cıdıroğlu 2021
cığ-cığ 2021
OBASTAN VİKİ
İti cığ
İti cıq — Şimal yarımkürəsində tundradan tropiklərədək nəmişli yerlərdə rast gəlinir. Hündürlüyü 30-100 sm və daha çox olan bozumtulyaşıl rəngli, sıx çimli bitkidir. Çoxsaylı gövdələri yumru, özəklidir.qaqaş qahraman Uzunluğu təxminən gövdəsinə bərabər olan silindrik formalı nazik yarpaqları, bərk, ucları isə iti tikanlıdır. Yanlardan çıxan qonur-mixəyi və ya mixəyi rəngli çiçəkqrupu sıxılmış oval şəkilli süpürgəvaridir. Budaqcıqların ucunda 2-5 çiçək yerləşir Çiçəkyanı yarpağın ucu tikanlı,çiçəkqrupundan hündürdür. May-sentyabr aylarında çiçəkləyir və meyvə verir. İti cıq kserofil coğrafi tipinin Aralıq dənizi sinfinə və qrupuna aiddir. Atlantik Avropa və Aralıq dənizi ölkələrində, Şimali İran və Qafqazda yayılmışdır. Azərbaycanda iti cıq Abşeron, Samur-Dəvəçi, Kür-Araz və Lənkəran ovalıqlarında aranda bitir. Halomezofitdir, psammofit-litoral bitkilik tipində rast gəlir.
Cığalı təcnis
Cığalı təcnis – qoşma qəlibi üzərində yaradılan, lakin hər bəndin ikinci misrasından sonraya cığa kimi cinas bayatı əlavə olunan təcnis növü. Cığalı təcnis aşıq poeziyasının mürəkkəb və son dərəcə melodik şəkillərindən biridir. Təcnisin ilk iki misarasından sonra çığa gəlir. "Cığa" burada yaraşıq, bəzək mənasında işlədilir. Cığalı təcnisin uyğun bəndindəki ilk iki misra hansı cinasın üzərində qurulursa, oraya daxil edilən cığa-bayatı da həmin cinas üstündə olmalıdır. Cığa vəzifəsi yerinə yetirən cinas bayatı arasına daxil olduğu təcnis bəndinin məzmunu ilə yaxından səsləşməli, oradakı poetik qənaəti daha da qüvvətləndirməlidir. Cığa-bayatının qafiyələri də təcnisin qafiyələri kimi cinas olur. Əsas mətnlə cığa arasında qafiyə fərqi olsa da, məna, məzmun baxımından onlar bir-birini davam etdirir və tamamlayırlar. Bir sıra hallarda təcnislə cığanın qafiyələri də eyni olur. Məsələn: Azərbaycan aşıqları arasında cığalı təcnislərə daha çox Aşıq Alının, Aşıq Ələsgərin, Həsən Xəyallının, Sərraf Şiruyənin yaradıcılığında rast gəlinir.
Cığalızadə Yusif Sənan Paşa
Cığalızadə Yusif Sənan Paşa (1544, Messina, Siciliya – fevral 1606, Diyarbəkir) — 1591–1595 və 1599–1604 tarixlərində ümumilikdə 10 il kaptan-ı dərya, III Mehmed dönəmində 27 oktyabr 1596–5 dekabr 1596 tarixlərində ümumilikdə bir ay 9 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Cığalızadə Yusif Sənan Paşa 1545-ci ildə Siciliyanın Messina şəhərində əslən Genuyalı olan məşhur Cicala ailəsində dünyaya gəlmiş, əsl adı Scipione Cicala olmuşdur. 1560-cı ildə baş verən Cərbə dəniz döyüşü əsnasında atası ilə birlikdə Osmanlılara əsir düşərək İstanbula gətirilmiş, burada dəvşirilərək Əndəruna daxil olmuşdur. Burada Yusif Sənan adını götürmüş, ailəsi ilə bağlı olaraq isə tarixi qeydlərdə Cığalızadə olaraq qeyd edilməkdədir. Yusif Sənan Paşa əvvəlcə sarayda silahdar və qapıçıbaşı vəzifələrinə gətirildi. Daha sonra yeniçəri ağalığı ilə saraydan ayrılmışdır. 1583-cü ildə vəzirliyə yüksəldi və İrəvan bəylərbəyi təyin olundu. 1585-ci ildə Təbriz və Tiflisi mühasirəyə alan Səfəvilərə qarşı güclü müqavimət göstərmiş, 1591-ci ildə kaptan-ı dərya təyin edilmişdir. Sultan III Mehmedin Əyri Səfərinə komandan olaraq qatılmış, 26 oktyabr 1596 tarixində baş tutan Xaçoba döyüşündə göstərdiyi məharətə görə sədrəzəmliyə yüksəlmişdir. Ancaq döyüş meydanından qaçan sipahi dəstələrinə verdiyi sərt cəza tədbirləri və Krım xanı II Qazi Gəray xanı vəzifəsindən azad etməsi dövlət adamları arasında narazılıqlara yol açdı.
Cığatay
Cığatay və ya Çağatay — ad, təxəllüs. Cığatay xan — Çingiz xanın oğlu. Çağatay Ulusoy — Türk aktyoru. Cıgatay Şıxzamanov — ssenarist. Yaşayış məntəqələri Cığatay (Xaçmaz) — Xaçmazda kənd. Cığatay (Ərdəbil) — İranın Ərdəbil ostanı, Meşkin şəhristanında kənd. Çağatay (Rəzəvi Xorasan) — İranda Çağatay şəhristanının mərkəzi şəhəri.
Cığatay (Xaçmaz)
Cığatay — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kəndin əhalisi 656 nəfərdir (2009). Kəndin milli tərkibi azərbaycanlılardan ibarət olaraq, dinləri isə islamın şiə məzhəbidir. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Xaçmaz rayonu Cığatay kənd 56 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 285 000 manat vəsait ayrılmışdır.
Cığatay (Ərdəbil)
Cığatay — İranın Ərdəbil ostanında kənd. == Coğrafi yerləşməsi == Meşkin şəhristanının Mərkəzi bölgəsinin Ərşəq kəndistanında, Meşkin şəhərindən 32 km şimaldadır.
Cığatay dili
Cığatay və ya çağatay dili, həmçinin Sovet mənbələrində əski özbək dili (özb. Эски ўзбек тили; Eski oʻzbek tili, rus. староузбекский) adı altında, Çin mənbələrində isə qədim uyğur dili kimi qeyd olunur — XX əsrdə ölmüş halına gələn, Mərkəzi Asiyada işlənilən ədəbi dil. O, müasir türk dillərinin qarluq qruppunu təşkil edən özbək və uyğur dillərin sələfidir. Cığatay ədəbiyyatının ən tanınmış nümayəndəsi Əlişir Nəvaidir. == Adı == Cığatay sözü Çingiz xanın oğlu Cığatay xana qalmış Cığatay xanlığından gəlir. Çağatay sözü həmçinin qırımçaqlar tərəfindən XIX əsrin sonuna qədər öz dilləri üçün istifadə olunurdu, günümüzdə isə, Əfqanıstanda danışılan türkmən dilinin teke dialekti üçün işlənilir. 1924-cü ildə Özbəkistan Sovet Sosialist Respublikasının yaradılmasının hazırlaması üçün, Cığatay dilinin adını rəsmi olaraq "əski özbək dili" adına dəyişiblər. Çində isə onu bəzən qədim uyğur dili adlanırlar. Tarixən, həmçinin türki və sart sözləri də işlənilirdi.
Cığatay xan
Çağatay Xan (monq. Цагадай, Tsagaday, Farsca: چغتاى خان Chaghatāī khān; 22 dekabr 1183, Monqolustan – 1242, Almalıq[d]) — Moğol şahzadəsi və Çingiz Xan ın ikinci oğlu. Qardaşlarıyla birlikdə atasının Çin (1211–1215) və Xarəzm (1219–1224) səfərlərinə qatıldı. Xarəzmşahlar dövləti paytaxtı Ürgəncin ələ keçirilməsində əhəmiyyətli rol oynadı (1221). Monqollara məğlub olaraq Hindistana qaçan Cəlaləddin Xarəzmşahı təqib etməyə göndərildi. Çingizin Tangut səfəri əsnasında (1225–1227) Monqolustanda saxlanılan hərbi qüvvələrin komandirliyinə gətirildi. Atası ölən zaman (1227), onun vəliəhd seçdiyi qardaşı Ögedayı böyük xan elan etdi. Çingiz Qanunu mövzusundakı mütəxəssisliyi səbəbindən dövlət rəhbərliyində böyük möhtərəmlik qazandı. Çingiz tərəfindən Quru Hıtayın torpaqları verildisə Mavəraünnəhirdən Şərqi Türkistana qədər uzanan bölgədə olan şəhərlər İmperatorluğun mərkəz rəhbərliyinə bağlı qalmış və Ögeday tərəfindən təyin edilən qubernatorlar tərəfindən idarə olunmuşdu. Qardaşı Ögedayın ölümündən (1241) qısa müddət sonra öldü.
Cığatay xanlığı
Cığatay xanlığı — Monqol hökmdarı Çingiz xanın nəslindən olan Çığatay xanın adını daşıyan dövlət. Çingiz xan hələ sağlığında öz imperiyasını oğulları arasında bölüşdürmüşdü. Zəbt etdiyi Çin torpaqları olan Kaşğar ətrafı ilə Mavərünnəhrin böyük hissəsini Cığataya vermişdi. Cığatayın bu torpaqlarda 1227-ci ildə qurduğu dövlət 1370-ci ilə qədər mövcud olmuşdur. Cığatay xan böyük qardaşı Cuçi xanın və atasının ölümündən sonra xanədanın ən yaşlı üzvü idi. Cığatay xanın 1241-ci ildə ölümündən sonra Cığatay xanlığı mərkəzi Monqol dövlətinə qarşı mübarizəyə başladı. Cığatayın nəvələri Algu, Kubilay xan ilə Arik Böge arasındakı hakimiyyət mübarizəsindən faydalanan Xarəzmşahlar, Qərbi Türkistanı və Əfqanıstanı torpaqlarına qatdılar. 1266-cı ildə taxta çıxan Mübarəkşah islam dinini qəbul edən ilk Cığatay xanı oldu. Ondan əvvəlki Cığatay hökmdarları şamanizm inancında idilər. Cığatay xanlığının ən parlaq dövrü Kebek xanın xanlıq etdiyi dövrə (1318–1326) təsadüf edir.
Cığatay Şıxzamanov
Cığataylılar
Cığataylılar — Çingiz xanın oğlu Cığatay xanın ulusu və törəmələri.
Cığatelli
Cığatelli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Cığatelli kəndi Həmzəli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq bu kənd mərkəz olmaqla, Cığatelli kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Oykonim 1917-ci ildə Cığataylı, 1933-cü ildə isə Cıqatallı şəklində qeydə alınmış, tədricən Cığatelli variantına düşmüşdür. Əslində, Cığataylı olan bu coğrafi ad etnotoponimdir və "cığataylıların məskunlaşdığı kənd" deməkdir. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 9 km. aralı, Alazan-Əyriçay çökəkliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 622 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Kənddə 150 təsərrüfat var. Əhalinin 70 faizi artezian quyularından su götürür.
Cığatelli bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Cığatıçay
Zarrinehçay və ya Cığatıçay — İranın Kürdüstan və Qərbi Azərbaycan ostanlarından axan çay. Uzunluğu 302 km-dir. Saqqızın şimalından, Kürdüstan ostanındakı Zaqros dağlarından başlayır və burda "Yaquti çay" kimi tanınır. == Axın == Cığatı çayı şimala doğru, Qərbi Azərbaycan ostanının sahili boyunca axır və şəhid kazemi bəndinə tökülərək böyük su ehtiyatı yaradır. Burda bir stansiya var. Bu çay şimala və azca qərbə doğru uzanaraq və Şahin Dej, Miandoab, Keşavərzdən keçərək Urmiya gölünə tökülür. Urmiya hövzəsi sularının çoxundan fərqli olaraq çoxillikdir. Çayın gücü mövsümdə saniyədə 50 kub metrdən suların azaldığı dönəmdə saniyədə 10 kub metrə qədərdir.
Cığcığ (Kəleybər)
Cığcığ (fars. جيغ جيغ‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 79 nəfər yaşayır (16 ailə).
Cığcığa
Şax-şax və ya Cığcığa — körpələrə əyləncə üçün xüsusi olaraq istehsal edilmiş səsli oyuncaq.
Cığkimilər
Cığkimilər (lat. Juncaceae) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. == Cinsləri == Distichia Nees & Meyen — Distixiya Juncus L. typus — Sitnik [syn. Microschoenus C.B.Clarke] Luzula DC. [syn. Ebingeria Chrtek & Krísa] [syn. Juncoides Ség.] Marsippospermum Desv. — Marsippospermum Oxychloe Phil. — Oxsixloe [syn. Andesia Hauman — Andeziya] Patosia Buchenau — Patosiya Rostkovia Desv.
Mehdiqulu bəy Cığatay
Mehdiqulu bəy Cığatay (v. iyul 1618) — Xorasanda fəaliyyət göstərən Cığatay hakimi və Şah I Abbasın saray əyanı. O, əmir-e axur rütbəsi almış və Müqəddəs Roma İmperiyası ilə Rusiya imperiyasına diplomatik missiya üçün göndərilmişdir. == Diplomatik missiyaları == 1599-cu ildə Şah I Abbas Entoni Şirlinin məsləhəti ilə Osmanlı imperiyasına qarşı Avropa dövlətləri ilə ittifaq qura bilmə ümidilər Avropaya diplomatik nümayəndə heyətləri göndərdi. Elçilər Müqəddəs Roma imperatoru II Rudolfla görüşdü. O da, bu ziyarətə cavab olaraq Stefan Kakaşın rəhbərliyində İsfahana nümayəndələr göndərmişdir. Kakaş yolda ikən vəfat etmiş və rəhbərliyi onun katibi Georg Tektander fon der Yabel öz üzərinə götürmüşdür. Şah I Abbas fon der Jabeli qəbul etmiş və Mehdiqulu bəyi onunla birlikdə Rusiya çarlığına göndərmişdir. Bunun səbəbi I Abbasın rus çarı Boris Qodunovu qızılbaş ordusunun Osmanlı üzərində qələbə qazanması barədə məlumatlandırmaq istəyi idi. Çar bu xəbəri eşitməkdən məmnun oldu və 5 min nəfər döyüşçü ilə bir neçə topu ona Dərbəndi geri qaytarmağa yardım etməsi üçün göndərdi.
Qazan xan (Cığataylı)
Qazan xan(?—1347)—(1342—1346)-cı illərdə Cığatay xanlığının hökmdarı. Qazan xan Yasavurun (?-1320) oğludur. Türkmənlər tərəfindən dəstəklənirdi. Qazan xan 1342-ci ildə Məhəmməd Poladın ölümündən sonra Cığatay xanlığının başına keçdi.Paytaxtı Qarşı şəhərinə daşıdı. Qazan xan 1346-cı ildə Türkmən əmiri Qazaqan tərəfindən döyüşdə öldürüldü. Qazan xanın Saraymülk xanım adlı qızı vardı. Бартольд В. В., Сочинения. т.2 часть 1. М., 1963 Шараф ад-Дин Йазди.
Qoyun cığırları
Qoyun cığırları — təpə və dağların çimlənmiş yamaclarında pilləvarı yerləşən cığırlar, yaxud ensiz terras görkəmində mikrorelyef formaları. Adətən qoyun cığırlarının əmələ gəlməsini dırnaqlı heyvanların yamaclarda dəfələrlə hərəkət etməsi ilə əlaqələndirirlər. Onların yaranması ağırlıq qüvvəsi nəticəsində yamac çöküntülərinin sürüşməsi, yaxud soliflüksiya prosesi nəticəsində də baş verə bilər.
Sahil cığı
Qafqazda, Şimali İranda, Orta Asiyada yayılmışdır. Düz, yumru, cod gövdəli, hündürlüyü 60-80(100) sm, bünövrəsində qınlarla örtülmüşdür.Yarpağı silindrik, gövdədən qısadır.Yan çiçək qrupu, şaxələnmiş, süpürgəvarı, nazık budaqlıdır: çiçəkləri budaqların ucunda 2-5 ədəd yığılmışdır.Çiçəkaltlığı çiçək qrupundan qısa və ya ona bərabər, iynəli, bünövrəsində enliləşmiş və pərdəlidir.Çiçəkaltlıqları yumurtavari, biz, təxminən çiçəkaltlığına bərabərdir. Çiçəkyanlığının yarpaqları əvvəlki növdə olduğu kimidir.Qutucuğu ensiz, üç hissəli-konusvari və ya uzunsov-yumurtavari, qonur, çiçəkyanlığından 1,5-2 dəfə uzundur.Toxumu uzunsov, xırda,qonur, qısa, ağ çıxıntılıdır. Nəmişli yerlərdə və duzlu qumlarda bitir. Cənub bölgəsində, Abşeronda, Şirvanda, Kürətrafında təbii halda rast gəlinir. Tək və qrup əkinlərində, canlı çəpərlərin salınmasinda istıfadəsi məqsədyönlüdür. Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Uçurum üzərində cığır (film, 1979)
Film 1978-ci il aprelin 6-da SSRİ Nazirlər Sovetinin "Sərxoşluğa və alkoqolizmə qarşı mübarizəni gücləndirmək üzrə əlavə tədbirlər haqqında" qərarına cavabdır.
Ho Şi Min cığırı
Ho Şi Min cığırı (ing. The Ho Chi Minh trail, vyet. Đường mòn Hồ Chí Minh), həmçinin Annam dağları cığırı (vyet. Đường Trường Sơn) — Şimali Vyetnamdan Laos və Kamboca krallıqları vasitəsilə Cənubi Vyetnama qədər uzanan logistik yollar və cığırlar şəbəkə. Bu sistem Vyetnam müharibəsi zamanı Vyetkonq və Vyetnam Xalq Ordusuna işçi qüvvəsi və material şəklində dəstək vermişdir. Şəbəkənin tikintisi 1959-cu ilin iyulunda, Şimali Vyetnamın Laosa hücumundan sonra başlamışdır. ABŞ tərəfindən Şimali Vyetnam prezidenti Ho Şi Minin şərəfinə adlandırılmışdır. Adın mənşəyinin Birinci Hind-Çini müharibəsindən gəldiyi güman edilir. Bu dövrdə "Ho Şi Min cığırı marşrutu" adlı Vyetmin dəniz logistikası xətti mövcud idi. 1960-cı ilin sonlarından bəri cığır sistemi inkişaf etmiş, həmn dövrdən qısa müddət sonra "Agence France-Presse" (AFP) şimal–cənub cığırının açıldığını elan etmiş və onlar bu dəhlizə "La Piste de Hồ Chí Minh", yəni "Ho Şi Min cığırı" adını vermişdilər.
Sianuk cığırı
Sianuk cığırı — Kambocada Vyetnam müharibəsi (1960–1975) zamanı Vyetnam Xalq Ordusu və onun Vyetkonq partizanları tərəfindən istifadə edilən logistik təchizat sistemi. 1966-cı və 1970-ci illər arasında istifadə olunan bu sistem Laos krallığının cənub-şərq hissəsindən keçən və daha çox tanınan Ho Şi Min cığırı ilə eyni şəkildə işləyir, eyni məqsədlərə xidmət edirdi. Bu ad ABŞ tərəfindən verilmişdir və Şimali Vyetnama görə, bu iki sistem ayrı deyildilər. ABŞ-nin bu sistemə mane olmaq cəhdləri 1969-cu ildə başlamışdır. Kissinger, Henry A., White House Years Morris, Virginia and Hills, Clive, Ho Chi Minh's Blueprint for Revolution: In the Words of Vietnamese Strategists and Operatives, McFarland & Co Inc, 2018. Morris, Virginia and Hills, Clive, A History of the Ho Chi Minh Trail: The Road to Freedom, Orchid Press, 2006.
Kariya cığırı
Şablon:Карточка путешествияKariya cığırı ( türk. Karia Yolu ) — Türkiyənin cənub-qərbində, indiki Muğla və Aydın vilayətləri ərazisində, təxminən 800 km uzunluğunda uzun bir yürüyüş marşrutu. Bu cığır öz adını qədim Kariyadan götürüb. Buradan qədim xarabalıqları, daş döşənmiş karvan yollarını və kəndləri sahildən dağlıq ərazilərə birləşdirən qatır yollarını miras qalmışdır. Şam meşələri zeytun terrasları və badamları olan dağ yamaclarını gizlədir. Bunlar egionun iqtisadiyyatının mühüm tərkib hissəsidir.

Значение слова в других словарях