Cığatelli

CığatelliAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Cığatelli kəndi Həmzəli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq bu kənd mərkəz olmaqla, Cığatelli kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]

Cığatelli
40°58′17″ şm. e. 47°46′41″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 639 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Cığatelli xəritədə
Cığatelli
Cığatelli

Oykonim 1917-ci ildə Cığataylı, 1933-cü ildə isə Cıqatallı şəklində qeydə alınmış, tədricən Cığatelli variantına düşmüşdür. Əslində, Cığataylı olan bu coğrafi ad etnotoponimdir və "cığataylıların məskunlaşdığı kənd" deməkdir.[2]

Kənd 1999-cu ildə yaradılmışdır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd rayon mərkəzindən 9 km. aralı, Alazan-Əyriçay çökəkliyində yerləşir.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 622 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənddə 150 təsərrüfat var. Əhalinin 70 faizi artezian quyularından su götürür. Suvarma dağ çayları vasitəsilə həyata keçirilir. Kəndə qaz xətti çəkilir, rabitə qovşağı inşa olunub. Gələcəkdə yeni məktəb və ərazi icra nümayəndəliyi üçün inzibati binanın tikintisi plana salınıb.

Kənddə 11 illik məktəb fəaliyyət göstərir.

  1. "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. Cığatelli // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]