BULAMA

Heyvan təzə doğulduqda onun ilk 2-3 günlük südü ağuz adlanır. Sonrakı bir neçə günün südünə “bulama” deyirlər. Ağuz balanı mayalandırmaq üçündür və çox yağlı olur. Bulamada yağlılıq nisbətən azalır və süd olmağa doğru inkişaf prosesi gedir. Ağuz və süd arasında keçid dövrü olan bulama ikili xarakterə ma­lik­dir: ağuz+süd. Ona görə də qarışıq (bulama) vəziyyətində olur. Ağuzu qazanda bişirdikdə alınan yemək kətəməz adlanır. Səbəbi isə odur ki, bəzi dia­lekt­lərdə ağuz yerinə, kələkə işlədilir və kətəməz həmin sözdən törəmədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

BULAQ
BULANIQ
OBASTAN VİKİ
Bulama
Bulama — "bulanmaq" sözündən olub, təzə doğan sağmal heyvanların 2-3 gündən sonrakı bir neçə gün ərzində sağılan südüdür. Bulama sözünə Azərbaycan Şifahi Xalq Ədəbiyyatında daha tez-tez rast gəlinir; Heyvanın bala verməsinin 2-3-cü günündən sonra təxminən 4-5 gün ərzində sağılan südündən alınır. Bulama ağuz südündən sonra olan süd məhsuludur. bulama ağuzdan duru, süddən bir qədər qatı olmaqla yanaşı açıq sarımtıl rəngdə olur. Bulamanı bişirərkən qab od üzərinə qoyulduğu andan bişənə qədər oxlovla bulanır (qarışdırılır). Belə edilməsə bulama çürüyər. Elə bu səbəbdən də bu süd məhsulu bulama adlanır və o kətəməz kimi bərkimir. Bulama bişirilərkən ona duz atılmır. Uşaqlar üçün hazırlandıqda azca (zövqə uyğun) şəkər tozu əlavə edilir. Bulamanı süni yolla da hazırlamaq olar.
Bulamac (Xoy)
Bulamac (fars. بولاماج‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 399 nəfər yaşayır (97 ailə). Əhalisini azərbaycanlılar təşkil edir.
Bulamacı (Xudabəndə)
Bulamacı (fars. بولاماجي‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 755 nəfər yaşayır (197 ailə).
Bulamacı
Bulamacı (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Bulamacı (Zəncan) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd.
Bulamacı (Zəncan)
Bulamacı (fars. بولاماجی‎) - İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Bəzi mənbələrə görə kəndin əhalisi 1000-ə yaxındır və 200-250 ailənin olduğu təxmin edilir.

Значение слова в других словарях