BUZQIRAN

I. i. ice-breaker

II. s.: ~ gəmi icebreaker, ice-boat; ~ donanma ice-breaker fleet

BUZKƏSƏN
BUZLAQ
OBASTAN VİKİ
Buzqıran
Buzqıran, Buzqıran gəmi — buz bağlayan sularda gəmilərə yol açan, onları buzdan çıxaran, həmçinin naviqasiya rejimini saxlayan və onun müddətini uzadan gəmi. İlk buzqıran gəmi Rusiyanın 60 a.q. gücündə olan Paylot buxar gəmisi olmuşdur. Həmin gəmi 1864-cü ildə istismara verilib. == Növləri == Buzqıran gəminin çay, göl, dəniz və okeanların buz örtüyünü parçalayaraq, başqa gəmilərin üzməsinə imkan yaradan, onlara lazımi köməklik göstərən yardımçı gəmi və donmuş sularda sərbəst üzə bilən növləri var. Buzqıran gəmilərin əsasən aşağdakı növlərindən istifadə olunur. Xətti buzqıran gəmilər Reyd buzqıran gəmilər Port buzqıran gəmilər Çay buzqıran gəmilər Dəniz buzqıran gəmilər Çay buzqıran gəmiləri yaz-payız aylarında göllərin, çay portlarının, gəmi təmiri müəssisələrinin akvatoriyalarında istifadə edilir. Dəniz buzqıran gəmiləri dənizlərin, dəniz portlarının buz bağlamış akvatoriyalarının gəmiçiliyə yararlı vəziyyətdə saxlanması və Arktika naviqasiyası üçündür. Buzqıran gəminin gövdəsi adi gəmilərə nisbətən daha möhkəm, burun hissəsi isə sivri olur. Buzqıran gəmi burun hissəsi ilə buzun kənarı üzərinə çıxaraq ağırlıq qüvvəsi ilə onu parçalayır.
Yamal (buzqıran)

Значение слова в других словарях