Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şövkət
Şövkət — ad və soyad. Şövkət Ələkbərova — Azərbaycan müğənnisi, Azərbaycan SSR xalq artisti (1959). Şövkət Seyidzadə — şairə. Şövkət Yalqun — uyğur futbolçu. Lalə Şövkət — Azərbaycanın Dövlət Katibi (1993 – 1994). Naci Şövkət — İraq siyasətçisi. Dağ Şövkət — Türkiyə rəssamı. Mehmed Şövkət Əfəndi — 32. Osmanlı sultanı Əbdüləzizin beşinci oğlu, Osmanlı şahzadəsi. Mahmud Şövkət Əfəndi — 33.
İsgəndər Dövlətli
İskəndər Dövlətli
Aliyə Dövlətli
Aliyə Dövlətli (29 sentyabr 2000, Sumqayıt, Azərbaycan) — azərbaycanlı peşəkar qadın futbolçu. "Sumqayıt" klubunun yarımmüdafiəçisi. Aliyə Dövlətli futbol ictimaiyyətində həmçinin Aliyə Hüseynova olaraq tanınır. == Həyatı və Karyerası == "Sumqayıt" klubunun yetirməsidir. 2009-cu ildən 2011-ci ilə qədər uşaq yaş qrupu üzrə, "Sumqayıt" formasını geyinib. 2011-ci ildə, peşəkar futbola başladı. 2013/2014 mövsümündə, "Sumqayıt" klubu ilə, çempionluq əldə etdi. 2014/2015-ci illərdə, çempionluğun ardından 3-cülük əldə etdi. 2016/2017-ci illərdə isə, bu nailiyyət təkrarlandı, yenidən 3-cülük əldə etdi. Çox keçmədən, 2017/2018-ci illər yenə də, "Sumqayıt"la birlikdə çempionluq əldə etdi.
Aliyə Şövkət
Aliyə Martin Şövkət (18 aprel 1989, Riversayd[d], Kaliforniya) — aktrisa. == Həyatı == Aliyə Şövkət 18 aprel 1989-cu ildə Kaliforniya Ştatının Riversayd şəhərində anadan olmuşdur. Aliyə ata tərəfdən İraq ərəblərindən, ana tərəfdən irland mənşəlidir. Aliyəninin babası məşhur ABŞ aktyoru Pol Brukun anası irland əsilli olmuşdur .
Lalə Şövkət
Lalə Şövkət (və ya Lalə Hacıyeva; 7 noyabr 1951, Bakı) — Azərbaycanın Dövlət Katibi (7 iyul 1993 – 29 yanvar 1994), Azərbaycanın ictimai-siyasi xadimi; Azərbaycan Liberal Partiyası və Milli Birlik Hərəkatının lideri, Azadlıq Siyasi Blokunun həmtəsisçisi. == Həyatı == Lalə Şövkət 1951-ci il noyabrın 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Babası — Müslüm bəy Xəlifəbəyli Quba bəylərindən olmuşdur. Müslüm bəy Hacıbala bəy oğlu Quba şəhərində anadan olmuşdu. O, II Nikolayın dövründə yüzbaşı idi. Bəzi mülahizələrə görə Quba hakimi Fətəli xanın nəslindədir. Qubada vəfat etmişdir. Atası — Şövkət bəy Müslüm bəy oğlu Hacıyev Xəlifəbəyli nəslindəndir. Azərbaycan Xalq Azadlıq Partiyasının yaradıcılarından biri və partiyanın rəhbəri olmuşdur (1940-cı il, Quba). Bu partiya 1948-ci ildən "MARS" -Müstəqil Azərbaycan Respublikasının Səadət Partiyası adı ilə gizli fəaliyyət göstərib.
Naci Şövkət
Məhəmməd Naci Şövkət Bəy (1893 - 11 may 1980) — İraq siyasətçisi. İraq hökmdarı I Feysəlin zamanın ölkənin baş naziri. Məhəmməd Naci Şövkət 1893-cü ildə atası Şövkət Paşa əl-Rifət bəyin əyalət qubernatoru kimi çalışdığı əl-Küt şəhərində dünyaya gəlmişdir. Ailəsi ərəbləşmiş gürcü və türk mənşəyə malik idi. Saaib, Sami və Rifət adlı 3 qardaşı olmuşdur. 1909-cu ildə Naci Bağdadda təhsilini baş vurduğu zaman, atasının Osmanlı parlamentinə seçilməsi ona İstanbulda Hüquq məktəbində oxumasına imkan yaratdı. Birinci Dünya Müharibəsi başlayanda o, İraqın əl-Hila şəhərində baş prokurorun köməkçisi vəzifəsində çalışırdı. Osmanlı ordusuna qoşulan Şövkət iki il ərzində Yaxın Şərqdə gedən döyüşlərdə iştirak etdikdən sonra 1917-ci ilin martında yaxınlaşan Britaniya qoşunları tərəfindən ələ keçirildi. Britaniya Hindistanında yerləşən əsir düşərgəsinə aparılan Şövkətə və bir sıra digər ərəb zabitlərə azadlıq əvəzində ərəb üsyanına qoşulmaq təklif edildi. Şövkət bu təklifi qəbul etdi.
Şövkət Ağayev
Şövkət Bağırova
Bağırova Şövkət Əsəd qızı (1909, Qazax qəzası – 1989, Tovuz rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1948), Azərbaycan SSR Ali Sovetinin (IV-V çağırış) deputatı, Azərbaycan SSR pambıq ustası. Şövkət Bağırova 1909-cu ildə Yelizavetpol quberniyası, Qazax qəzasının Qovlar kəndində kasıb bir ailədə anadan olmuşdur. Əmək fəaliyyətinə 1931-ci ildə kolxozçu olaraq başlayan Şövkət xanım, 1946-cı ildə manqa rəhbəri, 1952-ci ildən isə Tovuz rayonu Frunze adına kolxozun briqadiri olmuşdur. Tezliklə onun briqadası doğru iş bölgüsü, təcrübədən və müasir texnologiyadan istifadə nəticəsində kolxozda və rayonda öncül briqadalardan birinə çevrildi. Briqada 1947-ci ildə 3 ha-dan hər hektardan 85,36 sentner olmaqla , 1954-cü ildə isə 43 ha-dan hər hektardan 32,6 sentner pambıq toplamışdı. O, 1965-1973-cü illərdə Əlimərdanlı kənd sovetinin sədri, 1973-cü ildən isə ittifaq miqyaslı təqaüdçü olmuşdur. Azərbaycanın sosial ictimai işlərində fəalliq göstərən Şövkət Bağırova 1951-ci ildən Sovet İttifaqı KP-nin üzvü, Azərbaycan SSR Ali Sovetinin IV və V çağırış deputatı olmuşdur. Azərbaycan KP-nın 25-ci qurultayında nümayəndə kimi çıxış etmiş və burada KP-nın Mərkəzi komitəsinə üzv seçilmişdir. SSRİ Ali Sovetinin 10 mart 1948-ci il əmrinə əsasən yüksək dərəcədə məhsul əldə etidiyinə görə Bağırova Şövkət Əsəd qızına Sosialist Əməyi Qəhrəmanı mükafatı verilmiş, Lenin ordeni və Qızıl Oraq və Çəkic medalı ilə təltif edilmişdir.
Şövkət Dağdevirən
Şövkət Dağdevirən (türk. Mustafa Şevket Dağdeviren; 1863, Ədirnə – 9 fevral 1931, İstanbul) — Türk siyasətçisi. 1906–1913 illərdə çıxan "Yeni Ədirnə" qəzetini nəşr etdi. 1918–1920 illərdə Ədirnənin bələdiyyə başçısı idi. Birinci Dünya Müharibəsindən sonra ölkənin işğalından sonra qurulan Frakiya-Paşaəli Müdafiə Hüquq Cəmiyyətinin qurucularından biri idi. Şövkət Dağdevirən Ədirnənin ən varlı ailələrindən olan Dağdevirənzadə Arif bəy və Hacı Ayşə xanımın oğlu olaraq 1863-cü ildə Ədirnədə anadan olmuşdur. Uşaqlıqda Ədirnə ibtidai məktəbində dini təhsilini başa vurduqdan sonra Ədirnə orta məktəbində oxuyub və özəl müəllimlərdən ərəb, fars və türk dillərini öyrənib. 14 yaşında 1877-ci ildə dövlət məmuru olan Şövkət bəy iki il Ədirnə Maliyyə və Məktublar İdarəsində və Ədirnə Apelyasiya Məhkəməsində işləyib. 4 iyul 1880-ci ildə Şövkət bəy həmin məhkəmənin mühasib vəzifəsinə təyin edildi. 29 avqust 1882-ci ildə 4-cü dərəcəli Osmanlı ordeni alan Şövkət Dağdevirən 13 fevral 1884-cü ildə 3-cü, 22 mart 1886-cı ildə isə 2-ci dərəcəli rütbəyə yüksəldilmişdir.
Şövkət Hüseynova
Şövkət Hüseynova (azərb. Hüseynova Şövkət Əli qızı‎) — yazıçı, alim, “Xəzərin səsi” qəzetinin baş redaktoru, Prezident mükafatçısı Şövkət Hüseynova (Şövkət) 1955-cü il noyabrın 1-də Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Filologiya üzrə fəlsəfə doktorudur. “Müasir satirik nəsrimizin inkişafı” (40-70-ci illər Mir Cəlal) doktorluq dissertasiyasını başa çatdırmışdır. Təhsil aldığı və sonrakı illərdə respublikanın müxtəlif mətbuat orqanlarında müxbir, şöbə müdiri kimi çalışıb. “Xəzərin səsi” qəzetinin baş redaktoru olmuşdur. “Azərbalıq” Dövlət Konsernində mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmışdır. 80-ci illərin əvvəllərindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elmi-metodiki mərkəzinin repertyor-redaksiya nəşriyyat şöbəsində metodist, sonralar isə şöbə müdiri vəzifəsində çalışmışdır. Dövlət tədbirlərindən olan Novruz şənliklərinin ssenarisini, görkəmli dövlət adamlarından Adil Babayevin, Şövkət Ələkbərovanın, Əli Zeynalovun, Mirvari Novruzovanın, Leyla Bədirbəylinin, İslam Səfərlinin və digərlərinin yubiley gecələrinin ssenarisi onun təqdimatında tamaşaçıların ixtiyarına verilmişdir.
Şövkət Mirzəyev
Şavkat Mirimanoviç Mirziyoyev (özb. Shavkat Miromonovich Mirziyoyev; 24 iyul 1957, Zaamin rayonu[d]) — Özbəkistan Respublikasının 2-ci Prezidenti (14 dekabr 2016-cı ildən). Şövkət Mirziyoyev 24 iyul 1957-ci ildə Özbəkistan SSR-in Cizzəx vilayətinin Zaamin rayonunda anadan olmuşdur. 1976–1981-ci illərdə Daşkənd İrriqasiya və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitunda mühəndis-mexanik ixtisası üzrə təhsil almışdır. Şövkət Mirziyoyev 1981–1992-ci illərdə həmin institutda kiçik elmi işçidən başlayaraq, İnstitutun birinci prorektor vəzifəsinə qədər yüksəlmişdir. Şövkət Mirziyoyev 1992–1996-cı illərdə Daşkənd şəhəri Mirzə Uluqbəy rayonunun hakimi işləmişdir. 1996–2001-ci illərdə Cizak vilayət hakimi olmuşdur. 2001–2003-cü illərdə Səmərqənd vilayət hakimi vəzifəsində çalışmışdır. Şövkət Mirziyoyev 11 dekabr 2003-cü ildə Özbəkistan Respublikasının Baş Naziri vəzifəsinə təyin olunmuşdur. 14 dekabr 2016-cı ildən Özbəkistan Respublikasının 2-ci Prezidentidir.
Şövkət Məmmədova
Şövkət Həsən qızı Məmmədova (18 aprel 1897, Tiflis – 8 iyun 1981, Bakı) — Azərbaycanın ilk peşəkar qadın müğənnisi (lirik koloratur soprano), ilk opera aktrisası, teatr xadimi. SSRİ xalq artisti (1938), Azərbaycan SSR Ali Sovetinin (1–4 çağırış) deputatı olmuş, 2 dəfə Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir. Şövkət Məmmədova indiki Gürcüstanın Tbilisi şəhərində kasıb pinəçi ailəsində anadan olub. Atası Şövkətin musiqiyə qarşı olan istəyi hiss edib, milyonçu H. Z. Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir. 1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yoldaşı Sonanın köməyi ilə İtaliyanın Milan şəhərində musiqi məktəbinə daxil olur. Lakin 1912-ci ildə ona olan kömək kəsilir və Şövkət Məmmədova Rusiyaya qayıtmalı olur. O təhsilini Tbilisi musiqi məktəbində davam etdirirdi. Həmin il Bakının Tağıyev teatrında ilk dəfə peşəkar ifaçı kimi çıxış edir. Üzeyir Hacıbəyovun "Ər və arvad" operettasından bir neçə parça ifa etdi. Konsertdən əldə olunan pul Şövkət Məmmədovanın İtaliyada təhsilini davam etmək üçün işlənməliydi.
Şövkət Seyidzadə
Şövkət Veyis qızı Seyidzadə — şairə. Şövkət Veyis qızı Seyidzadə 5 sentyabr 1942-ci ildə Agdaşda anadan olub. 1959-cu ildə 10 illik məktəbi bitirib, 1960-cı ildə M. F. Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. 1965-ci ildə İnstitutun "Avropa dilləri" fakültəsinin ingilis dili şöbəsini bitirib, Mingəçevir, Sumqayıt məktəblərində işləyib. 1976-cı ildən Bakı Xarici Dillər İnstitutunda müəllim işləyib. 1984-cü ildən 1996-cı ilə qədər Bakı Politexnik Texnikumunda və Bakı Maşınqayırma Texnikumunda işləyərək ildən təqaüdə çıxıb. Şövkət xanım şair təbiətlidir, poeziya duyumludur — şeirin müxtəlif janrlarında qələmini sınamışdır, bu sahədə çox yüksək istedada malik olduğunu sübut etmişdir. O, nəinki Azərbaycan dilində, hətta rus və ingilis dillərində də səviyyəli şerlərin müəllifidir. Bütöv Azərbaycan qəzeti, № 14(146), 25–30 aprel 2012-ci il.
Şövkət Səlimova
Şövkət Şahbaz qızı Səlimova (25 dekabr 1920, Lahıc, Şamaxı qəzası – 2 iyul 1999, Bakı) — iqtisad elmləri namizədi (1964); Qadın gəmi kapitanı; İkinci dünya müharibəsi dövründə dünyada iki qadın gəmi kapitanından biri olmuşdur. Səlimova Şövkət Şahbaz qızı 25 dekabr 1920-ci ildə İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur. 1940-cı ildə Bakı Dənizçilik məktəbini bitirmişdir. 1999-cu ildə Bakı şəhərində vəfat etmişdir. Neftçi ailəsində böyümüş və 10 uşaqdan ən böyüyü olmuşdur. İkinci dünya müharibəsi illərində Xəzər gəmiçiliyi idarəsində gəmi kapitanı müavini və gəmi kapitanı işləmişdir. Müharibə illərində Aralıq, Mərmərə, Egey və Qara dəniz limanlarına qədər gedib çıxmışdı. Gəmi ilə neft, silah daşınmasında böyük əməyi olmuşdur. 1954–1974-cü illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda siyasi iqtisad kafedrasının dosenti, tərbiyə üzrə prorektor və kafedra müdiri, 1974–1989-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında ictimai elmlər kafedrasının müdiri vəzifəsində işləmişdir. 1964-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.
Şövkət Seydamətov
Şövkət Seydamətov (ukr. Zofia Albinowska-Minkiewiczow; 19 aprel 1954, Buxara vilayəti) — Krım tatar əsilli sovet və ukraynalı teatr, kino və incəsənət və sənətkarlıq rəssamı. Özbəkistanın Buxara vilayətinin Narpay kəndində deportasiya olunmuş Krım tatarlarının ailəsində anadan olub. 1957-ci ildə ailəsi ilə birlikdə Tacikistan SSR-in Leninabad vilayətinə köçüb. 1972-ci ildə Düşənbə (Tacikistan) M. Olimov adına Respublika Rəssamlıq Texnikumuna daxil olmuş və 1976-cı ildə oranı bitirmişdir. O, Leninabad İncəsənət Fonduna göndərilib, burada dizayn işləri ilə məşğul olub, keramika sənətinə yiyələnib, monumental rəngkarlıq işləri aparıb. Həmin 1976-cı ildən rayon və respublika sərgilərində iştirak etmişdir. 1992-ci ildə SSRİ-nin dağılmasından sonra Krıma qayıdıb, Simferopol vilayətinin Dubki kəndində məskunlaşıb. 1993-cü ildən Krım Tatar Musiqili Dram Teatrında çalışır, 1994-cü ildən teatrın baş rəssamıdır. 1993-2004-cü illərdə teatrın səhnələşdirdiyi tamaşaların əksəriyyətini Şövkət Seydamətov hazırlayıb.
Belkıs Şövkət
Belkıs Şövkət və ya Belkıs Şövkət Xanım — təyyarəyə minən ilk türk qadını və qadın fəalı. Belkıs Şövkət 1 dekabr 1913-cü ildə ilk türk qadını kimi təyyarəyə minərək tarixə düşüb. De Babası II Mahmudun vəzirlərindən Əli Namık Paşa olub. Ata Paşanın oğlu Şövkət bəyin, yaxud bəzi başqa mənbələrə görə Ata Paşanın qızı idi. Belkıs Şevket Hanım aynı zamanda bir çocuk terbiyecisi Belkıs Şövkət Xanım həm də uşaq tərbiyəçisi, musiqi müəllimi və yazıçı idi. O, ingilis dilini də yaxşı bilirdi. == Təyyarəyə minən ilk türk qadını == İkinci Məşrutiyyətin elan edilməsindən sonra İstanbulda bəzi türk qadınları 1913-cü ildə Osmanlı Hüquqlarını Müdafiə Nisvan Cəmiyyətini (Qadınların Hüquqlarını Müdafiə Dərnəyi) qurdular. Bu cəmiyyət “Qadın dünyası” adlı jurnal da çıxarırdı. Belkıs Şövkət xanım da bu dərnəyin fəal üzvü və "Qadın Dünyası" jurnalının yazarlarından biri idi. Dərnək vasitəsilə həm türk qadınlarını təbliğ etmək, həm də Osmanlı ordusuna təyyarə hədiyyə edə biləcək yardım toplamaq üçün səylər göstərirdi.
Şövkət Babayeva
Şövkət Ələkbər qızı Babayeva, — Azərbaycan tar ifaçısı, mühəndis konstruktor. Şövkət Babayeva 1924-cü il mayın 15-də Bakı şəhərində dünyaya göz açmışdır. Orta təhsilini başa vurduqdan sonra, 1 saylı Azərbaycan Dövlət Musiqi Texnikumuna daxil oldu. Uzeyir Hacıbəyovun təşəbbüsü və dəstəyi ilə, Şövkət xanım, xalq çalğı alətləri incələrini öyrənən ilk qadın ifaçılardan biri olmağa nail oldu. Təhsilini başa vurduqdan sonra, 1947 illdə № 2 uşaq musiqi məktəbində tar dərsləri keçməyə başlamışdır, onun tələbələrinin arasında məşhur diplomat Ramiz Abutalıbovda olmuşdur. 1940-cı illərin axırı və 1950-ci illərin əvvəllərində, bəstəkar və dirijor Səid Rüstəmovun dəvəti ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinda üzv oldu və orkestrla birlikdə uğurla bir sıra konsertlərə imza atdı. 1954-cü ildə Azərbaycan Texniki Universitetinə qəbul olundu və 1959-cu ildə Sənayə və Mülki Tikinti təhsilini tamamladı. Təhsilini başa vurduqdan sonra, onun mühəndis karyerası başladı. Səhnə karyerasını bitirdikdən sonra Şövkət Babayeva "Bakgiproqor" Layihə İnstitutunda mühəndis konstruktor kimi işləməyə başladı.Uzun illər boyu Bakı şəhərinin şəhər planlaşdırılması və inkişafına səmərəli töhfə verdi. Onun fəaliyyəti, şəhərin memarlığında dayanılmaz izlər qoymuşdur.
Dağ Şövkət
Dağ Şövkət (1876, Konstantinopol – 1944, İstanbul) — Türkiyə rəssamı. == Həmçinin bax == Dağ Şövkət 1876–cı ildə İstanbulda doğulmuşdur. Uzun illər Rumelihisarında yaşamışdır. == Mənbə == 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991. səh.25.
Şövkət Tağıyeva
Şövkət Əzizağa qızı Tağıyeva (11 iyun 1926 — 11 iyun 2015) - Azərbaycanın tanınmış tarixçi-şərqşünas alimi, professoru,Şərqşünaslıq İnstitutunda Cənubi Azərbaycan tarixi şöbəsinin rəhbəri olub.Milli azadlıq hərəkatında, Müsavat Partiyasının bərpasında yaxından iştirak edib. Müsavat Partiyasının Məclis və Divan üzvü olub.Elmi fəaliyyətinə İranda, o cümlədən Güney Azərbaycanda Milli Azadlıq Hərəkatları tarixi üzrə tədqiqatlarla başlayıb, Moskvada namizədlik dissertasiyası müdafiə edib, bu sahədə 2 monoqrafiya və 50-dən çox məqaləsini Azərbaycanda, 16 məqaləsi Sovetlər Birliyi, Polşa, Türkiyə, Kanada və İranda çap edirib. Elmi fəaliyyətə İranda, o sıradan, Güney Azərbaycanda milli azadlıq hərəkatları tarixi üzrə tədqiqatlarla başlamış, Moskvada namizədlik dissertasiyası müdafiə etmiş, bu sahədə 2 monoqrafiya və 50-dən çox məqalə respublikada, 16 məqalə Sovetlər Birliyi, Polşa, Türkiyə, Kanada və İranda çap etdirmişdir. Problemlə bağlı respublikada və xaricdə elmi konfrans və seminarlarda məruzə və çıxışlar etmişdir. Elmi fəaliyyətdə aparıçı istiqamətlərdən biri İranda aqrar münasibətlər problemidir. Problemlə bağlı 2 monoqrafiya, 12 məqalə və tezislər çap edilmiş, elmi toplantılarda çıxışlar edilmişdir. Bu sahədə axtarışlarını "XİX əsrin sonu və XX əsrin əvvəllərində İranda aqrar münasibətlər" adlı doktorluq disertasiyasında cəmləmiş və 1967-ci ildə Bakıda müdafiə etmişdir. Elmi yığıncaqlarda Güney Azərbaycanla bağlı fəaliyyəti aparıcı yer tutmuşdur. Respublikada və ondan kənarda Güneyazərbaycanşunaslıq elmi məktəbinin yaradıcısı kimi tanınır. 1976-1991-ci illərdə AMEA-nın Şərqşunaslıq İnstitutunda fəaliyyət göstərmiş, "Cənubi Azərbaycan tarixi şöbəsi" nin yaradıcısı və rəhbəri olmuş, bu sahədə elmlər namizədləri yetişdirmişdir.
Şövkət Təmiz
Şövkət Təmiz (1 sentyabr 1970) — PS və Brüssel-Kapital millət vəkili olan belçikalı siyasətçi. Şövkət Təmiz 1 sentyabr 1970-ci ildə Türkiyədə anadan olmuşdur, ancaq bir neçə il sonra ailəsi ilə Belçikaya köçmüşdür. Peşəkar olaraq dövlət qulluqçusu oldu. O, PS üçün siyasi cəhətdən aktiv olub. 2006-cı ildə bu partiya üçün Brüsselə seçildi. 2014-cü ildən bəri Brüssel-Kapital Məclisinin üzvüdür.
Şövkət Yalqun
Şövkət Yalqun 7 fevral 1993-cü ildə Artuşda anadan olan Çin Super Liqasında Quanjou FK-da oynayan uyğur futbolçudur. Şövkət Yalqun 2012-ci ilin yanvar ayında 100.000 yuan qonorarla Çin Super Liqasının tərəfdaşı Qunajou FK-ya transfer olundu. 2012 liqası mövsümü üçün qeydiyyatdan keçmək üçün Memet Ali adından istifadə etdi. Böyük debütü 30 Mart 2012-ci ildə "Şanxay Şenhua FK" ilə səfərdə 1-0 məğlub edərək 81-ci dəqiqədə Qao Linin əvəzinə çıxmaqla etdi. Ancaq, italyan menecer Marsello Lippi komandaya rəhbərlik etdikdən sonra ehtiyat komandada oynamağa göndərildi. Şövkət 2012 mövsümündə altı liqada meydana çıxdı. 2013-cü ilin əvvəllərində Şövkətin oynadığı komanda liqada qeydiyyatdan keçən zaman Ali üçün fərqli bir addan istifadə etdiyini bildirəndə yaş mübahisəsinə qarışdı. Komanda bu barədə Çin Futbol Birliyinə məlumat verdi. 2013-cü ilin mart ayında yaş saxtalaşdırılmasına görə üç aylıq qadağa aldı. 10 iyul 2013-cü ildə komandanın "Dalian Ruylonq"u 7-1 məğlub etdiyi 2013 Çin FA Kubokunun dördüncü turunda meydana qayıtdı.
Şövkət Əbdüsalamov
Şövkət Faziloviç Əbdüsalamov (özb. Shavkat Fozilovich Abdusalamov, rus. Шавкат Фазилович Абдусаламов; 28 aprel 1936, Daşkənd) — SSRİ, Özbəkistan və Rusiya rəssamı, aktyoru, yazıçısı, rejissoru. Şövkət Faziloviç Əbdüsalamov 28 aprel 1936-cı ildə Özbəkistan SSR-nin Daşkənd şəhərində anadan olmuşdur. O, 1966-cı ildə VGİK-i bitirmişdir. İlk fərdi sərgisi 1972-ci ildə baş tutmuş, lakin rəsmlərin dini mövzularına görə tez bağlanmışdır. Onun rəsm əsərləri Tretyakov qalereyasında, ABŞ-da Nensi və Norton Dodc kolleksiyasında saxlanılır. 2000-ci ildə Əbdüsalamovun "<i>Təkbaş</i>" romanı Rusiya Buker mükafatının siyahısında idi. 2002-ci ildə rəssam "Sukrovitsa" filmini çəkərək rejissor kimi fəaliyyətə başlamışdır. Rusiya Federasiyası Hökumətinin 2011-ci il üçün mədəniyyət sahəsində mükafatı Отшельник Такваш.
Şövkət Ələkbərova
Şövkət Feyzulla qızı Ələkbərova (20 oktyabr 1922, Bakı – 7 fevral 1993, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan SSR xalq artisti (1959). Şövkət Feyzulla qızı Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olmuşdur. Onun anası qızlardan ibarət orkestrdə tar çalırdı və qızını tez-tez məşqlərə aparırdı. Atası xalq musiqimizi, muğam və aşıq musiqisini sevən bir adam idi. Şövkət Ələkbərovada kiçik yaşlarından musiqiyə böyük maraq yaranmışdır. Məhz bu maraq 12 yaşında onu musiqi məktəbinin kamança sinfinə gətirmişdir. Tezliklə onların evində tar, kamança və qardaşının ifasında zərb alətindən ibarət xalq üçlüyü yaranır. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdiktən sonra səhnə yaradıcılığına başlamışdır. 1938–1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləmişdir.
Şöhrətli Azərbaycan (1935)
Kinoalmanaxda iki mövzu-neft və kənd təsərrüfatı öz əksini tapmışdır. Burada süjetlər novella formasında həll edilmişdir. Qocaman neftçi Piri Nuriyevin və pambıq ustası Qüdrət Səmədovun fədakar əməyi göstərilmiş, sinxron söhbətlər verilmişdir. Azərbaycan sənədli kinosunda ilk dəfə olaraq, bu filmdə diktordan istifadə edilmişdir. Rejissor: Boris Pumpyanski Ssenari müəllifləri: Boris Pumpyanski, Vladimir Yeremeyev Operatorlar: Seyfulla Bədəlov, A.Qaryagin Bəstəkar: S.Paniyev Səs operatoru: A.Zapadenski Piri Nuriyev Qüdrət Səmədov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Sovetlik
Kənd soveti — kənd yerlərində Sovet hökumətinin yerli orqanı.
Söhbətli
Söhbətli — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əhalisi 355 nəfər təşkil edir.Əhalisini azərbaycanlılar təşkil edir.
Svetlı
Svetlı (rus. Светлый) — (1947-ci ilədək — Tsimmerbude, alm. Zimmerbude‎, pol. Buda, lit. Cimerbūdė) — Rusiya Federasiyasının Kalininqrad vilayətində şəhər. [Svetlovsky şəhər rayon] [Svetlovsky Borough]inzibati, biznes və mədəniyyət mərkəzidir. 2635 hektar ərazini əhatə edir. Şimal yerləşən Coast Kaliningrad gəmi kanalı, Svetlı — bələdiyyə sənaye peyk Kaliningrad mərkəzi və regionda ən gənc şəhər. Şəhər sahilində yerləşir Kaliningrad dəniz gəmiçilik kanalı ilə Kaliningrad birləşdirən Baltik dənizi, Kaliningrad 30 km. Svetliy Samland yarımadasında edir.
478 soketi
478 soketi (həmçinin mPGA478, mPGA478B kimi də tanınır) — Intel-in Pentium 4 və Celeron seriyalı CPU-ları üçün istifadə olunan 478 kontaktlı soketdir.478 soketi 423 soketinin (mağazalarda çox qısa müddət olan Willamette bazalı soket) əvəzlənməsi kimi kəşf olundu. LGA 775 soketinin kəşfinə qədər qüvvədə qalmağı bacardı.
AM2 soketi
AM2 soketi (Cyrix M II prosessoru ilə qarışdırmamaq üçün adı dəyişdirilən, əvvəllər M2 soketi adlanan) – yüksək məhsuldarlı stolüstü prosessorlar üçün AMD şirkətinin hazırladığı prosessor dəliyidir. O, soket 754 və soket 939 üçün əvəzləyici kimi 23 may 2006-cı ildə buraxılmışdır. Onun 940 birləşməsi olsa da, soket 939 ilə uyğunlaşa bilmir, daha köhnə soket 939 ikikanallı DDR2 əməli yaddaşı saxlamır. Əvvəlki soket 939-u saxlayan DDR yaddaşına nisbətən DDR2 az enerji istifadə etməklə daha yüksək tezliklərdə işləyir. AM2 soketi dəstəkləyən ilk prosessorlar birnüvəli Orleans (Athlon 64) və Manila (Sempron), həmçinin ikinüvəli Windsor (Athlon 64 X2 və Athlon 64 FX) və Brisbane (Athlon 64 X2 və Athlon X2) prosessorları olub. AM2 soketi üçün köhnə prosessorlar SSE3 təlimat komplektini dəstəkləyirlər və 90 nm texnoloji prosesinə əsaslanıblar, yeniləri ilə (Brisbane nüvəsi) 65 nm texnoloji prosesinə əsaslanıblar. AM2 soketi – mobil kompüter üçün Soket S1 və server üçün Soket F-i özündə birləşdirən növbəti nəsil AMD prosessor dəliklərindən biridir. Görünüşünə görə soket AM2 ilə tam oxşardır, fərqi yalnız Agena, Toliman, Kuma nüvələrində prosessorları dəstəkləməsindədir. Soket AM2+ prosessorları K10 nəslinə aiddir, soket AM2 sökülmələri ilə təchiz olunmuş mövcud anakartlarla uyğunlaşır, istifadəçi yalnız HyperTransport 3.0 şininin köməyindən məhrum olur, bu zaman tezlik HyperTransport 2.0 səviyyəsinə qədər aşağı düşəcək (bəzi hallarda HyperTransport 1.0 səviyyəsinə qədər). == Sonrakı nəsilləri == === AM3 === Soket AM3 (soket 941) – yüksək məhsuldarlıqlı, seqmentli PK üçün AMD şirkətinin hazırladığı prosessor dəliyidir.
FM2 soketi
Konstruktiv yaradılmış FM2 Soketinin yeni AMD platformasında rəsmi üzə çıxması baş tutdu. Əlbəttə ki, prosessorların özləri kifayət qədər maraqlıdır, bəs CPU nədir? Metal qoruyucu qapaq ilə örtürülmüş xüsusi çipsetdir. Bu “kompüter” adlı sistemin yalnız bir elementidir. Amma özündə praktiki hər şeyi birləşdirən və daşıyan əsas hissə ana plata adlanır. Məhz prosessorun həyata keçirə biləcəyi tam potensialın bir çoxu ondan asılıdır. == Prosessorun soyutma sistemi == Yeni platforma, yeni prosessor – bu həmişə maraqlıdır. Ancaq, məhsuldarlığı və qiymətinə maraq baxımından köhnə soyutma sistemləri ilə uyğunluğu sual doğurur. AMD şirkəti Soket FM2 yeni platforması ilə öz ənənələrini dəyişməyib – CPU soyutma sisteminin bərkidilməsi dəyişməz qalıb və 2 (Soket AM3+ ortaya çıxandan) ayrı-ayrı plastik element və ya bir plastik çərçivəni (bir qədər əvvəlki versiya) özündə birləşdirir. Arxa tərəfdən ana platanı zədələnməkdən plasmas lövhə və ya boltlarla bərkidilmiş metal lövhə qoruyur (istehsalçının seçiminə görə).
Kənd Soveti
Kənd soveti — kənd yerlərində Sovet hökumətinin yerli orqanı.