BƏHCƏT

is. [ ər. ]
1. Gözəllik.
2. Şadlıq, sevinc, fərəh.
Şairəm, təbim dəniz, şeiri-tərim dürdanədir; Bəhcətim, eyşim, sürurim, vəcdim əhraranədir. M.Ə.Sabir.
Sürücünün şərqisində vətən səsi dinlənir; Gah ruhuma bəhcət verir, gah qəlbimə qəm gəlir. A.Səhhət.

Синонимы

  • BƏHCƏT bəhcət bax sevinc
BƏHARİSTAN
BƏHƏR
OBASTAN VİKİ
Bəhlul Bəhcət
Bəhlul Behcət və ya Bəhlul Bəhcət (tam adı: Bəhlul əfəndi Mustafa əfəndi oğlu Əfəndiyev; 1869, Dondarlı, Zəngəzur qəzası – 15 mart 1938, Bakı) — ədəbiyyatşünas, qazı, Zəngəzur qəzasının sonuncu qazısı. == Həyatı == Bəhlul Behcət 1869-cu ildə Zəngəzur qəzasının Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdu. İbtidai təhsilini atasından və sonra qaynatası olan Hacı Qasım Çələbidən almışdı. Sonradan Şəki şəhərinə yollanmış mədrəsədə təhsilini davam etdirmişdi. 1915-ci ildə Qafqaz müftisi tərəfindən Zəngəzur qəzasının qazisi təyin edilmiş, sovetlərin gəlişindən sonra bir neçə dəfə həbs və sürgünlərə məruz qalmış, növbəti dustaqlıqlarından birinin aralığında "Azərnəşr"də korrektor işləmiş, xalq ədəbiyyatı ilə bağlı araşdırmalar aparmış, özünə "Behcət" təxəllüsü götürmüşdür. Bəhlul Behcət şifahi xalq ədəbiyyatı nümunələrinin toplanmasında və nəşrində də mühüm xidmətlər göstərmişdi. Sarı Aşığın yaradıcılığının toplanmasında isə onun xüsusi rolu olmuşdu. Müxtəlif vaxtlarda onun mətbuatda Sarı Aşıqla bağlı çap etdirdiyi məqalələr bir daha təsdiq edir ki, bu böyük şəxsiyyət Sarı Aşığın yaradıcı irsinin öyrənilməsində də ilk addımları atmışdır. "Sarı Aşıq", ""Aşıq" təxəllüslü bayatı şairinin tərcümeyi-halı və yaradıcılığı", "El şairi və el şairləri" adlı məqalələri Bəhlul Behcətin Sarı Aşıq yaradıcılığı ilə bağlı ciddi tədqiqat işi apardığını bir daha təsdiq edir. Bəhlul Behcət kitaba daxil olan ""Aşıq" təxəllüslü bayatı şairinin tərcümeyi-halı" adlı məqaləsində, bəlkə də, ilk dəfə bu böyük şair haqqında elmi məlumat təqdim etmişdir.

Значение слова в других словарях