Fəqirə aid olan föhşü, cövrü, zülmü, cəfanı; Böyükdə, zorbada, bəylərdə, xanda görməli imiş.
Nola qəlbim, anam kimi ananın; Hər cövrünə, hər nazına dayana.
□ Cövr eləmək (etmək) klas. – incitmək, əzab vermək, əziyyət vermək, cəfa vermək, üzüntü vermək.
Yar cövr etməz mana əğyar təlim etmədən; Billah, əğyar eyləyən ehsanı yar etməz mana.
Səndən savayə cövr eləməz yar, ey könül; Netdin ki, sən bu lütfə səzavar olmusan?
Ol qədr cövr et mənə, ah etmək imkan olmasın!
Cövrünü çəkmək – hər əzabına dözmək, hər dərdinə, əziyyətinə qatlaşmaq.
[Qurbani:] Bir gör fələkin dövrünü; Mən çəkmişəm çox cövrünü… “ ”.
[Məşədi Cahangir:] Sənin cövrünü hər yerdə lələşin çəkib, çəkəcək!