CAMALXAN

Camal xan; gözəl üzü, görkəmi olan xan.
CAMALƏDDİN
CAMALİYƏ
OBASTAN VİKİ
Camalxan təpəsi
Camalxan təpəsi — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Alqasımlı və Şiləvəngə kəndləri arasındakı ərazidə yerləşən arxeoloji abidə. == Haqqında == Camalxan təpəsinin hündürlüyü 2,5 - 3 metr, diametri 150 km.-dir. 1970-ci illərdə burada təlim-məşq keçirən hərbçilər səngərlər qazmış və abidəni ciddi zədələmişlər. Təpənin özündən və onun ətrafından X-XII əsrlərə aid müxtəlif təyinatlı şirli və sadə qabların fraqmentləri, tikinti qalıqları tapılmışdır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. V cild.
Camalxan bəy Hüseynbəyov
Camalxan bəy Hüseyn bəy oğlu Hüseynbəyov (1808 – 15 fevral 1864) — Qarabağ atlı alayın naibi, mülkədar == Həyatı == Camalxan bəy Hüseyn bəy oğlu 1808-ci ildə Dizaq-Cəbrayıllı mahalının Hüseynbəyli obasında dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Rus ordusunda, Qarabağ atlı alayında, 3-cü yüzlüyün sultanı vəzifəsində xidmət etmişdi. 11 yanvar 1829-cu ildə Prapоrşik rütbəsi almışdı. Müqəddəs Məkkəyi-müşərrəfi ziyarət etmişdi. Hacı Camalxan bəy Qarabağın böyük mülkədarlarından idi. Qardaşları ilə birgə Hüseynbəyli, Sultanlı adlı obalara, Cilən adlı kəndə yiyələnmişdi. Hacı Camalxan bəy Hüseynbəyov 15 fevral 1864-cü ildə vəfat edib. == Mükafatları == Camalxan bəy Hüseynbəyov 11 yanvar 1829-cu ildə 4-cü dərəcəli Müqəddəs Anna ordeni ilə, 7 fevral 1856-cı ildə Müqəddəs Stanislav ordeni ilə və qılıncla təltif olunmuşdu. == Ailəsi == Hacı Camalxan bəyin Məmmədqulu bəy, Mahmud bəy, Həsənəli bəy, Hüseynəli bəy adlı obaları vardı.
Təzəkənd-i Camalxan (Urmiya)
Təzəkənd-i Camalxan (fars. وتازه كندجمال خان‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 37 nəfər yaşayır (10 ailə).