CAC 40 indeksi

CAC 40 index Paris Fond Birjasında listinqdə olan 100 ən böyük şirkətdən 40 şirkətin adi səhmləri üzrə hesablanan fond indeksi.
Bütün hüquqlarla
Canlanma
OBASTAN VİKİ
40
40-cı il (Qırxıncı il) — Bazar günündən başlayan uzun il.
Atkinson indeksi
Atkinson indeksi — sosial bərabərsizliyin göstəricilərindən biridir. 1970-ci ildə Entoni Atkinson tərəfindən təklif edilmişdir. İndeksin fərqli bir xüsusiyyəti, müxtəlif gəlirləri olan seqmentlər arasında gəlir bölgüsündə qərəzliliyi ölçmək qabiliyyətidir. İndeks, gəlirin ölçülməsi üçün ε əmsalı tətbiq etməklə normativ göstəriciyə çevrilə bilər ki, bu da 0-dan ∞ {\displaystyle \infty } -ə qədər olan dəyərləri qəbul edə bilər. Gəlir bölgüsünün müəyyən hissəsində qərəzliliyə daha çox çəki vermək olar, müvafiq ε, “bərabərsizlikdən çəkinmə” (ing. "inequality aversion") səviyyəsini seçməklə. Atkinson indeksi, ε yüksəldikcə, gəlir bölgüsü altındakı qərəzlərə daha həssas olur. Əksinə, bərabərsizliyi bəyənmə səviyyəsi azaldıqca (yəni ε 0-a yaxınlaşır), Atkinson indeksi gəlir bölgüsündə yuxarıdakı qərəzlərə qarşı daha həssas olur. Atkinson indeksi aşağıdakı kimi müəyyən edilir: A = { 1 − 1 μ ( 1 N ∑ i = 1 N y i 1 − ε ) 1 / ( 1 − ε ) ε ∈ [ 0 , 1 ) 1 − 1 μ ( ∏ i = 1 N y i ) 1 / N ε = 1 , {\displaystyle A={\begin{cases}1-{\frac {1}{\mu }}\left({\frac {1}{N}}\sum _{i=1}^{N}y_{i}^{1-\varepsilon }\right)^{1/(1-\varepsilon )}&\varepsilon \in \left[0,1\right)\\1-{\frac {1}{\mu }}\left(\prod _{i=1}^{N}y_{i}\right)^{1/N}&\varepsilon =1,\end{cases}}} burada y i {\displaystyle y_{i}} — fərdin və ya qrupun gəlir səviyyəsi i (i = 1, 2, …, N), μ — arifmetik ortası: μ = 1 N ∑ i = 1 N y i {\displaystyle \mu ={\frac {1}{N}}\sum _{i=1}^{N}y_{i}} . Paul D. Allison, Measures of Inequality, American Sociological Review, 43 (December 1978), pp.
Cini indeksi
Cini indeksi – gəlirlərin təmərküzləşmə əmsalı, gəlirin bölgüsündə qeyri-bərabərlik dərəcəsini miqdarca qiymətləndirməyə imkan verən statistik göstəricidir. Onun bərabər bölgüsü zamanı hər bir qrup öz sayına mütənasib olaraq gəlir əldə edir. Qeyri-bərabər bölgü zamanı xüsusi çəkisinə görə bank olmayan qrupda gəlirlərin ümumi məbləğinin üstün hissəsi cəmləşir. Təbiidir ki, ideal bərabərlik zamanı Cini indeksi sıfıra, mütləq qeyri-bərabərlik şərtlərində isə – vahidə bərabərdir. Cini indeksi Lorents əyrisi (S) və ideal bərabərlik xətti ilə məhdudlaşan sahənin düz ideal bərabərlikdən aşağı olan (SABC) ümumi sahəyə nisbəti ilə müəyyən olunur. Cini indeksi yalnız əhalinin gəlirlərini yox, həm də müxtəlif qrup işçilərin (cins əlamətinə görə, məşğulluq xarakterinə görə və s.) əmək haqlarının qeyri-bərabər bölgüsü dərəcəsini müəyyən etmək üçün istifadə oluna bilər. Belə ki, 1988-ci ildən etibarən ABŞ-də Cini indeksinin kəmiyyətləri dərc olunur.
Hirşa indeksi
h-indeks, və ya Hirşa indeksi — 2005-ci ildə Argentina-ABŞ fiziki Xorxe Hirşanın təklif etdiyi elmmetrik göstərici. . Hirşa indeksi alimlərin, alim qrupunun, elmi təşkilatın fəaliyyətinin elmi məqalələr və həmin məqalələrə istinada görə kəmiyyət göstəricisidir. Alimin bir məqaləsinə yüz istinadla 100 məqaləsinin hərəsinə bir istinad eyni indeks hesab edilir. Elmi məqalələrin istinad indeksi İmpakt-faktor Hirsch, Jorge E., (2005), «An index to quantify an individual’s scientific research output». Retrieved from arXiv February 13, 2006. Impact factor Science 309:1181, 19 August 2005.
Poçt indeksi
Poçt indeksi - yazışmaların çeşidlənməsini asanlaşdırmaq məqsədilə poçt ünvanına əlavə edilən hərf və ya rəqəm ardıcıllığı. Hazırda dünyadakı poçt xidmətlərinin əksəriyyəti, o cümlədən Azərbaycan Respublikasında poçt xidmətlərini həyata keçirən "Azərpoçt" MMC poçt indekslərindən istifadə edir.
Özlülük indeksi
Özlülük indeksi (Öİ) – Selsi dərəcəsindəki temperaturdan asılı olaraq yağın özlülüyünun dəyişmə dərəcəsini göstərən və kinematik özlülüyün temperaturdan asılılıq əyrisinin düzlülüyünü təyin edən nisbi bir kəmiyyətdir. Öİ-nin qiymətləndirilməsi üçün Din və Devis sistemi məlumdur. İki yağ etalon olaraq qəbul edilir: biri çox düzgün, digəri isə çox sərt xüsusiyyətə malik. Birinci yağ üçün özlülüyün dəyişmə dərəcəsi şərti olaraq 100, ikincisi üçün 0 kimi qəbul edilir. Tədqiq olunan yağın kinematik özlülüyünün temperaturdan asılılığını etalon yağların özlülük dəyişikliyinin əyriləri ilə müqayisəsi etmək üçün Öİ-ninxüsusi düsturundan istifadə edərək hesablama yolu ilə təyin olunur. Nəzərə alınmalıdır ki, Öİ-nin qiyməti nə qədər yüksəkdirsə, özlülüyün temperaturdan asılılıq xarakteristikası bir o qədər düz olar, başqa sözlə, özlülük indeksinin ədədi qiyməti nə qədər yüksək olarsa, yağın özlülüyü temperaturdan o qədər az asılı olar. Daha yüksək özlülük indeksinə malik yağ aşağı temperaturlarda daha yaxşı axıcılığa (soyuq başlanğıc) və mühərriyin işçi temperaturunda daha yüksək özlülüyə malık olur. Bütün fəsillərdə işləyən yağlar və bəzi hidravlik yağlar (mayelər) üçün yüksək özlülük indeksi tələb olunur. Özlülük indeksi iki etelon yağından istifadə edilərək müəyyən edilir (ASTM D 2270, DIN ISO 2909 standartları ilə). Onlardan birinin özlülüyü temperaturdan çox asılıdır (özlülük indeksi sıfıra bərabər qəbul edilir, Öİ = 0), digərinin özlülüyü isə temperaturdan az asılıdır (özlülük indeksi 100 vahidə bərabər qəbul edilir, Öİ = 100).
Qiymət indeksi
Qiymət indeksi (ing. Price index) — müəyyən zaman müddətində və ərazidə (ölkə, region) verilmiş əmtəə və xidmətlərin qiymətindəki orta dəyişikliyi əks etdirən göstəricidir. Bu statistik göstəricinin yaradılmasında səbəb müxtəlif regionlarda və dövrlərdə qiymətlər arasındakı əlaqəni müəyyən etməkdir. Hazırda Qiymət indekslərindən çox geniş istifadə edilir. Bu indekslər vasitəsi ilə iqtisadiyyatdakı qiymətlərin ümumi səviyyəsi və yaşayış xərcləri müəyyən edilir və gələcək investisiyalar qiymətləndirilir. Həmçinin, daha xüsusi qiymət indeksləri vasitəsilə istehsalçılar hər hansı sektorda planlamalar və qiymət siyasəti həyata keçirirlər. Qiymət indeksləri əsas iki növü var: İstehlakçı Qiymət İndeksi (İnflyasiya); ÜDM deflyatoru. İstehlakçı qiymət indeksi ən yaxından izlənən qiymət indeksidir. İstehlakçı qiymət indeksi (Consumer Price İndex) istehlak üçün alınan bütün məhsul və xidmətlərin ümumi qiymətinin ölçüsüdür. Hər ay Dövlət Statistika Komitəsi tərəfindən bu indeks hesablanır..
40 (adət)
"Qırx" – dəfnin qırxıncı günü. İnsanın dünyaya gəlişindən, çağanın ana bətnindən ayrıldığı gündən qırx gün keçənə qədər həm ananın, həm də körpənin orqanizmində bir-birindən ayrılmadan yaranan zədələnmələrin bərpası prosesi gedir. Bu qırx gündə həm ana, həm də çağa qırxlı olur. Onların kənar təmaslardan qorunması həm ruhi, həm də gigiyenik cəhətdən zəruri hal kəsb edir. Qəribədir ki, insanın dünyadan gedişi də "qırx" rəqəmi ilə bağlı matəm mərasimlərinin bitməsi, başa çatması ilə qeyd olunur. Qırx gün ərzində ölünün cəsədində çürümə getməsi və bu prosesin başa çatması yekunlaşır. Bu müddət ərzində ölü sahibləri də baş vermiş ağır itkiyə sanki alışır, matəm günlərindəki yır-yığışa baş qarışdırmaqla fikrən qəmdən-kədərdən bir qədər uzaqlaşır. Dünyaya gəlişindən qırx gün keçənə qədər dünya ilə qovuşub onun reallıqlarına alışan insanın dünya ilə üzülüşməsi də qırx günə başa çatır. "Olum" və "Ölüm!" – Dünyaya gəlişlə dünyadan gedişin sonuclarına vurulan "qırx" düyün!Ruhşünasların "qırx" əlamətinin ruhla bağlılığı barəsindəki qənaəti belədir ki, qırx gün ərzində ölünün ruhu atmosfer qatından bir qədər yuxarıda durur. Bu müddət ərzində mərhumun ruhu – astral bədən cismani bədəndən uzaqda durmaqla hər şeydən əvvəl özünü bu ayrılmaya alışdırır.
40 (dəqiqləşdirmə)
40 — il 40 (adət) — Dəfn adəti 40 (ədəd) — ədəd 40-cı qapı — Azərbaycan filmi. 40 — Quba rayonunun avtomobil seriya nömrəsi. +40 — Rumıniyanın beynəlxalq telefon kodu. E.ə. 40 — il.
40 (say)
Qırx — say sistemində ədədlərdən biridir. Otuz doqquzdan sonra, Qırx birdən əvvəl gəlir. Qırx, türk, altay, orta Asiya və yaxın şərq mifologiyalarında və xalq mədəniyyətində ayrıca İslam inancında müqəddəs ədəddir. Kırk, Gırk, Kırh, Kırn olaraq da deyilər. İslamın təsiri əhəmiyyətini artmışdır. Qırx övliya tərəfindən və ya qırx şaman tərəfindən qorunan müqəddəs şəxslərə "qırxlı" adı verilər. Burla Xatunun döyüşçü Qırx Qız köməkçisi vardır. Yeni doğum etmiş bir qadının yanına bir-iki adam xaric qırx gün ərzində kimsə girib çıxmaz. Bundan başqa bu müddət uşağın "qırxının çıxması" mənasına da gəlir ki, bu anlayışa bağlı ənənələr vardır; dua oxunması, yemək verilməsi kimi. Ölünün qırxının çıxması da yenə bənzər şəkildə dualarla və halva edilərək həyata keçirilir.
40 (ədəd)
Qırx — say sistemində ədədlərdən biridir. Otuz doqquzdan sonra, Qırx birdən əvvəl gəlir. Qırx, türk, altay, orta Asiya və yaxın şərq mifologiyalarında və xalq mədəniyyətində ayrıca İslam inancında müqəddəs ədəddir. Kırk, Gırk, Kırh, Kırn olaraq da deyilər. İslamın təsiri əhəmiyyətini artmışdır. Qırx övliya tərəfindən və ya qırx şaman tərəfindən qorunan müqəddəs şəxslərə "qırxlı" adı verilər. Burla Xatunun döyüşçü Qırx Qız köməkçisi vardır. Yeni doğum etmiş bir qadının yanına bir-iki adam xaric qırx gün ərzində kimsə girib çıxmaz. Bundan başqa bu müddət uşağın "qırxının çıxması" mənasına da gəlir ki, bu anlayışa bağlı ənənələr vardır; dua oxunması, yemək verilməsi kimi. Ölünün qırxının çıxması da yenə bənzər şəkildə dualarla və halva edilərək həyata keçirilir.
MP-40
MP 40 (alm. Maschinenpistole 40‎; azərb. Avtomat 40‎) — alman istehsalı olan avtomat. İkinci Dünya Müharibəsində Almaniya və digər Axis dövlətləri tərəfindən geniş şəkildə istifadə edilmişdir. Silah 1938-ci ildə Heinrix Vollmer tərəfindən sələfi MP 38-dən ilhamlanaraq dizayn edilib. Tez-tez qərb və şərq cəbhələrində piyadalar, paraşütçülər, tağım və bölük komandirləri tərəfindən istifadə olunurdu. Onun qabaqcıl və müasir xüsusiyyətləri bu silahı müharibədən sonra dünya ölkələrinin əsgərləri arasında sevimli və populyar etdi. Müttəfiq qüvvələr tərəfindən alman silah dizayneri Hugo Schmeisser soyadı ilə istinad edilirdi, baxmayaraq ki, onun dizaynında və istehsalında heç bir iştirakı yox idi. Erma Verke tərəfindən 1940–1945-ci illərdə təxminən 1,1 milyon MP 40 istehsal edilmişdir. MP 40 avtomatları açıq boltlu, partlayıcı avtomatik silahlardır.
MP 40
MP 40 (alm. Maschinenpistole 40‎; azərb. Avtomat 40‎) — alman istehsalı olan avtomat. İkinci Dünya Müharibəsində Almaniya və digər Axis dövlətləri tərəfindən geniş şəkildə istifadə edilmişdir. Silah 1938-ci ildə Heinrix Vollmer tərəfindən sələfi MP 38-dən ilhamlanaraq dizayn edilib. Tez-tez qərb və şərq cəbhələrində piyadalar, paraşütçülər, tağım və bölük komandirləri tərəfindən istifadə olunurdu. Onun qabaqcıl və müasir xüsusiyyətləri bu silahı müharibədən sonra dünya ölkələrinin əsgərləri arasında sevimli və populyar etdi. Müttəfiq qüvvələr tərəfindən alman silah dizayneri Hugo Schmeisser soyadı ilə istinad edilirdi, baxmayaraq ki, onun dizaynında və istehsalında heç bir iştirakı yox idi. Erma Verke tərəfindən 1940–1945-ci illərdə təxminən 1,1 milyon MP 40 istehsal edilmişdir. MP 40 avtomatları açıq boltlu, partlayıcı avtomatik silahlardır.
NGC 40
NGC 40, Yeni Baş Kataloqda qeydə alınmış planetar dumanlıqdır. Göy üzündə Sefey bürcü istiqamətində yerləşir. PN tipli qalaktikadır. İngilis astronomu Vilyam Herşel tərəfindən 1788-ci ildə 47.5 sm (18.7 düymə) ölçülü reflektor vasitəsilə kəşf edilmişdir.
PPD-40
PPD-40 (rus. Пистолет-пулемёт Дегтярёва) - sovet istehsalı olan bir avtomatik silahdır. Silah Vasili Degtyaryov tərəfindən 1934-cü ildə tərtib edilmiş və ənənəvi taxta qundağa və çoxlu atış seçiminə sahib idi. Əsasən İkinci Dünya Müharibəsi dövründə istifadə edilmiş və yerini sonralar PPŞ-41 ilə əvəz olunmuşdur. Bəslənmə sistemi 20 mərmilik maqazin və ya 71 mərmilik dairəvi maqazindir. Lülə uzunluğu 273 mm, atış sürəti dəqiqədə 800-1000 mərmi, mərminin çıxış sürəti 490 m/s, effektiv mənzili 200 m təşkil edir.
T-40
T-40, SSRİ mənşəli amfibiya yüngül tankıdır. Tank, T-38 tankını əvəzetmə məqsədilə yaradılmışdır. O dövrdə körpüsüz çay keçə bilən bir neçə tankdan biri idi və əsasən də kəşfiyyat bölüklərinə verilirdi. Hərəkət mənzili 450 km, maksimum sürəti 45 km/s təşkil etmişdir. Asqı sistemi burulma çubuğu olmuşdur.
Wurfrahmen 40
Wurfrahmen 40 (Azərbaycan dilində atış çərçivəsi 40) — Nasist Almaniyası ordusu olan Vermaxt tərəfindən İkinci Dünya Müharibəsi zamanı istifadə edilən özüyeriyən artilleriya sinifli maşındır. O, SdKfz 251 yarımtırtıllı avtomobilin şassisinin yan tərəflərinə yerləşdirilən 300 mm-lik reaktiv yaylım atəşi qurğusunun konstruksiyalarından ibarət idi. Çoxlüləli reaktiv yaylım atəşi qurğusu Nebelverfer modelindən qat-qat effektiv idi. Qısa adı Stuka zu Fuss (Azərbaycanca: Ayaqlı Stuka və ya Yeriyən Stuka) idi. 300 mm-dən əlavə, bu silah 280 mm partlayıcı və 320 mm yandırıcı bomba da ata bilirdi. Atılan raketlər nə qədər geniş əraziyə yayılsa da, başlarında yerləşdirilmiş olan güclü partlayıcılara görə düşdüyü ərazidə çox effektiv olurdular. Müharibədən əvvəl Almaniya da SSRİ kimi raketlərlə təcrübə aparırdı. Topların istehsalı asan görünsə də, raket istehsalının daha asan və daha ucuz olacağı ehtimalına görə, almanlar raket istehsalına diqqət yetirdilər. Artilleriya mərmiləri ilə müqayisədə raket mərmiləri daha yüngül, geri çəkilməsiz və tökməsiz idilər. İlk istehsal edilən raketlər Almaniya istehsalı olan Schweres Wurfgerät 40 (heavy throwing apparatus 40; ağır atma aparatı 40) və Schweres Wurfgerät 41 reaktiv yaylım atəş sistemlərindən buraxılmışdırlar.
Gey Xoşbəxtlik İndeksi
2015-ci ilin may ayında LGBT sosial şəbəkəsi olan PlanetRomeo tərəfindən "Gey Xoşbəxtlik İndeksi" nəşr olundu. 120-dən çox ölkədən olan 115.000 gey şəxslərdən cəmiyyətin homoseksuallıq mövzusunda fikirlərini necə hiss etdikləri, başqaları tərəfindən necə rəftar edildikləri və həyatlarından nə dərəcədə məmnun olduqları soruşuldu. Əsas məqalə: Dövlətlərdə və territorial ərazilərdə LGBT hüququ Gey xoşbəxtliyi mövzusunda dünya səviyyəsində bir reytinq yaratmaq üçün üç əsas mövzu birləşdirildi: İctimai Rəy: Gey kişilər cəmiyyətin homoseksuallığa münasibətinə necə baxırlar? İctimai Davranış: Gey kişilər digər insanlar tərəfindən necə rəftar edirlər? Həyatdan Məmnunluq: Gey kişilər həyatlarından nə dərəcədə məmnun və özlərini qəbul edirlər? Qol 1-dən 10-a qədərdir.
Henley Pasport İndeksi
Henley Pasport İndeksi (ing. Henley Passport Index) — dünya ölkələrinin vətəndaşlarının səyahət azadlığının səviyyəsini araşdıran şirkət. 2006-cı ildən etibarən Henley & Partners Visa Restrictions Index ("Henley və Tərəfdaşları Viza Məhdudiyyətləri İndeksi") adlanan, 2018-ci ilin yanvarından isə indiki adını alan bu indeks Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının tərəfdaşlığı, eləcə də dünya üzrə məlumat mənbələri ilə bütün ölkələrin və ərazilərin viza tələblərini analiz etməkdədir. 1 aprel 2020-ci ildəki hesablamaya görə 191 ölkəyə vizasız və ya vizanı girişdə almaqla daxil olmaq olan Yapon pasportu hazırda ən güclü pasport hesab olunur. İkinci yerdə isə 190 ölkəyə rahat daxil ola bilən Sinqapur pasportu qərarlaşıb. Aşağıdakı siyahıda pasportları ilk 10-luğa daxil olan 27 ölkə göstərilib.
Herfindal – Hirşman indeksi
Herfindal – Hirşman indeksi - Orris Herfindahl ve Albert Hirschman adlı iqtisatçılar tərəfindən irəli sürülmüş olan ve Herfindahl Endeksi (HHI) olaraq bilinən ölçü sistemi, hər hansı bir sektordakı rəqabət səviyyəsini müəyyən etməyə imkan verir. İndeksin formulu çox sadədir. Bir sektorda mövcud olan olan firmaların bazar paylarının kvadratları toplanır. Və çıxan nəticəyə əsasən sektordakı rəqabət səviyyəsi müəyyənləşir. HHI < 100 : Rəqabət səviyyəsi çox yüksəkdir HHI < 1000 : Bazar rəqabətlidir 1000 < HHI < 1800 : Bazar orta rəqabət səviyyəlidir HHI > 1800 : Bazarda rəqabət zəifdir. HHI = 10.000 : İnhisar bazarı Bir bazarda payları sırasıyla %80, %15 ve %5 olan üç firma olduğunu zənn edək. HHI formuluna görə hər üç rəqəmin kvadratları cəmini tapaq. 6400 + 225 + 25 = 6650 Bu nəticəyə görə bu bazardakı rəqabət səviyəsinin zəif olduğunu rahatlıqla demək olar.
Lisenziyalaşdırma sub-indeksi
Lisenziyalaşdırma sub-indeksi – Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq dərc etdiyi İqtisadiyyatın solluğu (sağlığı) indeksinin (İS(S)İ) daxil etdiyi sub-indekslərdən biridir. Lisenziyalaşdırma sub-indeksinin hesablanması zamanı dörd parametri nəzərə almaq lazımdır: a) lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı; b) lisenziyalaşdırılan fəaliyyət növlərinin çeşidi; c) lisenziyaların keçərlilik müddəti; ç) lisenziyaların verilmə qaydaları. Bu göstəricilər iş sahibləri üçün nə qədər əlverişlidirsə (yəni say azdırsa, çeşid məhduddursa, müddət uzundursa və qaydalar sadədirsə), iqtisadiyyat bir o qədər daha sağdadır. Lakin bu göstəricilərin heç biri üzrə elmi tutarlılığı şübhə doğurmayan dövlətlərarası müqayisə aparmaq mümkün deyil. Ona görə də Lisenziyalaşdırma sub-indeksi Dünya Bankının metodologiyası əsasında – modelləşdirilmiş müəssisənin hipotetik bir tikinti üçün aldığı lisenziyalara sərf etdiyi vaxt və xərc göstəricilərinin indeksləşdirilməsi əsasında (Doing Business 2015: Dealing with Construction Permits),* bu alt-indekslərin hesabi ortası kimi hesablanmışdır. Dünya Bankının istifadə etdiyi üçüncü göstərici – prosedurların sayı ümumi mənzərəni təhrif etdiyi üçün nəzərə alınmamışdır. Vaxt alt-indeksi üçün Vmin = 0, Vmax = 1000, Xərc alt-indeksi üçün isə Vmin =0, Vmax =100 götürülmüşdür. Sinqapur bu sub-indeks üzrə də 62 dövlət arasında ən sağçı iqtisadiyyata malik ölkədir (0,015), ən solçu iqtisadiyyat isə Kiprin iqtisadiyyatıdır (0,345). Azərbaycan iqtisadiyyatı (0,096) 29 ölkəninkindən sağda, 32 ölkəninkindənsə solda yerləşir və nisbi mərkəzdən sağa düşməsi onunla əlaqədardır ki, sağ qütbdəki iqtisadiyyatlarla müqayisədə sol qütbdəki iqtisadiyyatlar nisbi mərkəzdən daha aralıdır (2014-cü il üçün 37 ölkə üzrə hazırlanmış Hesabatda Azərbaycan iqtisadiyyatı nisbi mərkəzdən solda yer alırdı).
MƏH sub-indeksi
Minimum əmək haqqı sub-indeksi– Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq illik dərc etdiyi İqtisadiyyatın solluğu (sağlığı) indeksi – İS(S)İ-nin sub-indeksidir. Dövlət tərəfindən müəyyənləşdirilən illik minimum əmək haqqının (AQP ilə) adambaşına ÜDM-ə (AQP ilə) nisbətinin indeksləşdirilmiş variantıdır. Minimum əmək haqqının səviyyəsi iqtisadiyyatın solluğuna-sağlığına bilavasitə təsir edir, çünki bəzi başqa göstəricilər kimi, onun da yüksəldilməsi eyni vaxtda iqtisadiyyatın həm sollaşmasını, həm də sosiallaşmasını ifadə edir.
Yerə Oxşarlıq İndeksi
Yerə Oxşarlıq İndeksi (abbr. YOİ; ing. Earth Similarity Index abbr. ESI) — bir planetin və ya peykin Yerə fiziki oxşarlığı göstərən vahid. Bu sıfırdan birə qədər şkaladır, və bu şkalada Yerin dəyəri sıfırdır. YOİ planetlərin və ya peyklərin radiusunun, sıxlığının, porabula sürətinin və yerüstü temperaturunun funksiyasıdır. E S I = ∏ i = 1 n ( 1 − | x i − x i 0 x i + x i 0 | ) w i n {\displaystyle ESI=\prod _{i=1}^{n}\left(1-\left|{\frac {x_{i}-x_{i_{0}}}{x_{i}+x_{i_{0}}}}\right|\right)^{\frac {w_{i}}{n}}} x i {\displaystyle x_{i}} - planetin xassələri (məsələn, yerüstü temperaturu); x i 0 {\displaystyle x_{i_{0}}} - xassə üçün uyğun yerüstü əsas dəyəri (məsələn, 288 K); w i {\displaystyle w_{i}} - xassə üçün çəki göstərici; n {\displaystyle n} - planetar xassələrin tam sayı.
Çoxölçülü Yoxsulluq İndeksi
Çoxölçülü Yoxsulluq İndeksi, ÇYİ, ing. Multidimensional Poverty Index-MPI) – BMT-nin İnkişaf proqramı çərçivəsində dünya ölkələrində yoxsulluğun səviyyəsini müəyyən etmək üçün 2010-cu ildə Oksford Yoxsulluq və İnsan İnkişafı Təşəbbüsü mərkəzi tərəfindən hazırlanmış göstərici. Bu, indeksin əsas məqsədi fərdin təkcə maddi-iqtisadi cəhətcə deyil, digər göstəricilər üzrə yoxsul olmasını göstərməkdir. Onun İnsan İnkişafı İndeksindən (İİİ) əsas fərqi ondan ibarətdir ki, İİİ fərdin nələrə malik olduğunu, ÇYİ isə fərdin nələrdən məhrum olduğunu göstərir. ÇYİ BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı İndeksinin nəşr olunmasının 20 illiyinə həsr olunaraq yaradılmış, yoxsulluğun ənənəvi gəlirə əsaslan ölçü metodologiyasından fərqli bir metodologiya ilə yoxsulluğu ölçmək üçün bu proqrama daxil edilmişdir. Yaradıcısı Oksford Universitetinin professoru Ceyms Foster hesab olunur. ÇYİ 3 ölçü istiqaməti (dimensions) və 10 göstəriciyə əsasən hesablanır: Təhsil (hər bir göstərici 1/6 nisbətdə götürülür) Təhsil alma illəri: ev təsərrüfatı üzvlərindən heç biri məktəbdə 5 il oxumayıbsa, məhrum olmuş hesab olnurlar. Uşaqların cəlb olunması: məktəb yaşına çatmış hər-hansısa bir uşaq 1-8-ci siniflərdə məktəbə getmirsə, məhrum olmuş hesab olunurlar. Sağlamlıq (hər bir göstərici 1/6 nisbətdə götürülür) Uşaq ölümü: uşaqlardan biri belə ölərsə, məhrum olmuş hesab olunurlar. Qidalanma: hər hansısa bir böyüyün və ya uşağın zəif qidalanması haqqında məlumat varsa, məhrum olmuş hesab olunurlar.
İnsan inkişafı indeksi
İnsan İnkişafı İndeksi (İİİ) — 1990-cı ildən etibarən hər il BMT-nin İnkişaf proqramı tərəfindən nəşr edilən "İnsan İnkişafı Hesabatı"nda dünya ölkələrində əhalinin rifahını əks etdirən göstərici. Bu indeks əhalinin rifahını ÜDM-dən daha geniş şəkildə özündə ehtiva edir. İİİ insan inkişafının üç ölçüsünü özündə birləşdirir: uzun və sağlam ömür (orta ömür uzunluğu əsasında hesablanır); təhsil səviyyəsi (böyüklər arasında savadlılıq, həmçinin ibtidai, orta və ali məktəblərdə təhsil alanların say nisbəti əsasında hesablanır); layiqli yaşayış standartları (alıcılıq qabiliyyəti pariteti/AQP, gəlir əsasında hesablanır). Lakin, bu indeks insan inkişafının müfəssəl, hərtərəfli ölçü vasitəsi deyil. Məsələn, buraya gender və ya gəlir bərabərsizliyi, insan hüquqları və siyasi azadlıqların təmin olunması kimi göstəricilər daxil edilmir. Buna baxmayaraq, məhz bu indeks insan inkişafının və gəlirlə rifah arasında qarşılıqlı mürəkkəb münasibətlərin nəzərdən keçirilməsi üçün daha geniş prizmanı təmin edir. 2009-cu il hesabatındakı reytinq sistemi istisna olmaqla əvvəlki illərdə reytinq 3 kateqoriyaya bölünmüşdür. Əvvəlki sistemdə 1-dən 63-dək yerləri insan inkişafının yüksək, 64-dən 146-dək yerləri orta, daha sonra isə aşağı olduğu ölkələr tuturdu. 2009-cu ildən etibarən ölkələr 4 kateqoriyaya bölünür. Yeni sistemdə əvvəlkinə əlavə olaraq "çox yüksək" kateqoriyası daxil edilmişdir.