BƏYLƏRBƏYİ

сущ. ист. беглербег (виликра Иранда ва Азербайжанда вилаятдин гьаким).
BƏYİRTMƏK
BƏYLİK
OBASTAN VİKİ
Bəylərbəyi
Bəylərbəyi — Səfəvilər dövründə əyaləti idarə edən qubernator. == Etimologiya == Fars dilinə keçmiş azərbaycanizmdir. == Tarixi == V. Minorski güman edir ki, bəylərbəyilik I Şah Abbas Səfəvinin hakimiyyəti dövründə meydana gəlmişdir. Onun fikrincə, həmin vaxta qədər Səfəvilər dövlətini hakimlər idarə etmişlər, halbuki bu termin və institut qabaqkı dövrlərdən mövcud idi. Azərbaycan bu dövlətin tərkibində Cənubi Azərbaycan (paytaxtı Təbriz), Qarabağ (paytaxtı Gəncə), Şirvan (paytaxtı Şamaxı) və Çuxursəəd (paytaxtı İrəvan). Əyalətlərə mərkəzdən, şah tərəfindən təyin olunan bəylərbəyi başçılıq edirdi. Bəylərbəyilərin əsasən xan titulu olurdu. Əyalətlər vilayətlərə bölünürdü. Azərbaycan əyalətinin tərkibində Qaradağ, Ərdəbil, Urmiya və başqa vilayətlər vardı. Vilayətlərə hakimlər rəhbərlik edirdilər.
Bəylərbəyi Sarayı
Bəylərbəyi sarayı — İstanbulun Üsküdar rayonunda 1861–1865-ci illərdə inşa olunan Osmanlı sarayı. Üsküdar rayonunun Bəylərbəyi səmtində yerləşən saray dövrün Osmanlı padşahı Sultan Əbdüləzizin sifarişi ilə, erməni əsilli baş memar Sarkis Balyan tərəfindən inşa olunmuşdur. Yay sarayı və əcnəbi dövlət adamlarının qonaq edilməsi məqsədilə hazırlanan sarayın inşaat prosesi 6 avqust 1863-cü ildə başlamış, açılış mərasimi isə 21 aprel 1865-ci ildə cümə salamlığının ardından Sultan Əbdüləzizin iştirakı ilə baş tutmuşdur. O illərdə sarayın inşaat xərcləri təqribən 500 min Osmanlı lirəsi olaraq hesablanmışdır. == Ərazisi == Sarayın yerləşdiyi ərazinin tarixi Bizans dövrünə qədər gedib çıxır. Belə ki, Bizans imperatoru II Konstansi burada böyük bir xaç heykəli inşa etdirmiş, bu səbəblə bölgə Bizans dövründə stavroz (yunanca xaç deməkdir) bağçaları olaraq adlanmışdır. XVII əsr erməni səyyahı və tarixçisi Eremya Çələbiyə görə, vaxtilə bu ərazidə Bizans dövründən qalma bir kilsə və pravoslav ziyarətgahı var idi və bu məkanlar XVII əsrin əvvəllərinə qədər ayaqda qalmışdı. Osmanlı dövründə isə ərazi padşahların xas bağçalarından biri olaraq istifadə edilmiş, II Səlim dövrünün bəylərbəylərindən Mehmed Paşanın burada köşk inşa etməsinin ardından ərazi Bəylərbəyi olaraq anılmağa başlanmışdır. Ərazidə Osmanlı dövrünə aid ilk tikili yenə II Səlimin qızlarından Gövhərxan Sultanın sarayı idi. Saray uzun müddət ayaqda qalmış, hətta Osmanlı padşahlarından IV Murad məhz bu sarayda dünyaya gəlmişdir.
Bəylərbəyi hadisəsi
Bəylərbəyi hadisəsi (Türkcə: Beylerbeyi Vak‘ası) — 2 aprel 1589-cu ildə maliyyə vəziyyətinin pis olması səbəbilə başlayan yeniçəri üsyanı. Osmanlı tarixində yeniçərilərin kəllə istədikləri ilk üsyandır. == Üsyanın gedişi == Səfəvilərlə gedən müharibələr səngimiş və sülh danışıqları başlamışdı. İllərdir davam edən müharibə səbəbilə dövlət xəzinəsi boşalmış, bu səbəblə əsgərlərin maaşı gecikmişdi. Əsgərlərə ülufə divanında aşağı əyarlı sikkələrin verilməsi isə vəziyyətin nə dərəcədə çıxılmaz olduğunu göstərir. Ancaq saraydan əhaliyə sızan bu xəbər yeniçəriləri qəzəbləndirdi. Bütün dövlət xadimləri divan məclisində ikən, yeniçərilər saraya doluşdu. Aşağı əyarlı sikkələrin həqiqi qızılla dəyişdirilməsini və bu işin baş təqsirkarı olaraq gördükləri Rumeli bəylərbəyi Mehmed Paşanın və baş dəftərdar Mahmud Əfəndinin kəllələrini istədilər. Tələb olunan dövlət adamlarını təslim aldıqdan sonra onları divanxana qapısında qətlə yetirən yeniçərilər sakitləşdi və dağıldılar.
Bican bəy (bəylərbəyi)
Bican bəy (Bezhan, Bizhan) — gürcü mənşəli Səfəvi məmuru və qulam. Şah Süleyman Səfəvi (1666–1694) dövründə Təbriz bəylərbəyliyinin qubernatoru vəzifəsini daşımışdır. Bican Saakadze nəslinin bir fərdi olan keçmiş sepahsalar ( baş komandan) Rüstəm xan Sipəhsaların (1588 - 1 mart 1643) oğlu və sonrakı sepahsalar və divanbəyinin (kansler, baş ədliyyə) Rüstəm xanın əmisi idi. Bican bəy babasının adını daşıyırdı. Qardaşı Səfiqulu xan (vəfatı 1679-cu il) Səfəvi sıralarında da nüfuzlu vəzifələr tuturdu. İtalyan səyyahı Qemelli Karerinin sözlərinə görə Bicanın ailəsi həmişə şahın sevimlilərindən biri olmasına baxmayaraq, Bicanın özü baş vəzir Şeyxəli xan Zəngənəin (1669-1689) hakimiyyəti dövründə "rüsvayçılığa" məruz qalmışdı. Şeyxəli xan onu "dəli" və "sərxoş" olduğunu iddia edərək Şah Süleymanı "şübhəli" etdi. Kareri əlavə edir ki, yalnız güclü qardaşı oğlu Rüstəm xanın vasitəçiliyi ilə şah nəhayət ağlı başında olduğuna əmin ola bildi. == İstinadlar == == Mənbələr == Maeda, Hirotake. "On the Ethno-Social Background of Four Gholām Families from Georgia in Safavid Iran".
Səfəvilərin Təbriz bəylərbəyilərinin siyahısı
Təbriz bəylərbəyilərinin siyahısı ― Səfəvilər dövlətinin inzibati-ərazi vahidlərindən biri olan Təbriz bəylərbəyliyində müəyyən statusla hökm sürmüş əsas səlahiyyətli şəxslərin siyahısı. "Təbriz bəylərbəyliyi" adlanan inzibati vahid XVI əsrin əvvəllərində formalaşdırılmışdır. Geosiyasi cəhətdən olduqca strateji əhəmiyyətə malik region qərbdən Osmanlı impersiyası, şimaldan Çuxursəəd, Qarabağ və Şirvan bəylərbəylikləri ilə, cənubdan və şərqdən isə bir sıra İran əyalətləri ilə həmsərhəd idi. Bununla yanaşı, iqtisadi həyatın canlı, ictimai proseslərin də olduqca dinamik olduğu Təbriz bəylərbəyliyi Səfəvi dövlətinin mərkəzi idarəetmə strukturunun daim diqqət mərkəzində olmuşdur. Yerli icra orqanı kimi inzibati və kargüzarlıq işlərinin aparılması, habelə müdafiə məsələlərinin təşkili çərçivəsində idarəetmə Səfəvi hökmdarları tərəfindən "bəylərbəyi" xüsusi statusu altında fəaliyyət göstərən imtiyazlı şəxslərə həvalə olunmuşdur.
Təbriz bəylərbəyilərinin siyahısı (Səfəvilər dövrü)
Təbriz bəylərbəyilərinin siyahısı ― Səfəvilər dövlətinin inzibati-ərazi vahidlərindən biri olan Təbriz bəylərbəyliyində müəyyən statusla hökm sürmüş əsas səlahiyyətli şəxslərin siyahısı. "Təbriz bəylərbəyliyi" adlanan inzibati vahid XVI əsrin əvvəllərində formalaşdırılmışdır. Geosiyasi cəhətdən olduqca strateji əhəmiyyətə malik region qərbdən Osmanlı impersiyası, şimaldan Çuxursəəd, Qarabağ və Şirvan bəylərbəylikləri ilə, cənubdan və şərqdən isə bir sıra İran əyalətləri ilə həmsərhəd idi. Bununla yanaşı, iqtisadi həyatın canlı, ictimai proseslərin də olduqca dinamik olduğu Təbriz bəylərbəyliyi Səfəvi dövlətinin mərkəzi idarəetmə strukturunun daim diqqət mərkəzində olmuşdur. Yerli icra orqanı kimi inzibati və kargüzarlıq işlərinin aparılması, habelə müdafiə məsələlərinin təşkili çərçivəsində idarəetmə Səfəvi hökmdarları tərəfindən "bəylərbəyi" xüsusi statusu altında fəaliyyət göstərən imtiyazlı şəxslərə həvalə olunmuşdur.
Çuxursəəd bəylərbəyilərinin siyahısı
Çuxursəəd bəylərbəyiliyində hakim olmuş Səfəvi hakimlərinin siyahısı nəzərdə tutulur. Floor, Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers. 2001. ISBN 978-1568591353. Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. 1–337.
Şirvan bəylərbəyilərinin siyahısı (Səfəvilər dövrü)
Şirvan bəylərbəyilərinin siyahısı ―Səfəvilər dövlətinin inzibati-ərazi vahidlərindən biri olan Şirvan bəylərbəyliyində müəyyən statusla hökm sürmüş əsas səlahiyyətli şəxslərin siyahısı. Səvəfi hökmdarı I Tәhmasib 1538-ci ildә Şirvanşahlar dövlәtinin varlığına son qoyduqdan sonra inzibati idarəetməni təmin etmək məqsədilə Şirvan bəylərbəyliyinin əsasını qoydu. Şirvanın geosiyasi və geoiqtisadi əhəmiyyətinə görə yerli icra orqanı kimi inzibati və kargüzarlıq işlərinin aparılması, habelə müdafiə məsələlərinin təşkili çərçivəsində idarəetmə Səfəvi hökmdarları tərəfindən "bəylərbəyi" xüsusi statusu altında fəaliyyət göstərən imtiyazlı şəxslərə həvalə olunmuşdur. Sözügedən vahidin ilk rəhbəri, yəni "bəylərbəyi" adlanan statusa malik ilk idarəçisi I Təhmasibin qardaşı Əlqas Mirzə olmuşdur. Bütövlükdə, Şirvan bəylərbəyliyinin hüdudları daxilində tәsәrrüfat hәyatı, ticarәt vә sәnәtkarlıq dinamik inkişaf etmiş və bu baxımdan da mərkəzi hakimiyyətin daima diqqət mərkəzində olmuşdur.

Значение слова в других словарях