CƏSİM sif. [ ər. ] Böyük, iri, yekə, gövdəli, cəsamətli, əzəmətli. Tolstoyun, güllələrlə deşilmiş Hacı Muradı ayaq üstə qalxaraq, sonra ölü bir halda yerə yıxılarkən, adama elə gəlir ki, qoca, cəsim bir dağ uçub tökülür. C.Cabbarlı. Gəlin qayası cəsim heykəl kimi şahanə bir vüqarla dayanmışdı. B.Bayramov.