Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaxac
Qaxac — qida məhsulu. Qaxac duzlanmış və qurudulmuş ətdir. Qaxac əsasən heyvanın bel hissəsindən hazırlanır. Bel hissənin əti dadlı olduğuna görə qurudulmaq üçün əsasən heyvanın bu hissəsindən istifadə olunur. Ət uzunsov şəkildə şaqqalanır, bol duz, istiot, bol sül şüyüd toxumu ilə qarışdırıldıqdan sonra ya təndirdə, ya da sobanın üstündə asılaraq qurudulur. Azərbaycanda əsasən Şimal-Qərb rayonları ərazisində istifadə edilir. İlisu qaxacı olduqca məşhurdur.
Qaxaç qalası
Qaxaç qalası və ya Qaçalax qalası – Ağdərə rayonunun Kolatağ və Xocalı rayonunun Almalı kəndləri arasında, Qaxaçdağın zirvəzində yerləşən tarix-memarlıq abidəsi. Qaxaç qalasının ən qədim tikililəri yaxınlıqdakı Böyük Arran monastırının inşa dövrünə aiddir. Sonradan Ərəblərin Azərbaycana yürüşləri zamanı yerli xristian əhalinin müdafiəsi üçün qalanın yerləşdiyi dağ qala divarları ilə daha da möhkəmləndirilmişdir. Qaxaç qalası təbii cəhətdən olduqca əlverişli xüsusiyyətə malik ərazidə inşa edilmişdir. Qalanın yerləşdiyi dağ hər tərəfdən sıldırım qayalarla əhatə olunmuş, yamac hissəsi isə sıx meşələrlə örtülmüşdür. Bu cür təbii landşaft qalanın uzaqdan görünməzliyini, yaxından isə əlçatmazlığını təmin edir. == Tarixi == Qaladan Xaçın knyazlığının ərazisi olmuş ətraf kəndlərə, o cümlədən Böyük Arran monastırına yaxşı mənzərə açıldığına görə, son orta əsrlərə kimi Qaxaç qalası strateji əhəmiyyətə malik olmuşdur. Meşəni yerləşdiyi dağ zirvəsinin ətrafları, o cümlədən enişləri sıx meşələrlə örtülmüşdür. Mənbələrdə qala həm də Xaçın qalası adı ilə qeyd edilir. Tarixçi Moisey Kalankatlı "Alban ölkəsinin tarixi" adlı əsərində Mehranilər sülaləsinin son üzvlərinin taleyindən bəhs edərkən yazır: Qaxaç qalasının ən qədim tikililəri yaxınlıqdakı Böyük Arran monastırının inşa dövrünə aiddir.
Ağxaç
Ağxaç - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd, türk mənşəli toponim == Haqqında == Ağxaç kəndi İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayon mərkəzindən 12 km cənub-şərqdə, Horadiz (Qaradüz) kəndinin yaxınlığında yerləşirdi. Burada 1831-ci ildə 37 nəfər yalnız azərbaycanlı yaşamışdır. XIX əsrin 50-60-cı illərində kəndə ermənilər köçürüldükdən sonra qarışıq kəndə çevrilmişdir. Kənddə ermənilərlə yanaşı, 1873-cü ildə 140 nəfər, 1886-cı ildə 195 nəfər, 1897-ci ildə 242 nəfər azərbaycanlı yaşamışdır. 1904, 1914, 1916-cı illərdə siyahıyaalmada azərbaycanlı və erməni əhalisi qarışıq şəkildə göstərilmişdir. 1918-1919-cu illərdə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlıların müəyyən qismi doğma torpaqlarına dönə bilmişdir. Burada 1926-cı ildə 12 nəfər azərbaycanlı yaşamışdır. 1928-1929-cu illərdə azərbaycanlılar kənddən sıxışdırılıb çıxarılmışdır. 1930-cu ildən burada yalnız ermənilər yaşayır.
Qalaç Məhəmməd qalası
Qalaç Məhəmməd qalası — Balakən şəhəri ərazisində yerləşən tarix-memarlıq abidəsi. == Tarixi == Qala XIX əsrdə Balakən camaatının ağsaqqalı olan Qalaç Məhəmməd tərəfindən inşa etdirilmişdir. Ağsaqqalın ərazini ələ keçirən Rusiya İmperiyası ordusuna təslim olmasından sonra Şeyx Şamil qalanı ələ keçirərək yandırmışdır. == Memarlıq xüsusiyyətləri == Abidə əyri dördbucaqlı formasına malik qala divarları və divarların əhatə etdiyi ərazinin mərkəzində yerləşən qüllədən ibarətdir. Divarların hündürlüyü iki metrə çatır. İnsan boyu hündürlükdə divarlar boyunca mazqallar yerləşdirilmişdir. Qala divarlarının əhatə etdiyi ərazinin ölçüləri 20 x 50 metrə bərabərdir. Qalanın mərkəsində yerləşən qüllənin üç mərtəbəsi dövrümüzə çatmışdır. Qüllənin yeganə qapısı yer səviyyəsində yerləşir. Qapının ölçüləri 0.86 x 1.45 metrə bərabərdir.
Daxar
Dahar — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dahar kəndi Girdiman çayının sahilində, dağətəyi ərazidə yerləşir. Keçmiş tam adı Dahar Mulux olub. Həmin ərazidə Mulux kəndindən çıxmış ailələrin Dahar adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tat dilində dahar "qaya" deməkdir. == Əhalisi == Kənddə cəmi 5 nəfər yaşayır. ki onunda 3 nəfəri kişi, 2 nəfəri qadındır. Əhalisi tatlardır.
Qaban
Çöldonuzu və ya qaban (lat. Sus scrofa) — donuzlar fəsiləsindən gövşəməyən cütdırnaqlı məməli heyvan. Bədənin uzunluğu 130–175 sm, kütləsi 60–150 kq. Ayaqları qısa, nisbətən nazikdir. Qaban ölçüləri və proporsiyaları müxtəlifdir. Başı iri, pazşəkillidir. Baş bədənin 1/3 hissəsini təşkil edəcək qədər böyükdür. Başın ölçü və forması yeri qazmaq üçün əlverişlidir. Boyun əzələləri güclüdür. Gözləri xırdadır və nisbətən dərində yerləşir.
Qacar
Qacar dövləti — XVIII–XX əsrlərdə Cənubi Qafqaz və İranda mövcud olmuş, türk əsilli Qacarlar sülaləsi tərəfindən idarə edilmiş dövlət. == Tarixi == === Sülalənin mənşəyi === Türk tayfası olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olmuşlar. XVI əsrin əvvələrində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır və 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur. Ziyadoğulları ailəsi sonralar Qarabağa da hökmdarlıq etmişdir. 16–17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. I Şah Abbas Səfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorqan) ərazisində qoyulmuşdur. === Dövlətin qurulması === Qacar ​​boyları, 18. əsrdə dəvəli qolu və Qoyunlu (Qovanlı) qolu olmaqla iki qoldan ibarət olan boylar birliyi olub iki qol arasında güc mübarizəsi yaşanmaqda idi. Bu mübarizəni qazanan Qoyunlu qolundan Məhəmməd Həsən xan, Əfşar Xanədanının qurcusu Nadir Şahın ölümündən sonra Gilan, Mazandaran və Curcan olmaqla Xəzər dənizi sahilini alaraq Güney İranda Zənd xanədanını quran Kərim xan Zənd ilə mübarizə etməyə başlamışdır. Kərim xan Zənd Qacarların daxili mübarizəsindən istifadə etmək üçün Məhəmməd Həsən xanın oğlu Ağa Məhəmmədi Şirazdakı sarayında əsir götürərək Develilere dəstək vermişdir.
Qafan
Qafan (erm. Կապան; Kapan) — Ermənistan Respublikasının cənubunda yerləşən və Sünik mərzinin mərkəzi olan şəhər. Qafan rayonunun mərkəzi. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında yaşayış məntəqəsi. == Tarixi == 1938-ci ildən respublika tabeliyində şəhərdir. Şəhərin adı keçmişdə mövcud olmuş indiki Qafan şəhərindən 10 km şimal-qərbə doğru, Oxçu çayının sağ sahilində yerləşmiş Qapan (Qafan) kəndinin adı ilə bağlıdır. Erməni mənbələrində Qapan formasında qeyd edilir. == Toponimikası == Toponim peçeneq türk tayfasına mənsub qapan etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Qahab
Qahab — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qahab kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin adı Qahabçayın adından yaranmışdır. Bu toponim fars dilindəki gah (düzən) və ab (su) sözlərindən ibarət olub "düzən çayı" mənasını bildirir. == Tarixi == === Tarixi abidələri === Qahab kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Zəngəzur silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Qahab körpüsü == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Qahab kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə bünövrəsi XX əsrin əvvəllərində qoyulmuş Qahab kənd məscidi yerləşir. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qalal
Qalal — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əli Bayramlı, Qas Əzgilli və Qarqay kəndləri ilə birlikdə Əli Bayramlı bələdiyyəsinin tərkibindədir.
Qalas
Qalas (osman. قلاص, türk. Kalas, alm. Galatz‎, mac. Galac, rum. Galaţi), Rumıniyanın şərqində Boğdan bölgəsində yer alan İbrail şəhəri və Moldova sərhədində yer alan bir şəhərdir. Son resmi rəqəmlərə görə 304.340 nəfərlik əhaliyə sahib şəhərdir, Rumıniyanın 7-ci büyük şəhəridir.
Qalat
Qalat (Qəzvin)
Qalay
Qalay (Sn), (lat. Stannum) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 50-ci element. Bitkilərdə qalay 1855-ci ildə kəşf olunmuşdur. O bitkilərdə geniş həddə dəyişir, daha çox qalay günəbaxan və noxud toxumlarında olur. Qalay zəhərli ultramikroelementlərə aiddir. Tərəvəzlərdə qalayın miqdarı çox olmayıb 1 mkq/q və daha az olur. Heyvanların orqanizmində qalay bitkilərdə olduğundan çoxdur. Belə ki, məsələn, yağlı balıqda onun miqdarı 130 mkq/q – a qədər ola bilər. Insan orqanizmində qalay toxumlarda 0,5-dən 4,0 mkq/q – a qədər olur. Daha çox qalay diş minasında (95 mq/kq), dırnaqlarda (12 mq/kq) və sümüklərdə (1,4 mkq/q-a qədər) olur.
Qalxan
Qalxan – ox, qılınc və başqa silahlardan qorunmaq üçün bir savaş vasitəsidir. Ən köhnə qalxanlar ağacdan düzəlirdi, lakin daha sonra dəmir, polad və başqa materiallardan da istifadə edilirdi. Müasir zamanda gülləkeçirməz şüşədən düzələn qalxanlara da rast gəlmək olar. Qalxanlar qədim zamanlarda meydana çıxmış, lakin son orta əsrlərdə zirehlərin təkmilləşdirilməsi və qılıncoynatmaların inkişafı səbəbindən onların əhəmiyyəti azalmışdır. Odlu silahların yayılması ilə qalxanlar tədricən döyüş əhəmiyyətini itirmişdir. Lakin sonrakı dövrdə Avropa ölkələrində dekorativ qalxanların istehsalına başlanılmışdır. (Bunlar orta əsr qalxanlarının bənzəri idi, lakin praktiki istifadə üçün nəzərdə tutulmamışdı - əsasən aristokratların qalalarında və saraylarında otaqların bəzədilməsinə xidmət edirdi). Birinci Dünya Müharibəsi zamanı, mövqe savaşı şəraitində, piyadaları qorumaq üçün yenidən metal qalxanlar geniş yayılmışdır. Son zamanlar hüquq-mühafizə orqanlarının xüsusi birləşmələrində küçə asayişi, kiçik hücum hərəkətləri və s. bərpa edilərkən qalxanlardan istifadə olunur.
Qanad
Quş qanadı — quşlarda əzələ ilə hərəkət edən uçma orqanı. Həşərat qanadı — həşəratların çoxunda hərəkət edən uçma orqanı. Təyyarə qanadı — Qanadlı raket — pilotsuz idarə olunan uçuş aparatı.
Qanaş
Qanaş (fr. ganache) — şokoladdan və təzə qaymaqdan krem. Tort və pirojnaların bəzədilməsində desert kimi istifadə olunur. Ədviyyat, meyvə, kofe, alkaqol aromatizasiyası ola bilər. Ehtimal ki, qanaş ilk dəfə 1850-ci ildə Sidorenko şirniyyat fabrikində düşünülüb. Hazırkı versiya İsveçrə mənşəlidir. Qanaşdan tortların dekoru zamanı trüfel kimi istifadə olunur. Qanaş müxtəlif meyvələr: çiyələk və ya üzümlə təqdim edilə və həm də dondurula bilər.
Qaqar
Qaqar (lat. Gavia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinə aid heyvan cinsi. 5 növü var.
Qaraca
Qaraca dağı (Daşkəsən) — Daşkəsən və Xanlar rayonlarının sərhəddində yerləşən dağ. Qaraca dağı (Yevlax) — Yevlax rayonu ərazisində Bozdağ silsiləsinin şərq qurtaracağında dağ. Qaraca dağı (Şamaxı) — Şamaxı rayonunda yerləşən dağ. Qaraca dağı (Yardımlı) — Yardımlı rayonunda yerləşən dağ.
Qalaq
Qalaq (yığın) – qabaqcadan həcmi məlum olmayan verilənləri yerləşdirmək üçün proqrama ayrılmış yaddaş sahəsidir. Qalaq (verilənlər strukturu) — xüsusi şərtlərl çərçivəsində təşkil olunmuş ağac şəkilli verilənlər strukturuna deyilir. Qalaq sıralaması — massivin elementlərini qalağa yığmaqla həyata keçirilən sıralama qaydasıdır.
Qatar (Qafan)
Qatar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar Qafan rayonunda kənd. == Tarixi == Qafan şəhərinin bir hissəsini (indi Hünan Avetisyan qəsəbəsidir) və Oxçu çayının sahilində indi də Qatar şamı adlandırılan düzənlikdən başlamış Kavard kəndinədək uzanan bütün mədən şəhərciyini əhatə edirdi. Kənd sıra ilə düzülmüş qayaların ətəyində salınmışdır. XX əsrin əvəllərində Qafan şəhəri ilə birləşdirilərək kənd ləğv edilmişdir. == Toponimi == Toponim Azərbaycan dilində "zəncirvari qaya, təpə", mənasında işlənən qatar sözü əsasında əmələ gələn orotoponimdir. Quruluşca sadə toponimdir. Azərbaycanda və Ermənistan ərazisində bir sıra toponimlərdə "qatar" və "qatır" sözünün dəqiq mə'nasını müəyyən etmək çətİndir. İlk dəfə "Alban tarixi"ndə Albaniyada Katarvəng ("Alban tarixi", II kitab, 6-cı fəsil) və Kataray (I kitab, 34-cü fəsil) toponimləri qeyd olunur. XIX əsrdə Tiflis quberniyasının Axalsix qəzasında Kater-Yurt, İrəvan quberniyasının Sürməli qəzasında Katerlu dağı və Katerlu adlı iki kənd, Tiflis quberniyasının Siqnax qəzasında Katar dağ beli, həmin quberniyanın Tioneti qəzasında Kataris-Xevi çay adı, İrəvan quberniyasının Katar-Qain keçidi, Aleksandropol qəzasında Katarqaya, Zəngəzur qəzasında Katar-Daş dağı, Quba rayonun Qaytar-Qoca dağı adları göstərir ki, bu toponimlərin bə'ziləri katar (qaytar) tayfa adını, bə'ziləri Azərbaycan dilində qatar "cərgə", "zəncirvarı (qaya, təpə)", bə'ziləri isə türk dillərində kadır "sıldırım", "yarğanlı" sözünü əks etdirir, lakin bə'zi toponimlərdə (məsələn, Yevlax r-nunda Qatırölən toponimi) bu söz qatır (heyvan adı) sözündən ibarətdir. XIX əsrin ortalarında Qaraqoyunlu kəndinin (Novobayazid qəzası) Çalmalı dağında yaylaq yerində yurdu da Qatar adlanırdıKəndin tam adı "Qatar şam"ı olmuşdur.
Mahal Qacar
Mahal İbrahimxəlil oğlu Qacar (12 sentyabr 1938, Kosalar[d], Kvemo-Kartli) — tarixçi, alim, Bakı Slavyan Universitetinin dosenti. == Həyatı == Mahal İbrahimxəlil oğlu 12 sentyabr 1938-ci ildə Gürcüstanın Tetriskaro (Ağbulaq) rayonunun Kosalar kəndində ahadan olmuş, ilk təhsilini Kosalar kənd səkkizillik məktəbində aldıqdan sonra 1955–1959-cu illərdə Marneuli şəhər Pedaqoji Məktəbində davam etdirmişdir. Əmək fəaliyyətinə doğma kənd məktəbində müəllim kimi başlamışdır. 1959–1962-ci illərdə əsgəri xidmətə olmuşdur. Sonra doğma kəndində müəllimlik fəaliyyətinə qayıtmışdır. 1963–1967-ci illərdə N.İ.Lobaçevski adına Qorki (Nijni-Novqorod) Dövlət Universitetinin tarix fakültəsini bitirərək tarixçi ixtisasına yiyələnmişdir. Universiteti bitirdikdən sonra yenidən doğma kəndlərinə dönərək 1973-cü ilin oktyabr ayina qədər orada tarıx fənnini tədris etmişdir. 1973-cü il oktyabr ayının 1-dən M.F.Axundov adına APRDƏİ tarix kafedrasında laborant, kabinet müdiri, müəllim, baş müəllim vəzifələrində çalışmışdır. O, İnstitutda pedaqoji fəaliyyətlə yanaşı tarix elmi ilə də məşğul olmuşdur. AQU-nun tarix kafedrasında birillik aspiranturanı bitirdikdən sonra, 1984-cu ildə "Yerli Sovetlərə partiya rəhbərliyi" mövzusunda tarix elmləri namizədlik dissertasiyasını müdafiə etmişdir.
Kazac
Kazac (fars. كزج‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,047 nəfər yaşayır (278 ailə).
Laxar
Laxar (rus. лахар, ing. lahar) — vulkan materiallarının yağış suyu, kreyter gölünün suyu, yaxud vulkan yamacında qarın, və ya buzun ərinti suyu ilə qarışması nəticəsində əmələ gələn palçıq axını. İsti və soyuq L. ayrılır: isti L.-qaynar piroklastik məhsullardan əmələ gəlir, soyuq L.-püskürmə ilə bilavasitə əlaqəsi olma-yan kövrək vulkanik məhsullardan təşkil olunur.
Qaraj
Qaraj (fr. Garage) — avtomobillərin, motosikllərin və başqa nəqliyyat vasitələrinin dayanacaq və təmiri üçün yer. Qarajlar həm yaşayış evinin bir hissəsi həm də ayrılıqda tikilir. Qarajlar müxtəlif materiallardan tikilir: ağac, kərpic, şlak-blok, penoblok, metal və s.
Qaral
Qaral — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə, Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qarael (>qaral) türk etnonimi əsasında əmələ gəlmişdir. «Böyük el, tayfa» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Katnacur qoyulmuşdur.
Qatar
Qatar — ən azı bir lokomotiv tərəfindən dartılan, bir-birinin ardınca qoşulmuş sərnişin və ya yük vaqonlarından ibarət texniki avadanlıqdır. Burada insanlar rahat və təhlükəsiz səyahət edə bilərlər. == Qatar növləri == Qatarların aşağıdakı növləri vardır; Yük, Sərnişin. Turizmdə dəmiryolu nəqliyyatının əhəmiyyəti böyükdür. Sürət və təhlükəsizlik baxımından avtomobil nəqliyyatından daha yaxşıdır. Post, Qartəmizləyən, Hərbi, Təsərrüfat. == Azərbaycanda qatardan istifadə == Azərbaycan və MDB məkanında komfortu artırılmış sərnişin qatarlarından da istifadə olunur. Azərbaycan dəmir yolu xəttində maksimal sürət 100 km/saat-a çatır. Bu həm yük, həm də sərnişin qatarlarına aiddir. Qatarların uzunluğu onun tərkibindən və lokomotivin gücündən asılı olaraq təyin olunur.
Kaxat-Xəl
Kaxat-Xəl — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Bixaç
Bixaç (serb-xorv. Bihać) — Bosniya və Herseqovinanın şimal-qərbindəki Bosniya diyarı vilayətində, Una çayı üzərində yerləşən bir şəhər. Şəhər 56,261 nəfərlik bir əhaliyə malikdir. Bixaç, Bosniya və Herseqovina Federasiyasının Una-Sana kantonunda (I Kanton) yerləşir. Bələdiyyənin səthi 900 km2-dir. 1995-ci ilə qədər edən təxminən 689 km2-lik bir ərazini əhatə edirdi. Dayton sazişindən sonra, Drvar bələdiyyəsinin bir qismi Bixaç bələdiyyəsinə verilmişdir. == Coğrafiyası == Bixaç, Bosniya və Herseqovinanın şimal-qərbi hissəsində, Una-Sana Kantonunun iqtisadi, inzibati və mədəni mərkəzində yerləşir. Bixaçın qərbində, Xorvatiyanın Donyi Lapas bələdiyyəsi və Plitviçka Gölləri Milli Parkı, şimalında Cazin bələdiyyəsi, şərqində Bosanska Krupa və Bosanski Petrovac bələdiyyələri və cənubunda isə Drvar bələdiyyəsi yerləşir. Bixaç bələdiyyəsinin relyefi, əksəriyyətlə çöllərdən, təpələrdən və dağlardan ibarətdir.
Qalaça
Qalaça və ya Şamilqala — Qax rayonunun İlisu kəndində Yazlıq dağının üstündə inşa olunmuş qala. Qalaça (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. Qalaça (Loru) — Loruda kənd. Qalaça — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd.
Qaçaq
Qaçaq—Qaçaq hərəkatının üzvü. Qaçaq- Qanundan və Dövlətdən imtina edən == Tarixi == Məhəmməd Əmin Rəsulzadə yazır: "İstilaya uğrayan, istismar olunan, əsarətdə yaşayan və məhv edilən xalqla, istismar edən, məhv edən rus imperialist rejimi arasında tarix boyunca mübarizə davam etmişdir. Lakin istismarçı və zalım rejimə qarşı aparılan mübarizə formaları müxtəlif olmuşdur. Passiv mübarizə yolu olsa da, bəzən məhkum xalq imperialist idarəsinə vergi verməməklə, onların istehsal etdikləri məhsulu almamaqla, məcburi işlərdən boyun qaçırmaqla öz etirazlarını bildirmişdir. Bəzi hallarda da idarə məmurlarını öldürməklə bunu həyata keçirmişdilər. Biz "Azərbaycanda kəndli hərəkatı" bölümündə bu hadisələrdən misallar vermişik. Azərbaycanda rus işğalçılarına qarşı üsyanlar əsasən Azərbaycan çar üsul-idarəsi tərəfindən işğal edildikdən sonra başlamışdır. Bu barədə biz "Azərbaycanda yeniləşmə hərəkatı" adlı kitabımızın "şair Zakir" bölümündə məlumat vermişik. Kəndli həyəcanları və üsyanları xüsusilə 1840-cı ildə çar tərəfindən təhkimçilik rejimi Azərbaycanda tətbiq edilərək bəylər torpağın tam sahibi, kəndlilər isə torpağa bağlı kölə olduqdan sonra ardı-arası kəsilmədən davam etmişdir. Azərbaycanda qaçaq hərəkatı əsasən rus çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir.
Çaxay
Çaxay - türk və altay mifologiyasında ildırım tanrısı. Çakay (Çakkay) və ya Şakay (Şakkay) olaraq da bilinir. == Xüsusiyyətləri == Şimşəklər və ildırımlar çaktırır. Yayına qoyub atdığı oxlar ildırımlardır. Yerdəki pis ruhları izlər və onların saxlandığı ağacların üzərinə atəşini göndərir. İldırım düşən ağacdan bir parça alınıb saxlansa evə pis ruhların girməsi maneə törədilər. Bəzi Türk birlikləri İldırım ilahına süd ya da ayranı saçı (cansız qurban) olaraq verərlər. Süd ildırım atəşini söndürebilen və uzaq tuta bilən tək şeydir. İldırımın düşdüyü yer, artıq Çaxay Xana aiddir və oranı kimsə mülk edinmez. Monqollar şimşək və ildırım'dan qorxarkən türklər bundan sevinc duyurlar.
GAFAM
Big Tech — ən böyük informasiya texnologiyaları şirkətləri. Termin ən çox ABŞ-dəki Böyük Beşlik texnologiya şirkətlərinə aiddir: Alphabet (Google), Amazon, Apple, Meta və Microsoft. Çində Baidu, Alibaba, Tencent və Xiaomi (BATX) Böyük Beşliyin ekvivalentidir. Big Tech, həmçinin Netflix kimi yüksək qiymətləri olan kiçik texnologiya şirkətlərini və ya avtomobil istehsalçısı Tesla kimi yüksək texnologiya təcrübələrinə malik qeyri-texnoloji şirkətləri də əhatə edə bilər. Big Tech konsepsiyası investisiya bankçılığı sahəsində Goldman Sachs, Morgan Stanley və J. P. Morgan, Big Three konsaltinq firmaları, Big Oil və Big Media kimi digər bazar sektorlarında bir neçə şirkət tərəfindən bazar üstünlüyünün konsolidasiyasına bənzəyir. == Zəmin == "Big Tech" termini ilk dəfə 2013-cü ildə media hesabatlarında ortaya çıxdı, çünki bəzi iqtisadçılar bu şirkətlərin kiçik tənzimləmə ilə dominant olmalarına dair əlamətlər gördülər. 1990-cı illərin sonlarında Dotkom köpüyü Nasdaq Composite fond bazarı indeksinin əksəriyyətini sildikdən sonra sağ qalan texnologiya şirkətləri bazar paylarını genişləndirdilər və artıq startap sayıla bilməzdilər. "Big Tech" termini 2016-cı ildə ABŞ-də keçirilən seçkilərə Rusiyanın müdaxiləsi ilə bağlı aparılan araşdırmadan sonra 2017-ci ildə populyarlaşdı, çünki bu texnologiya şirkətləri böyük miqdarda istifadəçi məlumatlarına ("Böyük verilənlər") çıxış əldə etməkdə oynadığı rol və istifadəçilərinə təsiri Konqres tərəfindən araşdırıldı. "Big Tech" termini 1970-ci illərin enerji böhranından sonra ən böyük neft şirkətlərinin "Big Oil" adlandırılmasına və ya ABŞ Konqresinin bu sənayeləri tənzimləməyə çalışdığı üçün ən böyük siqaret istehsalçılarının "Big Tobacco" adlandırılmasına bənzəyir. Bu, həm də XIX əsrin əvvəllərində əsas medianın "Big Media" və ya "Media Giants" adlı az sayda korporasiyaların dominantlığında qalmasına bənzəyir.