BURULMAQ

f.
1. Buruq düşmək, buruq hala gəlmək. Məftil buruldu. İp buruldu.
// Qıvrılmaq, dalğavari, şəkildə getmək, axmaq.
Camaat möhkəm və uca … bəndin üstünə çıxıb gəzinirdi, ağzı qayıtmış Kürün burulaburula (z.) axıb getməyinə tamaşa edirdi. Mir Cəlal.

2. Burum-burum qalxmaq, burula-burula çıxmaq.
Qüdrət, burula-burula (z.) havaya qalxaraq … gözlərinin qabağında dumanlanan göyümtül papiros tüstüsünü üfürüb dağıtdı. M.Hüseyn.

3. Gedərkən başqa tərəfə dönmək, çevrilmək, istiqamətini dəyişmək.
Həyət qapısından girən kimi sola burulmaq və … aşağı enmək lazım gəldi. M.İbrahimov.
[Əjdər] bu sözlərdən sonra sağa burularaq getdi. S.Rəhman.
[Kompozitor] küçənin tinini burulanda … bir adamla qarşılaşdı. İ.Əfəndiyev.

Синонимы

  • BURULMAQ 1. BURULMAQ, BURUQ DÜŞMƏK, QIVRILMAQ 2. burulmaq bax dönmək 1
BURULMA
BURULMUŞ₁

Значение слова в других словарях

в ду́хе депорти́роваться куде́лька с душо́ю холя́вный черноря́сный глико́лиз натурализова́ть пора́ньше разнемо́чься ски́нуться схлёстывать ша́мкать ярь-медя́нка diagnose end-cap heart-cry heave ahead Legree public school reduced up- ломберный обобщение пролежень