Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Örək
Örək (Ürək) - türk, tatar və altay xalq inancında yaşayan ölü. İnsanların öldürüldüyü və ya insan qanının axıdıldığı yerdə ortaya çıxdığı deyilər. Daha çox, öldürülən insanların məzarı üstündə rast gəlinir. Örək insanlara zərər verməz, ancaq onun gəzişdiyi görülər, ya da kədərli səslərlə inlədiyi eşidilər. Bu baxımdan xortlaqdan fərqlidir, çünki xortlaq insanlara zərər verə bilər. Öldürülmüş insanların ruhu dinclik tapa bilməz və qatilin ya qapısını çalar və ya pəncərəsini tıklar. Qatil bu səbəblə ağlını itirə bilər. Uzun boylu və zəif olub, kəfənini çıxararkən yalnız üzünü açır. İnsan öldürmənin enində sonunda cəzasız qalmayacağını izah etməkdədir. == Etimologiya == (Ör/Ür) kökündən törəmişdir.
Mübariz Örən
Mübariz Hümbət oğlu Rəfiyev və ya Mübariz Örən (13 iyul 1967, Jdanov) — azərbaycanlı yazıçı, "Qızıl Kəlmə" mükafatçısı. == Həyatı == Mübariz Rəfiyev 1967-ci il iyulun 13-də Beyləqan rayonunda anadan olub. 1974–1982-ci illərdə Beyləqan rayonunda A. Puşkin adına Qəhrəmanlı kənd tam orta məktəbində, 1982–1984-cü illərdə Cəbrayıl rayonunda Horovlu kənd tam orta məktəbində təhsil alıb. 1986–1988-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. == Təhsili == Mübariz Rəfiyev 1984–1991-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti), 2013–2015-ci illərdə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində təhsil alıb. == Fəaliyyəti == 1991–2012-ci illərdə Rusiya Federasiyasının Tümen vilayətində "PAO Varyoqanneft"də neft mütəxəssisi kimi fəaliyyət göstərib. 2012-ci ildən biznes sahəsində fəaliyyət göstərir. 2014-cü ildən "Yazı" ədəbiyyat dərgisində baş redaktor müavini işləyir. 2019-cu ildə Moldovada keçirilən "Kvadrat" Beynəlxalq proza festivalında Azərbaycanı təmsil edib.2019-cu ildə "LiFFt-2019" Avrasiya ədəbi festivalında Azərbaycan təmsilçilərindən biri olub."Ulduz", "Literaturnaya Azerbaycan", "Yazı", "Azərbaycan" jurnallarında, "525-ci qəzet", "Ədəbiyyat qəzeti" və s. qəzetlərdə roman, hekayə və müsahibələri dərc olunub.
Nikola Orem
Nikola Orem (ing. Nicole Oresme; 1 yanvar 1323 – 11 iyul 1382, Lizyö, Fransa krallığı) — Fransa iqtisadçısı, riyaziyyatçısı və fiziki; kəsr üstlü qüvvət anlayışını daxil etmişdir; ilk düzxətli koordinat sistemini qurmaq cəhdi onun adı ilə bağlıdır; "Sfera haqqında traktat" əsərinin müəllifidir.
Orel-Verlak
Orel-Verlak (fr. Aurelle-Verlac, oks. Aurèla e Verlac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Jenye-d’Olt kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12014. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 173 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 109 nəfər (15-64 yaş arasında) 85 nəfər iqtisadi fəal, 24 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.0%, 1999-cu ildə 66.9%).
Orel Manqala
Orel Manqala (18 mart 1998-ci ildə anadan olub) — Ştutqart klubundan icarə əsasında 2.Bundesliqa təmsilçilərindən olan Hamburq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. == Klub karyerası == === Ştutqart === Manqala Anderlext akademiyası vasitəsilə inkişaf etmişdir. 9 iyun 2017-ci ildə Manqala €1.8 milyon qarşılığında Bundesliqa təmsilçilərindən olan Ştutqart klubu ilə müqavilə imzalamışdır. Manqala öz peşəkar karyerasında debütünü 19 avqust 2017-ci ildə Herta klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Bundesliqa görüşündə Ştutqart rəqibinə 0-2 hesabı ilə məğlub olmuşdur. === Hamburq === 8 avqust 2018-ci ildə Manqala 2.Bundesliqa təmsilçilərindən olan Hamburq klubuna satın alma şərtilə mövsüm sonuna qədər icarəyə verilmişdir. == Milli karyerası == 2015-ci ildə Manqala Belçikanın gənclərdən ibarət milli komandası ilə Bolqarıstanda keçirilən Avropa Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Manqala Çexiya, Sloveniya, Almaniya və Fransa milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Həmin ildə Manqala Belçikanın gənclərdən ibarət milli komandası ilə Çilidə keçirilən Dünya Gənclər Çempionatında iştirak etmişdir.
Örən iyesi
Örən iyəsi
Örən iyəsi — türk, tatar, altay və çuvaş mifologiyalarında xaraba ruhu. Ürən iyəsi olaraq da deyilər. Pəg iyəsi, Qıyraqan iyəsi və ya Çaldıbar iyəsi də deyilir. Xarabanın qoruyucu ruhudur. Sivilizasiyanın pozulma sərhədləri olaraq görülər. Ölümlə iç-içə olan və qorxulan yerlərdir. Bu səbəblə eynilə qəbiristanlıqlar kimi ölü sahələr olaraq qəbul edilir. Örən də, bir mənada strukturların ölüləri və onların məzarlarıdır. Buralarda səhərə qədər bilinməyən işıqlar yanar və musiqi səsləri gəlir. == Türk mədəniyyətində örənlər == Cin, pəri, məkir, xortlaq, məçkəy kimi adlarla anılan varlıqların gecələri gəzdiklərinə, xoruz səsi ya da səhər azanı duyulur duyulmaz dağılıb, öz məkanlarına çəkildiklərini inanılar.
Ore dağları
Ore dağları və ya Ore silsiləsi — XII-XX əsrlərdə, təxminən 800 il ərzində Mərkəzi Avropada Saksoniya və Bohemiya arasında təbii bir sərhəd meydana gətirmişdir. Bu gün Almaniya ilə Çexiya Respublikası arasındakı sərhəd dağın əsas hissəsinin şimalından keçir. Ən yüksək zirvələri dəniz səviyyəsindən 1244 metr (4,081 ft) hündürlükdə yerləşən Klinoveç (Alman dilində-Keilberg) və 1215 metr hündürlükdə yerləşən Fichtelberq zirvələridir. Bu ərazi Tunc dövründə filizin yaranmasına, mədənçilik və metallurgiya sənayesindən dövrün erkən mərhələlərinin böyük sənaye sənayesinə keçməsinə və sonrakı Sənaye İnqilabının baş verməsində mühüm rol oynamışdır.
Crex crex
Adi çivdimdik (lat. Crex crex) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin çivdimdik cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == Təhlükə vəziyyətindədir (EN). Qorunması gücləndirilməsə kritik vəziyyətə düşə bilər. == Qısa təsviri == Ümumi rəngi bozumtul-kürəndir. Beli uzununa naxışlıdır. Qanadları pas kimi kürəndir. Boğazı ağımtıl, döşü və çinədanı isə açıq-bozdur. Bədəninin yanları köndələn ağ zolaqlı açıq-kürəndir.
Yahari Ore no Seishun Love Comedy wa Machigatteiru.
My Youth Romantic Comedy Is Wrong, As I Expected, Yaponiyada tanınan adı ilə Yahari Ore no Seishun Love Comedy wa Machigatteiru. (やはり俺の青春ラブコメはまちがっている。, azərb. Mənim gənclik romantik komediyam gözlədiyim kimi səhvdir‎) və ya digər adları ilə My Teen Romantic Comedy SNAFU, Hamachi (はまち), OreGairu (俺ガイル) — Ponkan8-in rəssamlığı ilə Vataru Vatari tərəfindən yazılan ranobe seriyası. Ranobe seriyası əsasında üç manqa adaptasiyası və dörd antologiya cildi istehsal olunmuşdur. Brain's Base studiyası tərəfindən istehsal olunmuş anime serialı 4 apreldən 27 iyun 2013-cü ilə kimi yayımlanmışdır. Animenin ikinci mövsümü isə Feel studiyası tərəfindən çəkilmiş və 2 apreldən 25 iyun 2015-ci ilə kimi nümayiş etdirilmişdir. 5pb. şirkəti tərəfindən istehsal olunmuş "Yahari Game demo Ore no Seishun Rabu Kome wa Machigatteiru." adlı videooyun 19 sentyabr 2013-cü ildə buraxılmışdır. Eyni şirkət tərəfindən istehsal olunmuş ikinci videooyun isə 27 oktyabr 2016-cı ildə buraxılmışdır.
Adeh
Adeh (Sulduz)
Areq
Pirmələk (Areq, Tatul) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim dini məna ifadə edən pir sözü ilə Mələk şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Areq qoyulmuşdur. Hal-hazırda kəndin adı Tatul adlanır.
Ares
Ares — Yunan mifologiyasında cəsarət və müharibə ilahı. Zevs və Heranın oğludur. Simvolu kərkəsdir. 12 Olimp ilahından biridir. Afrodita ilə sevgi macəraları ilə məşhurdur. Qədim Roma mifologiyasında Mars kimi tanınır. Spartalılar ona sitayiş edir, afinalılara qarşı onlara kömək etməsini istəyirdilər. == Ares və Afrodita == Apollon Ares və Afroditanı sekslə məşğul olarkən gördü. Apollon bunu Afroditanın əri Hefestə xəbər verdi. Onları bu vəziyyətdə görən Hefest onları biabır etmək qərarına gəldi.
Arəş
Arəş Ləbaf (23 aprel 1977, Tehran) — Iran əsilli İsveç müğənnisi, bəstəkar, prodüser. == Həyatı == Arəş Ləbafzadə 1977-ci ildə İranın paytaxtı Tehran şəhərində anadan olub. Babası Ərdəbildən olan azərbaycanlı idi. Avroviziya Mahnı Müsabiqəsində çıxış edən ilk iranlı olduğu bildirilir.10 yaşına qədər Tehranda yaşayıb. Sonra ailəsi ilə birlikdə İsveçin Uppsala şəhərinə köçüb. Burada Arəş dostları ilə birlikdə yaşıdları üçün mahnılar oxumağa başlayır. Soyadını da elə o zaman dəyişib Ləbaf (isv. Labaf) edir. 5 il sonra isə Malmöyə köçür. Arəşin əvvəllər BBC və Əl-Cəzirə telekanallarına verdiyi müsahibələrdə anasının əfqan, atasının fars mənşəli olduğunu bildirdiyinə dair iddialar da mövcuddur.
Açeh
Açeh — İndoneziya əyalətidir, Sumatranın şimal ucunda yerləşir. Paytaxtı və ən böyük şəhəri Banda Açehdir. Hindistanın Andaman və Nikobar adalarına yaxındır və onlardan Andaman dənizi ilə ayrılır. Xüsusi bir muxtariyyət verilib, Açeh dini baxımdan mühafizəkar bir məkandır və şəriət qanunlarını rəsmi olaraq tətbiq edən yeganə İndoneziya əyalətidir. Bu bölgədə on yerli etnik qrup var, ən böyüyü Açeh xalqıdır və bölgə əhalisinin təxminən 80% -dən 90% -ə qədərini təşkil edir. Açeh İndoneziyada İslamın yayılmasının başlandığı yerdir və İslamın Cənub-Şərqi Asiyada yayılmasının əsas amilidir. İslam Açehə (Fansur və Lamuri Krallığı) eramızın 1250-ci ilində çatdı. XVII əsrin əvvəllərində Açeh Sultanlığı Malakka boğazı bölgəsində ən varlı, güclü və inkişaf etmiş bir dövlət idi. Açeh keçmiş Hollandiya kolonistləri və daha sonra İndoneziya hökuməti də daxil olmaqla, xarici müstəqillik və nəzarətə qarşı müqavimət tarixinə malikdir. Açeh bəzi qiymətləndirmələrə görə qaz ehtiyatlarının dünyanın ən böyük ehtiyatlarından biri olduğunu söyləyən neft və təbii qazın əhəmiyyətli təbii ehtiyatlarına malikdir.
Brez
Brez (fr. Braize) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03037. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 286 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 183 nəfər (15-64 yaş) arasında 124 nəfər iqtisadi fəal, 59 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,8%, 1999-cu ildə 72.3%). Aktiv olan 124 nəfərdən 111 nəfər (62 kişi və 49 qadın) işləyir, 13 nəfər işsizdir (7 kişi və 6 qadın). 59 hərəkətsiz 9 nəfər arasında şagird və ya tələbə, 22 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Böre
Börü (başqurdca: Börö, rus.
Corel
Corel Korporasiyası (/kəˈrɛl/ , kə-REL; "Cowpland Research Laboratory" abbreviaturasından) - Qrafika üzrə ixtisaslaşmış Ottava, Ontario mərkəzli Kanada proqram təminatı şirkəti. O, CorelDRAW kimi proqram başlıqlarının istehsalı və AfterShot Pro, PaintShop Pro, Painter, Video Studio və WordPerfect-in sahibi kimi məşhurdur. == Məhsullar == Corel Chess - Don Deyli və Larri Kaufman tərəfindən hazırlanmış şahmat mühərriki Corel Designer - Əvvəlki adı Micrografx Designer, peşəkar texniki illüstrasiya proqramı. Corel Digital Studio - dörd proqram dəsti: PaintShop Photo Express (Paint Shop Pro-nun yüngül versiyası), VideoStudio Express (video redaktə proqramı), DVD Factory (DVD yazmaq və konvertasiya üçün proqram), WinDVD (DVD pleyer proqramı). CorelDRAW - Vektor qrafikası redaktoru. Corel Graphics Suite - CorelDRAW, PhotoPaint və Capture proqramlarının birləşməsi. Corel Home Office – Ability Office 5-ə əsaslanan və həmçinin Corel-in WinZip proqram təminatına əsaslanan ofis dəsti. O, Corel-in öz WordPerfect fayl formatlarını dəstəkləmir. Corel KnockOut - Professional şəkil maskalama plaqini. Corel Paint It!
Crex
Çivdimdik (lat. Crex) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinə aid heyvan cinsi.
Cərh
Cərh — ərəb dilində "yaralamaq", "təsir etmək", "bir yaranı deşmək" mənalarını ifadə edir. Hədis termini olaraq "cərh" müəyyən səbəblərdən ravinin rədd edilməsinə, tənqid edilməsinə deyilir. Bunun üçün cərh ləfzlərindən istifadə edilir. Məsələn: zəif, mətruk, kəzzab və s.
Dren
Dren – torpağın qrunt sularını toplayıb çıxarmaq və aerasiyasını yaxşılaşdırmaq üçün süni yaradılan yeraltı su yoludur. Drenlər istifadəsinə görə quruducu, kollektor; konstruksiyasına və materialına görə isə borulu (gil, plastik kütlə, taxta və s.) boşluqlu (yarıqlı, yumşaq), doldurulmuş (çınqıl və s. ilə) olur.
Ereb
Ereb (yun. Ἔρεβος; lat. Erebus, mənası zülmət, qaranlıq deməkdir.) qədim yunan mifologiyasında və Hesiod teoqoniyasına görə daimi zülməti tərənnüm edən Xaosdan sonra törənmiş ilk tanrılardan biri, Niksin qardaşı və ondan dünyaya gətirmiş olduğu Efir və Hemeranın atasıdır. Mifologiyaya görə, yeraltında qalan mağaralar və digər qaranlıqlar Erebin hökmündədir.
Çörək
Çörək ― xəmiri bişirilməsi ilə əldə olunan un məmulatı. Bu xəmirə çox vaxt duz, birləşdirici maddələr, qıcqırdıcı və bəzi çörək növlərinə isə günəbaxan, xaşxaş və başqa bitki tumları da əlavə edilir. Tumlar çörəyin üzərində bəzək kimi də istifadə edilə bilər. Çörək ayrıca da yeyilir. Çox vaxt onu yağla, mürəbbə, bal və ya pendirlə yeyirlər. Avropa arasında müxtəlif ət deli hazırlanmış yeməklər olan çörəyə tez-tez rast gəlinir. Bu buterbrod adlanır. Çörəkdən sendviç üçün də istifadə edilir. Çörəyi ayrıca yemək olar, kərə yağı, fıstıq və ya günəbaxan yağı, mürəbbə, marqarin, marmelad, mürəbbə, jele, bal ilə də istehlak edilir ki, bu da mahiyyətcə sendviç adlanan yeməkdir. Çörək sendviç bazası kimi də istifadə olunur.
Ərəb
Ərəblər — Afrika və Asiya qitələrində kompakt şəkildə yaşayan , dünyanın ən böyük xalqlarından biri. Səudiyyə Ərəbistanında, Suriyada, İordaniyada, İraqda, Yəməndə, Omanda, Misirdə, Sudanda (əhalisinin 1/2-ni təşkil edirlər), Əlcəzairdə, Liviyada, Tunisdə və s. əhalinin əksəriyyətini təşkil edirlər. Dünyada sayları təxminən 354.503 milyon nəfərdir. Hazırda dünyada 21 müstəqil ərəb dövləti var.Ərəblər ana dilləri ərəbcə olan, başlıca Ərəb yarımadası və şimali Afrikada yerləşmiş olan sami xalqdır. Aralıq dənizinin cənubunda Afrikada Böyük Səhra və Sudana, şərqində İraqa və Ərəb yarımadasına qədər uzanan bir coğrafiyada yaşayırlar. Əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan və ərəbcə danışılan ölkələr ərəb ölkələri olaraq adlanırlar. Bu ölkələrdə, ərəbcədən əlavə olaraq Şimali Afrikada bərbərcə, İraqda kürdcə və türkməncə, Cənubi Ərəbistanda isə müxtəlif yerli dillər danışılır. == Ərəblərin soyu == İbrahim peyğəmbərin İsmayıl və İshaq adında iki oğulu olmuşdur. İslam ənənəsinə görə, islam peyğəmbəri Məhəmməd və ərəblərin atası İsmayıldır.
Ərəd
Ərəd-İranın Fars ostanının Gəraş şəhristanının Ərəd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,264 nəfər və 1,181 ailədən ibarət idi.
Ərəş
Yaşayış məntəqələriƏrəş sancağı - Şirvan əyalətinin sancağı Ərəş sultanlığı Ərəş qəzası 1873-1926 Ərəş (şəhər) — Azərbaycanın Şirvan (indiki Yevlax rayonu) ərazisində mövcud olmuş şəhər. Ərəş (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd.
Ore no Nounai Sentakushi ga, Gakuen Love Comedy wo Zenryoku de Jama Shiteiru
My Mental Choices are Completely Interfering with my School Romantic Comedy, Yaponiyada tanınan adı ilə Ore no Nounai Sentakushi ga, Gakuen Love Comedy wo Zenryoku de Jama Shiteiru (俺の脳内選択肢が、学園ラブコメを全力で邪魔している, azərb. Mənim zehni seçimlərim romantik məktəb komediyama tamamilə mane olur‎) və ya qısaca Noucome (のうコメ, Nōkome) — Yukivonun rəssamlığı ilə Takeru Kasukabe tərəfindən yazılmış ranobe seriyası. 2012-ci ilin yanvarında 2016-cı ilin fevralına kimi Kadokawa Shoten nəşriyyatı tərəfindən Kadokawa Sneaker Bunko imprinti altında 12 cildi buraxılmışdır. Sayaka İtsukinin rəssamlığı ilə hazırlanmış manqa adaptasiyası Enterbrain nəşriyyatının "Famitsu Comic Clear" jurnalında 2013-cü ildən 2015-ci ilə kimi nəşr olunmuşdur. Takayuki İnaqakinin rejissorluğu ilə Diomedéa studiyası tərəfindən 10 seriyalıq anime adaptasiyası istehsal olunmuş və 2013-cü ilin oktyabrından dekabrına kimi yayımlanmışdır. == Məzmun == Kanade Amakusa "Mütləq seçim" (絶対選択肢, Zettai Sentakushi) adlandırılan lənətdən əziyyət çəkən lisey tələbəsidir. Bu lənət günün istənilən vaxtında ona qarşısına çıxan 2 və ya 3 zehni seçimdən birini seçməsini tələb edir. Hətta bu seçimlər biabırçı olsa belə. Əgər hər hansı seçimdən birini seçməsə, bu, onda güclü baş ağrısına səbəb olur. Seçimlərin çoxu tərbiyəsiz və ədəbsiz xarakter daşıdığından Kanadenin sinif yoldaşları və ətrafındakı insanlar arasındakı nüfuzuna xələl gəlir və həyatı çətinləşir.