Bub

der; -en, -en oğlan uşağı
bsd.
Bube
OBASTAN VİKİ
BuBi
"BuBi" (rəsmi olaraq: MOL BuBi) — Macarıstanın Budapeşt şəhərində velosiped paylaşma şəbəkəsidir. Adı, Budapeşt və Bicikli (macar dilində velosiped) sözlərindən yaradılmış və "baloncuq" mənasını verir. 2019-cu ilin may ayına kimi şəbəkə 143 dok stansiyadan və 1846 velosipeddən ibarət idi. == Tarixi == BuBi layihəsi Budapeşt Bələdiyyəsi tərəfindən 2008-ci ildə yaradılmışdır. Bu layihə üçün kapital qoyuluşu təqribən 900 milyon HUF (təxminən 3 milyon €) təşkil edir. Bu məbləğin 85% -i Avropa Birliyi, qalan 15% -i isə yerli hökumət tərəfindən ödənilir. Təxminən 250 milyon HUF (təxminən 800.000 €) illik əməliyyat xərcləri ən böyük inteqrasiya edilmiş neft və qaz qrupu olan MOL tərəfindən ödənilir və Macarıstanda bir yanacaqdoldurma məntəqəsi şəbəkəsini idarə edir, buna görə də layihə "MOL Bubi" adlandırılmışdır. Təchizat və proqram təminatı və velosipedləri özündə birləşdirən Nextbike-nin velosiped paylaşma sisteminin həyata keçirildiyi hər yerdən fərqli olaraq Budapeştdə bu sistem Nextbike tərəfindən idarə edilmir. Budapeştdə bu sistem T-Systems və Csepel tərəfindən idarə olunur. Normalda nextbike-nin velosiped paylaşma sisteminin digər tətbiqlərində velosipedlər Nextbike-nin öz istehsal salonuna toplanaraq dünyaya çatdırılır, lakin Budapeştdə velosipedlər Macar velosiped istehsalçısı Csepel tərəfindən istehsal olunur və yığılır.
Buballar
Buballar (lat. Alcelaphinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan yarımfəsiləsi. Buballar qnuların yaxın qohumlarıdır. Çəkiləri 225 kiloqrama çatır. Buballar Şimalı Afrikadan Saxaraya qədər olan açıq ərazidə yaşayırlar.
Bubalus
Asiya camışları (lat. Bubalus) — Boşbuynuzlular fəsiləsinin öküzlər yarımfəsiləsinə aid heyvan cinsi.Azərbaycanda camış ən qədim zamanlardan bəri yetişdirilir. Dağıstan MR, Kuban, Qara dəniz sahilləri, Krım və Dunay çayı ətrafında da camışçılıq inkişaf etmişdir. Vəhşi camışlara Hindistanın bəzi tropik meşələrində, xüsusən şərq bataqlıqlarında, mərkəzi əyalətlərində, habelə Seylon adasının şərqində indi də rast gəlmək olur. Təbii xassələrinə görə camış susevər (hidrofil) heyvandır. Camış əhliləşdirilmiş halda Malıy adaları, Çin, Yaponiya, İran, Misir və Türkiyədə xeyli miqdarda yayılmışdır. Cənubi Avropada camışlar Bolqarıstan, Ruminiya, Albaniya, Macarıstan, Yunanıstan, Yuqoslaviya və başqa Balkan ölkələrində, hətta az miqdarda Çexoslovakiyada, Cənubi İtalyanın Kalabriya hissəsində və Siciliya adasında da yetişdirilir. Bu ölkələrdə yağıntı az olsa da, çoxlu çay və su mənbələri vardır. Camış isti günlərdə həmişə nohurlarda, bataqlıq yerlərdə, durğun sularda, gölməçələrdə, yaxud çaylarda yatmağı sevir. Suda olduqda camışın ancaq başı kənarda qalır, baş adətən bel ilə bir hündürlüklə durur, bu da onun suda yaşamaq adəti ilə əlaqədardır.
Bubalus bubalis
Asiya camışı, Hindistan camışı və ya Su camışı (lat. Bubalus bubalis - Boşbuynuzlular fəsiləsinin Öküzlər yarımfəsiləsinə aid heyvan növü.Hind vəhşi camışı – arni (Bos arnee) cənubi Asiyada Himalay dağlarından Benqaliyədək, Assam cınqıllarında, Birma və Siamda, habelə Seylon adasında yaşayır. Keçmişdə Beynəlnəhreyndə (Mesopatamiyada) və bəzi müəlliflərin yazdığına görə, şimali Afrikada da yaşayırmış. Hind camışı 200 sm hündürlükdə və 1500 kq ağırlığında olur. Assam ölkəsində olanlar Borneo və Seylon adalarında olanlara nisbətən uzunbuynuzludurlar. Vəhşi hind camışı ev camışına çox oxşayır, bu səbəbdən onu ev camışının mənşəyi hesab edirlər.
Bubalus depressicornis
Cırtdan camış, Anoa, Düzənlik cırtdan camışı (lat. Bubalus depressicornis) — Boşbuynuzlular fəsiləsinin meşə antilopları cinsinə aid növ.
Bubastis (nom)
Bubastis (q.yun. Βουβαστίτης νομός) və ya İmet-xenti (q.misir 𓈳; "cənub şahzadəsi"), — Qədim Misirdə inzibati rayon (nom). Araviya Aşağı Misirdə yerləşirdi və regionda sayca on səkkizinci nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "İmti-xenti", "İm-xent", "Amti-xenti" və "Am-xent" daxildir. Tədqiqatda bu nom adətən "L18" adlandırılır.
Bubiyan adası
Bubiyan adası (ərəb. جزيرة بوبيان‎) — İran körfəzində, Küveytə məsxus olan ada. Adanın sahəsi 863 km²-dir. Adada yaşayış yoxdur. == Coğrafiya == Küveytin ən iri adasıdır. Ölkənin şimal-şərqində yerləşir. Şəttül-Ərəb çayının məsəbində yeləşir. Materikdən və Varba adasından ensiz boğazla ayrılır. Adanın uzunluğu 40 km, eni isə 24 km-dir. Adanın sahilləri bataqlıqlaşsada mərkəzi quru vadidən ibarətdir.
Bubo
Yapalaq (lat. Bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Bubo bubo
Adi yapalaq (lat. Bubo bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü.
Bubon taunu
Bubon taunu — taunun insanlarda ən çox təsadüf edilən forması. Taun — daşıyıcıları siçanlarda parazitlik edən bitlər olan Yersinia pestis bakteriyası tərəfindən törədilən kəskin təbii bakterial mənşəli xəstəlikdir. Kəskin təhlükəli infeksiya hesab edilir. İnkubasiya dövrü 2-6, nadir hallarda isə 1-12 gün olur.
Bubr çayı
Bubr (pol. Bóbr, çex. Bobr) — Odranın sol qolu olub, Çexiya və cənub-şərqi Polşa ərazisindən axan çay. Həmçinin Polşada olan ən uzun çaylardan biridir. == Coğrafi mövqeyi == Bubr öz başlanğıcını cənub-şərqi Sudet massivindən Bubr kəndi yaxınlığından götürür. Hansı ki, bu kənd Jaçlerş şəhərinin yaxınlığında yerləşir. Polşa ilə sərhəddin kəsişməsindən sonra Nedamirov kəndindən keçir. O həmçinin Eleniya Quru düzənliyi boyu Qərbi Sudet dağlarından keçir. Aşağı Sileziya ərazisindən Kvisa çayı ona qovuşur. Bubrın özü isə Qırmızı-Odjansk vilayətində Odra qovuşur.
Bubulcus
Vağcıq (lat. Bubulcus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Bubulcus bubulcus
Misir vağcığı (lat. Bubulcus ibis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin vağcıq cinsinə aid heyvan növü. == Sinonimləri == Ardea ibis Linnaeus, 1758 Ardeola ibis (Linnaeus, 1758) Bubulcus bubulcus Buphus coromandus (Boddaert, 1783) Cancroma coromanda (Boddaert, 1783) Egretta ibis (Linnaeus, 1758) Lepterodatis ibis (Linnaeus, 1758) == Yarımnövləri == B. i. ibis (Linnaeus, 1758) B. i. coromandus (Boddaert, 1783) B. i.
Bubulcus ibis
Misir vağcığı (lat. Bubulcus ibis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin vağcıq cinsinə aid heyvan növü. == Sinonimləri == Ardea ibis Linnaeus, 1758 Ardeola ibis (Linnaeus, 1758) Bubulcus bubulcus Buphus coromandus (Boddaert, 1783) Cancroma coromanda (Boddaert, 1783) Egretta ibis (Linnaeus, 1758) Lepterodatis ibis (Linnaeus, 1758) == Yarımnövləri == B. i. ibis (Linnaeus, 1758) B. i. coromandus (Boddaert, 1783) B. i.
Kiri Buba
Abrek Buba K'irivi (ləzg. КIири Буба 1870-ci illər – 1908 və ya 1913) – Çar rejiminə və həmçinin yerli zülmkarlara qarşı mübarizə aparmış məşhur abrek, Ləzgilərin xalq qəhramanı. Ruslar ona təslim olmağı təklif edəndə, onun son sözləri "Namus xurxa hur qwan - xura çk'ul huray" oldu yani "Namusum palçığda olana qədər - sinəmdə xəncəl olsun". Kiri Buba Dağıstan vilayəti Kürə dairəsinin İkra kəndində anadan olmuşdur. Kiri Bubanın doğum tarixi haqqında dəqiq məlumatlar yoxdur. Ehtimal olunur ki, o, XIX əsrin 70-ci ilərin sonunda anadan olub. Kiri Buba Rusiya imperiyasının çar hakimiyyətinə qarşı mübarizə aparıb, xalqı açıq-aşkar çar hakimiyyətinə qarşı müharibəyə çağırırdı. 1905–1913 illərdə, qaçaq Buba 20 nəfərdən artıq dəstəsi ilə Bakıdan Mahaçqalaya kimi ərazini terror altında saxlayırdı. Varlıların mülklərin dağıdaraq, o aldığını kasıb camaata paylayardı. Xalq ona "Ləzgi Robin Qudu" adını verib.
Luru-de-Bubl
Luru-de-Bubl (fr. Louroux-de-Bouble) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Ebryoy kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03152. 2008-ci ildə əhalinin sayı 293 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 136 nəfər (15-64 yaş arasında) arasında 85 nəfər iqtisadi cəhətdən fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 62,5%, 1999-cu ildə bu 63,7%). Fəal olan 85 nəfərdən 80 nəfər (47 kişi və 33 qadın), 5 nəfər işsiz (4 kişi və 1 qadın) idi. 51 hərəkətsiz 11 nəfər arasında şagird və ya tələbə, 20 nəfər təqaüdçü, 20 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Martin Buber
Martin Mardoxay Buber (8 fevral 1878[…], Vyana, Avstriya-Macarıstan – 13 iyun 1965[…], Qüds) — alman-yəhudi filosofu və yazıçısı, iudaizm mütəfəkkiri. 1896–99-cu illərdə Vyana, Leypsiq, Sürix və Berlində fəlsəfəni öyrənmiş, həmçinin Avropa və Asiyanın mistik ənənələrinə maraq göstərmişdir. 1898–1904-cü illərdə sionist hərəkatının demokratik fraksiyasında iştirak etmiş, lakin sonralar siyasi sionizmdən uzaqlaşmış, mədəni-milli yəhudi hərəkatının nüfuzlu ideoloquna çevrilmişdir. Buber dinc anarxizmə və M. Qandi ruhunda qeyri-zorakı təsir ideyalarına rəğbət bəsləyir, yəhudilərin Fələstində dövlətsiz və ordusuz azad kooperativ məskənlərinin olmasını arzulayırdı. Frankfurt-Mayn Universitetinin (1924–33), 1938-ci ildə Fələstinə mühacirət etdikdən sonra Yerusəlimdə Yəhudi Universitetinin (1938–51) professoru, 1960–62-ci illərdə İsrail Elmlər Akademiyasının prezidenti olmuşdur. İkinci dünya müharibəsindən sonra ABŞ və AFR-də mühazirələr oxumuş, ərəb -yəhudi düşmənçiliyini və Fələstin ərəblərinə münasibətdəki antihumanist hərəkətləri pisləmişdir. Əsas əsərləri: "Mən və Sən" ("Ich und Du", 1923), "İlahi Çarlığı" ("Königtum Gottes", 1932), "İnsanın problemi" ("Das Prob lem des Menschen", 1948) "Etiqadın iki obrazı", ("Zwei Glaubensweisen", 1950), "Xeyir və Şərin obrazları" ("Bilder von Gut und Böse", 1952) və s. Buberin fəlsəfəsi ekzistensializmə yaxındır; onun başlıca ideyası: varlıq Allah və insan, insan və dünya arasında "dialoq" kimidir. Yunan monologizminə qarşı duran "dialoq" ruhunu Buber Bibliyadakı dünya anlamında axtarırdı. Buber xasidizmin panteist ənənələrinə xüsusi diqqət ayırmışdır.
Maykl Buble
Maykl Stiven Buble (ing. Michael Steven Bublé; 9 sentyabr 1975) — italyan və xorvat əsilli Kanada caz müğənnisi. Bir neçə Qremmi mükafatına layiq görülmüş, 2003-cü ildən etibarən eyniadlı albomu Şimali Amerikada, Avstraliyada və Böyük britaniyada ilk onluğa daxil olmuşdur. 2004-cü ildə onun canlı ing. Come Fly with Me video albomu Avstraliyada top albom 40-lığına (ing. Top-40-Album-Charts) daxil olur. 2005-ci ildə "It’s Time" albomu ABŞ-də müvəffəqiyyət əldə edərək, 18 milyondan artıq satılmışdır. Buble Kanadanın Britaniya Kolumbiyası əyalətinin Bernabi şəhərində italyan mənşəli balıqçı ailəsində dünyaya gəlmişdir. Uşaqlıqda babasının yığmış olduğu caz kolleksiyasına tez-tez qulaq asması onda müğənniliyə və xüsusilə caza maraq oyanmışdır. O, özü sərbəst üç albom yazaraq, onlardan birini məhz babasına həsr və hədiyyə etmişdir.
Sergey Bubka
Sergey Nazaroviç Bubka — hündürlüyə tullanmaq üzrə olimpiya və dünya çempionu. Sovet və Ukrayna idmançısı. Bubka Voroşilovqradda (indiki Luqansk) anadan olmuşdur. 1983-cü ildə o, beynəlxalq səviyyədə tanınmasa da Finlandiyanın Helsinki şəhərində dünya çempionatında qalib gəlmişdir.Həmin il 5.85 m (19 ft 2 in)hündürlüyə tullanaraq özünün ilk dünya rekordunu qırdı. 1991-ci ilin sonlarında SSRİ-nin dağılmasına qədər Bubka Sovet komandasında mübarizə aparmışdır. Sovet İttifaqının idman sistemi yeni dünya rekordu qazanan idmançıları mükafatlandırırdı, beləcə, o, çox kiçik fərqlərlə dünya rekordunu qırması ilə məşhurlaşdı. 1992-ci ildə o, artıq Sovet sisteminin tərkibində deyildi və Nayk ilə hər bir yenilədiyi dünya rekorduna görə 40000 dollar qazanacağı müqavilə bağlamışdı. O, 1991-ci ildə Sovet İttifaqının süqutuna kimi onu təmsil etmişdir. Bubka iki dəfə Trak and Fild Nyus tərəfindən ilin idmançısı seçilmişdir və Beynəlxalq Atletizm Federasiyası Assosiasiyasının 24 fəxri idmançı üzvündən biri olmuşdur. Bubka altı dəfə ardıcıl BAFA Dünya çempionatında qızıl medal qazanmış və hündürlüyə tullanmaq üzrə kişilərin dünya rekordunu 35 dəfə qırmışdır (17 xarici və 18 daxili).
Xanthium bubalocarpon
İvan Bubnov
İvan Qriqoryeviç Bubnov (18 yanvar 1872, Nijni Novqorod – 13 mart 1919, Petroqrad) — rus gəmiqayırma mühəndisi və alimi. 1904-cü ildən Sankt-Peterburq Politexnik İnstitutunda (1909-cu ildən prof.), 1910-cu ildən Dəniz akademiyasında dərs demişdir. "Gəmilərin batmazlığı haqqında" (1901), "Gəmilərin üz örtüyündə su təzyiqindən yaranan gərginlik" (1902) əsərlərində gəmi gövdəsi üçün işlədilən lövhələrin hesablanmasının izahını vermiş, "İnşaat mexanikası və elastiklik nəzəriyyəsi" (1906) və s. əsərlərində gəmilərin ümumi möhkəmlik məsələlərini riyazi əsaslandırmışdır. Bubnov 1901–03-cü illərdə M. N. Beklemişev ilə birlikdə Rusiyada ilk "Delfin" sualtı qayığının inşasına rəhbərlik etmişdir. 1903-cü ildən Dəniz texniki komitəsində gəmiqayırma çertyojçuluğu KB-nin rəisi işləmiş, burada 1903–11-ci illərdə onun rəhbərliyi altında "Kasatka", "Akula", "Minoqa", "Bars" və "Morj" sualtı qayıqlarının layihələri işlənib hazırlanmışdır. "Sevastopol" gəmisi (1911) və "İzmayıl" kreyseri (1915) onun layihələri əsasında qurulmuşdur.
Bubo cinerascens
Boz yapalaq (lat. Bubo cinerascens) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü. Boyu 37–39 sm, qanadlarının uzunluğu 94–104 sm-dir. Yaşayış məskəni meşələr, böyük parklardır. Gecələri hərəkətlidir, gündüzləri ağaclarda istirahət edərək keçirir. Səsi çox nəzərəçarpandır.
Bubo scandiacus
Qütb yapalağı (lat. Bubo scandiacus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü. Qütb bayquşu tundrada bayquşkimilər dəsətinin yaşayan ən böyük nümayəndəsidir. Başı dairəvi, gözün qüzehi qişası açıq-sarı rəngdədir. Dişiləri erkəklərdən böyük olur. Erkəklərin bədəninin uzunluğu 55–65 sm, kütləsi isə 2–2,5 kq-a çatır. Dişilərdə isə bu göstəricilər uyğun olaraq 70 sm və 3 kq-dır. Açılmış halda qanadlarının uc nöqtələri arasındakı məsafə 142–166 sm olur.
Dmitri Bubrix
Dmitri Vladimiroviç Bubrix (rus. Дми́трий Влади́мирович Бу́брих; 25 iyul 1890 və ya 1890, Sankt-Peterburq – 30 noyabr 1949 və ya 1949, Leninqrad) — Rus və sovet filoloqu, professor (1925), filologiya elmləri doktoru (1937), SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1946), Fin-uqor filologiyası sahəsində milli elmi məktəbin yaradıcılarından biri, Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Universitetinin Filologiya fakültəsinin Fin-uqor filologiyası kafedrasının banisi (1925) və ilk rəhbəri (1949-cu ilə qədər). Dmitri Bubrix 25 iyul 1890-cı ildə Sankt-Peterburqda orta məktəblərin rus dili və ədəbiyyatı müəllimi Vladimir Fedoroviç Bubrixin ailəsində anadan olub. 1909-cu ildə Riqada Nikolayev adına gimnaziyanı qızıl medalla bitirib və Sankt-Peterburq İmperator Universitetinin tarix-filologiya fakültəsinin slavyan-rus bölməsinə daxil olub. Dmitri Bubrix 1913-cü ildə orda təhsilini 1-ci dərəcəli diplomla başa vurub. 1911-ci ildə tələbə iğtişaşlarında iştirak etdiyinə görə həbs edilərək Sankt-Peterburqdan sürgün olunub. Slavyanşünas kimi ixtisaslaşıb. (A. Aleksey Şahmatovun rəhbərliyi altında). 1920-ci illərin əvvəllərində A.A.Şahmatovun məsləhəti ilə Fin-uqor dillərini öyrənməyə başladı. 1917-ci ildən sonra Moskva və Petroqrad universitetlərində dərs deyib.
Bubon persicum
Yovşanyarpaq atıl-batıl (lat. Zosima absinthiifolia) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin atıl-batıl cinsinə aid bitki növü. Heracleum absinthiifolium Vent. Pastinaca absinthiifolia (Vent.) Calest. Tordylium absinthiifolium (Vent.) Pers. Zosima orientalis Hoffm.