Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Başad
Başad və ya Başat — öndə gələn, öndə bulunan, sevilən mənasındadır. Bu termin XI əsrdə Mahmud Qaşqarlı tərəfindən yazılmış "Divanü Lüğat-it-Türk" əsərində qeyd edilmişdir. Bu sözün açılımı, bənzərləri arasında güc və önəm baxımından başda gedən, hakim, dominant, üstün mənasını daşıyır. Dünya Alpaqut Federasiyasının Prezidenti Başad rütbəsini daşıyır.
Nahad Əliyev
Nahad Əliyev - 1966-1993-cü illərdə Azərbaycan Sovet Ensiklopediyasında məsul katib və Universal ensiklopediyalar üzrə baş redaktor vəzifəsində çalışıb.1994cü ildən “Azərbaycan” nəşriyyatının baş redaktoru. == Həyatı == Əliyev Nahad Məmməd Bağır oğlu - 1942-ci il noyabr ayının 15-də Bakı şəhərində anadan olub. 1959-cu ildə orta məktəbi bitirib, Azərbaycan Dövlət Universitetin geoloji-coğrafiya fakültəsinə daxil olub, 1964-cü ildə bitirib. Həmin ilin dekabrında təyinatla Xaçmaz rayonunun Qusarçay orta məktəbində müəllimlik edib. 1966-cı ilin yanvar- may aylarında Hidromeliorasiya institutunda kiçik elmi işçi, həmin ilin avqustundan isə Azərbaycan Sovet Ensiklopediyasında kiçik redaktor işləyib. 1966-cı ilin noyabrından 1967-ci ilin dekabrınadək ordu sıralarında xidmət edib. Tərxis olunduqdan sonra, 1968-ci ilin yanvarından yenidən Azərbaycan Sovet Ensiklopediyaya işə qəbul olunaraq redaktor ,”Qeoloqiya və coğrafiya ”şöbəsinin elmi redaktoru, böyük elmi redaktor,“İllüstrasiya və kartoqrafiya” redaksiyasının müdiri, məsul katib, Universal ensiklopediyalar üzrə baş redaktor vəzifəsində çalışıb. 1993-cü ilin may ayından Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Öyrətmən” nəşriyyatında redaksiya müdiri, 1994-cü ildən “Azərbaycan” nəşriyyatının baş redaktoru olub. 1965-ci ildə görkəmli şair Rəsul Rzanın baş redaktorluğu ilə Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası yaradılıb. R.Rzanın baş redaktorluğu dövründə işıq üzü görən "Yaşıl ensiklopediya" (1970 il) böyük mübahisə doğurduğundan, qısa zaman ərzində ləğv olunub.
Noşad Alamiyan
Noşad Alamiyan (21 noyabr 1991) — İranı təmsil edən stolüstü tennisçi. == Karyerası == Noşad Alamiyan İranı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Noşad Alamiyan İranı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Naşa Dni (qəzet)
Naşa Dni — Liberal məsləkli gündəlik qəzet. 1904-cü il dekabrın 18-dən (31-dən) 1905-ci il fevralın 5-dək (18-dək) Peterburqda nəşr edilmişdir; 1905-ci il dekabrın 7-də (20-də) qəzetin nəşri davam etdirilmiş, lakin ikicə nömrəsi çıxmışdır. == Mənbə == V.İ.Lenin, "Demokratik inqilabda sosial-demokratiyanın iki taktikası", Bakı, "Azərnəşr", 1969, səh. 147.
Naşa Jizn (qəzet)
Naşa Jizn — Liberal məsləkli gündəlik qəzet. 1904-cü il noyabrın 6-dan (19-dan) 1906-cı il iyulun 11-dək (24-dək) fasilələrlə Peterburqda çıxmışdır. == Mənbə == V.İ.Lenin, "Demokratik inqilabda sosial-demokratiyanın iki taktikası", Bakı, "Azərnəşr", 1969, səh. 147.
Naşan vadisi uğrunda döyüş
Naşan vadisi uğrunda döyüş — 23 noyabr–2 dekabr 1952-ci il tarixlərində, Hind-Çin müharibəsi zamanı Vyetnamın şimalındakı Şonla vilayətində yerləşən Naşan vadisi regionunda Fransa qoşunları ilə Vyetmin arasında baş vermiş silahlı toqquşma. 1952-ci ilin oktyabr ayının ortalarında general Vo Nquyen Zyapın komandanlığı altında Vyetmin qoşunları cənuba doğru kütləvi hücuma keçmişdir. Fransa qüvvələrinin Hind-Çindəki baş komandanı, general Raul Salan Vyetnamdakı hücumu dəf etmək üçün Naşan vadisini gücləndirmək əmri vermiş, həmçinin, şimalda, Da çayı boyunca yerləşən qoşunları təxliyə etmək qərarına gəlmişdir. Orada mövcud olan kiçik hərbi post, uçuş zolağı ilə birlikdə, tikanlı məftillərlə səngərlərlə bir-birinə bağlanan çoxlu ayrı-ayrı qalalarla əhatə olunmuşdu. Naşan vadisində yerləşən qoşunlara komandanlıq general Jan Jilə tapşırılmışdır. Noyabrın əvvəlində fransızlar Xonqxa və Da çayları arasında hücuma keçmişdir. Bu, general Vonun irəliləməsini gecikdirmişdir. Noyabrın 23-də Naşan yaxınlığında Vyetmin dəstələri ilə ilk toqquşma baş tutmuşdur. Sonrakı günlərdə Vyetnam qoşunları müxtəlif istiqamətlərdən dəfələrlə hücuma keçmişdir. 1–2 dekabr tarixlərində ümumi hücum baş tutmuşdur, lakin uğursuzluqla başa çatmışdır.
Fasad
Fasad (fr. façade — üz, sifət) — bina və ya tikilinin ön, xarici tərəfi. Fasad metal çərçivədən və üzərinə çəkilmiş banner torundan ibarət irimiqyaslı konstruksiyadır. Baş fasad, yan fasadlar, küçə fasadları, həyət fasadı və s. fasadlar var. Fasadların mütənasibliyi, detalları və bəzəkləri adətən binanın təyinatı, üslub, fəza və konstruktiv həlli ilə şərtlənir. Müasir memarlıqda, xüsusilə kütləvi sənaye tikilisində geniş fəza ilə əhatə olunan binaların bütün fasadları eyni dərəcədə əhəmiyyətlidir. Fasadlar estetik göz oxşaması ilə yanaşı binanın təyinatını da diktə etməlidir.
NASA
NASA (ing. National Aeronautics and Space Administration; "Milli Aeronavtika və Kosmos İdarəsi") — ABŞ-nin mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyi. NASA 1958-ci ilin fevralında yaradılmış Aeronavtika üzrə Milli Məşvərət Komitəsinin (NACA) xələfidir. NASA-nın 2006-cı ilin fevral ayında qəbul edilmiş missiyası "Kosmik tədqiqadlarda və elmi kəşflərdə aparıcı rol oynamaq"dır. NASA-nın həyata keçirdiyi elmi tədqiqatlar əsasən Yer Müşahidə Sistemi vasitəsi ilə Yer planetini daha yaxşı tədqiq etmək, heliofizika və astrofizika elmlərini daha dərindən öyrənmək və avtomatlaşdırılmış sistemlər vasitəsilə Günəş sisteminə daxil olan fəza cisimlərini kəşf etmək işlərini əhatə edir. NASA-nın 18 min nəfər əməkdaşı vardır və agentlik əldə etdiyi məlumatları tez-tez başqa ölkədaxili və beynəlxalq təşkilatlarla paylaşır. == Tarixi == 1957-ci oktyabrın 4-də SSRİ-nin dünyada ilk süni peyki kosmosa buraxması ABŞ-ni özünün yenicə başlanmış kosmik proqramını sürətlədirməyə vadar etdi. ABŞ Konqresi SSRİ-nin bu addımını ölkənin milli təhlükəsizliyinə doğru yönəlmiş təhdid kimi dəyərləndirdi və təcili fəaliyyətə keçmək üçün xəbərdarlıq etdi. 7 ay davam edən müzakirələr nəticəsində yeni kosmik agentliyin yaradılması haqda razılığa gəlindi. Bu agentliyin yaradılması üçün xüsusi komissiya NASA yaradıldı.
Asad Qayser
Asad Qayser (urdu اسد قیصر;15 noyabr 1969) — Pakistanlı siyasətçi, 2018-ci ilin avqust ayından milli məclisin sədri.Vəzifədən əvvəl o, Milli Assambleyanın üzvü idi. == Həyatı == Qayser 15 Noyabr 1969-cu ildə Pakistanın Suvabi rayonunda anadan olmuşdur. (Pakistan qəzetlərinin birində yazılanlara görə o, 15 noyabr 1968-ci ildə Marquzda anadan olmuşdur.) İlk təhsilini Marquzdakı Hökumət ali orta məktəbindən almışdır. Daha sonra Peşəvər Universitetini bitirib, incəsənət bakalavr dərəcəsi almışdır.1995-ci ildə məzun olduqdan sonra Pakistanın Camaat-e-İslaminin bir hissəsi olan Pasbanın bölgü prezidenti oldu.
Umm-an-Nasan
Umm-an-Nasan adası (ərəb. جزيرة المحرق‎) — Bəhreyn dövlətinin sahəsinə görə dördüncü ən böyük adası. İnzibati cəhətdən Şimal inzibati vahidliyə daxildir. == Coğrafiyası == Umm-an-Nasan bir səhralıqdan ibarət olan adadır. Əsas adadan 2,5 km şimal-qərbdə yerləşir. Səudiyyə Ərəbistanının Əl-Hubar şəhəri ilə arasında məsafə 16,5 km-dir. Ada özü düzbucaqlı formasına malikdir. Şimaldan cənuba 5,5 km, şərqdən qərbə 4 km məsafədə uzanır. Sahəsi 20 km², sahil xətdinin uzunluğu 19 km, maksimal hündürlüyü isə 3 metrdir. 2010-cu il məlumatına görə adada 10 nəfər yaşayırdı.
Anabad
Anabad (Ordubad)
Anqad
Anqad (31 mart 1504 – 28 mart 1552, Amritsar) — Siqhlərin ikinci qurusudur. (31 mart 1504-28 mart 1552) Quru Nanakın tələbəsi olmuşdur. Qurmuhi əlifba sının yaradıcısıdır.
Anşan
Anşan – Çinin şimal-şərqində, Lyaonin əyalətində şəhər. == Ümumi məlumat == Əhalisi 1,2 mln., aqlomerasiyada – 3,44 mln. (2005). Şərqi Mancuriya dağlarının ətəklərində, Anşan çayı sahilindədir. Nəqliyyat qovşağı. 1911-ci ilədək kiçik kənd olmuş Anşan yaxınlığındakı dəmir filizi yatağının istismarı ilə əlaqədar olaraq böyümüş və şəhər statusu almışdır. Mühüm ağır sənaye mərkəzlərindəndir. Ölkənin ən iri metallurgiya kombinatı Anşandadır. Maşınqayırma, kimya, sement, neft emalı sənayesi müəssisələri var.
Cavad
Cavad — Azərbaycanlı kişi adı. Cavad xan — Gəncə xanlığının sonuncu hökmdarı.
Damad
Mir Damad (1561, Qorqan – 1631) — İran filosofu, ilahiyyatçısı, avitsinenin neoplatonik İslam peripatetik fəlsəfəsinin nümayəndəsi. O, həmçinin İslam elmləri sahəsində alim və baş xadimi olmuşdur. Metavemik yaranma nəzəriyyəsinin müəllifidir. O, İsfahan məktəbinin əsas qurucularından biri idi. == Həyatı == Onun İslam fəlsəfəsinə əsas töhfəsi zamanın dərəcələrinə və zamanın ayrı-ayrı kateqoriyalarının ilahi təcəssüm kimi emanasiyasına dair yeni ifadəsidir. O, Avicenna və Suhravardi kateqoriyalarına əsaslanan bir izahat kimi xudus-e-dahri ("əbədi gələn") anlayışını təklif edərək, vaxt ərzində dünyanın yaradılması və ya yaradılmamasına dair mübahisəni həll etdi, Bir sözlə, o, yer və bütün göy cisimləri də daxil olmaqla, Allah istisna olmaqla, hər şeyin əbədi və müvəqqəti mənşəli olduğunu iddia etdi.
Elşad
Elşad — kişi adı. Elşad Abbaszadə — Kiçik çavuş. Şəhid. Elşad Bayramov — Şəhid.Elşad MəmmədovElşad Məmmədov (icra başçısı) — Naxçıvan Muxtar Respublikası Ordubad rayonu İcra hakimiyyətinin başçısı. Elşad Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı.Elşad Mirbəşir — Siyasi elmlər namizədi Elşad Tahirov — Azərbaycan futbolçusu Elşad Şabanov — Elşad Ələsgərov — Elşad Fərəcullayev Elşad QuliyevElşad Quliyev — Azərbaycan SSR elm və incəsənət xadimi. Elşad Quliyev (baş məşqçi) — keçmiş Azərbaycan futbolçusu, baş məşqçi. Elşad Quliyev (polkovnik-leytenant) — Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin şəhid polkovnik-leytenantı.
Hayad
Hayad — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Dovşanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Hayad kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Ayad variantında da qeydə alınmışdır. Keçmış adı Axmaxlı olmuşdur. Bu ad axmaxlı nəslinin adı ilə bağlı idi. Ayalılar isə elmi ədəbiyyatda tatarların tərkib hissəsi kimi göstərilir. Qubadlı rayonu ərazisində Ayadı Tağa adlı dağ qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir.
Kaşan
Kaşan — İranın İsfahan ostanının şəhərlərindən və Kaşan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 248,789 nəfər və 67,464 ailədən ibarət idi.
MAŞAV
MAŞAV - ibri dilində Beynəlxalq Əməkdaşlıq üzrə Mərkəz adının qısaltmasıdır. İsrail Xarici İşlər Nazırliyi çərçivəsində fəaliyyət göstərən bu proqram bir çox ölkələrin, eləcə də ABŞ, Böyük Britaniya, Avropa Birliyi ölkələri, Türkiyə və digərlərinin də həyata keçirdikləri beynəlxalq təcrübə mübadiləsi üzrə proqramlardan biridir. 1958-ci ildən fəaliyyətə başlayan bu proqram çərçivəsində indiyə qədər 140 ölkədən 200 mindən artıq şəxsin təcrübə keçdiyi məlumdur. Proqram üzrə təcrübə mübadiləsi İsrailin ayrı-ayrı elmi və akademik mərkəzləri ilə əməkdaşlıq çərçivəsində aparılır. Proqramın əsas fokus sahələri kənd təsərrüfatı, elm və texnologiya, idarəetmə və sahibkarlıq, təhsil kimi istiqamətlərdə İsrailin qabaqcıl təcrübəsini yaymaqdır. Eyni zamanda qısamüddətli pilot layihələri həyata keçirmək, kiçik biznes üzrə davamlı inkişafa nümunə olacaq layihələrə dəstəyi ehtiva edir. == Mənbə == MAŞAV NƏDİR?
İrşad
İrşad (qəzet)
NASA X-43
X-43A, NASA-nın hipersonik vasitə layihəsinin adıdır. Layihənin nümayiş və sınaq vasitəsi də eyni adla adlandırılmışdır. == Birbaşa kosmik səyahət == Scramjet, kosmosa birbaşa uçmaq üçün istifadə edilə bilən nəqliyyat vasitələrinə yol açan reaktiv mühərrik tipinin adıdır. Bu ad Supersonic Combustion Ramjet sözlərinin qısaldılmasından yaranmışdır. Yanacaq və hava qarışığının səsdən daha yüksək sürətlə hazırlana bildiyi bir ramjet tipidir. Adi ramjet mühərriklərində hava alma sürətinin səsdən aşağı sürətə endirilməsi tələb olunurdu. Havanın tez girmə və çıxma qabiliyyəti bu mühərriklərə çox yüksək sürət əldə etməyə imkan verir. Belə bir mühərriklə əldə edilə bilən təxmin edilən yuxarı sürət həddi təxminən 12-24 machdır (yəni səs sürətinin 12-24 qatı). Hələ də ABŞ Hərbi Hava Qüvvələrində olan SR-71 təyyarələri 3,2 Macha kimi sürətlənə bilir. 2004-cü ilin noyabr ayında NASA-nın yeni X-43A vasitəsi sürət rekordunu üç dəfə artıraraq 9.6 Mach (saatda 7 min mil/saat) (11.000 km/saat) sürətinə çatdırdı.
Nabat
Nabat-Meyvə şirəsilə qənd qarışığından hazırlanan şəffaf kristalik şirni növü.
Nacax
Nacax (Nacax(nacağ,najax) -Azərbaycan; Nacak-Türkiyə;)- kiçik balta, döyüş baltası, balta, başında kəskin metal başlığı olan ağacla saplanmış kəsici-əzici əmək aləti. Quba rayonunun kəndlərində, Culfa, Kürdəmir, Mingəçevir, Ordubad, Şahbuz rayonlarında geniş istifadə olunan original termin.
Nadar
Nadar (fr. Nadar, əsl adı Qaspar Feliks Turnaşon, fr. Gaspard-Félix Tournachon; 6 aprel 1820 – 21 mart 1910) — məşhur fransız fotoqrafı, karikaturaçısı və hava səyyahı.
Nahar
Nahar — günorta yeməyi. Nahar (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Nahar (Mazandaran) — Mazandaranda kənd.
Najak
Najak (fr. və oks. Najac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12167. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 85 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 752 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Najar
Najar (rus. Начарово, başq. Нажар) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 268 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 26 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 93 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (99%) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Raif Kadim oğlu Əmirov (rus. Амиров Раиф Кадимович, başq. Әмиров Рәиф Ҡәҙим улы, d.
Namaz
Namaz (ərəb. صلاة‎) — İslam dininin sütunlarından biridir. Həmçinin İslamın 5 şərtindən 2-cisidir. Qurani-Kərimdə buyurulur: "(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər." Buradan aydın olur ki, insanların günah işlərdən uzaqlaşması bilavasitə onun qıldığı namazdan asılıdır. Peyğəmbərimiz buyurmuşdur ki, ilk namazı qılan insan yaxşı olar ki, ilk dəfə məsciddə itaət etsin. Bu həm onun gündəlik qılma saatına təsir edəcək. == Dini əhəmiyyət və sanksiya == Ənənəvi İslamda kişi və qadın hər bir müsəlmanın dua etməsi məcburidir. Məhəmmədə aid edilən bir sözə görə dedi: "Uşağınız yeddi yaşına çatanda ona dua etməsini əmr edin və on yaşında (bəzi söz-söhbətlərdə on üç) namaz qılmasa onu döyün. Hənbəli məzhəbinə görə namazı tərk etmək küfr, digər üç sünni məzhəbə görə isə günahdır.
Nanak
Quru Nanak (pəncab adı ਗੁਰੂ ਨਾਨਕ ਦੇਵ, Gurū Nānak Dēv?; 15 aprel 1469 — 22 sentyabr 1539) — Siqhlərin ilk qurusu və siqhizm dininin yaradıcısıdir.
Nanay
Nanay — mərasim nəğməsi. Bu nəğmə adətən avazla oxunur və yallı ilə müşayiət edilir. Hər bir nanay vəsfi-hallardan və "nanay arası"ndan ibarətdir. "Nanay arası" həm də nanayın motivi sayılır. == Nanaylar Ağbaba mahalında == Ağbaba mahalında əhalinin özünəməxsus folkloru, adətləri vardı. Məsələn Güllübulaq kəndinin folkloru nanay adlanan mərasim nəğməsi ilə fərqlənir. Nanayların özünəməxsus xüsusiyyəti onda idi ki, bu nümunələrin xüsusi oxunma tərzi vardır. Ağbabada Nanaylar tırınqılara baxanda daha əvvəl yaranıb, formalaşıb. Nanaylar daha çox su, dədə-babaların inancları ilə bağlıdır. Dədə-babalar suya artım, bərəkət, ana kimi yanaşıblar.
Basat
Basat — Dastanda işlənən antroponimlərdən biri. Daş Oğuz bəyi. Aruzun kiçik oğlu, Qiyan Selciyin qardaşı. Təpəgözü öldürən qəhrəman. Eposun "Basat Təpəgözü öldürdüyü boy"u Basatın adı ilə bağlıdır. "V.V.Bartoldun tərcüməsində bu ad "Bisat" kimi verilmişdir. Lakin D-də sözün yazılışı da, Aruz qocanın itmiş oğlu haqqında ilxıçının verdiyi məlumat da ("At basubən qan sümürər") göstərir ki, həmin adı "Basat" kimi oxuyub-yazmaq doğrudur". Müasir Azərbaycan antroponimləri sistemində işlənməyən "Basat" antroponimi Türkiyə antroponimləri sistemində işlənməkdədir. Orxon Şaiq Gökyay Ali Rza Yalmanın "Türkmən oymakları" kitabına əsaslanaraq göstərir ki, "Basat" Güney Anadoluda "Busat" kimi işlənir.. "Dədə Qorqud" dastanında adama oxşayan şirə "Basat" adının verilmə səbəbi aydın şəkildə təsvir edilmişdir.
Bаlаd
Balad — İraqın Səlahəddin mühafəzəsində şəhər.
Hasar
Hasar (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Hasar (Sərdarabad) — Sərdarabad mahalında kənd.
Kaskad
Kaskad - şəlalənin bir tipidir. Belə şəlalənin eni kiçik olub, su xeyli hündürdən tökülür. Məsələn, Kaliforniyada Yosemiti çayındakı kaskadların birində su 792 m hündürlükdən tökülür.
Masada
Masada (ivr. ‏מצודה‏‎ — "qala") — İsrailin cənubunda Nəcəf çölündə yerləşən qala. Romalılara təslim olmaq istəməyən yəhudilər bu qalaya sığınır. Romalılarla yəhudilər arasındakı münaqişələrin əsasını din təşkil edirdi. Onlar istəyirdilər ki, yəhudilər öz inanclarını tərk etsinlər. İnanca görə, Masada qalası içərisində gizlənən yəhudilər, qurtuluş ümidlərinin tükəndiyini düşünüb və aralarından silah istifadə etməyi bacaran 10 şəxsi 950 insanı öldürmələri üçün vəzifələndirirlər. Qaydaya görə, bu 10 adam, digər 950 adamı öldürdükdən sonra, 10 nəfər arasında bir nəfər seçirlər və həmin bir nəfər 9 yəhudini öldürdükdən sonra özünə qəsd etməli idi. Şərt olaraq heç kimin sağ qalmaması qoyulmuşdu həmin seçilmiş insanların öhtəliyinə. Lakin toplu intihardan yalnız 2 qadın və 5 uşaq həyatda qalmışdır ki, onlar da bu dəhşətli hadisəni gələcək nəsillərə çatdırıb.
Masal
Masal — İranın Gilan ostanında yerləşən şəhər. Masal əhalisinin əksəriyyətini talışlar təşkil edir.
Masao
Masao — ad. Masao Uçino — Yaponiya futbolçusu.
Qanad
Quş qanadı — quşlarda əzələ ilə hərəkət edən uçma orqanı. Həşərat qanadı — həşəratların çoxunda hərəkət edən uçma orqanı. Təyyarə qanadı — Qanadlı raket — pilotsuz idarə olunan uçuş aparatı.