BUZLAQ DƏRƏSİ

müxtəlif mənşəli və formalı dərələr: 1) dağlarda buzlaq troqu; 2) düzənlik buzlaşması sahələrində ərimiş buz sularının əmələ gətirdiyi dərələr. долина ледниковая glacial valley
BUZLAQ DESTRUKSİYASI
BUZLAQ DƏYİRMANI
OBASTAN VİKİ
Buzlaq
Buzlaq — dağ yamacı və ya dərə üzrə ağırlıq qüvvəsinin təsiri altında yavaş-yavaş hərəkət edən buz kütləsi. Buzlaq bərk yağıntıdan (qardan) o sahələrdə əmələ gəlir ki, il müddətində onun qalınlığı əriyən və buxarlanan sudan xeyli çox olur, daha doğrusu buzlaq iqlim qar sərhədindən yuxarıda, qarın toplanması üçün relyef formalarının əlverişli olduğu yerdə əmələ gəlir. Hidrosfer qütb ölkələrində dəniz səviyyəsində, mülayim və isti qurşaqlarda isə uca dağlarda qarlardan və buzlaqlardan ibarətdir. Yerin çoxillik və ya "əbədi" qar və buz olan təbəqəsi Kriosfer adlanır. Onu birinci dəfə 1923-cü ildə polyak alim А. B. Dobrovolski tətbiq etmiş. == Kriosfer == Kriosfer Yerin üç əsas təbəqəsinin qarşılıqlı təsiri nəticəsində əmələ gəlir: qar və buz yaranması üçün rütubət verən hidrosferin, bu rütubəti yayan və onu bərk fazada saxlayan atmosferin, səthində qar təbəqəsi əmələ gəlməsi mümkün olan litosferin. Bu okean — atmosfer — materik sisteminin vəsilələrindən biri iştirak etməsə daima qarlar da olmaz. Beləliklə, kriosfer qeyri-müntəzəm yayılmışdır. O yalnız qartoplanma şəraiti olan yerdə meydana gəlir. Lakin bu qeyri — müntəzəmlik hidrosferin vəhdətini və fasiləsizliyini gəstərir: su maye fazada ola bilməyən yerdə bərk fazada olur.
Buzlaq dili
Buzlaq dili – dərə buzlağının qar sərhədindən aşağıda yerləşən hissəsidir. Buzlaq dili dərə üzrə aşağı enir və burada buz kütləsi ərimə və buxarlanma yolu ilə kiçilir..
Buzlaq epoxaları
Buzlaq epoxaları (qlyasiallar) — Yerin geoloji inkişaf tarixində çox soyuq iqlim və geniş sahəli qalın materik buzlaqları ilə xarakterizə olunan epoxalar. == Təsviri == Bu epoxalarda buz yalnız dağları deyil, qütb və mülayim enliklərdəki düzənlikləri də örtmüşdü (qurunun təqr.40%-ini). Buzlaq epoxalarının davamiyyət müddəti müxtəlifdir. Yerin müxtəlif sahələrində Erkən Proterozoy, Son Proterozoy (Üst Rifey – Vend), Son Paleozoy (Karbonun sonu – Permin əvvəli) və Son Kaynozoyda müəyyən edilmişdir. Sonuncu epoxa daha çox öyrənilmişdir. Neogenin sonunu və Dördüncü dövrü əhatə edən buzlaq dövründə (2,5–3 mln. il) ən azı 4 buzlaşmanın olması və hər buzlaşmanın 2 və daha çox mərhələyə bölünməsi müəyyən edilmişdir. == Buzlaq nəzəriyyəsi == Buzlaq nəzəriyyəsin baniləri Avropa düzənliklərində buzlaşmanın bir dəfə baş verməsi fikrində idilər. 19-cu əsrin sonlarında aparılan tədqiqatlar nəticəsində bu ərazilərdə iki, yaxud üç buzlaşmanın baş verməsi qənaətinə gəlindi. 20-ci əsrin əvvəllərində A. Penk, E. Brikner və başqaları Alp dağları üçün 5 müstəqil buzlaq epoxasını (Dunay, Güns, Mindel, Riss, Vürm) ayırmışlar; Alp buzlaşmaları sxemi sonralar daha da təkmilləşdirilmişdir.
Buzlaq eroziyası
Buzlaq gölü
Buzlaq gölü – buzlaqların eşdikləri çökəkliklərdə və ya buzlaq çöküntüləri (morenlər) arasında əmələ gəlmiş göl. Kola yarımadasında, Kareliyada və Finlandiyada çoxlu buzlaq gölü var..
Buzlaq günbəzi
Buzlaq günbəzi- Kiçik üfüqi ölçüləri ilə əlaqədar olaraq nisbətən dik yamacları olan, günbəzvari formada çox da böyük olmayan buzlaq örtüyü; dağ buzlaq tipi olub, suayrıcı sahəni əhatə edir. Kənarlarından dərəyə axan buz, dərə buzlağını əmələ gətirir.
Buzlaq relyefi
Buzlaq relyefi- qədim və müasir dövr buzlaşmasının təsiri nəticəsində əmələ gələn relyef. Buzlaq relyefi formaları iki cürdür: buzlaq eroziya relyef formalalrı (kar, sirk, troq və s.) və buzlaq akkumulyativ relyef formalları (uc moren tirələri,drumlinlər və s.) Nival-buzlaq relyefi qədim və müasir buzlaqların ekzavrasiya və akkumulyasiya fəaliyyəti nəticəsində əmələ gəlmişdir; Troq dərələrə, karlar, Moren tirələri və təpəciklər ilə təmsil olunmuşdur. Böyük Qafqazın (Baş Qafqazın silsiləsi, Yan Silsilə) və Kiçik Qafqazın (Murovdağ, Şahdağ, Zəngəzur silsilələri, Qarabağ yaylası) yüksək dağlıq qurşaqlarında yayılmışdır.
Buzlaq zonası
Buzlaq çöküntüləri
Buzlaq örtüyü
Buzlaq örtüyü və ya materik buzlağı qalınlığı bir neçə km (müasir Antarktida buzlağında 4 km-dən çoxdur) və milyonlarla km2 sahəni əhatə edən, buzlaq qalxanı şəkilində yerüstü buzlaq tipi.
Buzlaq qazsoğanı
Buzlaq qazsoğanı (lat. Gagea glacialis) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin qazsoğanı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir — NT. Nadir növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq xırda, yumurtavari-kürəşəkilli, qabığı açıq bozumtuldur. İkinci soğanaq çox kiçikdir. Gövdəsi 5–10 sm hündürlükdə, kökətrafı yarpaqları ensiz-xətvaridır. 1,5–2 sm enində, çiçəkqrupundan uzun, çılpaq, yarımsilindrik formadadır, bəzən yarpaqları 2-dir. Çiçək qrupu az çiçəklidir, altdakı yarpaqları 2, bəzən 3-dür. Çiçəkyanlığının ləçəkləri 6 — uzunluğunda, neştərvaridir, küttəhərdir, daxili tərəfi sarı, xarici yaşılımtıldır.
Gığı dərəsi
Gığı dərəsi (bəzən Qaravun dərəsi; erm. Գեղվա ձորում Geğva dzorum) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin qərbində vaxtilə azərbaycanlıların kompakt məskunlaşdığı Qazangölçay boyunca uzanan vadi, dərə. 1965-ci ildə Gığı dərəsində 840 təsərrüfat (ailə), 4884 nəfər əhali yaşayıb, 1988-ci ildə təsərrüfatların sayı 650-yə, əhalinin sayı isə 2657 nəfərə qədər enib. Keçmiş Qafan rayonu ərazisində yerləşən dərəni Naxçıvan MR-ının Ordubad rayonundan Zəngəzur silsiləsi ayırır. == Adı == Dərə adını eyniadlı Gığı kəndindən alır. Toponim türk mənşəli kiği - kiğili etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Toponim erməni dilinə kalka edilərək Geği (erm. Գեղի) şəklində işlədilir.
Hav dərəsi
Hav dərəsi- Füzuli rayonunun Gecəgözlü kəndi ərazisində qeydə alınan oroqrafik obyektlərdən biri. == Toponimikası == Dərə coğrafi termini mənfi relyef forması ifadə edir; si şəkilçisi mənsubuyyət bildirir. Hav termini ərəb və fars dillərində işlədilən həvadar sözünün təhrif olunmuş formasıdır. Həvadar sözü "tərəfdar", "Tərəf saxlayan", "kömək edən", "həvadar" anlamındadır. Yerli məlumata görə, XIX əsrdə Gecəgözlü kəndindən olan Cavanşir əsilli Hacı Qasım adlı varlı, xeyirxah bir insan tez-tez bu barədə yığışan adamlara havadar durar, əl tutar, kömək edərmiş. Sonralar elə həmin dərə də kənd camaatı arasında bununla əlaqədar olaraq qısaca Hav dərəsi adlandırılmışdır. == Həmçinin bax == Füzuli rayonu == Xarici keçid == armenianvandalism.
Hayqır dərəsi
Hayqır dərəsi — İranda dərə. Fars ostanının Firuzabad şəhərindən 35 kilometr (22 mil) cənub-qərbdə yerləşir. Dərənin divarlarının dərinliyi bəzən təxminən 450 metrə çatır. Hayqırın tam uzunluğu 18 kilometr (11 mil) qədərdir. Dərə İranın Böyük Kanyonu adlanır. == Necə formalaşdırmaq == Hayqır dərəsi Dəbin antiklinalının eni boyunca uzanır. Su eroziyasına görə genişlənmişdir. Vadinin hündür divarları və dibində axan çay turizmi üçün əlverişli ərazi yaratmışdır.
Kadişa dərəsi
Qadişa vadisi (ərəb. وادي قاديشا‎) — Livanın Şimal mühafəzəsinin Beşarri və Zğarta nahiyələrində yerləşir.
Kodori dərəsi
Kodori dərəsi , həmçinin, Kodori vadisi (gürc. კოდორის ხეობა, abx. Кәыдырҭа) olaraq da tanınan, Gürcüstanın yarı-müstəqil muxtar respublikası olan Abxaziyadakı çay vadisidir. Svanların məskunlaşdığı vadinin yuxarı hissəsi 1993-cü ildən sonrakı Abxaziyada mərkəzi Gürcüstan hökumətinin birbaşa nəzarətində olan və 2006-cı ildən adı rəsmi olaraq Yuxari Abxaziya (gürc. ზემო აფხაზეთი, Zemo Apxazeti) kimi dəyişdirilən yeganə künc bölgə idi. 12 avqust 2008-ci ildə rus-abxaz qüvvələri əvvəllər Gürcüstanın nəzarətində olan Yuxarı Kodori Vadisinə nəzarəti əldə etdilər.
Meydan dərəsi
Meydan dərəsi — Qubadlı rayonu ərazisində çay. Həkəri çayına çatmayan yarğan-quru dərədir. Rayonun ərazisindəki Meydanarası qışlağının adı ilə Meydanarası variantında da qeydə alınmışdır. 24 km. uzunluğa malik olan bu çay açıq, düzənlik sahədən axdığı üçün belə adlandırılmışdır.
Nasirabad dərəsi
Nasirabad dərəsi (fars. دره ناصرآباد‎) — İranda dərə. Tehran şəhərinin şimalında, qərbdən Darabad silsiləsinə aparan Əlborz dağlarının yamaclarında yerləşir. Dərənin girişində mövcud olan tikinti işlərə baxmayaraq, Nasirabad dərəsi hələ də Tehranın şimalındakı azsaylı toxunulmamış dərələrdən biri hesab olunur.
Pankisi dərəsi
Pankisi dərəsi (gürc. პანკისის ხეობა, Pankisis Xeoba) — Gürcüstanın şimal-şərqində Rusiya Federasiyasının subyekti Çeçenistan Respublikası ilə sərhəddə yerləşən vadi, dərə. İnzibati cəhətdən Kaxeti mxaresinin Axmeta bələdiyyəsi ərazisinə daxildir. Dərə əhalisinin 75%-i çeçenlərin subetnik qrupu sayılan kistlərdir.
Pyazçal dərəsi
Pyazçal dərəsi (fars. دره پیازچال‎) — İranda dərə. Küləkçal dağına dırmaşma cığırından Küləkçala paralel zirvələrə və Darabad dərəsinin axırına qədər uzanır. Bu dərə demək olar ki, bütün il boyu yaşıldır və bulaqları bol suludur. Vadidə mal-qara, keçi və qoyun, eləcə də bir neçə vəhşi atlar var.
Qaraqoyunlu dərəsi
Qaraqoyunlu (Darlıq) dərəsi və ya Qaraqoyunlu mahalı — Qərbi Azərbaycanın, gözəl guşələrindən biri olaraq Ermənistan SSR-in İcevan (Karvansaray) və Mixaylovka – Çəmbərək (Krasnoselo) rayonunun ərazisində yerləşir. Hazırda bu ərazi Ermənistanın Tavuş mərzi və Geğarkunik mərzi adlanan vilayətlərinin tərkibindədir. Qaraqoyunlu hərtərəfli inkişaf etmiş bölgələrdən biri idi. Harada yerləşməsindən asılı olmayaraq, kəndlərin hamısına yol çəkilmiş, təzə evlər tikilmişdi. 1960-cı ildə Qaraqoyunlu dərəsinin kəndlərində, demək olar ki, bir dənə də olsun köhnə ev qalmamışdı. Elektrik işığı ilə ən tez təmin olunan kəndlər Çaykənd və Gölkənd kəndləri olmuşdur. 1951–1953-cü illərdə həmin kəndlərdə tikilmiş xırda su-elektrik stansiyası vasitəsilə evlərə elektrik işığı verilmişdir. Az bir müddətdən sonra isə bütün kəndlər mərkəzləşmiş qaydada elektriklə təmin edilmişdir. Kəndlərin hamısında müvafiq avadanlıqlarla təchiz edilmiş və xüsusi zövqlə tikilmiş gözəl məktəb binaları var idi. Həmin məktəblərdə peşəkar müəllimlər çalışırdı.
Siçevo dərəsi
Siçevo dərəsi (serb. Sićevačka klisura; serb-kiril. Сићевачка клисура) - Serbiyanın cənub-şərqində çay dərəsi. Çay dərəsi həm də arxeoloji qazıntıların aparıldığı bölgə kimi də tanınır. Nişav çayının axdığı bu dərə bölgənin diqqət çəkən geoloji və topoqrafik obyektlərindən biridir. Siçevo dərəsi Bela Palanka və Nişka Banya şəhərləri arasında yerləşir. Niş şəhərindən 14 km şərdədir. Uzunluğu 17 km, dərinliyi 350-500 metra rasında dəyişir. Dərə bəzi yerlərdə kanyon şəkilli olur. Belə kanyonlardan Qradiş kanyonunu misal göstərmək olar.
Vintqar dərəsi
Vintqar dərəsi — Sloveniyanın şimal-qərbində, Qoryo və Bled bələdiyyələrində, Bleddən dörd kilometr şimal-qərbdə yerləşən 1,6 kilometrlik (0,99 mil) dərədir. Radovna çayı ilə oyulmuş bu dərə, Radovna vadisinin davamıdır. Şəffaf kanyon divarlarının hündürlüyü 50 ilə 100 metr (160 ilə 330 fut), ümumi yamacı təxminən 250 m (820 fut) təşkil edir. Bu axın hovuzlar və çaylar kimi bir çox eroziv xüsusiyyətlər yaratmışdır və Sloveniyanın ən böyük şəlaləsi olan mənzərəli 13 m (43 fut) Sum şəlaləsində sona çatır. 1878-ci ildə Sum şəlaləsi üzərində körpü tikilmişdir. Dərənin qalan hissəsi 1891-ci ildə Qorye şəhərinin meri Yakob Žumer və dövrün görkəmli fotoqrafı Benedikt Lergetporer tərəfindən tədqiq edilmişdir. 1893-cü ildə dərə böyük səylə taxta müşahidə yolları və körpülərlə təchiz edilmişdir və 26 avqust 1893-cü ildə ictimaiyyətə açılmışdır. Sonralar dərənin ən görkəmli hissəsində Zumer Qalereyaları (Žumrove galerije) adlandırılan piyada yolları[1] o vaxtdan bəri bir neçə dəfə təmir edilmişdir. Həmçinin dərənin altında su elektrik bəndi və Bohinj dəmir yolu üçün tağlı dəmir yolu körpüsü tikilib. 1904 və 1905-ci illərdə yonma daşdan tikilmiş körpü Sloveniyada bütövlükdə qorunub saxlanılan ən böyük daş tağlı dəmir yolu körpüsüdür.
Çu dərəsi
Çu dərəsi— Qırğızıstanda və Qazaxıstanda Çu çayının orta axın dərəsi. Boam dərəsində (c.-ş-də) Muyunqum səhrasının (şm.-q.-də) ş.kənarına qədər təqr. 200 km məsafədə uzanır; eni 15 km-dən (c.-ş.-də) 100 km-ədəkdir (şm.-q.-də). Hünd. 500–1200 m.Şaxtasız dövr 180 gün davam edir. İllik yağıntı 250–400 mm-dir (əsasən, yazda düşür). Ç.d. Çu çayı və onun qolları ilə suvarılır; böyük hissəsi şumlanmışdır; şəkər çuğunduru, dənli bitkilər becərilir; bağçılıq, üzümçülük inkşaf etmişdir. Bişkek ş. Ç.d-nin c.-undadır.
Gərni dərəsi
Gərni dərəsi — Ermənistanın İrəvan şəhərindən 23 km şərqdə, eyniadlı kənddən bir qədər aşağıda yerləşən dərə. Vladimir Minorskiyə görə, orta əsrlərdə Bəlazurinin "Kürdlərin çayı" adlandırdığı çay Gərni dərəsi idi. Dərənin yuxarısındakı burnunda b.e. I əsrinə aid Gərni məbədi görünüe. Dərənin kənarları boyunca Qoğt çayı tərəfindən oyulmuş, yaxşı qorunmuş bazalt sütunlardan ibarət qayalar var.