cücüyeyən
cüdoçu
OBASTAN VİKİ
Cüdo
Cüdo (Cü - yumşaq, Do – yol) və ya dzü-do — yapon döyüş sənətidir. Ciqaro Kano Ciu-citsu döyüş növünün əsasında cüdonun əsas qaydalarını, məşq prinsiplərini, mübarizə üsullarını yaratmışdır. Cüdonun yarandığı tarix 1882-ci il hesab olunur. == Yaranması == Cüdo idman növü 1882-ci ildə Yaponiyada yaranıb. Bu idman növünün təməlini Ciqaro Kano qoyub. C.Kano Yaponiyada Olimpiya Komitəsinin ilk prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü olub. O vaxt yaponların milli idman növü sayılan əlbəyaxa-silahsız döyüş növü olan ciu-citsu təkcə Yaponiyada deyil, eləcə də əksər dünya xalqları arasında geniş yayılmışdır. Lakin bu idman növü ilə məşğələlər, yarışlar saysız-hesabsız zədələrlə nəticələnirdi. Buna görə də ciu-citsu gənclərin fiziki tərbiyəsinə yönəldilmiş idman növü ola bilməzdi. Yaponiya məktəblərindən birində müəllim işləyən Ciqaro Kanonu gənclərin fiziki və mənəvi tərbiyəsi həmişə ciddi şəkildə düşündürdüyündən o belə qənaətə gəlmişdir ki, gənclərə yeni, zərbələrsiz və fəndləri zədələnmələrə səbəb olmayan maraqlı bir idman növü gərəkdir.
Azərbaycanda cüdo
1972-ci ildə SSRİ Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsi cüdonun SSRİ ərazisində yayılması haqqında qərar vermişdir. Qərarın icrası kimi elə həmin il, yəni 1972-ci ildə Respublikamızda Cüdo Federasiyası yaradılır. Bu illər ərzində federasiyaya Arif Ələkbərov rəhbərlik edib. 1980-ci ildən Federasiya rəhbərliyində dəyişikliklər baş verib. Yeni sədr – Rəhim İsmayılov -16 il ərzində qurumun rəhbəri olub. 1996-cı ildən Füzuli Ələkbərov Azərbaycan Cüdo Federasiyasının prezidentidir. 22 noyabr 1972-ci ildə respublikamızda ilk dəfə olaraq cüdo üzrə yarışlar keçirilib. İlk klublar "Dinamo", "Burevestnik", "Lokomotiv", "Vodnik" cəmiyyətlərində və Sumqayıt, Gəncə şəhərlərində fəaliyyət göstərməyə başlayır. 1972-ci ilin dekabrında Azərbaycan cüdo məktəbinin ilk məşqçiləri olan İsmayıl Əhmədov, Sabir Hüseynov, Ağarza Əhmədov və Viktor Kuznetsov Tallində təşkil olunmuş məşqçilərin ilk ümumittifaq seminarında iştirak edirlər. Daha sonra ümumittifaq hakimlər seminarlarında Əhməddin Rəcəbli və Viktor Kuznetsov, 1973-cü ildə isə Ukraynanın Fiadosiya şəhərində keçirilmiş məşqçilərin ikinci ümumittifaq seminarına Zair Məmmədov, Tərlan Həsənov və Rauf Şəfiyev də iştirak ediblər.
Azərbaycan Cüdo Federasiyası
Azərbaycan Cüdo Federasiyası — 1972-ci ildə yaradılmış idman federasiyası. == Haqqında == 1972-ci ildə SSRİ Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsi cüdonun SSRİ ərazisində yayılması haqqında qərar vermişdir. Qərarın icrası kimi elə həmin il, yəni 1972-ci ildə Respublikamızda Cüdo Federasiyası yaradılır. Bu illər ərzində federasiyaya Arif Ələkbərov rəhbərlik edib. 1980-ci ildən Federasiya rəhbərliyində dəyişikliklər baş verib. Yeni sədr — Rəhim İsmayılov −16 il ərzində qurumun rəhbəri olub. 1996-cı ildə Füzuli Ələkbərov Azərbaycan Cüdo Federasiyasının prezidenti təyin edildi. 2015-ci ildən 2021-ci ilə qədər federasiyanın baş katibi Elmar Babanlı olmuşdur. Həmin dövrdə federasiyanın prezidenti vəzifəsində Rövnəq Abdullayev təyin edilmişdi. 2021-ci ildə Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsi tərəfindən Rəşad Rəsullu qurumun baş katibi təyin edilib.
Cüdo Olimpiya oyunlarında
Yay Olimpiya oyunlarında cüdo — Cüdo ilk dəfə 1964-cü ildə keçirilən Olimpiya oyunlarında oynandı. 1968-ci ildə Mexikoda keçirilən Olimpiadada isə oynanmadı. 1972-ci ildə Münihdə keçirilən Olimpiya oyunlarından etibarən Olimpiya oyunu kimi bütün olimpiadalarda oynanılır. Qadınlar da isə 1988-ci ildə nümayiş kimi oynansa da,1992-ci ildən medal oyunu kimi oynanılır.
Cüdo Yay Olimpiya Oyunlarında
Yay Olimpiya oyunlarında cüdo — Cüdo ilk dəfə 1964-cü ildə keçirilən Olimpiya oyunlarında oynandı. 1968-ci ildə Mexikoda keçirilən Olimpiadada isə oynanmadı. 1972-ci ildə Münihdə keçirilən Olimpiya oyunlarından etibarən Olimpiya oyunu kimi bütün olimpiadalarda oynanılır. Qadınlar da isə 1988-ci ildə nümayiş kimi oynansa da,1992-ci ildən medal oyunu kimi oynanılır.
2016 Yay Olimpiya Oyunlarında cüdo
Rio-de-Janeyroda keçirilən 2016 Yay Olimpiya Oyunlarında cüdo avqustun 6-dan 12-dək Barra da Ticukadakı Barra Olimpiya Parkının daxilindəki Carioka Arena 2 -də baş tutdu. Təxminən 386 cüdoçu 14 növdə (hər birində həm kişilər, həm də qadınlar üçün yeddi nəfər) mübarizə aparıb.
2018 Cüdo üzrə Dünya Çempionatı
Cüdo üzrə 32-ci Dünya Çempionatı 2018-ci il 20–27 sentyabr aralığında Bakı şəhəri (Azərbaycan), Milli Gimnastika Arenasında keçiriləcəkdir. == Mükafatlar == Ümumi mükafat fondu 800.000 min avrodur: Qızıl — 20.800 min avro idmançıya və 5.200 min avro məşqçiyə; Gümüş — 12.000 min avro idmançıya və 3.000 min avro məşqçiyə; Bürünc — 6.400 min avro idmançıya və 1.600 min avro məşqçiyə. Komanda yarışları üçün ümumi mükafat fondu 200.000 min avrodur: Qızıl — 72.000 min avro idmançıya və 18.000 min avro məşqçiyə; Gümüş — 48.000 min avro idmançıya və 12.000 min avro məşqçiyə; Bürünc — 20.000 min avro idmançıya və 5.000 min avro məşqçiyə.
Cüdo üzrə SSRİ çempionatı 1977
Cüdo üzrə 4-cü SSRİ çempionat Bakıda 1977-ci ilin 28–31 iyul tarixlərində keçirilmişdir. == Medalçılar == == Mənbə == "4-й Чемпионат СССР по дзюдо". rubin-judo.narod.ru. İstifadə tarixi: 2015-07-30.
2005 Para-cüdo üzrə Avropa Çempionatı
2005 Para-cüdo üzrə Avropa Çempionatı və ya rəsmi adı ilə I Para-cüdo üzrə Avropa Çempionatı — 2005-ci il aprelin 2-dən 6-na qədər Niderlandın Vlardinqen şəhərində baş tutan para-cüdo üzrə Avropa Çempionatı.
2007 Para-cüdo üzrə Avropa Çempionatı
2007 Para-cüdo üzrə Avropa Çempionatı və ya rəsmi adı ilə II Para-cüdo üzrə Avropa Çempionatı — 2007-ci il mayın 17-dən 21-nə qədər Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutan para-cüdo üzrə Avropa Çempionatı.
2009 Para-cüdo üzrə Avropa Çempionatı
2009 Para-cüdo üzrə Avropa Çempionatı və ya rəsmi adı ilə III Para-cüdo üzrə Avropa Çempionatı — 2009-cu il iyulun 3-dən 5-nə qədər Macarıstanın Debreçen şəhərində baş tutan para-cüdo üzrə Avropa Çempionatı.
2011 Para-cüdo üzrə Avropa Çempionatı
2011 Para-cüdo üzrə Avropa Çempionatı və ya rəsmi adı ilə IV Para-cüdo üzrə Avropa Çempionatı — 2011-ci il noyabrın 17-dən 20-nə qədər Birləşmiş Krallıqın Kroli şəhərində baş tutan para-cüdo üzrə Avropa Çempionatı.
2013 Para-cüdo üzrə Avropa Çempionatı
2013 Para-cüdo üzrə Avropa Çempionatı və ya rəsmi adı ilə V Para-cüdo üzrə Avropa Çempionatı — 2013-cü il deкabrın 4-dən 6-na qədər Macarıstanın Eger şəhərində baş tutan para-cüdo üzrə Avropa Çempionatı.
2015 Cüdo üzrə Böyük Dəbilqə turniri
== Medal sıralanması ==
2015 Para-cüdo üzrə Avropa Çempionatı
2015 Para-cüdo üzrə Avropa Çempionatı və ya rəsmi adı ilə VI Para-cüdo üzrə Avropa Çempionatı — 2015-ci il noyabrın 25-dən 30-na qədər Portuqaliyanın paytaxtı Lissabon şəhərində baş tutan para-cüdo üzrə Avropa Çempionatı.
2016 Cüdo üzrə Böyük Dəbilqə turniri
== Məlumat == Cüdo üzrə Böyük Dəbilqə turniri 6-8 may tarixləri arasında Heydər Əliyev adına İdman Arenasında baş tutdu. == Nəticə == === Kişilərin yarışı === === Qadınların yarışı === == İdmançıların sayı == Bakı şəhərində baş tutan 2016 Böyük Dəbilqə turniriə 75 ölkənin 447 idmançısı qatıldı.
2017 Para-cüdo üzrə Avropa Çempionatı
2017 Para-cüdo üzrə Avropa Çempionatı və ya rəsmi adı ilə VII Para-cüdo üzrə Avropa Çempionatı — 2017-ci il avqustun 4-dan 5-nə qədər Birləşmiş Krallıqın Uolsoll şəhərində baş tutan para-cüdo üzrə Avropa Çempionatı.
2015 Cüdo üzrə Böyük Dəbilqə turniri (Kişilər, 60 kq.)
Yay Olimpiya oyunlarında cüdo
Yay Olimpiya oyunlarında cüdo — Cüdo ilk dəfə 1964-cü ildə keçirilən Olimpiya oyunlarında oynandı. 1968-ci ildə Mexikoda keçirilən Olimpiadada isə oynanmadı. 1972-ci ildə Münihdə keçirilən Olimpiya oyunlarından etibarən Olimpiya oyunu kimi bütün olimpiadalarda oynanılır. Qadınlar da isə 1988-ci ildə nümayiş kimi oynansa da,1992-ci ildən medal oyunu kimi oynanılır.
Para-cüdo üzrə Avropa Çempionatı
Para-cüdo üzrə Avropa Çempionatı — para-cüdo idman növü üzrə 2 ildə bir dəfə baş tutan Avropa Çempionatı.
Elmar Qasımov (cüdoçu)
Elmar Qasımov — Halk ləqəbli Azərbaycanlı cüdoçu. Elmar Qasımov Avropa Çempionatının gümüş və bürünc medalçısıdır. 2009-cu ildə Ermənistanın İrəvan şəhərində keçirilən Gənclərin Avropa Çempionatının qızıl medalçısıdır. Azərbaycanı 2012-ci ildə XXX-cu Yay Olimpiya Oyunlarında təmsil etdi və 7-ci yeri tutdu. 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi və gümüş medal qazandı və Azərbaycan xalqı ona bu medallara görə təşəkkür edir. == Həyatı == Elmar Qasımov 2 noyabr 1990-cı ildə Azərbaycanın Xırdalan şəhərində anadan olmuşdur. Elmar Qasımov 2000-ci ildən idman ilə məşğul olur. Elmar Qasımov Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. == Karyerası == Elmar Qasımov birinci uğurunu 2007-ci ildə qazandı. O 20 yaşadək Azərbaycan Çempionatında gümüş, 23 yaşadək Azərbaycan Çempionatında isə bürünc medal qazandı.
Elxan Məmmədov (cüdoçu)
Elxan Məmmədov (26 fevral 1982, Bakı) — Azərbaycanı təmsil edən cüdoçu və məşqçi, Dünya və Avropa Çempionatlarının qalibi. Cüdo üzrə Dünya çempionu olan yeganə Azərbaycan cüdoçusu. == Karyerası == Karyerasında birinci uğuruna Elxan Məmmədov 2003-cü ildə Azərbaycan Çempionatında bürünc medala sahib olmaqla imza atdı. 2004-cü ilin noyabrında isə Elxan Məmmədov Sloveniyanın Lyublyana şəhərində U-23 Avropa Çempionatının bürünc medalına sahib olmaqla beynəlxalq turnirlərdə birinci uğuruna imza atdı. 2005 və 2006-cı illərdə Azərbaycan Çempionatının qalibi olan Elxan Məmmədov 2007-ci ildə Polşa və Azərbaycanda baş tutan beynəlxalq turnirlərdə müvafiq olaraq bürünc və qızıl medallara sahib oldu. Həmin ilin sentyabrında Elxan Məmmədov həm də Braziliyanın Rio-de-Janeyro şəhərində Dünya Çempionatını yeddinci pillədə başa vurdu. 2008-ci il Elxan Məmmədovun uğurlu mövsümlərindən biri oldu. World Cup seriyalı beynəlxalq turnirlərin Gürcüstan mərhələsində və Çexiya mərhələsində bürünc, Norveç mərhələsində gümüş, Azərbaycan mərhələsində isə qızıl medallara sahib olan Elxan Məmmədov apreldə Lissabon şəhərində (Portuqaliya) baş tutan Avropa Çempionatının final görüşündə məğlub olaraq turniri gümüş medalla başa vurdu. Həmin ilin avqustunda Elxan Məmmədov həm də Azərbaycanı Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Kişilər −90 Kq.
Hüseyn Rəhimli (cüdoçu)
Hüseyn Natiq oğlu Rəhimli (10 iyul 1995) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Hüseyn Rəhimli 1995-ci il iyulun 10-da anadan olub. == Karyerası == Hüseyn Rəhimli 2015-ci ildə Kvanju şəhərində (Cənubi Koreya) baş tutan tələbələr arasında Universiada Oyunlarının bürünc medalına sahib oldu. Daha sonra Uolsoll şəhərində (Birləşmiş Krallıq) baş tutan Avropa Çempionatında çıxış edən Hüseyn Rəhimli, turniri bürünc medalla başa vurdu. Hüseyn Rəhimli 2018-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Dünya Çempionatında fərdi turnirdə final görüşündə məğlub oldu və gümüş medala sahib oldu. Komanda turnirini isə Hüseyn Rəhimli bürünc medalla başa vurdu. 2019-cu ildə Hüseyn Rəhimli Genuya şəhərində (İtaliya) baş tutan Avropa Çempionatının final görüşündə qalib gəldi və qızıl medala sahib oldu. Komanda turnirində də Hüseyn Rəhimli qızıl medala sahib oldu. Hüseyn Rəhimli 2021-ci il ərzində beynəlxalq turnirlərdə topladığı reytinq xalları hesabına Paralimpiya Oyunlarına vəsiqə qazandı.
Leyla Əliyeva (cüdoçu)
Leyla Əliyeva (1 sentyabr 1997; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən cüdoçu. == Həyatı == Leyla Əliyeva 1997-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olub. == Karyerası == Leyla Əliyeva 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qızların turnirində mübarizə aparan Leyla Əliyeva turnirin 1/4 final mərhələsində Qazaxıstan nümayəndəsi Adiya Sayin ilə üz-üzə gəldi. Həmin görüşdə Leyla Əliyeva rəqibinə ipponla qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Rusiya nümayəndəsi Anastasiya Turçeva oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Leyla Əliyeva rəqibinə qalib gəldi və Nancin Olimpiadasının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Türkiyə Melisa Çaxmaqlı oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Leyla Əliyeva rəqibinə məğlub oldu. Bununla da Leyla Əliyeva Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Nazim Hüseynov (cüdoçu)
Nazim Hüseynov (2 avqust 1969, Bakı) — Azərbaycanlı cüdoçu. Nazim Hüseynov 1992 Barselona Olimpiadasının qızıl medalını qazanaraq tarixdə birinci Azərbaycanlı Olimpiya çempionu oldu. O, həm də 1992 və 1993-cü illərdə Avropa Çempionatının qalibi olmaqa ilə yanaşı iki dəfə Dünya Çempionatının medalını qazanıb. 1995-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib. == Həyatı == Nazim Hüseynov 1969-cu ilin 2 avqust tarixində Bakı şəhərində ləzgi ailəsində anadan olub. Hüseynovun atası əslən Qusar rayonunun Piral kəndidən, anası isə Dağıstanın Axtı rayonundandır. Nazim Hüseynovun birinci məşqçisi Azərbaycanın əməkdar məşqçisi Tərlan Həsənovdur. Ailəlidir, 2 övladı var. == Karyerası == === Olimpiya === Hələ uşaq yaşlarından idmana maraq göstərən Nazim bir neçə dəfə SSRİ birinciliyində çempion olmaqla yanaşı bir neçə dəfə də mükafatçılar siyahısında olub. Dünya dzü-do arenasında ilk dəfə 1991-ci ildə Budapeştdə keçirilən super dünya kubokunda fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Nəbi Məmmədov (cüdoçu)
Nəbi Məmmədov (7 avqust) 1991, Cəbrayıl) — Azərbaycanlı MMA və Sambo idmançısı, 2018 Avropa Sambo çempionatının bürünc medalçısıdır. == İdmançı kariyerası/nailiyyətləri == Nəbi Məmmədov ilk dəfə 2013-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən sambo üzrə dünya çempionatında 100 kiloqram çəki dərəcəsində çıxış edib.Daha sonra 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən Avropa sambo çempionatını Məmmədov 5-ci sırada tamamlayıb.2018-ci ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Avropa çempionatında 98 kiloqram çəki dərəcəsində mübarizə aparan Nəbi Məmmədov yarışın bürünc medalına sahib olub. MMA üzrə 4 dəfə Azərbaycan çempionu; 2013-cü ildə Gürcüstanda keçirilən "Asian CHI-1 golden belt championship"in qalibi; 2018-ci ildə Afina,Yunanıstanda keçirilən Sambo üzrə Avropa çempionatının bürünc medalçısıdır "Tapologiya"nın hesablamalarına görə, Nəbi Məmmədov Qafqazın MMA üzrə ağır çəki dərəcəsinin ən reytinqli 22-ci idmançısıdır.
Ramil Qasımov (cüdoçu)
Ramil Famil oğlu Qasımov (13 avqust 1981, Kirovabad) — Azərbaycanı təmsil edən cüdoçu, 2016-ci il XV Yay Paralimpiya Oyunlarının qalibi. == Həyatı == Ramil Qasımov 1981-ci il avqustun 13-də Gəncə şəhərinin anadan olub. Şəxsi məşqçisi Əli Hacıyevdir. == Karyerası == Ramil Qasımov üç dəfə — 2003, 2010 və 2012-ci illərdə Azərbycan Çempionatının qalibi oldu. 2007-ci ildə Tailandda baş tutan Universiada Oyunlarının da qızıl medalına sahib olan Ramil Qasımov 2007 və 2008-ci illərdə Avropa Çempionatlarını yeddinci pillədə başa vurdu. Ramil Qasımov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Ramil Qasımov birinci görüşdəcə Rusiya nümayəndəsi Alim Qadanova məğlub oldu və mübarizəsini dayandırdı. Növbəti illərdə Ramil Qasımovun görmə qabiliyyətində problemlər əmələ gəldi və o, 2013-cü ildən para-cüdo üzrə turnirlərdə mübarizə aparmağa başladı. Ramil Qasımov 2015-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Avropa Çempionatının qızıl medalına sahib oldu. Ramil Qasımov 2016-cı ildə Rio-de-Janeyro şəhərində (Braziliya) baş tutan XV Yay Paralimpiya Oyunlarında mübarizə apardı.