BƏHƏRHAL

zərf [ fars. bəhər və ər. hal] köhn. Hər halda, hər necə olursa olsun, hər zaman, bütünlüklə, hər vaxt.
[Vəzir:] Bəhərhal gərəkdir Şölə xanımı inandırmaq ki, Teymur ağa səndən güclü deyil… M.F.Axundzadə.
Zənn edirəm az-az ittifaq düşsün və bəhərhal xeyli maraqlı və eşitməlidir… C.Məmmədquluzadə.
[Pristav:] Bəhərhal siz tək möhtərəm şəxsə bu ləkəni üstünüzdən rədd etmək vacibdir. Ə.Haqverdiyev.

BƏHƏR
BƏHƏRLİ

Значение слова в других словарях