1. “Burmaq”dan f.is.
2. sif. Burulmuş, eşilmiş. Burma bığ. Burma saç.
3. sif. Burğu şəklində olan, vintəoxşar.
□ Burma qazma tex. – süxurların, neft quyularının və s.-nin burğu alətlərinin fırlanması yolu ilə qazılması üsulu.
4. is. Dərz, ot, çubuq, göyərti və s. bağlamaq üçün burulmuş yaş şivlərdən ibarət sarğı, bağ.