BƏDXU [ fars. ] köhn. bax bədxasiyyət. Kimsə ol bədxuyə izhar edə bilməz halımı. Füzuli. Ol zalimi-bədxu, şuxü sitəmkar; Zakirin halından deyil xəbərdar. Q.Zakir. Nə qədər gər ola bu çərxi-cəfacudə bəla; Olmaz ol qədr ki, var ol buti-bədxudə bəla. S.Ə.Şirvani.