BƏSTƏ

1
I
прил. устар. связанный
II
сущ.
1. музыкальная композиция
2. песня, мелодия
3. муз. сочинение
2
прил. невысокий (о росте). Boyu bəstə qız девушка невысокого роста
BƏST
BƏSTƏBOY
OBASTAN VİKİ
Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev (film, 1968)
Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev qısametrajlı sənədli filmi rejissor Oqtay Mirqasımov tərəfindən 1968-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin həyat və yaradıcılıq yollarına həsr olunmuşdur. 1969-cu ildə Kiyevdə III Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-69" zona kinofestivalında sənədli filmə birinci mükafat verilmişdir. == Məzmun == Sənədli film dövrümüzün ən böyük sənətkarı, SSRİ xalq artisti, Lenin Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin həyat və yaradıcılıq yollarına həsr olunmuşdur. Filmdə onun əsərləri səslənir, bəstəkar haqqında müasirləri danışırlar. Burada bəstəkarın daxili aləmi, onun yaradıcılıq laboratoriyası, özünəməxsus iş üsulu, pedaqoji fəaliyyəti əks olunmuşdur. Onun özünün söhbətləri, anası Sona xanımın çıxışı da filmə daxil edilmişdir. Film-essedə Qara Qarayevin ən həyəcanlı anları-onun iş zamanı musiqi aləminə uyuduğu vaxtlar "gizli kamera" ilə çəkilmişdir.
Bəstək
Bəstək — İranın Hörmüzgan ostanının şəhərlərindən və Bəstək şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,959 nəfər və 1,765 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Bəstək şəhristanı
Bəstək şəhristanı— İranın Hörmüzgan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bəstək şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 65,716 nəfər və 13,563 ailədən ibarət idi.
Bəstəkabad (Urmiya)
Bəstəkabad (fars. بستك اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 420 nəfər yaşayır (67 ailə).
Bəstəkar
Bəstəkar — musiqi əsərlərinin müəllifidir. Musiqini adətən musiqi nəzəriyyəsinə əsasən yazırlar. Bəstəkarın ifaçıdan fərqi ondadır ki, o musiqini bəstələyir, ifaçı isə onu ifa edir. Bəstələmə prosesinin nəticəsi kimi notlar şəklində yazılmış musiqi əldə edilir. Notların tərtibi əlyazma və ya qrafik (kompüter ilə) yerinə yetirilə bilər. Bəstəkarın bəstələdiyi musiqi əsəri ifaçılar (müğənnilər, çalğıçılar və ya elektron vasitələr) tərəfindən səsləndirilirlər.
Bəstəkar Cahangir Cahangirov (film, 2013)
Bəstəkar Cahangir Cahangirov — rejissor Ruslan Hüseynovun 2013-cü ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Film bəstəkar, pedaqoq, xormeyster, Azərbaycanın xalq artisti Cahangir Cahangirovun xatirəsinə həsr olunub. == Film haqqında == Filmdə "Koroğlu", "Yenilməz batalyon", "Dağlarda döyüş", "Dəli Kür", "Qatır Məmməd", "Evlənmək istəyirəm" filmləri və Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından və istifadə olunub.
Bəstəkar Müslüm Maqomayev (film, 1976)
Bəstəkar Qara Qarayev. Opus-78 (film, 1979)
Bəstəkar Qara Qarayev (gəmi)
Bəstəkar Qara Qarayev — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə aid olan gəmilərdən biri. Qara Qarayevin adını daşıyır. == Texniki göstəriciləri == == Poçt markası üzərində == 2008-ci ilin iyul ayının 21-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 150 illiyinə həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik, tirajı isə 20070 ədəd olan həmin markalardan biri "Bəstəkar Qara Qarayev" gəmisinə həsr olunmuşdur.
Bəstəkar Qara Qarayev gəmisi
Bəstəkar Qara Qarayev — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə aid olan gəmilərdən biri. Qara Qarayevin adını daşıyır. == Texniki göstəriciləri == == Poçt markası üzərində == 2008-ci ilin iyul ayının 21-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 150 illiyinə həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik, tirajı isə 20070 ədəd olan həmin markalardan biri "Bəstəkar Qara Qarayev" gəmisinə həsr olunmuşdur.
Bəstəkar Qara Qarayevin portreti
"Bəstəkar Qara Qarayevin portreti" — Azərbaycan-sovet rəssamı, SSRİ xalq rəssamı Tahir Salahov tərəfindən 1960-cı ildə çəkilmişdir. Moskva Dövlət Tretyakov Qalereyasında saxlanılır. Rəsm əsərində məşhur sovet-azərbaycan bəstəkarı, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayev təsvir olunmuşdur. 1962-ci ildə Tahir Salahov, bu rəsm əsərinə görə SSRİ Rəssamlıq Akademiyasının gümüş medalı ilə təltif edilmiş, 1968-ci ildə isə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür. Xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrin birində Tahir Salahov demişdir: "Mən bu əsərin üzərində işləyərkən tez-tez Opera və Balet Teatrına gedib, Qara Qarayevin baletlərinə tamaşa edirdim. Hər gün onun musiqisini dinləyirdim. İstəyirdim ki, Qaranın musiqi dünyasını tamamilə mənimsəyə bilim. Bax, bundan sonra portreti başa çatdırdım".
Bəstəkar Rauf Hacıyev (1982)
Bəstəkar Rauf Hacıyev qısametrajlı sənədli televiziya filmi rejissor Arif Qazıyev tərəfindən 1982-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film SSRİ xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin yaradıcılığı haqqındadır. == Məzmun == Film SSRİ xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin yaradıcılığı haqqındadır.
Bəstəkar Rauf Hacıyev (film, 1982)
Bəstəkar Rauf Hacıyev qısametrajlı sənədli televiziya filmi rejissor Arif Qazıyev tərəfindən 1982-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film SSRİ xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin yaradıcılığı haqqındadır. == Məzmun == Film SSRİ xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin yaradıcılığı haqqındadır.
Bəstəkar Süleyman Ələsgərov. Ömrün iki günü (film)
Bəstəkar Süleyman Ələsgərov. Ömrün iki günü qısametrajlı sənədli televiziya filmi rejissor Maqsud Ağayev tərəfindən ekranlaşdırılmışdır. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film bəstəkar Süleyman Ələsgərovun yaradıcılığından bəhs edir. == Məzmun == Film bəstəkar Süleyman Ələsgərovun yaradıcılığından bəhs edir. Filmdə bəstəkarın özü çıxış edir və ölməz əsərlərindən hissələri ifa edir.
Faiq Nağıyev (bəstəkar)
Film bəstəkarı
Bəstəkar — musiqi əsərlərinin müəllifidir. Musiqini adətən musiqi nəzəriyyəsinə əsasən yazırlar. Bəstəkarın ifaçıdan fərqi ondadır ki, o musiqini bəstələyir, ifaçı isə onu ifa edir. Bəstələmə prosesinin nəticəsi kimi notlar şəklində yazılmış musiqi əldə edilir. Notların tərtibi əlyazma və ya qrafik (kompüter ilə) yerinə yetirilə bilər. Bəstəkarın bəstələdiyi musiqi əsəri ifaçılar (müğənnilər, çalğıçılar və ya elektron vasitələr) tərəfindən səsləndirilirlər.
Fortepiano bəstəkarlarının siyahısı
Aşağıda ən tanınmış fortepiano bəstəkarları yer alıblar. Siyahıda hansısa bəstəkarın adı buraxılmış ola bilər.
Hüseyn Abdullayev (bəstəkar)
Hüseyn Abdullayev (25 may 1967, Culfa) — Azərbaycan bəstəkarı, keçmiş deputat. == Həyatı == Hüseyn Abdullayev 1967-ci il may ayının 25-də Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində ziyalı ailəsində doğulub. Anası uşaq bağçasında, atası müxtəlif idarələrdə rəhbər vəzifələrdə çalışıb. Ailədə 3 uşaq olublar. İbtidai və orta təhsilini 38 saylı Culfa Şəhər Dəmir Yolu məktəbində alıb. Eyni zamanda Culfa şəhər Musiqi Məktəbində təhsil alıb və hərbi xidmətindən sonra həmin məktəbdə musiqi müəllimi və konsertmeystr vəzifəsində çalışıb. 1987-ci ildən daha çox sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb və xarici ölkələrlə geniş iqtisadi əlaqələri quraraq, bir çox uğurlu layihələrə imza atıb. Onun "Tural" kooperativinin nəzdində yaratdığı şirkətlər qrupu ölkə daxilində bir çoxları üçün nümunə olub. Hüseyn Abdullayev özü isə müstəqil Azərbaycan Respublikasının ilk azad sahibkarlarından biri kimi tanınıb. 1988–1991-ci illərdə ağır blokada şəraitində yaşayan Naxçıvan MR-ə kömək məqsədiylə yaradılmış "Naxçıvan MR-in İnkişaf və Müdafə Fondu” xətti ilə həyata keçirilən bütün tədbirlərin əsas sponsorlarından biri məhz Hüseyn Abdullayev olub.
Kamal Əhmədov (bəstəkar)
Kamal Əhmədov (5 avqust 1948, Naxçıvan) — bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2013), Azərbaycan Bəstəkarlar İttifaqı Naxçıvan Bəstəkarlar Təşkilatının məsul katibi, Prezident mükafatçısı, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin bəstəkarlıq kafedrasının müdiri. == Həyatı == Kamal Əhmədov 1948-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Tar ixtisası üzrə ibtidai musiqi təhsilini Naxçıvan şəhər uşaq musiqi məktəbində, orta musiqi təhsilini isə Bakı şəhərində A. Zeynallı adına Musiqi Texnikumunda almışdır. Texnikumda oxuduğu illərdə polifoniya, harmoniya, analiz və s. musiqi elmlərinə yiyələnmiş, dünya musiqisi ilə tanış olmuşdur. Muğam sənətinin sirlərini muğam bilicisi, ustad Əhməd Bakıxanovdan öyrənmişdir. Bu illərdə Kamal Rüstəm oğlunda bəstəkarlıq sənətinə maraq yaranmışdır. Piano üçün yazdığı kiçik pyes və prelüdlər onun ilk yaradıcılıq məhsuludur 1973-cü ildə A. Zeynallı adına musiqi texnikumunun xalq çalğı şöbəsinin tar sinfini bitirmiş, işləmək üçün təyinatını Ordubad musiqi məktəbinə almışdır. K. Rüstəm oğlu musiqi məktəbində Xalq Çalğı Alətləri Orkestri təşkil etmişdir. Ordubadda ilk Xalq Çalğı Alətləri Orkestri sayılan bu kollektivin konsertləri dəfələrlə Naxçıvan televiziyası ile göstərilmiş, bir çox konsert salonlarında nümunəvi çıxışları olmuşdur.
Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2011)
== Məzmun == Film Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadədən bəhs edir. Filmin çəkilişləri M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, Üzeyir Hacıbəyovun ev muzeyində, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində və İçərişəhər Dövlət Qoruğunda aparılmışdır. Filmdə Azərbaycan Respublikası Dövlət kino-foto sənədləri arxivindən və Xəyyam Mirzəzadənin şəxsi arxivindən istifadə edilmişdir. Filmdə sözləri Bəxtiyar Vahabzadənin olan "Ötən günlər" mahnısı Oqtay Ağayevin ifasında səslənir. Ramiz Rövşənin "Tək əl" şeiri müəllifin öz ifasında səslənir.
Müslüm Maqomayev (bəstəkar)
Əbdülmüslüm Məhəmməd oğlu Maqomayev (6 (18) sentyabr 1885, Qroznı – 28 iyul 1937, Nalçik) — Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim, Azərbaycan klassik musiqisinin təsisçilərindən biri, Azərbaycan musiqisində Avropa stilində ilk operanın müəllifi ("Nərgiz", 1935), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1936). Azərbaycan Dövlət Akademik Filarmoniyası Müslüm Maqomayev adını daşıyır. Müğənni Müslüm Maqomayevin babasıdır. Uşaqlıq illərindən musiqi ilə maraqlanırdı, məktəb illərində musiqi dərnəklərində iştirak edirdi, Zaqafqaziya Müəllimlər Seminarıyanın orkestrində ifa edirdi. Zaqafqaziya Müəllimlər Seminarıyada Üzeyir Hacıbəyov ilə tanış olub və ömür boyu yaxın dostluq edirdi. Semineriyanı bitirdikdən sonra əvvəl Şimali Qafqazda sonralar isə Azərbaycanda müəllim işləyirdi. Əbdulmüslim Maqomayev Bakıda tədris edərkən Üzeyir Hacıbəyovun rəhbərliyi altında olan Müsəlman opera truppası ilə ilk olaraq musiqiçi, sonra — dirijor və teatrın rəhbəri kimi əməkdaşlıq etməyə başladı. Daha sonra Azərbaycan SSR Xalq Təhsili Komissarlığında məsul vəzifələrdə çalışırdı. İki operanı — "Şah İsmayıl" və "Nərgiz" yazmışdır. "Nərgiz" operası Sovet mövzusunda ilk Azərbaycan operasıdır.
Məmməd Quliyev (bəstəkar)
Məmməd Quliyev — bəstəkar, əməkdar incəsənət xadimi, pedaqoq, ictimai musiqi xadimi. == Həyatı == Məmməd Mehdi oğlu Quliyev 1936-cı il fevralın 9-da Azərbaycanın Göyçay rayonunda anadan olmuşdur. 1958-ci ildə Bakı Musiqi Texnikumunu tar sinfi üzrə (R. Məmmədbəyli) və kompozisiya sinfi üzrə (M. Əhmədov) müvəffəqiyyətlə bitirərək, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına — Qara Qarayevin sinfinə daxil olmuş və 1963-cü ildə təhsilini uğurla başa vurmuşdur. Onun diplom işi kimi təqdim etdiyi ilk iri həcmli əsəri — I simfoniyası Dövlət imtahan komissiyası tərəfindən yüksək qiymətləndirilmiş və bəstəkarın simfonik musiqi sahəsindəki gələcək nailiyyətlərini müəyyənləşdirmişdir. 60-cı illərdə yaradıcılıq yoluna qədəm qoyan bəstəkarın maraqlı, orijinal və yüksək bədiiliyi ilə seçilən əsərləri nəinki Azərbaycanda, habelə onun hüdudlarından kənarda musiqi ictimaiyyətinin diqqətini cəlb etmişdir. Sonralar Məmməd Quliyevin əsərləri Ümumittifaq müsabiqələrində, festival, qurultay və plenumlarda, həmçin ABŞ, Fransa, Almaniya, İtaliya, Avstriya, Çexiya, Slovakiya, Polşa, Finlandiya, Türkiyə, İraq, Misir, Kuveyt, Çin, Yaponiya və digər ölkələrdə uğurla səslənmiş, Azərbaycan musiqisini təmsil etmişdir. Məmməd Quliyev çoxşaxəli yaradıcılıq fəaliyyətini müəllimlik fəaliyyəti ilə üzvü şəkildə uzlaşdıraraq, uzun illər (1960-cı ildən ömrünün sonuna qədər) Asəf Zeynallı adına Bakı Musiqi Kollecində pedaqoji fəaliyyətlə məşğul olmuş və gənc musiqiçi nəslinin yetişməsində əlindən gələni əsirgəməmişdir. İctimai musiqi xadimi kimi Məmməd Quliyev 1966-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, onun İdarə Heyətinin üzvü, habelə "Simfonik musiqi bölməsi"nin və "Kamera müsiqisi bölməsi"nin fəal üzvlərindən biri olmuşdur. Dəfələrlə SSRİ Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü seçilmişdir. Məmməd Quliyev milli operanın janr çərçivəsini genişləndirmiş, Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" adlı povesti əsasında yazdığı Aldanmış ulduzlar operası Azərbaycanda ilk və hələlik yeganə opera-satira nümunəsi yaratmış, Ələkbər Salahzadənin sözlərinə bəstələdiyi vokal səhnəciklərdə ilk dəfə musiqimizə qrotesk səciyyəli obrazlar gətirmiş, ilk dəfə qeyri-adi heyətlər, məsələn, qoboy və bas-klarnet, fleyta-pikkolo və kontrabas üçün sonatalar yazmış, Fikrət Qoca ilə bahəm yaratdığı 3-cü simfoniyasında isə ilk dəfə partituraya solo vokal (xalq müğənnisi) partiyası və xor daxil etmişdir.
Məmməd Ələkbərov (bəstəkar)
Məmməd Ələkbərov (tam adı:Ələkbərov Məmməd Həsənoğlu; 1925, Naxçıvan) - bəstəkar. == Həyatı == Ələkbərov Məmməd Həsənoğlu 1925-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. === Təhsili === 1947-1951-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində kamança ixtisası üzrə təhsil almışdır. == Fəaliyyəti == === Əmək və yaradıcılıq fəaliyyəti === Müxtəlif illərdə Naxçıvan Muxtar Respublikası Radio Verilişləri Komitəsində kamera musiqisi ansamblının rəhbəri, "Araz" Dövlət Mahnı və Rəqs Ansamblının ilk bədii rəhbəri və direktoru, Uşaq musiqi məktəbinin direktoru, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqi Dram Teatrının musiqi rəhbəri,Azərbaycan Bəstəkarlar İttifaqın Naxçıvan şöbəsinin məsul katibi işləmişdir. Məmməd Ələkbərov bir sıra teatr tamaşasına musiqi tərtibatı vermişdir. Lirik mahnıların,skripka ilə fortepiano üçün pyeslərin, marş,süita,rəqs və s. əsərlərin müəllifidir.Yallıların və xalq mahnılarının nota salınmasında fəaliyyət göstərmişdir. "Naxçıvan təranələri" (1974) not məcmuəsinin tərtibatçısıdər. == Təltif və mükafatları == Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Naxçıvan Muxtar Respublikasının incəsənət xadimi == Ədəbiyyat == Quliyev N.,Naxçıvan musiqi mədəniyyəti tarixindən,Bakı,1999 == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı.
Məmmədağa Dadaşov (bəstəkar)
Məmmədağa Dadaşov — Bəstəkar, səs rejissoru. == Həyatı == 1951-ci il yanvarın 5-də anadan olub. == Əsərləri == Skripka və piano üçün 2 Pyes (1991); Nəfəsli orkestr üçün "Marş" (1992); Piano üçün 6 Prelüd (1998). B. Vahabzadə, N. Xəzri, M. Rahim, İ. Dadaşov, O. Şamilin söz. 14 Mahnı (1990–2001).
Rafiq Babayev (bəstəkar)
Rafiq Babayev (31 mart 1936, Bakı – 19 mart 1994, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (1993). 19 mart 1994-cü ildə Bakı metropolitenində Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil edilmiş terror hadisəsi zamanı həlak olub. == Həyatı == Rafiq Babayev 1936-cı il martın 31-də Bakı şəhərində partiya orqanlarında işləmiş Fərzi Babayevin ailəsində anadan olmuşdur. 1937-ci ildə XDİK (Xalq Daxili İşlər Komissarlığı) həbsxanasına salınmış Fərzi Babayev güllələnmə cəzasına məhkum edilmişdir (1956-cı ildə o, bəraət qazanaraq azadlığa buraxılır). Rafiqin anası Şahbəyim xanım 6 övladını – Mərziyə, Vəsilə, Emilya, Oqtay, Rafiq, Armanusa-nı hədsiz çətin şəraitdə tərbiyə etməyə məcbur olur. Sonradan bu uşaqların hamısı peşəkar musiqiçi kimi tanınmışdır. 1943-cü ildə 160 nömrəli musiqi məktəbinə daxil olan Rafiq ilk caz kvartetini də məhz bu məktəbdə yaradır. 1950-ci ildə həmin məktəbi bitərək, A. Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olur, R. S. Levinanın sinfində təhsil alır. Bu məktəbdə təhsil almaqla yanaşı, Xalq Çalğı Alətləri Ansamblının musiqi rəhbəri vəzifəsində işləyir. O, caz musiqisi ilə də maraqlanır və improvizasiya ustalığını təkmilləşdirirdi.

Digər lüğətlərdə