CÜRƏT

is. [ ər. ] Cəsarət, igidlik, hünər, ciyərlilik, ürəklilik, qorxmazlıq.
[Nüşabə:] Bir bu gəncdə hünərə, cürətə bax! A.Şaiq.
Buna daha artıq qüvvə, daha böyük cürət lazım idi. T.Ş.Simurq.

□ Cürət etmək (eləmək) – cəsarət etmək, qorxmamaq, çəkinməmək (bir şey etdikdə).
Ədə, filan, filan şüdə, sən cürət elədin, mənim arvadımın adını soruşdun? C.Məmmədquluzadə.
[Sultan bəy:] [Əsgər] gör nə qudurğan gədədir ki, cürət edib qızımı istəyir. Ü.Hacıbəyov.

Синонимы

  • CÜRƏT cürət bax cəsarət
  • CÜRƏT cəsarət — şücaət — hünər — əzm — qətiyyət — qeyrət — qoçaqlıq — ciyərlilik — ürəklilik

Антонимы

  • CÜRƏT CÜRƏT – QORXU Kiminin üzündə şadlıq və cürət, kimisində qorxu və heyrət görünürdü (S.S.Axundov)
CÜRƏLƏŞMƏK
CÜRƏTLƏ

Значение слова в других словарях