BƏHANƏ

is. [ fars. ]
1. Bir iş üçün əsas ola bilən keyfiyyət, səbəb, dəlil. Mübahisə üçün bəhanə axtarmaq.
– Faş oldu nəsihətin cəhanə; Sən qoymadın ortada bəhanə. Füzuli.
Fəxrəddin qapıya yanaşmaq üçün heç bir bəhanə əldə edə bilmirdi. M.S.Ordubadi.
Əkbər kişinin sualı bəhanə oldu, Havva küyümü çiynindən yerə qoyub çöməldi, söhbətə başladı. Mir Cəlal.

2. Saxta, yalan, əsassız üzr. Getməyə bəhanə axtarmaq. Bəhanə gətirmək. Bəhanəsinə qulaq asan olmadı. – [Şərəfnisə xanım:] Bu sözlər tamam fənn və feldir. Məni aldatmaq üçün bəhanədir. M.F. Axundzadə …[Kazak briqadası] yüz cür bəhanələrlə bu vəzifənin ifasından boyun qaçırdı. M.S.Ordubadi.

Синонимы

  • BƏHANƏ səbəb — dəlil
  • BƏHANƏ saxta — yalan
  • BƏHANƏ 1. BƏHANƏ [Könül] deməyə söz tapmadı. Axırda bəhanə ilə onların sorğu-sualından canını qurtara bildi (X
BƏHAİLİK
BƏHANƏÇİ

Значение слова в других словарях