BULAMA

is.
1.Bulamaq”dan f.is.
2. Təzə doğan sağmal heyvanların ilk günlərdə sağılan südü. Nənəm o şişək qoyun; Yunu bir döşək qoyun; Bulamanı tez yetir; Qırıldı uşaq, qoyun. (Sayaçı sözü). Məmmədağanın inəyi də yenicə doğmuşdur.
Ləzzətli bulaması var, – deyə Tağı əmi tərif etdi. S.S.Axundov.

// Yumurta, süd və şəkərdən hazırlanan yemək.
[Mərdəli:] Bəs bulama necə? Bu ondan deyil! …Anam yumurta vurub. Ə.Əbülhəsən.

Синонимы

  • BULAMA yellətmə — tərpətmə
  • BULAMA batırma — ləkələmə — çirklətmə
  • BULAMA qarışdırma

Этимология

  • BULAMA Heyvan təzə doğulduqda onun ilk 2-3 günlük südü ağuz adlanır. Sonrakı bir neçə günün südünə “bulama” deyirlər
BULAQOTU
BULAMAC
OBASTAN VİKİ
Bulama
Bulama — "bulanmaq" sözündən olub, təzə doğan sağmal heyvanların 2-3 gündən sonrakı bir neçə gün ərzində sağılan südüdür. Bulama sözünə Azərbaycan Şifahi Xalq Ədəbiyyatında daha tez-tez rast gəlinir; Heyvanın bala verməsinin 2-3-cü günündən sonra təxminən 4-5 gün ərzində sağılan südündən alınır. Bulama ağuz südündən sonra olan süd məhsuludur. bulama ağuzdan duru, süddən bir qədər qatı olmaqla yanaşı açıq sarımtıl rəngdə olur. Bulamanı bişirərkən qab od üzərinə qoyulduğu andan bişənə qədər oxlovla bulanır (qarışdırılır). Belə edilməsə bulama çürüyər. Elə bu səbəbdən də bu süd məhsulu bulama adlanır və o kətəməz kimi bərkimir. Bulama bişirilərkən ona duz atılmır. Uşaqlar üçün hazırlandıqda azca (zövqə uyğun) şəkər tozu əlavə edilir. Bulamanı süni yolla da hazırlamaq olar.
Bulamac (Xoy)
Bulamac (fars. بولاماج‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 399 nəfər yaşayır (97 ailə). Əhalisini azərbaycanlılar təşkil edir.
Bulamacı (Xudabəndə)
Bulamacı (fars. بولاماجي‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 755 nəfər yaşayır (197 ailə).
Bulamacı
Bulamacı (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Bulamacı (Zəncan) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd.
Bulamacı (Zəncan)
Bulamacı (fars. بولاماجی‎) - İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Bəzi mənbələrə görə kəndin əhalisi 1000-ə yaxındır və 200-250 ailənin olduğu təxmin edilir.

Значение слова в других словарях