo işinə əlavə olaraq həmçinin boygenius və Better Oblivion Community Center musiqi qruplarının üzvüdür. == Həyatı və təhsili == Fibi Lusil Bricers 17 avqust 1994-cü ildə Kaliforniya ştatının Pasadena şəhərində anadan olub.
Fragaria × bringhurstii
Fransa-Britaniya Birliyi
Fransa-Britaniya Birliyi — iki müstəqil suveren dövlət olan Birləşmiş Krallıq və Fransa arasında birlik layihəsi. Bu layihə XX əsrdə baş vermiş böhranlar zamanı təklif edilmişdir. Fransa-Britaniya Birliyi layihəsi Fransa Baş naziri Gi Molle tərəfindən 10 sentyabr 1956-cı ildə Birləşmiş Krallıq Baş naziri Entoni İden ilə keçirilən bir görüşdə təklif edilmişdir. Alternativ olaraq, Molle Fransanın Millətlər Birliyinə üzv olmasını, II Yelizavetanın Fransanın dövlət başçısı və iki ölkə arasında ortaq vətəndaşlığın olmasını təklif etmişdir. Eden hər iki təklifi rədd etmişdir.
Gardenia brighamii
Gardenia brighamii (lat. Gardenia brighamii) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qardeniya cinsinə aid bitki növü.
Gennadi Brijatyuk
Gennadi Brijatyuk (rus. Брижатюк, Геннадий Демьянович ; azərb. Gennadi Demyanoviç Brijatyuk‎) — Rus əsilli Azərbaycanlı rəssam. 1992-ci ildə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adını almışdır. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyi, Bakı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Moskvanın Rəssamlar İttifaqı, Rusiyanın Mədəniyyət Nazirliyi, Bakının, Fransanın, Türkiyənin qalereyalarında, Azərbaycan və dünya ölkələrində şəxsi kolleksiyalarda saxlanılır. == Həyatı == Gennadi Demyanoviç Brijatyuk 1935-ci ilin 1 yanvar tarixində Gəncə şəhərində anadan olub. Bakıda yerləşən Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini dörd dəfə ara verməklə səkkiz ilə tamamlamışdır. Rəssamlıq təhsilinə qarşı məsuliyyəsiz yanaşması səbəbindən bəzi tənqidçilər Gennadi Brijatyukun üslubunu Sosialist realizm olduğunu qeyd edirlər. Rəssamlıq fəaliyyətinə 1940–50-ci illərdən etibarən başlamışdır. Rəssam ilk başlarda sevgi səhnələrini və xüsusilə gül təsvirlərini çəkməyə başlayır.
Georgi Brim
Georgi Brim (18 sentyabr 1935, Kirovka, Qazax rayonu – 19 may 1999, Landshut, Bavariya) — rəssam.
Göl Bölgəsi (Böyük Britaniya)
Göl bölgəsi(ing. Lake District) — eyni zamanda The Lakes adı ilə tanınan, Şimal-qərbi İngiltərədə yerləşən dağlıq bölgə. Bölgənin böyük bir hissəsi 1951-ci ildə Göl Bölgəsi Milli Parkına çevrilmişdir. İngiltərənin ən yüksək zirvəsi olan Skofel Payk də burada yerləşir.
HMS Britannia (1762)
"Əlahəzrətin gəmisi Britaniya" (ing. HMS Britannia) (1762) — üçdorlu, 100 döyüş topuna malik Böyük Britaniya Kral Donanmasına məxsus sayca üçüncü I ranq xətt gəmisi. 1 iyul 1751-ci ildə əsası qoyulmuş və 19 oktyabr 1762-ci ildə suya salınmışdır. Bir çox müharibələrdə (Yeddillik müharibə, ABŞ İstiqlal müharibəsi), o cümlədən Trafalqar döyüşündə iştirak etmişdir.
Hind okeanında Britaniya əraziləri
Britaniya Hind okeanı əraziləri (ing. British Indian Ocean Territory) — Böyük Britaniyadan asılı olan və Hind okeanında 55 adadan ibarət bölgə. Böyük Britaniyanın Hind okeanında yerləşən müstəmləkəsi olan bu bölgə ancaq Çaqos adalarından ibarətdir. Bölgəyə aid Dieqo Qarsiya adası 1966-cı ildə imzalanan müqaviləyə görə 50 illiyinə ABŞ-yə kirayəyə verilmişdir. == Coğrafiya == Bölgə bir çoxunda yaşayış olmayan 55 adadan ibarətdir. Britaniya Hind okeanı ərazilərinin ən böyük adası Dieqo Qarsiya adasıdır. Bu adadan başqa Böyük Çaqosbank adası, Peros Banhos adası, Solomon adası, Eqmont adası ilə ancaq aşağı dəniz səviyyəsində görünən Blenheym rifi də bölgəyə aiddir. Britaniya Hind okeanı ərazilərinin sahəsi 54.400 km² olsa da çox böyük hissəsi su olub torpaq sahəsi cəmi 60 km²-dir. == Əhali == Adanın yerlisakinləri olan çaqoslular 1960-cı illərdə Böyük Britaniya hökuməti tərəfindən güclə Mavriki, Seyşel adaları və Böyük Britaniya göndərilmişdir. Hazırda adalarda heç bir yerli yaşamır və 3.500 ABŞ və Böyük Britaniya əsgəri vardır.
II Corc (Böyük Britaniya kralı)
II Georq (alm. Georg II‎, ing. George II; 10 noyabr 1683, Hannover – 25 oktyabr 1760, London) — Hannoverlər sülaləsindən olan Böyük Britaniya kralı (1727–1760), I Georqun oğlu, Britaniyanın hüdudlarından kənarda doğulan sonuncu monarx. 1727-ci ildən bəri kral olaraq Georq İngiltərə parlamentinin nəzarətində olan ingilis daxili siyasətinə nisbətən az təsir göstərdi. Müqəddəs Roma İmperiyasının seçicisi olaraq, 12 il mövsümünü Hannoverdə keçirdi, burada dövlət siyasətinə daha çox nəzarət edirdi. Parlament müxalifətini dəstəkləyən böyük oğlu Frederik ilə çətin münasibət qurdu. Avstriya irsi uğrunda müharibə zamanı II Georq 1743-cü ildə Dettingen döyüşündə iştirak etdi və beləliklə şəxsən döyüşə qoşun gətirən son ingilis monarxı oldu. 1745-ci ildə katolik iddiasında İngilis taxtına iddia edən Ceyms Stüartın ("Köhnə iddiaçı") Ceyms oğlu Karl Stuartın rəhbərliyi ilə ("Gənc iddiaçı" və ya "Bonnie Prince Charlie") son Yakobin üsyanı zamanı Georqu devirməyə çalışdı və uğursuz oldu. 1751-ci ildə şahzadə Frederikin gözlənilməz ölümündən sonra II Georqun nəvəsi III Georq varis oldu və nəticədə kral oldu. II Georq, isti aylarda monarxın rəsmi ad gününü qeyd etmək ənənəsini təqdim etdi.
II Georq (Böyük Britaniya kralı)

IV Vilhelm (Böyük Britaniya kralı)
IV Vilhelm və ya IV Uillyam ((ing. William IV, alm. Wilhelm IV‎); 21 avqust 1765[…], Vestminster borosu, Böyük London – 20 iyun 1837[…], Vindzor sarayı) — 1830–1837-ci illərdə Britaniya və Hannover kralı. III Georqun oğlu, IV Georqun qardaşıdır. == İlk illəri == IV Vilhelm III Georq və Şarlottanın Georq-kiçik və Fredirikdən sonra dünyaya gələn 3-cü övladları idi. Qaydalara əsasən də Vilhelm ən kiçik olduğuna görə vəliəhd ola bilməyəcəkdi. Uşaqlığını Riçmondda keçirən Vilhelm Krallıq Donanmasına miçman olaraq qəbul olur. Şahzadə bu zaman digər miçmanlardan fərqləndirilmir və eyni dərəcədə iş görürdü. Amerikanın Istiqlal müharibəsi davam edən dövrdə Vilhelm Nyu-Yorkda idi. Hətta Inqilabçılar bir müddət onu əsir almaq planlarını qururdular.
I Corc (Böyük Britaniya kralı)
I Georq (alm. Georg Ludwig von Hannover‎, ing. George I; 28 may (7 iyun) 1660, Hannover – 11 (22) iyun 1727, Osnabrük, Müqəddəs Roma imperiyası) — alman mənşəli Hannoverlər sülaləsindən olan ilk Böyük Britaniya kralı (1714-1727).
I Georq (Böyük Britaniya kralı)
I Georq (alm. Georg Ludwig von Hannover‎, ing. George I; 28 may (7 iyun) 1660, Hannover – 11 (22) iyun 1727, Osnabrük, Müqəddəs Roma imperiyası) — alman mənşəli Hannoverlər sülaləsindən olan ilk Böyük Britaniya kralı (1714-1727).
Inula britannica
Britaniya andızı (lat. Inula britannica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Keyt Bristol
Keyt Bristol (ing. Kate Bristol, 1 may 1990, Dallas) — ABŞ aktrisası.
Kiçik Britaniya
"Kiçik Britaniya" (ing. Little Britain) — BBC telekanalında yayımlanan satirik skeç-komediya janrında Böyük Britaniya teleserialı. Mett Lukas və Devid Uillyams komiklərin birgə rolu üzərində çəkilmişdir. Şounun adı "Böyük Britaniya" sözünün allyuziyasıdır. Serialın skeçləri "Britaniyada yaşayan adamlar" haqqında rəvayət şəklində tərtib edilmişdi. Serialın davamı olan Little Britain USA 2008-ci ildə efirə buraxılmışdı. Serial ABŞ-nin HBO, Kanadanın HBO Canada, Böyük Britaniyanın BBC One və Avstraliyanın Network Ten telekanallarında nümayiş olunmuşdu. == Tarix == === Radio şou === Kiçik Britaniya əvvəlcə BBC Radio 4-də radio şousu kimi nümayiş edilirdi və Edvard Flinn tərəfindən istehsal olunmuşdu. Radio 4 2004-cü ilin fevralında bütün 9 seriyanın təkrar nümayişinə başladı (lakin vaxt intervalına sığışmaq məqsədilə, seriallar bir az redaktə olunmuşdular). === Teleseriallar === Birinci mövsüm, 2003 Birinci teleserial 2003-cü ilin fevral ayında BBC rəqəmsal telekanalında nümayiş olunmuşdu.
Kiçik Britaniya (teleserial, 2003)

Kürdüstan Briqadaları
Kürdüstan Briqadaları, Kürdüstanda Əl-Qaidə və ya Əl-Qaidənin Kürd Briqadaları (ƏQKB) kimi də tanınır — İraq və İranda silahlı islamçı təşkilat. Əl-Qaidənin kürd qoludur. Əsasən İran–İraq sərhədinin şimalında fəaliyyət göstərir Şimali İraqda Kürdüstan Regional Hökumətinə bir neçə dəfə hücumlar təşkil etmişdir. Qrup ABŞ Dövlət Departamenti tərəfindən 1 yanvar 2012-ci ildə terror təşkilatı kimi təsnif edilmişdir. == Formalaşması == Kürdüstan Briqadaları 2001-ci ildə Əl-Qaidənin rəsmi qruplaşması kimi Həmrin dağlarında yaradılıb. Onun əsasını keçmiş Ənsar əl-İslam silahlıları qoyub. Lakin Kürdüstan Briqadalarının yaradılması 2007-ci ilin martında Əl-Qaidə tərəfindən yayımlanan “Dağlara Qayıdış” adlı video ilə elan edilib. 2007-ci ildən 2010-cu ilə qədər onlar hakimiyyət orqanlarına qarşı çoxsaylı hücumlarla Kürdüstan Regional Hökumətinə qarşı üsyan qaldırdılar. Onlar İran Kürdüstanında da fəaliyyət göstərirdilər. Qrup nisbətən kiçik hesab olunur, lakin onun İranın Mərivan və Sənəndəc şəhərlərində düşərgələri var.
La-Briyan
La-Briyan (fr. La Brillanne, oks. La Brilhana) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Peyryui kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04034. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 894 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 500 nəfər (15-64 yaş) arasında 361 nəfər iqtisadi fəal, 139 fəaliyyətsizdir (fəaliyyət göstərici 72,2%, 1999-cu ildə bu 68.4%). Fəal olan 361 nəfərdən 310 nəfəri (169 kişi və 141 qadın), 51 nəfəri işsizdir (23 kişi və 28 qadın).