BÜTPƏRƏST

сущ.
1. идолопоклонник, язычник
2. перен. безбожник, еретик
BÜTÖVTONLU
BÜTPƏRƏSTLİK
OBASTAN VİKİ
Bütpərəst
Bütpərəstlik – təbiətin cisim və əşyalarını ilahiləşdirən, ibtidai dinlərin (animizm, fetişizm, totemizm, şamanizm və s.) zəminində yaranmış dini etiqad. Bütpərəstlik müxtəlif formalarda təzahür etmiş, müasir dinlərin əmələ gəlməsi ilə tədricən aradan çıxmışdır. Lakin onun ünsürləri həmin dinlərdə qalmışdır.
Səxavətli bütpərəst
Səxavətli bütpərəst — xristian teologiyasında Məsihi tanımayan, lakin yüksək əxlaqlı həyat sürən, xilas olacaq bütpərəstlər. "Məsihdən əvvəl xristianlar" ideyası erkən xristianlıqda (xüsusən, İsgəndəriyyə Klement və Etirafçı Maksim arasında) müşahidə olunsa da, antik mədəniyyətin müəyyən bir şəkildə yenidən nəzərdən keçirilməsindən sonra orta əsrlərdə formalaşmışdır. 1545-ci il Trident şurası tərəfindən tərtib edilmiş katexizis, Akvinalı Fomanın fikrinə əsaslanaraq, səxavətli bütpərəstlərin ruhlarının cəhənnəmlə cənnət arasında yerləşdiyini və Məsihin cəhənnəmə enməsi zamanı cəhənnəm əzablarından azad edildiyini iddia etmişdir. Səxavətli bütpərəstlər anlayışı təkcə katolik ənənəsi ilə məhdudlaşmır. Yunanıstan, Rusiya və bəzi digər ölkələrdəki pravoslav kilsələrində qədim şairlərin və filosofların əllərində tanrı haqqında fikirlərə və ya Məsih haqqında peyğəmbərliklərə yaxın kəlamlar olan kitabçaların təsvirləri var. Məsələn, Moskva Kremlinin Blaqoveşşeniye kafedralının freskalarında Aristotel, Fukidid, Ptolemey, Zenon, Plutarx, Platon, Sokrat, Vergili və digər qədim mədəniyyət xadimlərinin oxşar təsvirləri var.
Bütpərəstlik
Bütpərəstlik – təbiətin cisim və əşyalarını ilahiləşdirən, ibtidai dinlərin (animizm, fetişizm, totemizm, şamanizm və s.) zəminində yaranmış dini etiqad. Bütpərəstlik müxtəlif formalarda təzahür etmiş, müasir dinlərin əmələ gəlməsi ilə tədricən aradan çıxmışdır. Lakin onun ünsürləri həmin dinlərdə qalmışdır.

Значение слова в других словарях