Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xəzəl
Xəzəl — yerə tökülən köhnə yarpaqlar xəzəl adlanır. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” (Dərs vəsaiti). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2004, s. 379 – 424.
Şeyx Xəzəl
Şeyx Xəzəl bin Cabir xan əl-Ərəbi (ərəb. الشيخ خزعل بن جابر الكعبي‎) — Qacar dövründə,Xuzistan(o zaman Ərəbistan) yarı-muxtar hökmdarı idi. == Həyatı == Seyx Xəzəl Bəni Kəb qəbiləsindən və İranın İngiltərə yönümlü adamlarından idi ki, məşrutə dövründən etibarən, Xuzistan əyalətində İranın siyasi hadisələrində əhəmmiyyətli rol oynamışdı. O məşrutiyyət inqilabından havadarlıq elədi və ikinci dünya muharibəsində İngiltərəyə dəyərli yardımlar elədi. Beləliklə, o eliyə bildi İngiltərənin tam əminliyin özünə cəlb eləsin və o dövlətin arxa durmasila Xuzistanın güclü və taysız hakiminə çevirilsin. Xuzistan kimi neft çıxan və stratejik reqyonun əhəmiyyəti və mövqeyini nəzərə alaraq, Şeyx Xəzəlin olması Britaniyaya çox yüksək əhəmiyyətə malik idi. Amma nəhayətən Şəmsi 1303-cü ildə Rza xan vasitəsilə İranın və Xuzistanın siyasət səhnəsindən silindi. O zaman ki Rza xan Xəzəlin aradan qaldırmasına əl atdı, Səadət Qiyamı Komitəsinin təhriklərini ona əlamət bildi ki, Şeyx Xəzəl Xuzistanın İrandan ayrılmasını istəyir və İngiltərə dövləti də bu pis fikirdə ondan himayə edir. Beləliklə belə göstərdi ki, Şeyx Xəzəlin aradan qaldırması, İranın parçalanmasının qarşısın almaq və İngiltərənin ən əhəmiyyətli amili və o dövlətin mənfəətlərilə mübarizə deməkdir. "Səfər name-ye Xuzistan" kitabı təkcə bu baxımın ilqası və əsaslandırması üçün idi.Rza xandan peyrovluqda, sair Pəhləvi sevərlər və Pəhləvi yazıçıları da bu iddianın izahında yazıblar və Pəhləvi tarixçilik mətnlərindən bir toplumun buna ixtisas veriblər.
Mehdi Xəzəli
Mehdi Xəzəli naşir, həkim, bloqçudur və öndə gələn sağçı ruhani və keçmiş Gözətçilər Şurasının üzvü, Ayətullah Xəzəlinin, oğludur.O, həmçinin İslam alimi və Tehranda Həyyan Mədəniyyət İnstitutunun direktorudur. Atasının miras əksinə-ki İran Prezidenti Əhmədinejadın güclü tərəfdarıdır o, din və hökumətin artıq qarışdırılması əleyhinədir və müasir cəmiyyətdə zərərli ola biləməyinə inanır.O, İran hökumətinin ən güclü tənqidçilərindən biridir. == Həbsxana == 2009-cu seçkilərdə Doktor Xəzəli Prezident Mahmud Əhmədinejadı kəskin tənqid edib. Onun bloqunda bir mübahisəli məqalə nəşr olmasından sonra ki,o İran Prezidenti Mahmud Əhmədinejadın yəhudi kökləri olduğunu iddia etdi, dini məhkəmədə hazır olmağa məcbur olmuşdur.Doktor Mehdi Xəzəlinin məhkəmədə hazır olmasından sonra o, 27 iyun 2009 həbs olunmuş və gizli bir yerə götürülmüşdür.Onun həbs zamanı polis onun evinə hücum etmiş və veb səhifəsini silmişdir.Xəzəli $ 20,000 kəfalətlə(zaminliklə) 20 iyul 2009-cu il azad edilmişdir.13 oktyabr 2010-cu il Doktor Mehdi Xəzəli məlumatlara görə İran təhlükəsizlik məmurları tərəfindən yenidən həbs edilmişdir.Dövlət tabeliyindəki Fars Xəbərlər Agentliyi,raport vermişdir ki Doktor Xəzəli, "sistem əleyhinə təbliğat", "yalan nəşriyyat" və ictimai rəyi narahatetmək" ittihamlara görə həbs edilib.İran hökuməti, zahirən müxalifət üzvlərin cinayətlərə təqsirləndirilməyini,rejimin tənqid etmə cəzası kimi adət etmişdir.İnqilab Məhkəməsinin hakimi $ 180,000 kəfalətlə Doktor Xəzəlini azad buraxmışdır.18 iyul 2011-ci il, Xəzəli buraxılmışdır. == Xarici keçidlər == The Violent Arrest Of Outspoken Regime Critique Blogger Dr.
Qəzəl
Qəzəl – klassik Şərq şeiri növüdür.Qəzəl ərəb ədəbiyyatında yaranıb. Yazılı ədəbiyyatda klassik janrlardan biridir. Lirik növdədir. Yaxın və Orta Şərq, Cənub-Şərqi Asiya, həmçinin Azərbaycan poeziyasının ən çox işlənən formasıdır. Əruz vəzninin müxtəlif bəhrlərində yazılır. Qəzəl, əsasən, 5-12 beytdən ibarət olur. Qəzəlin ilk beyti mətlə, son beyti məqtə adlanır. (iki misra "beyt" adlanır) Qəzəlin ən yaddaqalan beyti şah beyt və ya beytül qəzəl adlanır. Mətlənin hər iki misrası həmqafiyə olur. Qalan beytlərin isə sonu mətlə ilə qafiyələnir.
Xəzər
Xəzər dənizi (az.-əbcəd خزر دنیزی‎; qaz. Каспий теңізі; rus. Каспийское море; türkm. Hazar deňzi; fars. دریای خزر‎) — Yer kürəsində ən böyük axmaz göl. Avropa və Asiyanın kəsişməsində yerləşir. Dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanır. Suyun səviyyəsi dəyişkəndir, hazırda o okean səviyyəsindən təqribən – 28 metr aşağıdır. Xəzər dənizi dünyanın ən böyük su hövzəsidir və dünya göl sularının 44%-ni təşkil edir. Səviyyə tərəddüdündən asılı olaraq (10–20 %) dəyişməyə məruz qalır və orta hesabla 370 min km2 sahəni əhatə edir.
Binə (Xəzər)
Binə — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə; Xəzər rayonunun əhalisinin sayına görə ən böyük qəsəbəsi. == Tarixi == Binə ərazisinə görə Bakının Maştağadan sonra ən böyük ikinci qəsəbəsidir. Məskunlaşma baxımından Abşeronun ən cavan yaşayış məntəqələrindən biri sayılır. Burada XVII əsrin ortalarından etibarən əhali daimi olaraq məskunlaşmağa başlamışdır. Bakı şəhəri Xəzər rayonunun inzibati ərazi vahidliyinə daxil olan Binə qəsəbəsinin ərazisi 3150 kv.km olub, bu əraziyə Bolluq və Savxoz yaşayış məntəqələri də daxildir. Yerli əhali ənənəvi olaraq heyvandarlıq, əkinçilik, son onilliklərdə istixana təsərrüfatı (gül, pomidor, xiyar becərilməsi) ilə məşğul olmuşdur. Qəsəbə ərazisində bir neçə ictimai və dini abidələr mövcuddur. Bunlardan 1814—1815 və 1878—1879-cu illərdə inşa olunan iki el hamamını, 1877-ci ildə tikilən Hacı Ərəb və 1916-cı ildə istifadəyə verilən "Möhsin Səlim" məscidini qeyd etmək olar. == Mədəniyyəti == Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı bu qəsəbə ərazisində yerləşir. Həmçinin Milli Aviasiya Akademiyası da burada yerləşir.
Elşən Xəzər
Elşən Xəzər (29 mart 1973, Bakı) — Azərbaycan şairi, meyxanaçısı. == Həyatı == Elşən Qürbətov 1973-cü ildə martın 29-da Bakı şəhərində anadan olmuşdur. Əsli Cəlilabaddandır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Kütləvi rejissorluq» fakültəsini bitirmişdir. 1995-ci ildən meyxanaya başlayıb.
Mirzə Xəzər
Mirzə Mikayılov Kərim oğlu (29 oktyabr 1947, Göyçay – 31 yanvar 2020, Münhen) – dağ yəhudisi olan Azərbaycan jurnalisti, publisist, naşir, Bibliyanın tərcüməçisi. 20 yanvar faciəsi baş verərkən Bakıda radio, televiziya, qəzetlər susdurulan günlərdə Azərbaycanı informasiya blokadasından xilas edən və sovet qoşunlarının Bakıda törətdiyi qəddar əməllərini, Azərbaycanın və dünyadan əli üzülmüş azərbaycanlıların səsini dünyaya çatdıran, Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması və ədalətli cəmiyyət qurulması uğrunda yorulmaz mübariz, radiojurnalist. == Həyatı == Mirzə Xəzər 1973-cu ilin iyun ayında Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 1974-cü ilin yanvar ayınadək Sumqayıtda vəkil işləyib. 1974-cü ilin iyun ayında SSRİ-ni tərk edib, İsrailə mühacirət edib. 1975-ci ildə İsraildə Tel-Əviv Universitetinin SSRİ-dən gəlmiş hüquqşunaslar üçün açılan xüsusi kurslarında oxuyub. 1975–1976-cı illərdə İsrail ordusunda xidmət edib. O, 2 fevral 2020-ci ildə Almaniyanın Münhen şəhərində vəfat edib. == Yaradıcılığı == Mirzə Xəzər 1976–1985-ci illərdə Azadlıq radiosunun Azərbaycan bölməsində baş redaktorun müavini işləmişdir. 1985-ci ilin oktyabr ayında ABŞa köçmüşdür.
Qala (Xəzər)
Qala — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati-ərazi vahidində qəsəbə. == Ad == Qala kəndinin adı bilavasitə «qala» ilə əlaqədardır. Toponimin ilk baxışda belə sadə izahı bir tərəfdən tarixi-arxeoloji faktlara, digər tərəfdən isə xalq etimalogiyasına əsaslanır. Yerli yaşlı sakinlərin bəzisi kəndin adını «mühafizə olunan yer» kimi mənalandırır, başqa sözlə alınmaz, məğlubedilməz yer, kənd. Digər qism isə sözün məhz birbaşa mənası ilə, yəni «qala» ilə əlaqələndirir. Tarixi dəlillər ikinci gümanı daha çox təsdiqləyir. Belə ki, burada XIV və XVII əsrin birinci yarısında inşa olunmuş qala istehkam və müşahidə qalaça tikililəri həmin ehtimalı həqiqət kimi qəbul etməyə üstünlük verir. Qeyd edək ki, XIV əsrə məxsus bu qala kəndin ən hündür yerində qaya üzərində inşa edilib. Paralel elmi tutuşdurmalar göstərir ki, bu qala konstruktiv memarlıq, həmçinin inşaat xüsusiyyətlərinə görə Mərdəkan, Şağan, Ramana və s. kəndlərdəki dördkünc qalalar tipinə aiddir.
Qaya (Xəzər)
Qaya və ya Abşeron limanı yanında qəsəbə — Bakının Əzizbəyov rayonunda qəsəbə. Keçmiş adı Abşeron limanı yanında qəsəbə olmuşdur. Qayalıq sahədə yerləşdiyindən 1973-cü ildən belə adlandırılmışdır.
Radio Xəzər
Xəzər FM — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli özəl radio. == Tarixçə == Milli Televiziya və Radio Şurasının 14 sentyabr 2007-ci il tarixi qərarı ilə “Xəzər TV” MMC-yə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir. “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 713 №-li Fərmanının 5.1-ci bəndinə əsasən lisenziyalar müddətsiz hesab edilmişdir. Açılışı 2016-cı ildə baş tutan yeni inzibati binada “Xəzər FM” müasir avadanlıq, efir və montaj otaqları ilə təmin olunmuşdur.
Xəzər bələdiyyəsi
Neftçala bələdiyyələri — Neftçala rayonunun ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunmuşdur. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xəzər dağı
Xəzər — Füzuli rayonunun ərazisində qərar tutan dağ. Xəzər oronimi özündə xəzər etnonimini əks etdirir. Görünür, Azərbaycan ərazisində məskunlaşmış xəzər ailələri əvvəlcə maldarlıqla məşğul olmuşlar və həmin dağlarda onların yaylaqları yerləşmişdir. Bir sözlə Xəzər oronimi etnotoponimdir. == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.348.
Xəzər dermatolitonu
Xəzər dermatolitonu (Dermatolithon capsicum (Foslie) Zaberzh. (Melobesia caspica Foslie, Litholepis caspica Foslie)) - qırmızı yosunlar şöbəsinə aid bitki növüdür. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir Xəzər endemikidir. == Qısa morfoloji təsviri == Nazik və ya kifayət qədər qalın qabıqlar əmələ gətirir, cavan olduqda yuvarlaq, yaşlandıqca qeyri-müəyyən çevrə formasını alır. Qabıqlar birqatlıdır, çox vaxt bir-birinin üzərinə söykənmiş olur və buna görə çoxqatlı görünür. Tallom bütün aşağı səthi ilə süxura yapışır. Hipotali hüceyrələri köndələn kəsikdə (14)23 – 34 sm hündürlükdə və 11-17 sm enindədir; hüceyrələrin uzunluğu eninə bərabərdir və ya iki dəfə ondan böyükdür. Konseptakul tetrasporangili, spermatangi və karposporlarla birgə 315 sm diametrindədir və hündürlüyü 143 mm. Tetrasporanginin hündürlüyü 46-65 sm və qalınlığı 26-37 sm; karposporlar demək olar ki, şarvaridir, 31-46 (63) sm diametrindədir.
Xəzər dili
Xəzər dili — Orta əsrlərdə, Mərkəzi Asiyalı yarı köçəri Türk boyu olan Xəzərlərin danışdığı dildir. Xəzər dili Türk dillərində biri olmasına baxmayaraq, hansı Türk dilləri qrupuna aid olması hələ də mübahisəlidir. == Tarixi == Xəzərlərin idarə etdiyi bölgələrdə Fars, Ural, Slavyan və Şimali Qafqaz xalqlarının yaşaması, dövlətin çox millətli və çox dilli olduğunu göstərir. Antropoloji işlərə görə idarəçi sinfin daxili asiyalı olduğu və Monqoloid olaraq təbir edilən xüsusiyyətlərə sahib olduqları ortaya çıxmışdır. Bu dövlətin rəhbərlərinin ən azından bir Türk və ya Asiya mənşəli dildə danışmış olduqlarına çox böyük bir dəlildir. === Ərəb mənbələri === 10-cu əsrdə yaşamış ərəb yazıçısı İstəxri xəzərlərin türklərin və farsların danışdıqları dillərdən fərqli bir dildə danışdıqlarını, ancaq Bulqar dilləri ilə yaxın olduğunu qeyd etmişdi. Eyni zamanda müəllif Dərbənd, Dağıstanda Xəzərlərlə yanaşı dağlarda yaşayan xalqların dillərinin oxşar olduğunu qeyd etmişdi. Məsudi xəzərlərin türk olduğunu və türk dillərində Sabir, farscada isə Xəzər adlandığını yazmışdır. Əl-Biruni Bolqarlar və Sabirlər haqqında yazdığı məqalələrin birində bu cəmiyyətlərin dillərinin türk dilləri və Xəzər dillərinin qarışığı olduğunu qeyd etdi. === Xəzər-dili mənbələri === Xəzərlərdən günümüzə qədər gələn iki sənəd var və bunlar İvrit dilində yazılmışdır.
Xəzər dövləti
Xəzər xaqanlığı (türk. Hazarlar; başq. Хазарлар; tatar. Хәзәрләр, Xäzärlär; ivr. ‏כוזרים‏‎, Kuzarim; ərəb. خزر‎, Xazar; ukr. Хоза́ри, Chozáry; rus. Хаза́ры, Hazáry; fars. خزر‎, Xazar; yun. Χάζαροι) — VII və XI əsrlərdə arasında Xəzər dənizinin ətrafında, Van gölündən Qara dənizə və Kiyevə, Aral gölündən Macarıstana qədər olan torpaqlarda hökm sürmüş, tarixi türk dövləti.
Xəzər dənizi
Xəzər dənizi (az.-əbcəd خزر دنیزی‎; qaz. Каспий теңізі; rus. Каспийское море; türkm. Hazar deňzi; fars. دریای خزر‎) — Yer kürəsində ən böyük axmaz göl. Avropa və Asiyanın kəsişməsində yerləşir. Dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanır. Suyun səviyyəsi dəyişkəndir, hazırda o okean səviyyəsindən təqribən – 28 metr aşağıdır. Xəzər dənizi dünyanın ən böyük su hövzəsidir və dünya göl sularının 44%-ni təşkil edir. Səviyyə tərəddüdündən asılı olaraq (10–20 %) dəyişməyə məruz qalır və orta hesabla 370 min km2 sahəni əhatə edir.
Xəzər ektokarpusu
Xəzər ektokarpusu (Elmi adı - Ectocarpus caspicus). — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir Xəzər endemikidir. == Qısa morfoloji təsviri == Kolcuq və dolaşıq çim şəklində bitir, hündürlüyü 0,5-2 sm-dir. Tallom əsasda və digər hissələrində inkişaf edən rizoidlərlə substrata yapışır. Rizoidlər bəzən stolonlar kimi substratın üzərində sərilir və belə olduqda rizoidlərdən yeni şaquli cücərtilər əmələ gəlir; nizamsız, çəngəlvari, növbəli və birtərəfli budaqlanır ; tallomun yuxarı hissəsində yan budaqlanmalar üstünlük təşkil edir. Budaqların qalınlığı kifayət qədər fərqli olur: əsas budaqlar 20-30 sm, yan budaqlar əsas budağa nisbətən nazik; uc budaqlar 9-13 sm qalınlıqdadır, çox vaxt uzun tükcüklə bitir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Cladophora yosununnun üzərində rast gəlinir. == Yayılması == Bakı buxtasına yaxın aşkar edilmişdir. == Sayı və tendensiyası == Yeganə lokalitetində mənfi antropogen təsirlər azalma tendensiyasını yaradır.
Xəzər gavalısı
Xəzər gekkonu
Tenuidactylus caspius (lat. Tenuidactylus caspius) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin gekkonlar fəsiləsinin tenuidactylus cinsinə aid heyvan növü. == Qısa təsviri == Bədəninin uzunluğu 75 mm-ə, quyruğunun uzunluğu isə 100 mm-ə çatır. Bədənin 89–115 pulcuq vardır. Quyruğun qabırğalı pulcuqları seqment şəklində yerləşir. Bədəni sarı çalara malik qonurumtul – boz rəngdə olub, boynunda və bədəninin üst tərəfində 5–6 tünd rəngli, qeyri-düzgün formalı eninə zolaqlar var. Bədənin alt hissəsi ağ rəngdə olur. == Yayılması == Qafqazda, Qazaxıstanda və Mərkəzi Asiyada, şimal və şimal-şərqi İran, şimal-qərbi Əfqanıstanda yayılmışdır. Bu növ yayıldığı əraziyə asanlıqla uyğunlaşır. Türkmənistan ərazisində dağ zirvələri istisna olmaqla demək olar ki, bütün ərazilərdə rast gəlinir.
Xəzər gölü
Xəzər dənizi (az.-əbcəd خزر دنیزی‎; qaz. Каспий теңізі; rus. Каспийское море; türkm. Hazar deňzi; fars. دریای خزر‎) — Yer kürəsində ən böyük axmaz göl. Avropa və Asiyanın kəsişməsində yerləşir. Dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanır. Suyun səviyyəsi dəyişkəndir, hazırda o okean səviyyəsindən təqribən – 28 metr aşağıdır. Xəzər dənizi dünyanın ən böyük su hövzəsidir və dünya göl sularının 44%-ni təşkil edir. Səviyyə tərəddüdündən asılı olaraq (10–20 %) dəyişməyə məruz qalır və orta hesabla 370 min km2 sahəni əhatə edir.
Xəzər gəvəni
== Ümumi yayılması: == Qafqaz, Rusiya (Dağıstan),Türkiyə və İran ərazi-lərində təbii arealı vardır. == Azərbaycanda yayılması: == Talış dağlarının ən yüksək alp çəmənliklərində quru daşlı yamaclarda yayılmışdır. == Statusu: == Nadir və nəsli kəsilməkdə olan bitki növüdür. CR B1ab(ı,ıı,ııı,ıv,v). == Bitdiyi yer: == Daşlı, qumlu, gilli yerlərdə rast gəlinir. == Təbii ehtiyyatı: == Azdır. == Bioloji xüsusiyyətləri: == Yarpağını tökən 30 sm hündürlükdə xırda koldur. Yarpaqları və budaqları 4 sm qədər uzunluqda qalın tikalıdır. Tikanlarının ucu şişdir. Yarpaqları yumurtavarı lansetşəkilli qısa tüklü kənarları kirpikvarı-dır.
Xəzər ilanbalığı
Xəzər minoqası (lat. Caspiomyzon wagneri) — ən qədim balıq növlərindən biri hesab olunur. Çoxları onu suilanı ilə qarışdırırlar. Lakin diqqətlə baxdıqda onda bel və quyruq üzgəclərinin olduğunu görmək olar. == Morfoloji əlamətləri == Bədəni uzunsov, girdə və pulcuqsuzdur.Başının geri hissəsində, bədənin yanlarında 7 ədəd qəlsəmə dəlikləri var. Cüt döş, qarın və anal üzgəclər yoxdur. Ancaq iki ədəd bel və bir quyruq üzgəcləri vardır. Ağzı girdə, sorucu qıf şəklindədir, kənarlarında nazik dəri bığcıqları olur. Ağızın içində, dodaqların və dilin üzərində çoxlu miqdarda xırda qərni dişlər yerləşmişdir. Üst çənə lövhəciyində 1, alt çənə lövhəciyində 5, bəzən 4-6 küt diş olur.
Xəzər ilişgəni
Xəzər ilişgəni (lat. Sabanejewia caspia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin i̇lişgən cinsinə aid heyvan növü. == Yayılması == Aşağı Kürün əlavə su hövzələrində Şilyan, Hacıqabul, Ağçala göllərində, Lənkəran yaxınlığındakı gölməçələrdə, Qumbaşı çayında, Kiçik körfəzi Xəzərlə birləşdirən kanallarda yayılmışdır. Ural, Emba, Ənzəli çaylarının mənsəbində, Pəhləvi körfəzində təsadüf edilir. == Morfoloji əlamətləri == D II-III 6-7,A I-II 5,P I 6-7, V I 5 şüa var, fəqərələrinin sayı 41-42-dir. Bədəni yanları çox basıqdır. Bədəninin hündürlüyü gövdəsinin uzunluğu qədərdir. Böyürlərində tünd zolaq var, xalları yoxdur. Bığcıqları əvvəlki növlərin ikisindən də uzundur. Gözönü tikanın quruluşu qızılı ilişgəndəki kimidir.
Xəzər iydəsi
Daryarpaq iydə (lat. Elaeagnus angustifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin i̇ydə cinsinə aid bitki növü. 45 növ ağac və meyvə kolundan yabanı halda 2 növü yayılmışdır. İydə yabanı halda Şimali Qafqazın şərq rayonlarında, Azərbaycanın Kür və Araz çaylarının kənarlarında geniş sahələr tutur. Bu bitkinin yararlı mədəni sortları Azərbaycanın aran hissələrində olduqca çoxdur. İydə 3–7 m hündürlükdə olur. Yabanı iydənin hündür və kol halında bitən formaları vardır. Yabanı ağacları balaca tikanlıdır. Yarpaqları uzunsov-oval, yaşıl-gümüşü rəngdədir. May-iyunda çiçəkləyir.
Mezel
Mezel (fr. Mézel, oks. Mesèu) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Mezel kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04121. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 660 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 387 nəfərdən (15–64 yaş) 284 nəfər iqtisadi fəal, 103 hərəkətsiz (fəaliyyət göstərici 73,4%, 1999-cu ildə 69,6%) idi. Fəal 284 nəfərdən 250 nəfər (134 kişi və 116 qadın) işləyir, 34 nəfər işsizdir (13 kişi və 21 qadın).
Şezel
Şezel (fr. Chezelle) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şantel kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03075. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 162 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 98 yaş arasında (15-64 yaş arasında) 65 nəfər iqtisadi fəal, 33 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 66,3%, 1999-cu ildə 67,6%) idi. Fəal olan 65 nəfərdən 64 nəfər (34 kişi və 30 qadın) çalışdı, 1 qadın işsizdi. 33 hərəkətsiz 9 nəfər arasında şagird və ya tələbə, 15 nəfər təqaüdçü, 9 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Ezel
Ezel — 2009-cu ildən 2011-ci ilədək yayımlanan Türk istehsalı serial. Ssenarist Kərəm Dərənin 11 martda beyninə qan sızdığına görə teleserial 2 həftə yayımlanmamış, 12 apreldən etibarən yayımını davam etdirmişdir. Ezel teleserialı 2010-cu ildə ilk dəfə təqdim olunan İsmayıl Cem Televiziya Mükafatları müsabiqəsində 14 nominasiyadan 9-da mükafat qazanaraq böyük uğura imza atmışdır.
Xezer Piz
Xezer Piz (29 sentyabr 1975) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Xezer Piz Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Xezer Piz Olimpiadanın qalibi olub.
Xezer Simmons
Xezer Simmons (25 may 1970) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Xezer Simmons Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Xezer Simmons Olimpiadanın qalibi olub.
Xəzər Xəbər (jurnal)
"Xəzər Xəbər" jurnalı — Xəzər Universitetinin jurnalı. == Tarix və format == "Xəzər Xəbər" jurnalı 1995-ci ilin yanvar ayında Xəzər Universitetinin qəzeti kimi fəaliyyətə başlamış, müxtəlif səpkili xəbərləri, elmi və publisistik yazıları özündə ehtiva edən və ayda bir, bəzən iki dəfə dövriliklə meydana çıxan mətbu orqanı olmuşdur. 1997-ci ilin yanvar ayından başlayaraq Xəzər Xəbər jurnal şəklində çıxmağa başlamış və tezliklə ayda iki dəfə olmaqla sabitləşmişdir. 2000-ci ilin aprel ayından başlayaraq jurnalın hər sayı 40 səhifəlik həcmdə nəşr olunmuşdur. 2003-ci ilin aprel ayından başlayaraq jurnal mərkəzində hər sayıda dəyişən şəkillər olmaqla mavi rəngli cilldə çıxmışdır. Nəhayət, 2010-cu ilin yanvar ayından etibarən "Xəzər Xəbər" jurnalı yeni formatda nəşr olunur; ayda bir dəfə 80 səhifə həcmində və qismən rəngli olmaqla jurnal daha məzmunlu və daha gözəl şəkil aldı. == Təsis və redaksiya == Təsisçisi Xəzər Universiteti, baş redaktor u Xəzər Universitetinin qurucusu və rektoru professor Hamlet İsaxanlı dır. Redaksiya heyətinə Azərbaycan ın görkəmli elm və mədəniyyət xadimləri daxildir. == Məzmun və dil == "Xəzər Xəbər" məzmununa görə elmi-kütləvi, ədəbi-publisistik nəşr kimi fəaliyyət göstərir. Jurnalda azərbaycan, ingilis, rus dillərində və Türkiyə türkcəsində tələbə həyatı, təhsil yenilikləri, elm, incəsənət, siyasət, ədəbiyyat, mədəniyyət, turizm və idman a aid müxtəlif materiallar və maraqlı xəbərlər dərc olunur.
Xəzər Xəbər jurnalı
"Xəzər Xəbər" jurnalı — Xəzər Universitetinin jurnalı. == Tarix və format == "Xəzər Xəbər" jurnalı 1995-ci ilin yanvar ayında Xəzər Universitetinin qəzeti kimi fəaliyyətə başlamış, müxtəlif səpkili xəbərləri, elmi və publisistik yazıları özündə ehtiva edən və ayda bir, bəzən iki dəfə dövriliklə meydana çıxan mətbu orqanı olmuşdur. 1997-ci ilin yanvar ayından başlayaraq Xəzər Xəbər jurnal şəklində çıxmağa başlamış və tezliklə ayda iki dəfə olmaqla sabitləşmişdir. 2000-ci ilin aprel ayından başlayaraq jurnalın hər sayı 40 səhifəlik həcmdə nəşr olunmuşdur. 2003-ci ilin aprel ayından başlayaraq jurnal mərkəzində hər sayıda dəyişən şəkillər olmaqla mavi rəngli cilldə çıxmışdır. Nəhayət, 2010-cu ilin yanvar ayından etibarən "Xəzər Xəbər" jurnalı yeni formatda nəşr olunur; ayda bir dəfə 80 səhifə həcmində və qismən rəngli olmaqla jurnal daha məzmunlu və daha gözəl şəkil aldı. == Təsis və redaksiya == Təsisçisi Xəzər Universiteti, baş redaktor u Xəzər Universitetinin qurucusu və rektoru professor Hamlet İsaxanlı dır. Redaksiya heyətinə Azərbaycan ın görkəmli elm və mədəniyyət xadimləri daxildir. == Məzmun və dil == "Xəzər Xəbər" məzmununa görə elmi-kütləvi, ədəbi-publisistik nəşr kimi fəaliyyət göstərir. Jurnalda azərbaycan, ingilis, rus dillərində və Türkiyə türkcəsində tələbə həyatı, təhsil yenilikləri, elm, incəsənət, siyasət, ədəbiyyat, mədəniyyət, turizm və idman a aid müxtəlif materiallar və maraqlı xəbərlər dərc olunur.
Xəzər-problemə nəzər (film, 1977)
== Məzmun == Film Xəzərin probleminə həsr olunmuşdur. Filmdə problemlə bağlı alimlərdən T. İsmayılov, L. Qasımov, Ziya Bünyadov çıxış edirlər.