BƏSTƏ

1
I
прил. устар. связанный
II
сущ.
1. музыкальная композиция
2. песня, мелодия
3. муз. сочинение
2
прил. невысокий (о росте). Boyu bəstə qız девушка невысокого роста
BƏST
BƏSTƏBOY
OBASTAN VİKİ
Azərbaycan Bəstəkarlar İttifaqı
Azərbaycan Bəstəkarlar İttifaqı – yarandığı gündən musiqi mədəniyyətinin inkişafında çox əhəmiyyətli rol oynayır. Bu təşkilatın başında həmişə böyük sənətkarlar, şəxsiyyətlər olub. Üzeyir Hacıbəylidən sonra İdarə heyətinin sədrləri və katibləri görkəmli bəstəkarlar – Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyev və başqaları həmişə bu təşkilata məhz yaradıcılıq proseslərinə təkan verən, bəstəkarlara dayaq olan, onların problemlərinin həllində kömək olan bir təşkilat kimi rəhbərlik ediblər. 30 iyun 1934-cü il Bəstəkarlar İttifaqının yaranma günüdür. Azərbaycan Bəstəkarlar İttifaqının tarixi XX əsrdə meydana gəlmiş yeni musiqi mədəniyyətimizin tarixi hesab oluna bilər. Bu təşkilat cəmiyyətin həyatının ən çətin zamanlarında yaranıb və şərəfli yol keçib. Bəstəkarlar İttifaqına 1936-cı ildən ömrünün sonuna kimi dahi Üzeyir Hacıbəyli (1936–1948) rəhbərlik etmiş, bütöv bir bəstəkar nəslinin yetişməsində müstəsna rol oynamışdır. O, Bəstəkarlar İttifaqının yaradılma məqsədi və fəaliyyətinin istiqamətlərini özündə əks etdirən Nizamnaməni tərtib etmiş və milli musiqimizin yüksək tərəqqisini təmin edən bir təşkilat kimi təşəkkülü və formalaşmasının əsasını qoymuşdur. 1948-ci ildə Ü.Hacıbəylinin vəfatından sonra İttifaqın sədri vəzifəsinə Ü.Hacıbəylinin tələbəsi, bir çox mahnıların bəstəkarı, Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri olmuş Səid Rüstəmov (1948–1952) seçilir. Azərbaycan Bəstəkarlar İttifaqı tarixində 30 illik böyük bir mərhələ məhz Qara Qarayevin (1953–1982) adı ilə bağlıdır.
Azərbaycan Bəstəkarlar İttifaqının binası
Azərbaycan Bəstəkarlar İttifaqının binası, Dağ-mədən sənayesi işçilərinin mədəniyyət sarayı və ya Pionerlər evi ― XX əsrin əvvəllərində Xaqani küçəsində tikilmiş 3 mərtəbəli yaşayış binası. Eklektik üslubda olan bu binada müxtəlif vaxtlarda Azərbaycan Mədənçilər İttifaqı, Pionerlər evi, Türkiyə səfirliyi, 2008-ci ildən etibarən isə Azərbaycan Bəstəkarlar İttifaqı yerləşib. Azərbaycan Bəstəkarlar İttifaqının binası 1912-ci ildə Molokanskaya küçəsi 27 (indiki Xaqani küçəsi 55) ünvanında 3 mərtəbəli mülk kimi tikilib. 1922-ci ildən burada Dağ-mədən sənayesi işçilərinin mədəniyyət sarayı yerləşib. 1924-cü ildə heykəltaraş Stepan Erzyaya binanın fasadına yerləşdiriləcək heykəllərin düzəldilməsi üçün sifariş verildi. Fasaddakı heykəllər 3 horizontal üzrə yerləşdirilib. Heykəllərin yerləşdiyi ən alt səviyyəyə gücü və ağılı simvolizə edən iki dəmirçi heykəli, orta səviyyədə istehsalat prosesini simvolizə edən fəhlə və qazmaçı heykəli, ən üst səviyyədə isə xalqların proletar birliyini və gələcək uğrunda birlikdə mübarizəni simvolizə edən, bir borudan yapışmış azərbaycanlı və rus fəhlə təsvir edilib. Fəhlənin dəmirçinin və qazmaçının çarıq geyib araxçın taxması eləcə də bığlarının olması onların azərbaycanlı olduğunu bildirir. Mərmər və bürüncün çatışmadığına görə heykəllər sementdən və güclü turşu tərkibi ilə işlənmiş dəmir qalıqlarından tökülüb. Bu neftçi işçilərə həsr edilmiş ilk heykəllər idi.
Azərbaycan SSR Bəstəkarlar İttifaqı
Azərbaycan Bəstəkarlar İttifaqı – yarandığı gündən musiqi mədəniyyətinin inkişafında çox əhəmiyyətli rol oynayır. Bu təşkilatın başında həmişə böyük sənətkarlar, şəxsiyyətlər olub. Üzeyir Hacıbəylidən sonra İdarə heyətinin sədrləri və katibləri görkəmli bəstəkarlar – Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyev və başqaları həmişə bu təşkilata məhz yaradıcılıq proseslərinə təkan verən, bəstəkarlara dayaq olan, onların problemlərinin həllində kömək olan bir təşkilat kimi rəhbərlik ediblər. 30 iyun 1934-cü il Bəstəkarlar İttifaqının yaranma günüdür. Azərbaycan Bəstəkarlar İttifaqının tarixi XX əsrdə meydana gəlmiş yeni musiqi mədəniyyətimizin tarixi hesab oluna bilər. Bu təşkilat cəmiyyətin həyatının ən çətin zamanlarında yaranıb və şərəfli yol keçib. Bəstəkarlar İttifaqına 1936-cı ildən ömrünün sonuna kimi dahi Üzeyir Hacıbəyli (1936–1948) rəhbərlik etmiş, bütöv bir bəstəkar nəslinin yetişməsində müstəsna rol oynamışdır. O, Bəstəkarlar İttifaqının yaradılma məqsədi və fəaliyyətinin istiqamətlərini özündə əks etdirən Nizamnaməni tərtib etmiş və milli musiqimizin yüksək tərəqqisini təmin edən bir təşkilat kimi təşəkkülü və formalaşmasının əsasını qoymuşdur. 1948-ci ildə Ü.Hacıbəylinin vəfatından sonra İttifaqın sədri vəzifəsinə Ü.Hacıbəylinin tələbəsi, bir çox mahnıların bəstəkarı, Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri olmuş Səid Rüstəmov (1948–1952) seçilir. Azərbaycan Bəstəkarlar İttifaqı tarixində 30 illik böyük bir mərhələ məhz Qara Qarayevin (1953–1982) adı ilə bağlıdır.
Azərbaycan bəstəkarları
Azərbaycan bəstəkarlarının siyahısı
Azərbaycan bəstəkarlarının siyahısı
Azərbaycan bəstəkarlarının siyahısı
Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev (film, 1968)
Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev qısametrajlı sənədli filmi rejissor Oqtay Mirqasımov tərəfindən 1968-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin həyat və yaradıcılıq yollarına həsr olunmuşdur. 1969-cu ildə Kiyevdə III Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-69" zona kinofestivalında sənədli filmə birinci mükafat verilmişdir. Sənədli film dövrümüzün ən böyük sənətkarı, SSRİ xalq artisti, Lenin Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin həyat və yaradıcılıq yollarına həsr olunmuşdur. Filmdə onun əsərləri səslənir, bəstəkar haqqında müasirləri danışırlar. Burada bəstəkarın daxili aləmi, onun yaradıcılıq laboratoriyası, özünəməxsus iş üsulu, pedaqoji fəaliyyəti əks olunmuşdur. Onun özünün söhbətləri, anası Sona xanımın çıxışı da filmə daxil edilmişdir. Film-essedə Qara Qarayevin ən həyəcanlı anları-onun iş zamanı musiqi aləminə uyuduğu vaxtlar "gizli kamera" ilə çəkilmişdir.
Bəstək
Bəstək — İranın Hörmüzgan ostanının şəhərlərindən və Bəstək şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,959 nəfər və 1,765 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Bəstək şəhristanı
Bəstək şəhristanı— İranın Hörmüzgan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bəstək şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 65,716 nəfər və 13,563 ailədən ibarət idi.
Bəstəkabad (Urmiya)
Bəstəkabad (fars. بستك اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 420 nəfər yaşayır (67 ailə).
Bəstəkar
Bəstəkar — musiqi əsərlərinin müəllifidir. Musiqini adətən musiqi nəzəriyyəsinə əsasən yazırlar. Bəstəkarın ifaçıdan fərqi ondadır ki, o musiqini bəstələyir, ifaçı isə onu ifa edir. Bəstələmə prosesinin nəticəsi kimi notlar şəklində yazılmış musiqi əldə edilir. Notların tərtibi əlyazma və ya qrafik (kompüter ilə) yerinə yetirilə bilər. Bəstəkarın bəstələdiyi musiqi əsəri ifaçılar (müğənnilər, çalğıçılar və ya elektron vasitələr) tərəfindən səsləndirilirlər.
Bəstəkar Cahangir Cahangirov (film, 2013)
Bəstəkar Cahangir Cahangirov — rejissor Ruslan Hüseynovun 2013-cü ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Film bəstəkar, pedaqoq, xormeyster, Azərbaycanın xalq artisti Cahangir Cahangirovun xatirəsinə həsr olunub. Filmdə "Koroğlu", "Yenilməz batalyon", "Dağlarda döyüş", "Dəli Kür", "Qatır Məmməd", "Evlənmək istəyirəm" filmləri və Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından və istifadə olunub.
Bəstəkar Müslüm Maqomayev (film, 1976)
Bəstəkar Qara Qarayev. Opus-78 (film, 1979)
Bəstəkar Qara Qarayev (gəmi)
Bəstəkar Qara Qarayev — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə aid olan gəmilərdən biri. Qara Qarayevin adını daşıyır. 2008-ci ilin iyul ayının 21-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 150 illiyinə həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik, tirajı isə 20070 ədəd olan həmin markalardan biri "Bəstəkar Qara Qarayev" gəmisinə həsr olunmuşdur.
Bəstəkar Qara Qarayev gəmisi

Bəstəkar Qara Qarayevin portreti
"Bəstəkar Qara Qarayevin portreti" — Azərbaycan-sovet rəssamı, SSRİ xalq rəssamı Tahir Salahov tərəfindən 1960-cı ildə çəkilmişdir. Moskva Dövlət Tretyakov Qalereyasında saxlanılır. Rəsm əsərində məşhur sovet-azərbaycan bəstəkarı, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayev təsvir olunmuşdur. 1962-ci ildə Tahir Salahov, bu rəsm əsərinə görə SSRİ Rəssamlıq Akademiyasının gümüş medalı ilə təltif edilmiş, 1968-ci ildə isə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür. Xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrin birində Tahir Salahov demişdir: "Mən bu əsərin üzərində işləyərkən tez-tez Opera və Balet Teatrına gedib, Qara Qarayevin baletlərinə tamaşa edirdim. Hər gün onun musiqisini dinləyirdim. İstəyirdim ki, Qaranın musiqi dünyasını tamamilə mənimsəyə bilim. Bax, bundan sonra portreti başa çatdırdım".
Bəstəkar Rauf Hacıyev (1982)
Bəstəkar Rauf Hacıyev qısametrajlı sənədli televiziya filmi rejissor Arif Qazıyev tərəfindən 1982-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film SSRİ xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin yaradıcılığı haqqındadır. Film SSRİ xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin yaradıcılığı haqqındadır.
Bəstəkar Rauf Hacıyev (film, 1982)
Bəstəkar Rauf Hacıyev qısametrajlı sənədli televiziya filmi rejissor Arif Qazıyev tərəfindən 1982-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film SSRİ xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin yaradıcılığı haqqındadır. Film SSRİ xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin yaradıcılığı haqqındadır.
Bəstəkar Süleyman Ələsgərov. Ömrün iki günü (film)
Bəstəkar Süleyman Ələsgərov. Ömrün iki günü qısametrajlı sənədli televiziya filmi rejissor Maqsud Ağayev tərəfindən ekranlaşdırılmışdır. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film bəstəkar Süleyman Ələsgərovun yaradıcılığından bəhs edir. Film bəstəkar Süleyman Ələsgərovun yaradıcılığından bəhs edir. Filmdə bəstəkarın özü çıxış edir və ölməz əsərlərindən hissələri ifa edir.
Faiq Nağıyev (bəstəkar)
Film bəstəkarı
Bəstəkar — musiqi əsərlərinin müəllifidir. Musiqini adətən musiqi nəzəriyyəsinə əsasən yazırlar. Bəstəkarın ifaçıdan fərqi ondadır ki, o musiqini bəstələyir, ifaçı isə onu ifa edir. Bəstələmə prosesinin nəticəsi kimi notlar şəklində yazılmış musiqi əldə edilir. Notların tərtibi əlyazma və ya qrafik (kompüter ilə) yerinə yetirilə bilər. Bəstəkarın bəstələdiyi musiqi əsəri ifaçılar (müğənnilər, çalğıçılar və ya elektron vasitələr) tərəfindən səsləndirilirlər.
Fortepiano bəstəkarlarının siyahısı
Aşağıda ən tanınmış fortepiano bəstəkarları yer alıblar. Siyahıda hansısa bəstəkarın adı buraxılmış ola bilər.
Hüseyn Abdullayev (bəstəkar)
Hüseyn Abdullayev (25 may 1967, Culfa) — Azərbaycan bəstəkarı, keçmiş deputat. Hüseyn Abdullayev 1967-ci il may ayının 25-də Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində ziyalı ailəsində doğulub. Anası uşaq bağçasında, atası müxtəlif idarələrdə rəhbər vəzifələrdə çalışıb. Ailədə 3 uşaq olublar. İbtidai və orta təhsilini 38 saylı Culfa Şəhər Dəmir Yolu məktəbində alıb. Eyni zamanda Culfa şəhər Musiqi Məktəbində təhsil alıb və hərbi xidmətindən sonra həmin məktəbdə musiqi müəllimi və konsertmeystr vəzifəsində çalışıb. 1987-ci ildən daha çox sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb və xarici ölkələrlə geniş iqtisadi əlaqələri quraraq, bir çox uğurlu layihələrə imza atıb. Onun "Tural" kooperativinin nəzdində yaratdığı şirkətlər qrupu ölkə daxilində bir çoxları üçün nümunə olub. Hüseyn Abdullayev özü isə müstəqil Azərbaycan Respublikasının ilk azad sahibkarlarından biri kimi tanınıb. 1988–1991-ci illərdə ağır blokada şəraitində yaşayan Naxçıvan MR-ə kömək məqsədiylə yaradılmış "Naxçıvan MR-in İnkişaf və Müdafə Fondu” xətti ilə həyata keçirilən bütün tədbirlərin əsas sponsorlarından biri məhz Hüseyn Abdullayev olub.
Kamal Əhmədov (bəstəkar)
Kamal Əhmədov (5 avqust 1948, Naxçıvan) — bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2013), Azərbaycan Bəstəkarlar İttifaqı Naxçıvan Bəstəkarlar Təşkilatının məsul katibi, Prezident mükafatçısı, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin bəstəkarlıq kafedrasının müdiri. Kamal Əhmədov 1948-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Tar ixtisası üzrə ibtidai musiqi təhsilini Naxçıvan şəhər uşaq musiqi məktəbində, orta musiqi təhsilini isə Bakı şəhərində A. Zeynallı adına Musiqi Texnikumunda almışdır. Texnikumda oxuduğu illərdə polifoniya, harmoniya, analiz və s. musiqi elmlərinə yiyələnmiş, dünya musiqisi ilə tanış olmuşdur. Muğam sənətinin sirlərini muğam bilicisi, ustad Əhməd Bakıxanovdan öyrənmişdir. Bu illərdə Kamal Rüstəm oğlunda bəstəkarlıq sənətinə maraq yaranmışdır. Piano üçün yazdığı kiçik pyes və prelüdlər onun ilk yaradıcılıq məhsuludur 1973-cü ildə A. Zeynallı adına musiqi texnikumunun xalq çalğı şöbəsinin tar sinfini bitirmiş, işləmək üçün təyinatını Ordubad musiqi məktəbinə almışdır. K. Rüstəm oğlu musiqi məktəbində Xalq Çalğı Alətləri Orkestri təşkil etmişdir. Ordubadda ilk Xalq Çalğı Alətləri Orkestri sayılan bu kollektivin konsertləri dəfələrlə Naxçıvan televiziyası ile göstərilmiş, bir çox konsert salonlarında nümunəvi çıxışları olmuşdur.
Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2011)
Film Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadədən bəhs edir. Filmin çəkilişləri M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, Üzeyir Hacıbəyovun ev muzeyində, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində və İçərişəhər Dövlət Qoruğunda aparılmışdır. Filmdə Azərbaycan Respublikası Dövlət kino-foto sənədləri arxivindən və Xəyyam Mirzəzadənin şəxsi arxivindən istifadə edilmişdir. Filmdə sözləri Bəxtiyar Vahabzadənin olan "Ötən günlər" mahnısı Oqtay Ağayevin ifasında səslənir. Ramiz Rövşənin "Tək əl" şeiri müəllifin öz ifasında səslənir.

Значение слова в других словарях