Bədəxşan
Bədəxşan(Puştu/fars. بدخشان, tac. Бадахшон, rus. Бадахшан, (çin.), "Bədax dağları" anlamında, Min sülaləsi dövründə Çin adı - 巴丹沙)—Tarixi vilayət.
== Tarixi ==
Əfqan Türkistanı olaraq da bilinən bölgənin şimalında Amudərya, cənubunda Hindukuş dağları, şərqində Şərqi Türkistan, qərbində isə Kunduz çayıdır. Qismən dağlıq görünüşdə yüksək bir yayla olan Bədəxşanın ən hərəkətli kəsimi və ən canlı ticarət sahəsi Gökçəsu (Kökçəsu) vadisidir. Öncələri Bədəxşan adının də bu vadidə çox olduğu söylənən bədaxş/bəlaxş (Fr. balais, İng. balas) adındakı çəhrayı yaqutdan (ləl-i Bədaxşi, ləl-i Bədaxşani) gəldiyi irəli sürülmüşsə də daha sonra bunun əksinin söz mövzusu olduğu və daşın adını buradan aldığı görüşü qüvvət qazanmış , son illərdə isə kəlimənin Sasanilərn bədaxş/badaxş (Pəhləvicə bidaxş “müfəttiş, yüksək hakim”) ünvanından törəndiyi təsbit edilmişdir . Bədəxşan adı ilk dəfə VII-VIII əsrlərə aid Çin qaynaqlarında Po-to Chang-na şəklində keçir.