CABİ

ə. vəqf icarələrini və zəkatı yığan adam.

CABƏCA
CABİR
OBASTAN VİKİ
Cabir Abdullayev
Cabir Əli oğlu Abdullayev (10 dekabr 1966, Zəngişalı, Ağdam rayonu) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2007). == Həyatı == Cabir Abdullayev Ağdamda anadan olmuşdur . C. Abdullayev 2001-ci ildə Bakı Musiqi Akademiyasının muğam fakültəsini bitirmişdir. Bakı "Azərneftyağ" zavodunun nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri ansamblının solisti olmuşdur. Azərbaycanda keçirilən bir çox mədəniyyət tədbirlərində, habelə 2004-cü ildə Avstriyada keçirilən Mədəniyyət Günlərində Azərbaycan incəsənət ustaları ilə birgə uğurla çıxış etmişdir. Hazırda Azərbaycan Dövlət "Muğam" Teatrının solistidir. Teatrda hazırlanan bir sıra tamaşalarında iştirak edir.
Cabir Novruz
Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) (12 mart 1933, Upa, Xızı rayonu – 12 dekabr 2002, Bakı) — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının xalq şairi (1999). == Həyatı == Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir. 1958-ci ildə "Bakı" axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967–1970-ci illərdə "Azərbaycan" ədəbi-bədii jurnalının, 1991–1993-cü illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970–1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olmuşdur. 2002-ci il12 dekabrda vəfat etmişdir. == Yaradıcılığı == Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır.
Cabir Novruzov

Cabir Tarverdiyev
Cabir Xəlilov
Cabir bin Həyyan
Əbu Abdulla Cabir ibn Həyyan əd-Əzdi əs-Sufi (ərəb. جابر بن حیان ابو موسی‎; 721, Tus – 815, Kufə) — İslamın qızıl dövründə yaşamış məşhur kimyaçı və filosof. O, elm tarixinin ən mühüm simalarından biri hesab olunur və müxtəlif sahələrə, o cümlədən kimya və tibbə verdiyi mühüm töhfələrinə görə tanınır. Cabir ibn Həyyanın əsərləri kimyəvi proseslər, kimyəvi reaksiyalar, maddələrin xassələri kimi geniş mövzuları əhatə edirdi. O, çoxsaylı eksperimentlər aparmış və əldə etdiyi nəticələri yazaraq müasir kimya elminin inkişafı üçün zəmin yaratmışdır. == Həyatı == İbn Həyyan ilk dəfə kimyada (əlkimyada) eksperimental metodları tətbiq etmiş və müasir kimya elmində indi də geniş şəkildə istifadə olunan bir sıra mühüm kimyəvi proseslərı kəşf etmişdir. Bunlardan xlorid və nitrat turşularının sintezini, kimyəvi məhlulların distillə edilməsi və kristallizasiya kimi kimyəvi prosesləri misal göstərmək olar. Onun əsərlərinin orijinalı olduqca mürəkkəb və anlaşılmaz qaydada yazılmışdır və çox ehtimal ki şifrələnmişdir. Bu şifrələri açmaq isə müasir günümüzə qədər mümkün olmamışdır. İlk baxışdan İbn Həyyanın əsərləri kimyəvi maddələrin ərəbcə adlarından ibarət düşünülmüş, mürəkkəb kimyəvi numeraloji sistemə əsaslanır.
Cabir ibn Abdullah
Şeyx Cabir ibn Abdullah Ənsari (607, Mədinə – 697 və ya 696, Mədinə) — Həzrət Məhəmməd peyğəmbərin sahəbəsi. == Həyatı == Cabir ibn Abdullah 607-ci ildə Həzrəc qəbiləsində anadan olmuşdu. Həzrət Məhəmmədə, Həzrət Əliyə və Əhli-beytə sədaqətli adamlardan idi. Ənsarların ilk müsəlmanlarındandır. Şeyx Cabir Ənsarinin yaxınlarından olan Ətiyyə belə nəql edir: "Cabir ibn Abdullah Ənsari ilə İmam Hüseynin ziyarəti üçün Mədinədən çıxdıq. O zaman ki, Kərbəlaya yetişdik, Cabir Fərat çayının kənarına getdi və qüsl aldı. Sonra libasını geyindi və ətir vurdu. Sonra hər addımında zikr deyə-deyə İmam Hüseynin qəbrinə tərəf getdi. O vaxt ki, İmam Hüseynin qəbrinin kənarına çatdıq, mənə söylədi: "Əlimi pak qəbrin üzərinə qoy" (cənab Cabir Ənsarinin gözləri görmürdü). Mən belə də etdim.
Cabir ibn Həyyan
Əbu Abdulla Cabir ibn Həyyan əd-Əzdi əs-Sufi (ərəb. جابر بن حیان ابو موسی‎; 721, Tus – 815, Kufə) — İslamın qızıl dövründə yaşamış məşhur kimyaçı və filosof. O, elm tarixinin ən mühüm simalarından biri hesab olunur və müxtəlif sahələrə, o cümlədən kimya və tibbə verdiyi mühüm töhfələrinə görə tanınır. Cabir ibn Həyyanın əsərləri kimyəvi proseslər, kimyəvi reaksiyalar, maddələrin xassələri kimi geniş mövzuları əhatə edirdi. O, çoxsaylı eksperimentlər aparmış və əldə etdiyi nəticələri yazaraq müasir kimya elminin inkişafı üçün zəmin yaratmışdır. == Həyatı == İbn Həyyan ilk dəfə kimyada (əlkimyada) eksperimental metodları tətbiq etmiş və müasir kimya elmində indi də geniş şəkildə istifadə olunan bir sıra mühüm kimyəvi proseslərı kəşf etmişdir. Bunlardan xlorid və nitrat turşularının sintezini, kimyəvi məhlulların distillə edilməsi və kristallizasiya kimi kimyəvi prosesləri misal göstərmək olar. Onun əsərlərinin orijinalı olduqca mürəkkəb və anlaşılmaz qaydada yazılmışdır və çox ehtimal ki şifrələnmişdir. Bu şifrələri açmaq isə müasir günümüzə qədər mümkün olmamışdır. İlk baxışdan İbn Həyyanın əsərləri kimyəvi maddələrin ərəbcə adlarından ibarət düşünülmüş, mürəkkəb kimyəvi numeraloji sistemə əsaslanır.
Cabir ibn Əflah
Əbu Məhəmməd Cabir ibn Əflah əl-İşbili (ərəb. أبو محمد جابر بن أفلح‎) (təq. 1100, Sevilya – təq. 1160, güm. Sevilya) — ərəb riyaziyyatçısı və astronumu. Sevilyada yaşamışdır. Orta əsrlərdə Qərbi Avropada Geber Hispalensis adıyla məşhur idi. "Almaqesta təkmilləşdirilməsi" və "Fiqurlar haqqında traktat" yazıb. Cabirin bu traktatları, Kremon Gerard tərəfindən latın dilinə tərcümə edilib və Qərbi Avropada triqonometriyanın inkişafına gözə çarpan təsiri göstərib. Cabir ilk dəfə düzbucaqlı sferik üçbucağın iki bucaq və onlar arasındakı katet nisbətini isbat etmişdir (Qebera qaydası): cos ⁡ α = cos ⁡ a sin ⁡ β .
Cabir İmanov
Cabir İmanov (tam adı:İmanov Cabir Qorxmaz oğlu; 22 iyun 1976, Bakı) — Azərbaycan aktyoru, "Parni iz Baku" KVN komandasının üzvü, Azərbaycan Respublikasının əməkdar artisti (2015). == Həyatı == Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1997–1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçib. 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib. İxtisasları: İqtisadçı, hüquqşünas. 1999–2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib. Təqaüddə olan polis polkovnik-leytenantıdır. 1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN "Əsrin Çempionu" olmuşdur.
Mirzə Əbdürrəhim Cabiri
Mirzə Əbdürrəhim Mirzə Nəsrulla oğlu Cabiri (?-?) — xəttat. Mirzə Əbdürrəhim Mirzə Nəsrulla oğlu Qaradağ vilayətinin Kəleybər mahalının Hicrandust kəndində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Xəttat idi. Nəsx və nəstəliq yazmaqda çox mahir idi. Mirzə Əbdürrəhim Cabiri görkəmli ədib idi. Onun qələmindən iki kitab çıxıb. Qacarlar dövrünün sonlarında vəfat etdiyi bilinir. Ənvər Çingizoğlu, Ənsarilər, Bakı, "Mütərcim", 2012. 334 səh.
Sabah IV Əl-Əhməd Əl-Cabir Əs-Sabah
Sabah əl-Əhməd əl-Cabir əs-Sabah (ərəb. الشيخ صباح الأحمد الجابر الصباح‎; 16 iyun 1929, Küveyt – 29 sentyabr 2020[…]) — Küveyt Dövlətinin Əmiri. 1929-ci il təvəllüdlü Şeyx Sabah əl-Əhməd əl-Cabir əl-Sabah Küveyt dövlətinin əmiridir və 29 Yanvar 2006 tarixində Milli Millət Məclisinin təsdiqiylə başa keçmişdir. Şeyx Sabah köhnə Küveyt əmrlərindən Şeyx Əhməd əl-Cabir əl-Sabah ın dördüncü oğludur. Daha əvvəlki statusları aşağıda var: 1954 və 1955 illəri arası Mərkəzi Bələdiyyə Şurası Komitəsinə üzv İnşaat və Qurum Şurasının üzvü 1955-cü ildə İctimai işlər və İş Nüfuzu başçısı 1956-cü ildə ölkədə işlərin Yüksək Şurasının üzvü 9 Sentyabr 1956 və 17 Yanvar 1962 tarixləri arası Mətbuat və yayım Nüfuzu sədri İnformasiya naziri - Şeyx Abdullah Salim əl-Sabah zamanında müstəqillik sonrası 17 Yanvar 1962-ci ildə başa keçən ilk kabinetdə 28 Yanvar 1963 tarixində Xarici işlər naziri 16 Fevral 1978 tarixində Xarici işlər naziri vəzifəsinə əlavə olaraq Baş nazir nümayəndəsi 18 Noyabr 1992 tarixində Xarici işlər naziri vəzifəsinə əlavə olaraq Baş nazir Köməkçisi 1996-cı ildə vəliəhd Şahzadəsi Şeyx Saad əl-Abdullah əl-Salim əl-Sabah tərəfindən idarə olunan üstün Planlaşdırma Şurasının üzvü Hökumət İşləri üzərinə qurulan Birləşmiş Nazirlik Komitəsinin sədri 13 İyul 2003 və 29 yanvar 2006-cı arası Baş nazir Şeyx Sabah 1930-cu illərdə ibtidai Əl-Mubarekiye orta məktəbində oxumuşdur və sonradan təhsilini xüsusi müəllimlərin köməyi ilə bitirmişdir. Şeyx Sabah özünü 2003-cü ilin iyulunda Şeyx Saad əl-Abdullah əl-Salim əl-Səhərin yerinə baş nazir elan edən əvvəlki Əmr Şeyx Cabir əl-Əhməd əl-Cabir əl-Səhərin ögey qardaşıdır. Daha əvvəl 1963 - 2003 arası 40 il müddətdə Xarici işlər naziri olaraq Küveytə xidmət etmişdir və dünyanın ən uzun xidmət edən Xarici işlər nazirlərindən biridir. Təəssüf ki, Şeyx Sabah duldur və 1990-cı ildə İraq Döyüşü əvvəli həyat yoldaşı Şeyha Fitooh'u itirmişdir. İki oğlu və bir qızı var. İlk oğlu Şeyx Nasir Kral Sarayının (Divan əmiri) nazirinin və dünyanın ən böyük İslami İncəsənət kolleksiyasının (Əl-Sabah kolleksiyasının) sahibidir.
Sabah əl-Əhməd əl-Cabir əs-Sabah

Sədallah əl-Cabiri
Sədallah əl-Cabiri (ərəb. سعد الله الجابري‎; 14 oktyabr 1892, Hələb – 20 iyun 1947, Hələb) — 1943–1944-cü və 1945–1946-cı illərdə Suriya Respublikasının baş naziri. Həmçinin Cabiri 2 dəfə baş naziri olub. Bacısı Fayzə əl-Cabiri, Livanın iki qat baş naziri Riyad Sülh ilə evləndi. Hələb şəhərinin mərkəzindəki Sədallah əl-Cabiri Meydanı dövlət adamının adını daşıyır.
Şeyx Cabir Ənsari
Şeyx Cabir ibn Abdullah Ənsari (607, Mədinə – 697 və ya 696, Mədinə) — Həzrət Məhəmməd peyğəmbərin sahəbəsi. Cabir ibn Abdullah 607-ci ildə Həzrəc qəbiləsində anadan olmuşdu. Həzrət Məhəmmədə, Həzrət Əliyə və Əhli-beytə sədaqətli adamlardan idi. Ənsarların ilk müsəlmanlarındandır. Şeyx Cabir Ənsarinin yaxınlarından olan Ətiyyə belə nəql edir: "Cabir ibn Abdullah Ənsari ilə İmam Hüseynin ziyarəti üçün Mədinədən çıxdıq. O zaman ki, Kərbəlaya yetişdik, Cabir Fərat çayının kənarına getdi və qüsl aldı. Sonra libasını geyindi və ətir vurdu. Sonra hər addımında zikr deyə-deyə İmam Hüseynin qəbrinə tərəf getdi. O vaxt ki, İmam Hüseynin qəbrinin kənarına çatdıq, mənə söylədi: "Əlimi pak qəbrin üzərinə qoy" (cənab Cabir Ənsarinin gözləri görmürdü). Mən belə də etdim.
Əhməd-Cabir Əhmədov
Əhməd-Cabir İsmayıl oğlu Əhmədov — Azərbaycan Dövlət İqtisad Universitetinin "İstehlak mallarının ekspertizası" kafedrasının professoru, texniki elmlər namizədi (1973), professor (2001), Əməkdar müəllim (2002), Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükafatçısı (2010). 355-dən çox elmi əsərin, o cümlədən 84 kitabın müəllifidir. 1942-ci ilin fevralın 6-da Şəki şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra (1958) Bakı Ticarət Kulinar Şagirdliyi məktəbində oxumuş, 7-ci dərəcəli qənnadçı ixtisasına yiyələnmişdir (1960). 1960-cı ilin noyabrından 1964-cü ilin avqustunadək Sovet Ordusunun sıralarında xidmət etmişdir. İnstituta qəbul olunduqdan əvvəl (1964) Şəkidə qənnadçı və hərbi sanatoriyada aşpaz işləmişdir. 1968-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1968-ci ilin dekabrından 1971-ci ilin dekabrınadək "Yeyinti məhsulları əmtəəşünaslığı" ixtisası üzrə aspiranturada oxumuş, 1973-cü ildə "Azərbaycanda becərilən zəfəranın əmtəəşünaslıq xassələrinin öyrənilməsi" mövzusunda texniki elmlər üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1971-ci ildən ali məktəbdə assistent, baş müəllim, dekan müavini (1977–1983), dekan (1984–1987) və kafedra müdri (1983–1984, 1989–2001, 2006–2015) işləmişdir. 2001-ci il iyun ayının 5-də "Azərbaycan Dövlət İqtisad Universiteti" Elmi Şurasının qərarı ilə Ə.Əhmədova "Ərzaq malları əmtəəşünaslığı" kafedrası üzrə professor elmi adı verilmişdir.
Cabir
Cabir — Azərbaycanlı adı. Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cabir Tarverdiyev — Azərbaycan Silahlı Qüvvələrinin giziri Cabir İmanov — Azərbaycan aktyoru, "Parni iz Baku" KVN komandasının üzvü Sabah əl-Əhməd əl-Cabir əs-Sabah — Küveyt Dövlətinin Əmiri. Cabir Abdullayev — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2007). Cabir ibn Həyyan — Ərəb və ya Türk əsilli əlkimyaçı, həkim, əczaçı. Cabir ibn Əflah — ərəb riyaziyyatçısı və astronumu.
Cabir əl-Əhməd əs-Sabah
Cabir III əl-Əhməd əl-Cabir əs-Sabah (ərəb. جابر الأحمد الجابر الصباح‎; 29 iyun 1926, Küveyt – 15 yanvar 2006[…], Küveyt) — Küveytin 3-cü əmiri (1977-ci ildən). == Bioqrafiya == Küveyt şəhərində anadan olub. Küveyti 18-ci əsrdən idarə edən Əl Sabah sülaləsinə, 1921–1950-ci illərdə Küveyti idarə edən Şeyx Əhməd əl-Cabir əs-Sabahın üçüncü oğlu . O, ilk təhsilini əl-Mübaryakiyyə, əl-Əhmedia və əl-Şərqiyyə məktəblərində alıb, daha sonra din, ingilis, ərəb və elmlər üzrə özəl təhsil alıb. 1949–1959-cu illərdə Əhmədi rayonunda ictimai xidmətlər üzrə direktor vəzifəsində çalışıb. 1959–1961-ci illərdə — hökumətdə maliyyə və sənaye şöbəsinin müdiri olub. 1961–1965-ci illərdə müstəqil Küveytin ilk maliyyə və sənaye naziri olub. Onun rəhbərliyi altında neft gəlirləri ilə qidalanan kiçik qəbilə dövləti dünyanın ən böyük kapital qazanmalarından birinə malik müasir, şəhər dövlətinə çevrildi. İlk milli valyuta dövriyyəyə buraxıldı — Küveyt dinarı .
Cabir Əmirli
Cabir Əmirli (6 yanvar 1997, Bakı) — Azərbaycan Premyer Liqasında "Səbail"in müdafiəçisi kimi çıxış edən azərbaycanlı futbolçu. == Klub karyerası == 24 aprel 2017-ci ildə Əmirli Azərbaycan Premyer Liqasında "Keşlə"nin "Qəbələ" ilə oyununda debüt etmişdir.