BƏZZAZ

is. [ ər. ] köhn. Parça, arşınmalı satan tacir. Bəzzaz malı (parça, arşınmalı). Bəzzaz dükanı.
– İki il bundan qabaq bu adam bəzzaz Hacı Əlinin dükanından iki top çit oğurlamışdı. C.Məmmədquluzadə.
Sıra ilə düzülmüş bəzzaz və əttar dükanlarının qabağında ərizə yazan mirzələr işsizlikdən mürgüləyirdi. S.Rəhman.

Синонимы

  • BƏZZAZ bəzzaz bax tacir, parçaçı

Этимология

  • BƏZZAZ Ərəbcədir, bez (ağ) sözündəndir, “bez satan” mənasını verir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
BƏZR
BƏZZAZİYYƏ
OBASTAN VİKİ
Bəzzazlıq
Bəzzazlıq — Azərbaycanda pambıq parça (bez, secim və s.) toxuculuğu ilə bağlı ənənəvi sənət növü == Haqqında == Bez istehsalı əsas yer tutduğundan belə adlanmışdır. Naxçıvan əyalətinin statistik təsviri (SPb, 1833) əsərindən məlum olur ki, XIX əsrin 30-cu illərində Naxçıvan və Ordubadda 271 nəfər toxucu işləyird; bunların da çoxu bəzzazlardan ibarət idi. Bax həmçinin Cülfaçılıq == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 68. ISBN 5-8066-1468-9.

Значение слова в других словарях