Böyükxanım Əliyeva
Böyükxanım Həsənbala qızı Əliyeva (28 sentyabr 1945, Xaçmaz) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü(2024).
== Həyatı ==
Böyükxanım Həsənbala qızı Əliyeva 1945-ci ildə Xaçmazda anadan olmuşdur.
Ə. Hüseynzadə ad. Azərb. Mədəniyyət və İncəsənət Un-tini bitirmişdir (1973). Həmin ildən N. Vəzirov ad. Lənkəran Dövlət Dram Teatrının aktrisasıdır. Rolları: Germiona ("Qış nağılı", U. Şekspir), Amaliya ("Qaçaqlar", F. Şiller), Gültəkin ("Aydın", C. Cabbarlı), Sədayə ("Sən yanmasan", N. Xəzri), Nihal ("Yağışdan sonra", B. Vahabzadə), Sənəm xala ("Yaxşı adam", M. İbrahimov), Anjel, Aynur ("Məhv olmuş gündəliklər", "Büllur sarayda", İ. Əfəndiyev), komissar ("Nikbin faciə", Vs. Vişnevski) və s.
1973-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsini bitirərək təyinatla N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına göndərildi.